Qadın-Kişi Münasibətlərindəki Şirk Sevgisi

 
Qadın-Kişi Münasibətlərindəki Şirk Sevgisi

Allahın razılığından kənar qurulan qadın-kişi münasibətləri insanları şirkə aparan əhəmiyyətli mövzulardan biridir. Bunlar ya evlilik, ya da evlilikdən kənar qurulan münasibətlər şəklində ola bilər.
Bu romantik sevgi anlayışında, Allaha qarşı edilməli olan bütün vəzifələri bir-birlərinə qarşı edən, bir-birlərini Allahdan müstəqil varlıqlar olaraq görən, Allaha qarşı hiss ediləcək duyğuları bir-birlərinə qarşı hiss edən “sevgililər” ortaya çıxar. Bu sevgililər Allahı zikr etmək (xatırlamaq) yerinə, davamlı bir-birlərini zikr edərlər (xatırlayarlar). Səhər oyananda onları yaradan və onlara yeni gün nəsib edən Allahı xatırlayıb Ona şükr edəcəkləri yerdə, ilk işləri bir-birlərini düşünmək, bir-birlərini xəyal etmək olar. Özlərini Allaha bəyəndirməyə deyil, bir-birlərinə bəyəndirməyə çalışarlar. Allah və Onun dini üçün fədakarlıq etməzlər, amma bir-birləri üçün müxtəlif fədakarlıqlar göstərərlər. Qısacası bu şəxslər bir-birlərini ilah etmiş olarlar.

Romantik sevgililərin bir-birləri ilə olan söhbətlərində, yazdıqları şerlərdə
“hara baxsam səni görürəm, hara getsəm səni düşünürəm” kimi ifadələr işlədilir. Halbuki hara baxılsa, hara ge dilsə düşünülməsi vacib olan tək varlıq, aləmlərin Rəbbi olan Allahdır.

Göründüyü kimi xalq arasında geniş yayılmış bu sevgi növü, əslində Allah Qatında lənətlənmiş olan “şirk qoşmanın” bir növüdür. Hər bir məsələdə olduğu kimi şeytan bu tip sevgi anlayışını da təhrif edərək insanlara bəzəkli göstərir və insanların əksəriyyəti şeytanın yolunu izləyir:

Allaha and olsun ki, səndən əvvəl də ümmətlərə peyğəmbərlər göndərmişdik. Şeytan onlar öz (çirkin) əməllərini xoş göstərmişdi. Bu gün Şeytan onların dostudur (havadarıdır). Onlar (qiyamət günü) şiddətli əzaba düçar olacaqlar! (Nəhl Surəsi, 63)
…Şeytan (çirkin) əməllərini onlara gözəl göstərib gözləri görə-görə onları haqq yoldan çıxartdı. (Ənkəbut Surəsi, 38)

Quranda, qadınlara qarşı bəslənən ehtiras dolu sevgiyə xüsusilə diqqət çəkilir. Bu qadın, insanın həyat yoldaşı, sevgilisi, hətta “platonik” olaraq sevgi bəslədiyi hər hansı bir qadın da ola bilər. Əgər bu, Allahı unutduran, Allahı lazımı kimi xatırlamağa maneə törədən, ürəkdən Allah sevgisini çıxarıb onun yerinə qoyulan bir sevgi növüdürsə, insanı birbaşa şirkə aparır. Bu təkcə kişilər üçün deyil, qadınlar üçün də eyni dərəcədə təhlükəlidir.

Romantik qadın-kişi münasibətlərini yaşayanlar çox vaxt bu gerçəklərdən xəbərsizdir. Özlərini öz əlləri ilə içinə atdıqları təhlükənin şüurunda deyillər. Çünki uşaqlıqdan cəmiyyətdən alınan yanlış təlqinlərin və özlərinə doğru yolu göstərəcək tək rəhbər – Qurandan xəbərsiz olmanın nəticəsi olaraq etdiklərinin Allah Qatında günah olduğunun fərqində deyillər.

