Ünvansız məktub

 
Ünvansız məktub

Ünvansız məktub

Hər dəfə yazmayacam deyirəm, amma hər dəfə də musiqi tövbələrimi pozur. Bu yazını yazmağa başlamazdan əvvəl nə düşündüklərimi unutmuşam. İndisə düşündüyüm yalnız bir şey var: məktub yazmaq. Ünvanını bilmədiyim yerlərə, insanlara, uzaqlara, yaxınlara, özümə… məktub yazmaq. Məktub yazmaq gözəldi.
Neçə dəfə ağlımdan keçib. Metroda və ya parkda oturarkən gəlib-keçən hər insana məktub yazmaq istəmişəm. Allaha yazmaq da keçib içimdən. On yeddi il içimdə saxladıqlarım ı bir vərəqə yazıb məçiddəki nəzir qutusuna atım, bəlkə ünvanına çatar deyə düşünürdüm. Bəzən axşamları getdiyim dəniz sahilində yalnız dənizə baxan tanımadığım qadınlara gözlərindən yazmaq istəmişəm. “Gözlər” gözəldi onları vərəqlərə çəkmək istəyən sözlərdən. “gözlər” sənə danışarkən dərdlərdən , yazmaq istərsən sən də öz dərdlərindən bir neçə cümlə. Və boş şüşələrdə göndərmək istərsən dənizlə bilmədiyin sahillərdə yalqız duran tanımadığın qadınlara.

Ünvansız məktub

Salam yağış, yaraşmırsan bu şəhərə. Birdə qonmasın damlaların bu şəhərin budaqlarına. Sevə bilmirəm səni bu şəhərdə. Mən qaça bilmədim, sən qaç burdan uzaqlara. Hey Bakı, xoşbəxtliyindən bezmiş sakinin sənə məktub yazır otağında. Binalarının damından hər gün intihar edən ümidlərdən “qucaq dolusu əlvidalar” yazılır intihar məktublarına. Salam qış, daha gəlmə buralara. Dözə bilmir içimdəki soyuqluq soyuqluğuna. Hər qarın ayrılıq gətirir. Hər ayrılıqda bir “əlvida”. Əlvidalarsa incidir qəlbi. Görəsən Tibet necədi, tanımadığım tibetli oğlan? Sən Parisi görmüsən? Eyfel, kiçik kafelər, Parisin ətri, əl-ələ tutuşan sevgililər… Parisdə Tibetdəki tanrılar yoxdu, orda bir tanrı var, adı “sevgi”. Mənə cavab yaz oralardan. Necəsən, Ata? Bu illər tanıtdıra bilmədi məni sənə. Amma mən səni tanıdım bəlkə də sənin özündən də çox. Məndən daha qorxaqsan sən, ata! O qorxuların şahəsəridi məhv olan xəyallarım. Və o qorxuların oyuncağına daha heç vaxt çevrilməyəcək bir oğlun var.

Ünvansız məktub

Qoy bu məktub sənə desin, yenə də səni sevdiyimi. İstəsəmdə dilim bacarmır deməyi. Bitməsin mürəkkəbin, dost! Dar günümdə əllərimdə sən, toxunsun diyircəyin ağ vərəqlərə. Hər toxunuş rahatlatsın ruhu, boşaltsın içimi. Mənə mən olmağı öyrədən sən, sənsizliyimlə mənsizliyimin astanasında bir heç olduğumu bilirəm. Əqrəbləri dayanmış köhnə divar saatı, illərdi otağımın divarından aslı durubsan. Zaman donmuş kimi bu otaqda. Zamanı dondurduğundan 10 il keçib. Və mən bu otaqda hələdə 7 yaşında qalmışam. Bu otaqdan kənarda isə durdura bilmədim zamanı. Dəli külək, uzaqlardan gətir onun ətrini, qat nəfəsimə. Və İçərişəhər, darıxmışam sökülən dar küçələrçün, darıxmışam dar küçələrində gizlətdiyin Bakı üçün… Salam uzaqlar, salam yaxınlar. Vağzalda tum satan qoca, daha görmürəm səni oralarda. Kor rəssam, rəsmimi çək.

Ünvansız məktub

Başqalarının üzümdə sezə bilmədiklərini, mənə yadlaşan gülüşümü çək, payızı çək peyzajlara… Bir az musiqi, bir az gözyaşı. Hisslər ünvansız məktubları yazır. Otağımın küncündə ünvansız məktublar yığılıb qalmış. Və son sətrə bir ümid qoyub yeni sətrə keçirəm.
Bu gecə bir məktub da sənə yazdım. Kaş yazılan məktublarda ifadə edə bilsəydim özümü istədiyim kimi. Amma yenə də yazıram… Ünvanını bilmədən, küləklə göndərdim. O məktubda yazılanları bir mən biləcəm, bir də sən.
Və cavab gözləyəcəm ünvansız məktubuma.
Bu gecə Bakıda külək əsir. Yəqin oralarda əsməz. Çünki əsən Bakı küləyidi və o yalnız Bakıya məxsusdu. Sənin mənə məxsus olduğun kimi… Sinoptiklər dedi ki, sabah da külək əsəcək. Amma mən daha məktub yazmayacam.

