Zikrin Həqiqəti

 
Zikrin Həqiqəti

Zikrin Həqiqəti

“Zikr”, yəni nə? “Zikr” sözü ərəb dilində müxtəlif mənalarda işlənir. Bütün bunların kökü bizim dilimizdəki “xatırlatma” sözündəndir. Əlbəttə, bəzən müəyyən münasibətlə səmavi kitablar və peyğəmbərlərə “zikr” deyilmişdir. Məsələn, Quran Tövrat barəsində buyurur:

“Biz zikrdən (Tövratdan) sonra Zəburda da yazdıq: “Həqiqətən Mənim saleh bəndələrim yerə varis olacaqlar.”
(“Ənbiya” surəsi, ayə 105)


Bir çox ayələrdə Quranın özü haqqında da “zikr” sözü işlənmişdir:

“Şübhəsiz, zikri (Quranı) biz nazil
etdik və biz də onu qoruyub saxlayacağıq.” (“Hicr” surəsi, ayə 9)


Zikr sözünün səmavi kitablara və ya peyğəmbərlərə aid edilməsi onların xalqa Allahı xatırlatması ilə bağlıdır. Xalq bu kitabları oxumaq və peyğəmbərləri görməklə Allahı düşünür. (Ədiblərin sözünə əsasən səbəbiyyət əlaqəsi vardır.)

Beləliklə, zikr sözünün əsas lüğət mənası “düşünmə və xatırlamadır”. Kimisə və ya nəyisə düşünmək bəzən yalnız qəlbə aid olur. Bəzən isə zikr qəlbdən əlavə dildə də özünü göstərir. Siz “filan dostumu xatırladım”, “filan hadisə və ya xatirə yadıma düşdü” dedikdə bu xatırlama sizin zehninizə çatmış qəlbi bir iş sayılır. Xatırlama, yad etmə əslində qəlbə aid işdir. Amma o qəlbdən dilə də keçir. Öz dostunuza deyirsiniz: “Sizin xeyir zikriniz oldu”. (Sizin haqqınızda xoş söz deyildi.) Yəni qəlbdə düşünməkdən əlavə dildə də onun adı çəkildi. Dil zikri qəlbi düşüncədən doğur. İnsanın zehni hansısa bir işi düşünməzsə, dil bu iş haqqında bir söz deyə bilməz. Buna görə də dil zikri zikrin həqiqəti olan qəlbi düşüncədən danışır. Burada işarə etmək yaxşı olar ki, adi işlərdə həmişə dil zikri qəlbi düşüncə ilə yanaşı olur. Amma çox təəssüf ki, ilahi zikrə gəldikdə, adətən, bizim zikrlərimiz qəlbin iştirakı ilə yanaşı olmur. Bəzən namaz qılırıq, Quran oxuyuruq, lakin öz zehn və düşüncəmizdə qətiyyən Allahı xatırlamırıq. Lakin namazın fəlsəfə və həqiqəti Allahı düşünməkdən savay bir şey deyil. Hətta dua edib Allahdan bir şey istədiyimiz zaman da onu düşünmürük. Bir çoxlarımız namaz qıldığımız zaman bizə bəsirət gözü ilə baxan olsa, qadın, övlad, iş-güc, ev, maşın və məqam kimi bir yığın arzular görər. Biz bu xəyallardan ibarət bir toplumuq. Tamamilə olmayan yeganə şey Allahı düşünməyimizdir.

Lakin zikrin həqiqəti həmin qəlbi düşüncədir. Quran buyurur: “Rəbbini
qəlbində, ahəstə, yalvararaq və aramcasına yad et.” (“Əraf” surəsi, ayə 205)


Allahı düşünmək üçün fəryad çəkməyə ehtiyac yoxdur. İnsanın haray çəkərək Allahın adını dilə gətirməsi yaxşı deyil. Bu ayə bizə göstəriş verir ki, Allahın zikri zümzümə ilə və dodaq altında olmalıdır. Əlbəttə, Allahın zikri şüar şəklində olduqda (məsələn azan, təkbir və ya döyüş meydanlarında) ucadan olmalıdır ki, məqsədə çatmaq olsun

Zikrin Həqiqəti


Geri dön

sevgi yalandir

  • 27 sentyabr 2011 16:43
  • Məqalə: 538
  • Şərh: 7283
  • Bal:
Allah razi olsun

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

only-girl

  • 13 sentyabr 2011 21:57
  • Məqalə: 1002
  • Şərh: 5000
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------

music_angel

  • 13 sentyabr 2011 21:44
  • Məqalə: 212
  • Şərh: 7638
  • Bal:
{awards}
buyurun

--------------------

Ay Üzlü

  • 13 sentyabr 2011 20:31
  • Məqalə: 395
  • Şərh: 6067
  • Bal:
{awards}
Allah razi olsun

Iriska

  • 13 sentyabr 2011 18:02
  • Məqalə: 253
  • Şərh: 1227
  • Bal:
{awards}
Cox sagol bacim bu cur gozel dini xeber hazirladigin ucun

--------------------
Demədimmi bu həsrət öldürər səni, ay dolanıb keçər, yalnız qalarsan, hər gün ah deyib açı çəkərsən. Ürəyim sənə bu cür sevmə demədimmi!

sevgi meleyim

  • 13 sentyabr 2011 17:31
  • Məqalə: 25
  • Şərh: 1595
  • Bal:
{awards}
allah razi olsun twk ilk serh menden

--------------------
Gedene Uzulme.Sevseydi Getmezdi...Gelene Sevinme,O da Bawqasindan Gelib..
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 48
Cəmi: 60

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 52
Cəmi: 724
 
The Shield
Xəbərləri: 51
Cəmi: 74
 
MiSS HaPPy)
Xəbərləri: 48
Cəmi: 143
 
Nergiz__Sirinova
Xəbərləri: 41
Cəmi: 470
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 28
Cəmi: 201
 
AyliN BunyaminovA
Xəbərləri: 16
Cəmi: 439
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 52
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}