Hicabın fəlsəfəsi

 
Hicabın fəlsəfəsi

Hicabın fəlsəfəsi

Hazırki dövrdə bəziləri əsrimizi çılpaqlıq və cinsi azadlıq əsri adlandırmışlar. Qərbpərəst insanlar «qadın açıq-saçıqlığını» «qadın azadlığı» kimi qələmə vermişlər. Hicabdan söz açmaq belələrinə nəinki xoş gəlmir, hətta hicabı keçmişdən qalma bir əfsanə sayırlar. Amma mütləq azadlıqdan doğan ucsuz-bucaqsız fəsadlar, artmaqda olan problemlər, onları belə söhbətləri dinləməyə vadar edir. Əlbəttə ki, İslami mühitlərdə bu kimi problemlər müəyyən qədər öz həllini tapmış və bir çox suallara qane edici cavablar verilmişdir. Bütün bunlara baxmayaraq, mövzunun əhəmiyyəti, bu məsələ ətrafında daha geniş izaha ehtiyac duyulduğunu göstərir. Məsələ bundan ibarətdir ki, qadın cinsi ləzzət üçün eşitmə, görmə, toxunma baxımından, kişilərin ixtiyarındamı olmalıdır? Yaxud bu şeylər yalnız ailə çərçivəsində həyat yoldaşına məxsus olmalıdır?

Hicabın fəlsəfəsi

Qadınlar, sonu olmayan bu müsabiqədə: öz vücudlarını nümayiş etdirməkdə və kişiləri şəhvətə, çirkin meyllərə təhrik etməkdə bir-birlərilə nə vaxta qədər yarışmalıdırlar? Bu hərəkətlər ictimai mühitdən götürülərək ailə və evliliyə məxsus olmamalıdırmı?! Qərbpərəst və şəhvətpərəstlər söylədiklərimizdən birincisinin tərəfdarıdır. İslam isə söylənilənlərdən ikincisinin tərəfdarıdır. Yəni İslam, hər bir eşitmə, görmə, toxunma ləzzətləri daxil olmaqla, bütün cinsi istəklərin həyat yoldaşlarına məxsus olduqlarını deyir. Bundan qeyri vəziyyətdə olan qadın, günaha və cəmiyyətin çirkinliyinə səbəb olacaqdır. Hicab da, bu sistemin bir hissəsidir. Ayədəki «Bu onlar üçün (ədəb-ərkan, təmizlik baxımından) daha yaxşıdır» (“Ən-Nur” surəsi, ayə 30) cümləsi də, məhz buna işarədir. Hicabın fəlsəfəsi məxfi bir məsələ deyil. Çünki:

Hicabın fəlsəfəsi

1. Bəzənmə və işvəkarlıqla eyni səviyyədə olan qadın çılpaqlığı, kişiləri – xüsusilə cavanları – daim şəhvətə təhrik edir. Elə bir təhrik ki, onların əsəb sistemlərinin korlanmasına, qeyri-normal həyəcanların artmasına, ruhi gərginliklərin təməlinin qoyulmasına səbəb olur. İnsan əsəbləri bu qədər həyəcan və iztirabları daşımağa nə qədər qadirdir? Bütün psixoloqlar xəstəliklərin əsas səbəbinin həyəcan olduğunu söyləmirlərmi? Cinsi istək insanda olan ən möhkəm və güclü meyldir. Bu meyl, tarix boyu ölümlə nəticələnən cinayətlərin qaynaq nöqtəsi olmuşdur. Mütəmadi olaraq çılpaqlıq vasitəsilə bu meyli şölələndirmək, atəşlə oynamaq deyilmi?! Bu işi ağıl müsbət qiymətləndirirmi?! İslam, müsəlman kişi və qadınların ruhi aramlığına, sağlam əsəb və pak bədən üzvlərinə sahib olmalarına çalışır. Bu da, hicab fəlsəfələrindən biridir.

