Şeytan nədir və insana hansı yollarla yanaşar?

 
Şeytan nədir və insana hansı yollarla yanaşar?

Şeytanlar, xeyrə heç bir qabiliyyəti olmayan, ancaq şər işləyən ruhani varlıq növüdür. “Cinləri isə daha öncə qızmar alovdan yaratmışdıq.”
(Hicr Surəsi, 27)

İblisin əsl adı, Əzazil idi. Cənabı Haqqın Hz. Adəmə (ə.s.) səcdə etmə əmrindən üz çevirməsi və bu səcdə əmrinə qürurlanaraq üsyan etməsindən sonra, “iblis” və “şeytan” adlarını aldı. İnsanlığın mənəvi tərəqqisində, Allaha qulluq vəzifəsini yerinə yetirməsində ən böyük maneə, şeytandır. Qurani Kərimdə şeytan, insan üçün “adüvvü mübin-açıq-aşkar bir düşmən” olaraq təvsif edilmişdir. Cənabı Haqq, Qurani Kərimdə bir çox ayəti kərimədə möminləri şeytandan istiazəyə, yəni Allaha sığınmağa dəvət etmişdir.

Şeytanın ən böyük hədəfi insanları dinsiz etmək,
ateist etməkdir. Bunu bacara bilməzsə onları şirkə sövq edər.


Şeytan, insanı müşrik etməklə də kifayətlənməz; zalım bir müşrik edər, səfeh edər. Bununla da qalmaz, onu şirk adına gecə-gündüz çalışan, idealı üçün hər şeyə hazır adam etməyə çalışar. Bu onun son hədəfidir. Çünki, ideal sahibi olmayan bir müşrik şeytanın bəndəsi isə, şirki ideal qəbul edənlər onun can yoldaşlarıdır.

Şeytan, bütün oyunlarını boşa çıxararaq haqqı, doğrunu, xeyri seçən möminlərdə taktika dəyişdirir. Möminin imanına ilişə bilməyəcəyini anlasa, onun ibadətiylə məşğul olar; ibadətsiz bir mömin olmasını arzu edər. Bunu bacara bilməzsə, fərzlərlə kifayətlənməsini, sünnətlərə, nafilələrə yanaşmamasını istər. Bu istəyi də reallaşmazsa, onun yalnız şəxsi ibadətiylə məşğul olmasını, başqalara həqiqətləri izah etməməsini arzu edər. Və möminə bu yolla təlqinlər edər: “Qoyunu qoyun, keçini keçi ayağından asarlar.”

Şeytan, insanı yoldan çıxarmaq üçün bir çox hiyləyə
müraciət edər. Bu hiylə və desisələrin bəziləri bunlardır:

1. Şəhvət və hirs: Bunlar şeytanın insana təsir etmə yollarının ən böyükləridir. Bu səbəblədir ki, hədisi-şərifdə: “Şeytan qanın bədəndə cərəyanı kimi insan bədəninə hulul edər. Onun yollarını aclıqla (orucla) daraldın.”- buyurulmuşdur. Çünki şeytanın insana ən böyük hulul yolu şəhvətdir. Aclıq isə şəhvəti qırar.

2. Həsəd və acgözlülük: Acgöz insan, haqqı görməkdə kor və həqiqəti eşitməkdə kar olar.

3. Tama: Şeytan insana tama etdiyi şeyləri müxtəlif riya və hiylələrlə sevdirər. Belə ki, sanki tama etdiyi şey, insanın məbudu olar.

4. Tələskənlik : Tələsik anında insan düşünməyə fürsət tapa bilməz. Şeytan da bu anda ona vəsvəsə verə bilər.

5. Yoxsulluq qorxusu : Bu qorxu, insanı infaqdan çəkindirər və mal yığmağa dəvət edər.

6. Fanatizm: Şeytanın qəlbə nüfuz etdiyi qapılarından biri də öz məşrəbində olmayan müsəlmanlara qarşı kin tutmaq, onları kiçik görməkdir.

7. İxtilaf

8. Şübhə: Şeytanın qəlbə giriş qapılarından biri də cəhalət və qəflətləri və ya günahlara dalmaları səbəbiylə ağılları darlaşan bəzi kəsləri, ağıllarına sığmayan imani məsələlər barəsində şübhəyə salmasıdır.

9. Süi-zənn: Kim bir insan haqqında pis düşünməyə başlarsa, şeytan bu kimsəni o adamın əleyhində qeybət etməyə sövq edər. Yaxud o adamın haqqına riayət etdirməz. Ona təhqir gözüylə baxdırar.


Şeytanın hiylə və desisələri, insana nüfuz yolları əlbəttə yalnız
bunlardan ibarət deyil. İnsanlara, dövrə, şərtlərə görə çox fərqli şəkillərdə olar.


Geri dön

music_angel

  • 13 sentyabr 2011 12:57
  • Məqalə: 212
  • Şərh: 7638
  • Bal:
2. Həsəd və acgözlülük: Acgöz insan, haqqı görməkdə kor və həqiqəti eşitməkdə kar olar.

Allah razi olsun

--------------------

ramid

  • 13 sentyabr 2011 11:46
  • Məqalə: 0
  • Şərh: 104
  • Bal:
{awards}
ona gore deyirlerde

LENET SEYTANA

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 56
Cəmi: 74

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 52
Cəmi: 718
 
The Shield
Xəbərləri: 51
Cəmi: 68
 
MiSS HaPPy)
Xəbərləri: 48
Cəmi: 143
 
Nergiz__Sirinova
Xəbərləri: 41
Cəmi: 470
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 28
Cəmi: 199
 
AyliN BunyaminovA
Xəbərləri: 16
Cəmi: 439
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 52
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 10
Cəmi: 219
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}