Namaz böyük əmrdir

 
Namaz böyük əmrdir

Namaz böyük əmrdir

Namaz, dinin dirəyidir. Namazını davamlı, doğru və tam olaraq qılan kimsə, dinini qurmuş, İslam binasını ayaqda saxlamış olur. Namazını qılmayan, dinini və İslam binasını yıxmış olar. Peyğəmbərimiz (s.a.s) buyurdu ki; (Dinimizin başı namazdır). Başsız insan olmadığı kimi, namazsız da din olmaz.

Qurani-Kərimdə yüzdən çox ayədə (Namaz qılın!) buyurulmuşdur. Bir hədisdə “ALLAH-Təala, hər gün beş vaxt namaz qılmağı fərz qıldı. Qiymət verərək və şərtlərinə uyaraq, hər gün beş vaxt namaz qılanı Cənnətə qoyacağına söz verdi” - buyurdu.

Namaz qılmaq, ALLAH-Təalanın böyüklüyünü fikirləşərək, Onun qarşısında öz kiçikliyini anlamaqdır.

Namaz, ALLAH-Təalaya və Onun Rəsuluna inanmaqdan sonra, bütün əməl və ibadətlərdən daha üstün bir ibadətdir. Buna görə də namazı bütün şərtlərinə əməl edərək qılmaq lazımdır.

Peyğəmbərimiz (s.a.s) bir hədisində buyurdu:

- Ey ümmət və əshabım! Şərtlərinə tam riayət olunan namaz ALLAH-Təalanın bəyəndiyi bütün əməllərin ən üstünüdür.

- Peyğəmbərlərin sünnətidir.
- Mələklərin sevdiyidir.
- Yerin və göyün nurudur.
- Bədənin qüvvətidir.
- Ruzinin bərəkətidir.
- Duanın qəbul olunmasına bir vəsilədir.
- Mələk-ul-mevte (yeni ölüm mələyinə) şəfaətçidir.
- Qəbirdə işiq, Munkir və Nəkirə cavabdır.
- Qiyamət günündə üzərinə kölgədir.
- Cəhənnəm atəşiylə sənin aranda sipərdir.
- Sirat körpüsünü ildırım kimi keçirəcəkdir.
- Cənnətin açarıdır.
- Cənnətdə başına tacdır.

ALLAH-Təala möminlərə namazdan daha vacib bir şey verməmişdir. Egər namazdan daha üstün bir ibadət olsaydı, ən birinci onu möminlərə verərdi. Mələklərin kimisi davamlı olaraq qiyamda, kimisi rukuda, kimisi səcdədə, kimisi də təşəhüddədir. Bunların hamısını bir rükətdə toplayıb, möminlərə hədiyyə verdi. Namaz, imanın başı, dinin dirəyi, İslamın sözü və möminlərin miracıdır. Göyün nuru və Cəhənnəmdən qurtarıcıdır.

- Bir kimsə bir namazı, bilə-bilə o biri namaza birləşdirərsə, səksən xukbə Cəhənnəmdə yanacaqdır. (Bir xütbə, səksən axirət ilidir. Axirətin bir günü bir dünya ilidir.) Sevgili Peyğəmbərimiz buyurdu: "Bir namazı vaxtında qılmayaraq qəzaya saxlayan insan vəfat edərsə, onun məzarına Cəhənnəmdən 70 pəncərə açılar və qiyamətə qədər əziyyət çəkər."

Elə isə ey mömin bacı və qardaşlarımız namazlarımızı vaxtında qılaq, vaxtımızı boş və faydasız şeylərə keçirməyək. Zamanın qiymətini bilək. Namazlarımızı vaxtında qılaq ki, qiyamət günü peşman olmayaq!

Unutmayaq ki, ”mən hələ namaz qılmaq üçün gəncəm” - cümləsi şeytanın ən şirin 12 sözündən biridir!

Namaz böyük əmrdir


Geri dön

Cilent_M.Q

  • 13 sentyabr 2011 14:51
  • Məqalə: 87
  • Şərh: 2628
  • Bal:
ALLAH RAZI OLSUN

--------------------

alisa

  • 13 sentyabr 2011 14:50
  • Məqalə: 0
  • Şərh: 190
  • Bal:
{awards}
men hele namaz qilmaq ucun gencem deyesen bu sozu cooox esitmisem pis sozduxebere gore twk

--------------------
Imza atamiyok diye kucumsemeyin biz de gerektiyi yere parmak basariz:)

Iriska

  • 13 sentyabr 2011 14:23
  • Məqalə: 253
  • Şərh: 1261
  • Bal:
{awards}
[i]"Bir namazı vaxtında qılmayaraq qəzaya saxlayan insan vəfat edərsə, onun məzarına Cəhənnəmdən 70 pəncərə açılar və qiyamətə qədər əziyyət çəkər[/i]

--------------------
Demədimmi bu həsrət öldürər səni, ay dolanıb keçər, yalnız qalarsan, hər gün ah deyib açı çəkərsən. Ürəyim sənə bu cür sevmə demədimmi!

SeL_cAn

  • 13 sentyabr 2011 14:16
  • Məqalə: 19
  • Şərh: 987
  • Bal:
{awards}
Paklığa doğru gedən yol.

--------------------
SÖZLƏRİM ÖPSÜN BAXIŞLARINI
XƏYALIM RUHUNU ÖPDÜYÜ KİMİ

Ay Üzlü

  • 13 sentyabr 2011 13:42
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
Allah razi olsun

HaYaliM

  • 13 sentyabr 2011 13:29
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
Allah razi olsun..deyerli yazi ücün tesekkürler..her bir müselman namaz qilmalidir

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 42
Cəmi: 57

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}