Nədir səbəb bilmirəm

 
Nədir səbəb bilmirəm

Səbəbini bilmirəm, Amma...
Bu gün həmişəkindən daha çox ehtiyacım var sənə...


Sanki köhnəlmişəm,əntiq əşyayam bu gün. ..
Yenə batır günəşlə birlikdə itir bütün müqavimətim, ümidlərim!
Mən artıq onsuz edə bilirəm. ..!Dediyim günlər toz tüstü olub yapışdı
yenə boğazıma, Nədənsə tuta bilmirəm sənsizliyin
üsyanını bu gün!...Damla damla axır gözyaşlarım...

Bax,
Yenə çəkildi...
Evli evinə, kəndli kəndinə!
Səbəbini bilmirəm, amma;
Evsiz, kəndsiz qaldım bu gün, bu gecə...!

Nədir səbəb bilmirəm

Hər kəs sığınacaq bir dam tapdı gerçək mənliklərdə, mənsə sənsizliyin
şəxsiyyətsiz damına sığındım yenə. ..Mənə gələn bütün yollar,döngələr
bağlandı, yolsuz qaldında dönə bilmədinmi? Yoxsa çıxmaz yoldan
çıxış yolumu tapdın özünə?!Bilmirəm səbəbini, nəticəsini amma,çox təkəm bu gecə...

Sanki Açılmayan düyün,
Sübuta yetirilə bilinməyən cinayətlər kimi sənsizlik...

Çatmır yaşamağa,
Bir mən bir də sənsizlik...
Səbəbini bilmirəm, amma;
Çox sıxır bu gün, bu gecə bu naməlumluq!

Nədir səbəb bilmirəm

Necə Olduda İtirdim Səni Səndə Məni?...
Səbəbini anlamıram,Düşünürəm!Düşünürəm! Axı unutmuşdum səni...
Mən artıq sənsiz edə bilirdim yenə noldu mənə?...Düşünürəm!Düşünürəm!
Axı unutmuşdum səni...Həyatımım mənasıydın,qəlbimin tək açarıydın...
Necə Olduda İtirdim Səni Səndə Məni?Düşünürəm!!!Düşünürəm!
Axı unutmuşdum səni...Yenidən Həyatıma Gəlsən Bunu Nəyə Borclu
Olardım İçimdəki Sənsizliyə yoxsa Sonsuz Sandığım, Hələdə Acı
Xatirələrlə Qəlbimi Qovuran Sevgimə???
Düşünürəm!Düşünürəm!Axı unutmuşdum səni...

Hər şeyi bir səbəbə bağladım,lakin,bir sənin
yoxluğunu bağlaya bilmədim nəticəyə. ..

Bəlkə də bunun üçün ağrıdır,yaman sıxır incidir qəlbim?!. ...
Çox sevdim deyəmi itirdim səni, çox sevilə bilmədim deyəmi?!

Nədir səbəb bilmirəm


Geri dön

music_angel

  • 13 sentyabr 2011 12:58
  • Məqalə: 212
  • Şərh: 7638
  • Bal:
Bax,
Yenə çəkildi...
Evli evinə, kəndli kəndinə!
Səbəbini bilmirəm, amma;
Evsiz, kəndsiz qaldım bu gün, bu gecə...!

--------------------

Ay Üzlü

  • 13 sentyabr 2011 12:48
  • Məqalə: 395
  • Şərh: 6067
  • Bal:
{awards}
cox sag olun

ramid

  • 13 sentyabr 2011 11:47
  • Məqalə: 0
  • Şərh: 104
  • Bal:
{awards}
hmm eladii

Sirli Melek

  • 13 sentyabr 2011 11:40
  • Məqalə: 0
  • Şərh: 5022
  • Bal:
{awards}
Bax,
Yenə çəkildi...
Evli evinə, kəndli kəndinə!
Səbəbini bilmirəm, amma;
Evsiz, kəndsiz qaldım bu gün, bu gecə...! recourse

ƏLA YAZIDI

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 28
Cəmi: 46

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 46
Cəmi: 633
 
MiSS HaPPy)
Xəbərləri: 42
Cəmi: 73
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 37
Cəmi: 52
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 170
 
♔Hе важно∞
Xəbərləri: 29
Cəmi: 144
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
Toxunma Xeyallarima
Xəbərləri: 7
Cəmi: 27
 
 
{slinks}