Behiştlilərin duası Mədinə əhlinə necə kömək etdi

 
Behiştlilərin duası Mədinə əhlinə necə kömək etdi

Behiştlilərin duası Mədinə əhlinə necə kömək etdi

Həzrət Zəhraınn (s.ə.) evi qəm və qüssə içində idi. Əziz Peyğəmbəri (s) əldən vermək hələ də Mədinə şəhəri üçün ağır idi. Sonuncu Peyğəmbərin (s) əziz qızı torpaqda oturmuşdu. Şirin keçmişi düşünürdü. Dostluq, mehribanlıq günlərini. O zaman ki, əziz atası sağ idi, bu şəhərdə nəfəs alırdı, Zəhra (s.ə.) da atasının oturduğu-durduğu yerlərə nəzər salır və sonra da fikrə gedirdi.

Bu zaman səs yüksəldi. Həzrət (s.ə.) özünü qapıya çatdırdı, yaşlı bir kişi qapı arxasında idi. O, Peyğəmbərin (s) qızına nəzər salıb, başını aşağı salır və salam verir. Fatimə (s.ə) bu insanı tanıyırdı. Salamına cavab verir, onu əziz tutub deyir: “Salman, mənə zülm edirsən və görüşümə çox az gəlirsən”.

Ona layiqli bir yerdə yer göstərir. Peyğəmbərin (s) qoca yoldaşı gözünü yerə dikmişdi. Bu evin yeri ilə Mədinənin başqa yerləri bir-birindən fərqlənirdilər. Onların hər zərrəsi özündə Həzrət Muhəmmədin (s) addımlarının ətrini gözlətmişdi. Keçmişin şad günlərini yadına salırdı. Keçmişin xatirələri gözündə canlanırdı.

Salmanın bu qəmini duyan Həzrət Fatimə (s.ə.) ona deyir: “Elə bir xəbər eşitmək istəyirsənmi ki, səni şad etsin?”. Salman cavab verir: “Bəli, anam, atam sənə fəda olsun”.

Əziz xanım buyurur: “Dünən qapıları bağlamışdım, otaqda tək idim. Öz-özlüyümdə fikirləşirdim ki, əziz atamın vəfatı ilə mələklər də bizi tərk etmişdir. Elə bu fikirdə idim ki, qapı açılır və otağa dəyərli üç qadın daxil olur. Salam verib, dedilər: “Ey günün yeganəsi və pakizəlik nümunəsi. Biz behişt huriləriyik. Pərvərdigarımız bizi xidmətə göndərmişdir. Baxmayaraq ki, bu görüşün intizarında idik”.

Başqalarından böyük görünən huridən soruşdum: “Adın nədir?”.

Cavab verdi: “Məqudə. Allah məni bir miqdar insanlar üçün xəlq etmişdir ki, behiştdə həmdəmləri olam”.

O birisindən soruşdum: “Sənin adın nədir?”

Dedi: “Səlmi. Allah məni Salman üçün xəlq etmişdir ki, behişt bağlarında onun həmdəmi olam”.

Üçüncüdən soruşdum: “Adın nədir?”

Cavab verdi: “Adım Zərrədir. Allah məni yaratmışdır ki, Əbu Zərin həmdəmi olam”.

O zaman behişt xurması ilə dolu bir qabı qarşıma qoydular. Bu xurmanın rəngi çox qara idi və iyi də müşk iyi verirdi. Həmin xurmadan sənin üçün də saxlamışam. Çünki sən bizdənsən və Əhli-Beytdə (ə) yerin vardır”.

Sonra qalxır və otaqdan çıxır. Peyğəmbərin (s) qoca yoldaşı sevincindən bilmirdi nə etsin. Heç vaxt fikirləşməzdi ki, ölməmişdən qabaq behişt meyvəsinin dadına baxa biləcəkdir. Allaha şükür edirdi, Peyğəmbər (s) və Əhli-Beytə (ə) salavat göndərirdi. Fikirləşirdi ki, görəsən behişt xurması necə olur?

Bu zaman Fatimə (s.ə.) qayıdır və onun üçün saxladığı xurmaları qarşısına qoyur və deyir: “Salman bununla iftar et və sabah dənəsini mənə gətir”.

Təşəkkür edib, ayağa qalxır və evdən çıxır. O, başqa vaxt kiminləsə söhbət etmək istəyəndə Mədinə küçəsini keçməli olurdu. Ancaq bu gün fərqli idi və hər nə qədər xurmaların iyi gəlirdi, insanların sayı da artırdı. Satıcılar, yolçular ona təəcüblə baxırdılar. Bəziləri isə deyirdilər: “Salman, havaya müşk iyi verirsən, məgər özünlə ətir gəzdirirsən?”.

