Əxlaq

 
Əxlaq

Ərəb dilçiləri əxlaq kəlməsinin "hilk""hulk" kökündən törədildiyini söyləyirlər. Hilk insanın fitri tərəfini, hulk insanın mənəvi tərəfini, halk insanın maddi və sosial tərəflərini əks etdirir.

Əxlaqın hulk tərəfi hilk və halk tərəflərindən daha güclüdür. Ruh bədənin, axirət dünyanın, qeyb şəhadət aləminin, məna maddənin öznəsi olduğu kimi, mənəvi olan da maddi olanın öznəsidir. Birincilər ikincilərə görə əbədidirlər.
Eyni kökdən gələn "xilqət" kəlməsi "yaradılış" deməkdir. Eyni zamanda hulk "huy" yəni "adətləşmiş davranış" deməkdir.

Əxlaq

Qərb mədəniyyətində XX əsrin birinci yarısında latın mənşəli "moral" kəlməsindən istifadə edilirdi. Həmin əsrin son dövrlərində Yunan mənşəli "etiket" kəlməsi istifadə edilməyə başlanıldı. Yunanca ethos, dilimizdəki "əxlaq"ın qarşılığıdır. N.Etikin "Nikomakosa Əxlaq" adlı əsəri əxlaqdan bəhs edən əsərdir. Əxlaq Yunan mədəniyyətində dəyərlər sistemini ifadə edir. Bu terminlərin zaman içərisindəki dəyişikliklərini izlədikcə moralın daha çox fərdi əxlaq üçün, etiketin isə sosial əxlaq üçün istifadə edildiyini görürük. Birincisi İslam termilogiyasında ədəbə, ikincisi isə əxlaqa daha yaxındır.
Yaxşı - pis əxlaqın mövzusudur. Doğru-yanlış ağlın, gözəl - çirkin estetikliyin, haqq-batil əqidənin, haqlı-haqsız hüququn mövzusudur.

Əxlaq və Quran
Əxlaq kəlməsi Quranda mərkəzi bir yer tutmur. Bu kəlmə Quranda bir dəfə Qələm surəsinin 4-cü, bir dəfə də Şuara surəsinin
137 - ci ayəsində keçir. Fəqət insanlığın müştərək ağlının yaxşı dediyi əxlaqi davranışların hamısı təriflənir, pis dedikləri də tənqid olunur.
Bu halda aşağıdakı qənaətimiz özünü təsdiqləyir: Əxlaq kəlməsi Quranda mərkəzi yerdə olmasa da, əxlaqi davranışın özü Quranın mərkəzində yer alır. Quranın məqsədi insan davranışını əxlaqlaşdırmaqdır. Quran nədən danışırsa danışsın, son nəticədə əxlaqdan danışır. İlk nazil olan surələrdəki nümunələrə nəzər yetirək:

Əxlaq

1. Ələq surəsi: Quranın ilk nazil olan beş ayəsinin mövzusu bilgi əxlaqıdır. İlk əmr sadəcə "Oxu!" əmri deyil, "Yaradan Rəbbinin adı ilə oxu!" əmridir. Yaradan Rəbb adıyla/adına oxumaq bilgi əxlaqının təminatçısıdır. Yenə Ələq surəsində yer alan "İnsan mütləq azar; əgər öz-özünə yetdiyini sanırsa" (6-7) ayələri birbaşa əxlaqla əlaqədardır. Yenə orda "O bilmir ki, Rəbbi onu görür?" ayəsində əxlaqi davranışın üstün qabiliyyətini göstərir. Bu qabiliyyət, görən bir Allah inancıdır. O yoxdursa davranışın əxlaqiliyini qarantı edən də yoxdur.

2. Müzzəmil surəsi: Qiraət əxlaqından söz açır. Surənin ilk on bir ayəsində doqquz əmr cümləsi var. Yəni doqquz fellə doqquz davranış əmr edilir. Onların mərkəzini təşkil edən 4-cü ayədə: "Quranı tərtillə (düşünərək, təfəkkür edərək) oxu!" deyilir. Bütün bu əmrlərin yer aldığı bölümün zirvəsi isə "Rəbbinin adını an və bütün varlığınla Ona adan" (8) ayəsidir.

