Qüreyş qəbiləsi

 
Qüreyş qəbiləsi

Qüreyş qəbiləsi

Qüreyş qəbiləsi Hicazda olan ərəb qəbilələri arasında ən mötəbər qəbilələrdən biri sayılırdı. Həzrət Peyğəmbərin (s) dördüncü cəddi Qüsəy ibni Kilab Allah evinin xidmətçisi və məsulu idi. Qüreyş müxtəlif qruplardan ibarət idi ki, həmin qrupların ən şərəflisi Bəni Haşim idi.
Haşim ağıllı, şöhrətli və Məkkə əhalisi arasında böyük nüfuz sahibi olan bir şəxsiyyət kimi tanınmışdı. O, xalqın bütün məsələlərinə böyük həvəslə maraq göstərirdi, hətta Məkkə əhalisinin güzəranını təmin etmək məqsədilə yay və qış səfərlərini də təşkil etmişdi. Göstərdiyi böyük və əvəzsiz xidmətlərinə görə əhali ona Seyyid yə᾽ni ağa, başçı ləqəbini vermişdilər. Elə buna görədir ki, onun və Peyğəmbərin (s) nəslindən olanlar da Seyyid adlanır.

Qüreyş qəbiləsi

Haşimdən sonra oğlu Müttəlib, daha sonra isə nəvəsi Әbdülmüttəlib xalq arasında olduqca böyük hörmətə malik idi. O zaman Әbrəhənin Məkkəyə basqın edərək ağır məğlubiyyətə uğraması Әbdülmüttəlibin xalq içərisində olan etibarını daha da artırmışdı.
Abdullah isə Әbdülmüttəlibin ən çox sevdiyi oğlu idi. Abdullah iyirmi dörd yaşında ikən Aminə adlı pak və nəcabətli bir qız ilə evlənmiş və bu mübarək izdivacın nəticəsində isə Fil hadisəsindən iki ay sonra dünyaya gəlmiş Məhəmməd adlı nurlu bir oğlan uşağı olmuşdu. Atası hələ oğlu dünyaya gəlməmişdən əvvəl vəfat etmiş və Rəbbimizin rəhmətinə qovuşmuşdu. Az müddət sonra anasını da əldən verən sevimli Peyğəmbərimizin tərbiyəsi ilə məşğul olmağı babası Әbdülmüttəlib öz öhdəsinə almışdı. Həzrət Peyğəmbər (s) Allahın himayəsi sayəsində qarşılaşdığı çətinliklərə qələbə çalmağa müvəffəq olub, çox qısa bir müddət ərzində də camaatın sevdiyi, hörmət bəslədiyi bir cavana çevrilmişdi. Belə ki, bütün Məkkə əhalisi ona təkcə hörmət və məhəbbət bəsləmir, mal-dövlətlərini də onun yanında əmanət qoyurdular.

Qüreyş qəbiləsi

Necə ki, sonralar o həzrətə bu üstün əxlaqi səviyyəsinə görə Qüreyşin əmini (yəni Qüreyşin ən etibarlı şəxsi) ləqəbini vermişdilər.
O həzrət sağlam və sarsılmaz bir imanla məzlum və müstəzəflərin tərəfini saxlayaraq, onları qoruyur, onlarla birlikdə oturub-durur, yemək yeyir, dərdlərinə qulaq asır və problemlərinin çıxış yolunu axtarıb tapırdı. Cavanlardan bir qrup «Hilfül-füzul» müqaviləsinə qol çəkdikləri vaxt həzrət Peyğəmbər (s) onları müdafiə etmişdi. Çünki cavanların məqsədi məzlumları qorumaq və zalımlarla mübarizə aparmaq idi. Daha sonra həzrət Məhəmməd (s) əmisi Әbu Talibin istəyilə Xədicənin karvanına qoşulmuşdu. Düzlüyü və etibarı olduğuna görə karvanın başçısı seçilən Məhəmmədə onun cəmiyyətdəki üstün şəxsiyyətinə heyran qalan Xədicə evlənmək təklifini irəli sürmüşdü.
Həzrət Peyğəmbər (s) bu izdivacı münasib hesab etdiyindən Xədicə ilə evlənməyi qəbul edir ki, bu mübarək izdivacın meyvəsi bütün məsumların və islam ümməti rəhbərlərinin anası sayılan həzrət Fatimədir (s.ə.).

Qüreyş qəbiləsi


Geri dön

alisa

  • 12 sentyabr 2011 17:24
  • Məqalə: 0
  • Şərh: 188
  • Bal:
maraqli idi bilmirdim bildim twk

--------------------
Imza atamiyok diye kucumsemeyin biz de gerektiyi yere parmak basariz:)
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 39
Cəmi: 76

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 64
Cəmi: 239
 
NIGAR
Xəbərləri: 64
Cəmi: 878
 
Limon qoxusu
Xəbərləri: 59
Cəmi: 80
 
Nergiz__Sirinova
Xəbərləri: 30
Cəmi: 552
 
aytc.sza
Xəbərləri: 28
Cəmi: 30
 
♔Hе важно∞
Xəbərləri: 27
Cəmi: 283
 
Lmzade
Xəbərləri: 27
Cəmi: 28
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 5
Cəmi: 18
 
Yagmur_Gözlum
Xəbərləri: 4
Cəmi: 6
 
 
{slinks}