Ünvansız məktub


Geri dön

Pumpkin__

  • 16 sentyabr 2011 02:09
  • Məqalə: 0
  • Şərh: 1
  • Bal:
Yazıbı yerləşdirəndə sonra müəllif hüququnu qpruyub "Müəllif: Ferat" yazmaq olardı, əməyə və insanlığa hörmət olaraq.

multya6kaaa

  • 13 sentyabr 2011 22:59
  • Məqalə: 0
  • Şərh: 80
  • Bal:
{awards}
cooooooox maraqla oxudum twk

--------------------
Esli ya upadu,to ne smeytes,Lucwe zaqadivayte jelaniye-ZVEZDA upala...

music_angel

  • 13 sentyabr 2011 13:08
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
xebere gore sagol

--------------------

LANA

  • 13 sentyabr 2011 11:16
  • Məqalə: 0
  • Şərh: 119
  • Bal:
{awards}
YAZINI BƏYƏNDİM

--------------------
NƏ BACARIRSIZ BACARIN, SİZƏ KÖMƏK EDƏN MÜTLƏQ MÖVCUDDUR !

..:MeleK kiz:..

  • 13 sentyabr 2011 11:06
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
wirin bacim ne qeseng xeberdi

Sirli Melek

  • 13 sentyabr 2011 10:05
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
Sinoptiklər dedi ki, sabah da külək əsəcək. Amma mən daha məktub yazmayacam.
wink
QEYRİ ADİ YAZI İDİ. BƏYƏNDİM

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

sevgi meleyim

  • 13 sentyabr 2011 09:48
  • Məqalə: 25
  • Şərh: 1625
  • Bal:
{awards}
Ellerinə sağləq teşekkürler

--------------------
Gedene Uzulme.Sevseydi Getmezdi...Gelene Sevinme,O da Bawqasindan Gelib..

Inciciceyi

  • 13 sentyabr 2011 09:25
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Coooox beyendim ssuper yazidi baciwkom

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

alisa

  • 12 sentyabr 2011 23:54
  • Məqalə: 0
  • Şərh: 190
  • Bal:
{awards}
unvansiz mektub deyilir yaxsi cox gozeldi amma butun mamalar usaqlara deyirki unvansiz ne gorsez acmiyin haaaa(zarafatdi) amma cooox gozeldi oxudum beyendim twk

--------------------
Imza atamiyok diye kucumsemeyin biz de gerektiyi yere parmak basariz:)

★Azerbaijan girl★

  • 12 sentyabr 2011 22:33
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
superdi thanksssssssssssssssssssssssss

superdi thanksssssssssssssssssssssssss

superdi thanksssssssssssssssssssssssss

superdi thanksssssssssssssssssssssssss

Nergiz_Mamedova

  • 12 sentyabr 2011 22:17
  • Məqalə: 0
  • Şərh: 193
  • Bal:
{awards}
yaziya gore twk maraqli idi

Cilent_M.Q

  • 12 sentyabr 2011 22:01
  • Məqalə: 87
  • Şərh: 2628
  • Bal:
{awards}
love

--------------------

... Deryam ...

  • 12 sentyabr 2011 21:26
  • Məqalə: 272
  • Şərh: 4680
  • Bal:
{awards}
Ellerinize sagliq coxxx gozel yazi idi ........twkler ......

--------------------

only-girl

  • 12 sentyabr 2011 20:40
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
Sitat: HaYaliM
cox duygulu bir yazi idi ve cox beyendim..ellerine ve qelbine sagliq

raziyam

--------------------

Ay Üzlü

  • 12 sentyabr 2011 20:28
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
xeber ucun cox sag olun

sevgimden_utaniram

  • 12 sentyabr 2011 20:27
  • Məqalə: 44
  • Şərh: 617
  • Bal:
{awards}
cox beyendim wink

--------------------
Sen yoxsan bu heyat menasiz mene,
Açilan seherler qaraliq zülmet.
Dostlarda tesseli olmayir mene,
Qalmişam sevgilim men sene hesret .

HaYaliM

  • 12 sentyabr 2011 20:25
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
cox duygulu bir yazi idi ve cox beyendim..ellerine ve qelbine sagliq

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 39
Cəmi: 61

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}