Əxlaq

3. Müddəsir surəsi: Dəvət/Risalət əxlaqından bəhs edir: İlk yeddi ayədə yeddi əmr var. Əsas əmr: "Qalx və xəbərdar et!" (2) əmridir. Bu əmrlər passiv yaxşını, aktiv yaxşıya çağıran əmrlərdir. Bu əmrlər "Yaxşılıq əxlaqına" işarə edir. Yaxşı olmaq kifayət deyil, yaxşılıq əxlaqına da sahib olmaq lazımdır. O da yaxşılığı ayağa qaldırmaq və aktiv hala gətirməklə mümkündür. Elçilik əxlaqı isə ilk əvvəl Rububiyyətin ən böyük təzahürü olan vəhyin sahibini təkbir ilə başlayır: "Və Rəbbini təkbir et!" (3). Dəvətdə israr da dəvət əxlaqına aiddir: "Və Rəbbin üçün səbr et!" (7). Bu, Rəbbinə qarşı əxlaqlı davran!" mənasına gəlir. "Və əlbisəni təmiz tut!" (4) əmri "Topluma qarşı əxlaqlı davran" mənasına gəlir. "bütün pisliklərdən uzaq dur!" (5) əmri, "Həqiqətə qarşı əxlaqlı davran!" mənasına gəlir. "Və yaxşılığı qazanc mənbəyi bilmə!" (6) əmri "Öz şəxsiyyətinə qaşı əxlaqlı davran" mənasına gəlir.

Əxlaq

4. Fatihə surəsi: Qulluq əxlaqından söz edir. İlk üç ayəsi qulun yönəldiyi məqamı xatırlatmadır. "Yalnız Sənə qulluq edər və yalnız Səndən yardım diləyərik" (4) ayəsi qulun yönəldiyi məqama qarşı əxlaqi davranışı ifadə edir. Son üç ayə isə qulluq əxlaqının mərkəzi olan duadır.

Namaz əmrindən başqa digər əmrlər nazil olmadığı dövrlərdə belə əxlaqi əmrlər vəhyin ilk illərində nazil olmuşdur:

~ Yetimi əzməmək. (Duha 9)
~ Dilənçini incitməmək. (Duha 10)
~ Verdiyini qəlbi ürpərərək vermək. (Muminun 61)
~ Boş şeylərdən üz çevirmək. (Muminun 3)
~ Əhdə vəfa və əmanətə riayət etmək. (Rad 20)
~ Pisliyi yaxşılıqla dəf etmək. (Rad 22)

Əxlaq


Geri dön

Rapunser

  • 13 sentyabr 2011 15:22
  • Məqalə: 3
  • Şərh: 273
  • Bal:
Cox saqolun exlaq hamiya lazimdi

Cox saqolun exlaq hamiya lazimdi

--------------------
UREK QAPI DEYIL ACIB ORTESEN
HER SENI SEVENI SENDE SEVESEN
UREK BIR MENZILDIR QAPISI BAQLI
YALNIZ BIR INSANDIR ONUN ACARI

ZERiDE

  • 13 sentyabr 2011 15:13
  • Məqalə: 35
  • Şərh: 148
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN.....TWK

Bengu

  • 13 sentyabr 2011 15:04
  • Məqalə: 0
  • Şərh: 230
  • Bal:
{awards}
Bele movzulari saytdan eksik etmediyiniz ucun cox sagolun.
Allah razi olsun.

Cilent_M.Q

  • 13 sentyabr 2011 14:50
  • Məqalə: 87
  • Şərh: 2628
  • Bal:
{awards}
ALLAH RAZO OLSUN

ALLAH RAZI OLSUN

--------------------

RADUQA

  • 13 sentyabr 2011 14:25
  • Məqalə: 17
  • Şərh: 638
  • Bal:
{awards}
Tewekkurler,,!!!!

--------------------
MENI OZUNE BENZETDIN.....AMMA OZUN SANMADIN ....!!!!!!!

SeL_cAn

  • 13 sentyabr 2011 14:04
  • Məqalə: 19
  • Şərh: 987
  • Bal:
{awards}
Sitat: solitary_girl
ALLAH RAZI OLSUN!


--------------------
SÖZLƏRİM ÖPSÜN BAXIŞLARINI
XƏYALIM RUHUNU ÖPDÜYÜ KİMİ

HaYaliM

  • 13 sentyabr 2011 13:29
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

Narka E-ZaDe

  • 13 sentyabr 2011 13:26
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN!

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 36
Cəmi: 57

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}