Allahın dinindən uzaq yaşadıqları üçün, böyük bir bataqlığın içində olmalarına baxmayaraq özlərini doğru yolda zənn edirlər.

Ağılsızlıq içində yaşanan şirk sevgisi, bir-birlərini ilah etmiş qadın və kişiləri bəzən çox böyük fəlakətlərə sürüyür. Məsələn, bir-birinə aşiq iki gənc eşqlərini sözdə
“əbədiləşdirmək”, “ruhlarının sonsuza qədər birlikdə olması” kimi mənasız təlqinlərlə özlərini körpüdən ata bilirlər. Halbuki bunu edərkən, əslində özlərini cəhənnəm çuxuruna atdıqlarının fərqində deyillər. Haram olan bir hərəkəti edərək Allaha qovuşacaqlarına deyil, bir-birlərinə qovuşacaqlarına inanırlar. Amma ölüm mələklərini gördükləri zaman artıq iş işdən keçir. Qəzetlərdə tez-tez ümidsiz aşiqlərin intiharlarından, bir-birlərinə yazdıqları romantik məktublardan bəhs edən xəbərlərə rast gəlmək mümkündür. Bütün bunlar romantizmin insanların ağıllarına və şüurlarına nə dərəcə təsir etdiyinin konkret nümunələridir.

İnsan bu dünyada bağlandığı, ilah etdiyi sevgilisini axirətdə öz nəfsini qurtarmaq üçün fidyə olaraq verməyə qalxacaq. Çünki gözündəki pərdə qalxmış, özünə vəd edilən əzabın gerçək olduğunu anlamışdır. Ayələrdə bu şəxslərin axirətdəki rəftarları belə təsvir edilir:

Onlar bir-birinə göstəriləcəklər (lakin bir-birini tanısalar da, özlərini tanımamazlığa vurub bir-birindən qaçacaqlar). O günün əzabından qurtarmaq üçün günahkar istərdi ki, fəda etsin (fidyə versin) öz oğullarını, övrətini və qardaşını, (çətin günlərdə) ona sığınacaq verən əşirətini (qohum-əqrəbasını) (Məaric Surəsi, 11-14)

Bir başqa ayədə də eyni vəziyyət belə təsvir edilir:
O gün insan qaçacaq öz qardaşından, anasından, atasından, zövcəsindən və oğullarından! O gün onlardan hər birinin istənilən qədər işi olacaqdır! (Hər kəs öz hayında olacaq, heç kəs heç kəsin halından xəbər tutmayacaqdır). (Əbəsə Surəsi, 34-37) Şirkə söykənən romantik sevgi anlayışı cəmiyyətdə “eşq”, “romantizm”, “saf və təmiz duyğular” vs. şəklində günahsız göstərilir, hətta ucaldılıb təşviq edilir. Xüsusilə gənc yaşdakı insanları təsirinə bu romantizm təlqini ağıl və şüurun inkişafını maneə törətdiyi üçün dindən, imandan, yaradılış məqsədlərindən xəbəri olmayan, Allahı unutmuş, Allah sevgisini, Allah qorxusunu bilməyən, şirki təbii bir davranış, bir həyat tərzi halına gətirmiş nəsillər ortaya çıxarır.

Televiziyalarda və filmlərdə romantizm və romantik mövzular insanlara təlqin edilir. Romantizm sanki insanın təbii ehtiyacı kimi göstərilir. Romantizm – mahnılarda, şerlərdə, kitablarda ən əsas mövzudur. Şeytan, romantizmin insanların gerçəkləri görmələrini, Allahı xatırlamalarını, yaradılış məqsədlərini və axirəti düşünmələrini maneə törədən, onları dini yaşamaqdan uzaqlaşdıran, şirkə aparan xəstəlik olduğunu çox yaxşı bilir. Buna görə bütün vasitələrdən istifadə edərək insanlara romantizmi təlqin edir.

