Dünyanın Ən Sürətli Elektrik Velosipedi

 
Dünyanın Ən Sürətli Elektrik Velosipedi


Keçən həftə Almaniya, Fridrihshavendə baş tutan Euroike 2010 sərgisində dünyanın ən sürətli velosipedi ilk debütünü etdi. İki alman şirkəti – PG-Bikes və UBC-nin(Formula 1 yarış maşınları and Porsche Carrera GT üçün hissələrin hazırlanması ilə məşğul olan şirkət) birlikdə hazırladığı bu elektrik velosiped – BlackTrail adlanır.

Dizayn:

BlackTrail 1930-cu illər stilində olan klassik motosikllər kimi dizayn edilmişdir. Oturacağın, sükanın əllə tutulan hissələrinin və akkumlyator üçün futlyarın qəhvəyi rəngli dəri ilə örtülməsi klassik stilin bir elementidir. Digər tərəfdən sərt künclər və velosipedin karbon tərkibli liflərlə işlənmiş çərçivəsi modern dizayndan xəbər verir.


Dünyanın Ən Sürətli Elektrik Velosipedi


Texniki xüsusiyyətləri:

BlackTrail elə velosiped pedalları velosipeddə hərəkəti təkcə elektrik dartma qüvvəsinin hesabına deyil, həm də insanın öz qüvvəsi hesabına təmin edir. Məhz bu amil aparatı elektrik velosipedlər sırasına daxil etməyə imkan verir. Digər texniki parametrlərinə görə bu qurğunu elektrik motosikllərə aid etmək olardı.

1,2 kilovatt gücündə olan elektromühərrikə sahib olan BlackTrail bu tipli texnika üçün rekord sayılan 100 km/saat sürətə çata bilir.

Velosipedin litium-ion akkumlyatoru (48 Volt, 17 ampersaat) yarımsaatda 80% enerji yığa bilər, 100%-lik enerji doldurulması isə 150 dəqiqə vaxt aparır.

100% doldurulmuş enerji ilə dayanmadan elektrovelosiped maksimal sürətlə 40-60 km, yavaş sürətlə (saatda 30-50 km) 160-200 km məsafə qət edə bilər.

Eurobike sərgisində nümayiş etdirilən digər elektrovelosipedlərdən daha üstün olan BlackTrail onlardan daha az çəkiyə malikdir. Alminum, titan və karbon tərkibli liflərdən hazırlanmış (karbon tərkibli liflərdən hissələrin hazırlanması üzrə UBC Şirkəti ixtisaslaşır) velosipedin çəkisi sadəcə 19,8 kq-dır.

Velosipedin sürəti və batareyanın enerji səviyyəsini göstərən OLED (organik işıqsaçan diod) displeyi var.

Qiyməti Neçəyədir?

Bu “yaşıl”möcüzənin qiyməti 75.660 Dollardır. Qiyməti dodaq uçuqladan bu velosipeddən ancaq 667 ədəd buraxılacaq. Sərgidə ekologiyaya önəm verən insanların bu “sıfır-tullantı” velosipedə marağı böyük olmuşdur.


Geri dön

Sirli Melek

  • 13 sentyabr 2011 13:44
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
VAAAUUUUU belay

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

apaci

  • 13 sentyabr 2011 13:42
  • Məqalə: 2
  • Şərh: 16
  • Bal:
{awards}
twk :)
wink

Miss Madridista

  • 13 sentyabr 2011 12:32
  • Məqalə: 12
  • Şərh: 213
  • Bal:
{awards}

Bu “yaşıl”möcüzənin qiyməti 75.660 Dollardır.
cemi 75.660?????? ne ucuz) tewekkur

E_M_O

  • 13 sentyabr 2011 12:32
  • Məqalə: 0
  • Şərh: 550
  • Bal:
{awards}
cox gozeldir super

★Azerbaijan girl★

  • 13 sentyabr 2011 12:23
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
woooooow supppa tskler

Ay Üzlü

  • 13 sentyabr 2011 12:05
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
hmmm maraqlidi amma bir az goburt gorsenir gornuwce
tewekkurler

v_i_p-

  • 13 sentyabr 2011 12:03
  • Məqalə: 0
  • Şərh: 16
  • Bal:
{awards}
fffffffffffffffffffffffeeeeeeeeeeeeeeeiiiiiiiiiiie
rrrrrrrrrrrrrrrrrrrrrrrrrr

music_angel

  • 13 sentyabr 2011 11:59
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
mende istiremee velesipeddden cox xosum gelir

mende istiremee velesipeddden cox xosum gelir

mende istiremee velesipeddden cox xosum gelir

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 10
Cəmi: 27

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}