Ancaq Salman nə deyəcəyini bilmirdi. Çarəsiz olaraq, salamını qısa edib, uzaqlaşırdı. Evinə çatır və ibadətə başlayır. Bir az sonra gecə düşür. Azanın səsi Mədinəni bürüyür. Salman behişt meyvəsini yeməyi böyük bir tofiq hesab edirdi. Namazını qılır və süfrə açır, iftara hazırlaşır. Əlini xurma tərəfinə uzadır və Xanımın (s.ə.) səsi qulaqlarında səslənir: “Xurma ilə iftar et və dənəsini mənə gətir”. Həzrət Fatimənin (s.ə.) hədiyyəsini götürür, üstündən basır ki, dənəsi bayıra çıxsın. Ancaq içindən heç nə tapmır və təəcüb edir ki, necə ola bilər ki, xurmanın dənəsi olmasın? Bəs Peyğəmbərin (s) qızının sifarişi necə olacaqdır? Bu suallar onu məşğul edir və səhərə qədər fikirləşir. Gündən bir qədər keçəndən sonra tələsik Fatimənin (s.ə) evinə gedir. Evə girən kimi deyir: “Ey Allahın sonuncu Peyğəmbərinin (s) qızı, xurmanın dənəsi yox idi”.

Həzrət Fatimə (s.ə) buyurur: “Bu xurma Allahın mənim üçün behiştdə əkdiyi meyvə bağının meyvəsidir. Məgər bilmirsən ki, behişt meyvələrinin dənəsi olmur? Salman, behişt banuları mənə dua oxudular və həmin duanı atam mənə öyrətmişdi. Hər səhər və axşam oxuyuram. Bu duanın sayəsində qızdırmam olmayıbdır”.

Salman maraqla bu duanı eşitmək istəyir. Fatimə (s.ə) duanı ona bu cür söylədi: “Bismilləhir-Rahmənir-Rahim!

Nur olan Allahın adı ilə! Nurun nuru olan Allahın adı ilə! Nurun üzərinə nur olan Pərvərdigarın adı ilə! İşlərində tədbirli olan Allahın adı ilə! Nuru nurdan xəql edən Allahın adı ilə! Nuru nurdan xəql edən Allaha şükürlər olsun. Nuru Tur dağına göndərdi, kitabda yazıldı. İftixarla yad edilən Allaha şükürlər olsun. Fəxr və böyüklükdə şöhrət tapıb. Gizlində və aşkar sitayiş və şükür ediləndir. Pərvərdigara, Muhəmməd (s) ərbabına və pak ailəsinə salam göndər”.

Salman duanı yadında saxlayır, Allaha şükür edir. Peyğəmbərin (s) qızına təşəkkür edib, evinə qayıdır. Bundan sonra Peyğəmbərin (s) əziz səhabəsinin evi xəstələrin gəlib, şəfa tapan yeri olur. Mədinənin hər tərəfindən oraya axışırlar. Salman da behiştlilərin bu duasını onlara öyrədirdi. Bu duanın sayəsində ağrılarından azad olurdular. O, sonralar ətrafındakılara belə demişdi: “Allaha and olsun, Fatimeyi-Zəhranın (s.ə.) duası Məkkə və Mədinənin qızdırmadan əziyyət çəkən minə qədər insanına şəfa vermişdir”.

MARAQLI XEBERE GORE MEWEDI XANIMA oz derin minnetdarligimi bildirirem !

Behiştlilərin duası Mədinə əhlinə necə kömək etdi


Geri dön

..:MeleK kiz:..

  • 13 sentyabr 2011 11:02
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
allah razi olsun cox beyendim

Inciciceyi

  • 13 sentyabr 2011 09:12
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
ALLAH razi olsun, cooox gozel yazidi

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

alisa

  • 12 sentyabr 2011 23:42
  • Məqalə: 0
  • Şərh: 190
  • Bal:
{awards}
cox maraqli idi bilmirdim cox sagolun

--------------------
Imza atamiyok diye kucumsemeyin biz de gerektiyi yere parmak basariz:)

RADUQA

  • 12 sentyabr 2011 23:33
  • Məqalə: 17
  • Şərh: 638
  • Bal:
{awards}
Cox saqol DOSTUM.minnetdaram bele lazimli xeberleri bizlerle paylawirsan....

--------------------
MENI OZUNE BENZETDIN.....AMMA OZUN SANMADIN ....!!!!!!!

TUKLUKECEL

  • 12 sentyabr 2011 22:57
  • Məqalə: 0
  • Şərh: 32
  • Bal:
{awards}
OXUDUM COX GOZELDI

--------------------
OZUM

Cilent_M.Q

  • 12 sentyabr 2011 21:56
  • Məqalə: 87
  • Şərh: 2628
  • Bal:
{awards}
twkllerrrrrrrrr

--------------------

sevgimden_utaniram

  • 12 sentyabr 2011 21:44
  • Məqalə: 44
  • Şərh: 617
  • Bal:
{awards}
tewekkullerrrrrr

--------------------
Sen yoxsan bu heyat menasiz mene,
Açilan seherler qaraliq zülmet.
Dostlarda tesseli olmayir mene,
Qalmişam sevgilim men sene hesret .
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 10
Cəmi: 27

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}