Bu səbəbdən şirk qoşmağı yalnız daşdan, taxtadan yonulmuş bütlərə səcdə etmək olduğunu sananlar, bu dünyada özlərini günahsız görüb axirətdə də
Rəbbimiz olan Allaha and olsun biz müşriklərdən deyildik” (Ən’am Surəsi, 22) deyənlərdən olmaqdan çox çəkinməlidirlər


Geri dön

Bengu

  • 12 sentyabr 2011 18:58
  • Məqalə: 0
  • Şərh: 230
  • Bal:
twk. 1 daha fikrimde duz yolda olduma emin oldum.
romantika ucuruma aparirmish.
dusheceyin yerse cehennem alovu. no
en yaxshisi menim kimi edin.
sevginiz ureyinizin 1 kenarinda qalsin.
etiraf etmeyin. tongue

Delya_91

  • 12 sentyabr 2011 16:38
  • Məqalə: 319
  • Şərh: 5295
  • Bal:
{awards}
[b]Sevgi?-bu dunyada ALLAH, ATA,ANA ,baci,qardas sevgisinden basqa sevgi yoxdur[/b]

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

Ay Üzlü

  • 12 sentyabr 2011 16:35
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
Mencede esil sevgi Allaha olan sevgimiz olmaidi.Vaxtimizi ibadetle kecirmeli Allahi daha cox yad etmeliyik.Qalan her wey Allahin elindedir o her weyin yaxwisini edecekdir bize
Gozel xeber ucunde ayrica tewekkur edirem muellife

DOQRULAR

  • 12 sentyabr 2011 16:14
  • Məqalə: 86
  • Şərh: 242
  • Bal:
{awards}
Chox gozel xeberdi.teshekkurler.Allah razi olsun.


lema,
bu xeber de, menim elave etdiyim xeberde Harun Yahya(Adnan Oktar)-in "SHyetanin bir silahi:Romantizm"kitabindan goturulub.Etrafli melumat toplamaq isteyenler ashaqidaki linke vurub kitabi komutere yukleye bilerler inshaAllah.


http://us1.harunyahya.com/selectMirrorForDetail.ph
p?dev-t=7EZU2FZ0164&mode=download&with=mod=file,id
=14518

--------------------
✏••♦••♦••♦Sen dünyanı axirətə aparmayacağına görə, elə yaşa ki,dünya səni axirətə aparsın♦••♦••♦••✏

ZaLaToY_MuJiK

  • 12 sentyabr 2011 16:00
  • Məqalə: 0
  • Şərh: 10
  • Bal:
{awards}
no no no no no no

2012IS

  • 12 sentyabr 2011 15:24
  • Məqalə: 0
  • Şərh: 8
  • Bal:
{awards}
…Şeytan (çirkin) əməllərini onlara gözəl göstərib gözləri görə-görə onları haqq yoldan çıxartdı. (Ənkəbut Surəsi, 38)

--------------------
Ölümün olduğu dünyada hər şey qeyri-ciddidir. (Franz Kafka)

lema

  • 12 sentyabr 2011 14:51
  • Məqalə: 0
  • Şərh: 2669
  • Bal:
{awards}
cox gozel bir movzuya toxunulub.bu gun bir baciminda bele xeberini oxumuwdum.Heqiqeten esl sevgi Allaha qarwi olan sevgimiz olmalidir.indi etrafimizda cox ewidirik:'ona gore canimdanda kecerem" yada "gece yatanda seher duranda ancaq onu duwunurem".... vs ve ilaxir.oysaki her zaman duwunulmeli olan varliq Allahdir.romantizm indi weytanin gencleri yoldan cixarmaq ucun en boyuk silahidir.bezileri o hisslere ele qapilirki hetda birlikde korpuden bele atdanmaga risk eliyir.daha bilmirki cehennem cuxuruna duwecek.(ozuma aid deyil bu soz)neyse...cox sagolun xebere gore...


=winked =

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 45
Cəmi: 60

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}