Hicabın fəlsəfəsi

2. Statistika qəti surətdə göstərir ki, dünyada çılpaqlığın çoxalması ilə boşanma və evlilik həyatındakı soyuqluq da artmaqdadır. Çünki gözün gördüyünü, ürək də istəyər. Özbaşına buraxılmış meyl, istədiyi hər bir şeyi, nəyin bahasına olursa olsun, əldə etmək istəyir. Bu tərtiblə, göz hər gün birini görüb meyl edərsə, keçmişdəkilərlə vidalaşar. Hicaba riayət olunan mühitdə iki həyat yoldaşı, yalnız bir-birilə əlaqə saxlayır, eşq və məhəbbətlərini, yalnız bir-birilə bölüşürlər. «Azad çılpaq bazar»da isə qadınlar müştərək mala çevrilmişlər. Artıq evlilik məfhumu, öz mənasını itirir. Ailələr hörümçək toru tək sürətlə məhv olur, uşaqlar başsız qalır.

Hicabın fəlsəfəsi

3. Fahişəliyin və qeyri-qanuni uşaqların artması kimi mühüm bir problem də, məhz hicabsızlığın nəticəsidir. Buna dəlil olaraq, açıq-saçıq mühitdə, xüsusilə qərb cəmiyyətində gözəçarpacaq nəticələr olduğu üçün, statistikaya belə ehtiyac qalmır. Fahişəlik və ondan da daha pisi, qanunsuz uşaqların mövcudluğu cəmiyyətdəki növbənöv cinayətlərin mənşəyi olmuş və olmaqdadır. Dediklərimizə daha da, aydınlıq gətirmək üçün, bir məsələni nəzərinizə çatdırırıq: İngiltərədə aparılan sorğuya əsasən, hər il beş yüz min qeyri-qanuni körpə dünyaya göz açır. Bir dəstə ingilis tələbələri bununla əlaqədar olaraq, ölkələrində «həyəcan təbili» verirlər. Bu həyəcan, təbii ki, dini və əxlaqi məsələ olduğuna görə deyil, belə övladların gələcək cəmiyyətdəki əmin-amanlığa bir təhlükə mənbəyi olduğuna görə idi. Bütün bunları eşitdikdə hicabın nə dərəcədə mühüm bir məsələ olduğunu anlayırıq. Yekun olaraq, bunu deyə bilərik ki, fahişəliyin artması milli-mənəvi, dini-əxlaqi məsələlərə önəm verməyənlər üçün belə, böyük faciədir. Buna görə də, cəmiyyətdə cinsi fəsada səbəb olan hər bir şey, asayiş və dinc yaşayış üçün təhlükə hesab olunur və bunun bir topluma ziyandan başqa heç bir xeyri dəyməyəcəkdir. Əxlaq ustadlarının verdiyi tövsiyələrə əsasən də, oğlanlarla qızların birgə oxuduqları elmi mərkəzlərdə, kişi və qadınların birlikdə işlədikləri iş yerlərində və bunun kimi açıq-saçıqlığın hökm sürdüyü başqa yerlərdə işsizlik, gerilik, məsuliyyətsizlik açıqca müşahidə olunur.

Hicabın fəlsəfəsi

4. Qadının qədir-qiymətdən düşməsi, şəxsiyyətinin alçalması kimi məsələlər, bəhsimizin əhəmiyyətini daha da artırır. Malların reklamında, səyyah və turistlərin cəlbi üçün otellərin dekorunda qadın cazibəsindən istifadə olunarkən, qadın şəxsiyyəti cansız bir gəlincik, ya qiymətsiz əşya səviyyəsinə enir. Onun yüksək insanlıq dəyəri unudulur. Yeganə iftixarı fani cavanlıq və gözəlliyi olur. Nəticədə qadın, bu gedişlə müxtəlif meyl və həvəsləri doydurma vasitəsinə çevrilir. Təəssüflər olsun ki, qərb və qərbpərəst ölkələrdə ən yaxşı ad, şöhrət, gəlir, mövqe məhz açıq-saçıq qadınlara verilir və onlar daha məharətli sayılırlar. Belə təfəkkürlə yaşayan cəmiyyətdə bir qadın öz əxlaqi xüsusiyyətləri ilə, elm və agahlığı ilə necə cilvələnib yüksək məqam kəsb edə bilər? Beləliklə, qadına dəyər verən hicabın fəlsəfələrindən biri də budur.


Geri dön

music_angel

  • 13 sentyabr 2011 12:42
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun yazan eller var olsun cox sagolun

--------------------

Ay Üzlü

  • 13 sentyabr 2011 12:39
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
cox sag olun gozel xeber ucun

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 43
Cəmi: 63

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}