Əmanəti Sahibinə Qaytarmaq

 
Əmanəti Sahibinə Qaytarmaq

İslam dini əmanəti insanın əqidəsi, tutmuş olduğu yolla əlaqələndirir və ona qarşı diqqətli olmağa çağırır. Möminin sahib olduğu əmlakı ona əmanətdir. Insana müvəqqəti olaraq bəxş edilən hər bir şey onun üçün əmanətdir. Ondan övladları, var-dövləti və elmi barəsində Qiyamət günü soruşulacaq. Çünki, insan əmənaəti öz sahibinə qaytarmaq barəsində məsuliyyət daşıyır...

Əmanəti Sahibinə Qaytarmaq

Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu barədə buyurur: “Qul bu dörd şey barəsində sual edilənə kimi ayaqda qalacaq: tərbiyə etdiyi övlad; sərf etdiyi ömrü; pulu haradan qazandığı və hara xərclədiyi; öyrəniyi elmə necə əməl etdiyi:” Cəmiyyətdə əmanətin təsir qüvvəsi ondan ibarətdir ki, fərdin davranışını saflaşdırır. Tacir fırıldaqçılıq etmir, sələm almır və mülkiyyətin hamısını mənimsəmir. Işçi öz işində təmiş işləyir, məmur öz vəzifəsini layiqincə yerinə yetirir, hakim Allahın ədalət prinsiplərini ali tutur.

Əmanəti Sahibinə Qaytarmaq

Əmr sahibləri Allahın şəriətini icra edir, üzərilərinə düşən vəzifələri həyata keçirirlər. Bir sözlə Allah taala hər kəsə əmanəti yerinə yetirməyi və hər şeyi yerli-yerində etməyi əmr edir: “Etibar olunmuş şəxs əmanəti geri qaytarsın!” (əl-Bəqərə, 283) Başqa bir ayədə Uca Allah buyurur: Biz əmanəti (Allaha itaət və ibadəti, şər’i hökmləri yerinə yetirməyi) göylərə, yerə və dağlara təklif etdik. Onlar ona yüklənməkdən (götürüb özləri ilə daşımaqdan) qorxub çəkindilər. Ona insan yükləndi. Həqiqətən, o çox zalım, çox cahildir”. (əl-Əhzab, 72)

Əmanəti Sahibinə Qaytarmaq

Allah taala əmanəti öz sahibinə qaytarmağı əmr edir: “Allah sizə əmanətləri öz sahiblərinə qaytarmanızı və insanlar arasında hökm etdiyiniz zaman ədalətlə hökm etmənizi əmr edir”. (ən-Nisə, 58) İbn Kəsir bu ayəni təfsir edərkən bu sözləri qeyd edir: “Allah taala sahibinə qaytarmağı əmr etdiyi əmanətlər deyəndə, insana cacib olan bütün əmanətlər nəzərdə tutulur. Bu, həm namaz, zəkat, oruc, günahlara görə bağışlanma diləmək, and və qullara tanış olmayan digər vacib əməllər kimi Uca Allahın qulları üzərində olan haqları, həm də əmanət və digər haqlar kimi qulların bir-biriləri üzərində olan haqlarını əhatə edir.

Əmanəti Sahibinə Qaytarmaq

Allah taala əmanəti sahibinə qaytarmağı əmr edir və bildirir ki, kim bunu etməzsə, səhih hədisdə qeyd olunduğu kimi Qiyamət günü ondan bunun vəzi alınacaq: “Buynuzsuz qoçun buynuzlu qoçdan qisası alınacaq vaxtı kimi əmanətləri öz sahiblərinə qaytarın!”
Əmanət hər hansısa bir şəxsə etibar edilən bir əşya və ya vəzifəli şəxsə tapşırılan bir iş ola bilər. Həmçinin, atanın övladıarını himayə etməsi, onları qoruması da əmanət sayılır. Insanın əmanətə etibarlı olması onun kəramətli olmasına dəlalət edir. Bu da insanın heyvandan əmalə gəlməsini iddia edən təkamül nəzəriyyəsi nümayəndələrinə tutarlı cavabdır.

Əmanəti Sahibinə Qaytarmaq

Ananın evin qayğısına qalması da əmanət hesab edilir. Bütün bu adları çəkilənlərin məsuliyyət daşıması haqda rəsulullah (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: “Sizin hamınız himayə etməyə məhkumsunuz və himayənizdə olanlara görə məsuliyyət daşıyırsınız. Rəhbər himayəçidir və öz tabeliyində olanlara görə məsluyiyət daşıyır. Kişi himayəçidir və öz ailəsinə görə məsuliyyət daşıyır. Qadın himayəçidir və ərinin evində olanlara görə məsuliyyət daşıyır”. Bütün bu dini mətnlər insanın ibadətləri haqqı ilə, insanlar arasında münasibətləri isə əxlaqla yerinə yetirərək əmanətə yüklənməsinə dəlalət edir.


Geri dön

Narka E-ZaDe

  • 13 sentyabr 2011 13:09
  • Məqalə: 404
  • Şərh: 4312
  • Bal:
Allah razi olsun..deyerli yazi ücün tesekkür

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

HaYaliM

  • 13 sentyabr 2011 13:02
  • Məqalə: 144
  • Şərh: 4313
  • Bal:
{awards}
Allah razi olsun..deyerli yazi ücün tesekkür ediem sene eziz Bacim

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

... Deryam ...

  • 13 sentyabr 2011 12:09
  • Məqalə: 272
  • Şərh: 4617
  • Bal:
{awards}
Deyerli xeber ucun sag olun,Allah razi olsun...

--------------------

Ay Üzlü

  • 13 sentyabr 2011 12:03
  • Məqalə: 395
  • Şərh: 6067
  • Bal:
{awards}
Allah razi olsun

music_angel

  • 13 sentyabr 2011 11:58
  • Məqalə: 212
  • Şərh: 7638
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 47
Cəmi: 61

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 28
Cəmi: 134
 
The Shield
Xəbərləri: 25
Cəmi: 290
 
Darling
Xəbərləri: 25
Cəmi: 910
 
aytc.sza
Xəbərləri: 20
Cəmi: 66
 
Nergiz__Sirinova
Xəbərləri: 14
Cəmi: 574
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
lamiye_2001
Xəbərləri: 9
Cəmi: 68
 
♔Hе важно∞
Xəbərləri: 8
Cəmi: 297
 
Jesicca
Xəbərləri: 8
Cəmi: 48
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}