Mötəbər rəvayətlərdə deyildiyinə görə, Allah taala bəşəriyyətin atası Adəmi yaratmaqdan yeddi min il əvvəl yer üzündə cin və nasnas tayfalarını yaratmişdı. Nasnaslar insana bənzər məxluqlar idilər. Şüur və düşüncələri var idi, lakin onlar insanlar kimi iki ayaqlı deyil bir ayaqlı idilər.
Allah taala nasnas tayfaları üçündə qanunlar müəyyən edib onlara göndərmişdi. Lakin onlar bu qanunlara riayət etməmiş ,fəsadlar etmiş, qan tökmüş, öz xaliqlərinə üsyankar olmuşlar. Mələklər onların bu bəd əməllərini görüb, böyük yaradan qarşısında bu çıxışlarına görə onları günahkar məxluqlar hesab edib pisləmişlər.
Bu zaman Allah taala mələklərdən təşkil etdiyi qoşun dəstələrini iblisin başçılığı ilə yer üzərinə göndərir. Onlar Allahın əmri ilə nasnasları və cinləri qırır bir qismini isə qovub ucqar yerlərdə itirirler. İblis öz qoşunu ilə yer üzərinə enib hakimiyyət edirdi.
İblisin əsl adI Əzazildir. O özünü mələklərə oxşadır, amma mələk deyil, oddan yaranmış cin tayfasındandır. O zahirdə Allaha ibadət edirdisə bu ibadətlə öz vücudunda olan xəbisliyi gizlətmək istəyirdi. Lakin bəzən bu xəbisliyi biruzə verir. Allahın əmirlərinin xilafına höküm edirdi. Öz ibadətlərini ifrat dərəcədə qiymətləndirir, ona məqrur olurdu və özünü mələklərdən üstün tuturdu.
Mələklər iblisin bu təkəbbürünü və nasnasların bəd əməllərini görüb dəhşətə gəlirdilər.
Allah taala mələklərə xitab edərək buyurdu :
Mən yer üzərində bir xəlifə yaradacağam. (Bəqərə s. ayə 30).
Mələklər etiraz edib dedilər - Məgər yenədə elə kəslər yaradacaqsanki, fəsad edib qan töksünlər? Halbuki biz sənə təsbih və təqdis edirik. (Bəqərə s. ayə 30)
Allah taala buyurdu:
Mən biləni siz bilmirsiz (ayənin ardı). Mən istərəm öz qüdrət əlimlə elə bir xəlq yaradam ki, onun nəslindən pak bəndələr, mürsəl peyğəmbərlər, rəhbər imamlar əmələ gəlib xalqa hucət olsunlar. Xalqı günahlardan nəhy edib mənim əzabımla qorxutsunlar, mənə itaət və ibadət etməyə hidayət qılsınlar. Mən nasnası ərazimdən qovaram, cinləri havada məskunlaşdıraram. Yenidən yaradacağım məxluqlar və cinlər arasında bir hicab yaradaram onlarla əlaqə edə bilməsinlər.
Mələklər dedilər Pərvərdigara, bizə öyrətdiyin şeylərdən başqa biz heçnə bilmirik. Sen hər şeyi bilən və hikmət sahibisən (Bəqərə s. ayə 32)
Allah taala öz qüdrətini nümayiş etdirərək yer üzərində ilk insanı-Adəmi, həm də ilk xəlifə və höccətini yaratmağa iradə etdi.