Həyat fiqhi

 
Həyat fiqhi

"Fiqh” ərəb sözüdür, hansı ki, son dövrlərdə - təxminən son 10-15 ildə bizim dilimizdə də işlənməyə başlayıb. Xüsusilə ilahiyyat fakültəsi açılandan və həmçinin İslam şəriəti elmi tədris olunmağa başladıqdan sonra, o zaman ki, müstəqilliyimizə qovuşduq, artıq azad vətəndaş kimi öz etiqad və prinsiplərimizlə hərəkət etməyə və dinimizin müxtəlif buyuruqlarına riayət etməyə başladıq, bu ərəfədə islam şəriətinə aid bütün sözləri, terminləri öyrənməyə də başladıq.
Fiqh sözü də dilimizə keçən bu tip sözlərdən biridir, hansını ki, bilənlərin əksəriyyəti ya mənasını tam, ya da olduğu kimi bilmir. Ümumiyyətlə fiqh dedikdə, çoxlarının zehnində “şəriət elmi, şəriət elminin xırdalıqları, dərinlikləri, üsulları, əsasları, vacibləri, əda olunacaq ibadətlərin xronologiyası, prosesin düzgünlüyü və sairə” mənalar təsəvvür olunur. “Fiqh” sözü isə bu qədər dar çərçivədə sıxılmalı deyil. Əslində, yalnız İslam şəriəti elminin öyrənilməsində və tədrisində olan “fiqh” bölməsi həmin şəriətin xırdalıqlarına aiddir. Daha geniş olaraq isə “fiqh” sözü yalnız şəriətə aid deyil, qarşılığı Azərbaycan dilinə çox çətinliklə tərcümə olunsa da, hər bir şeyi dərindən anlamaq, dərk etmək mənasına gəlir.
Deməli, şəriət elminin fiqhi olduğu kimi, hər bir elmin və hər bir şeyin də fiqhi, dərin anlamı, idrakı vardır.
Bu dəfəki mövzu hər bir insan üçün, xüsusən də hər bir müsəlman şəxs üçün ən maraqlı və ən önəmli sayılan “həyat fiqhi” (həyatın anlamı, dərki) mövzusudur.

Həyat fiqhi

Nədir “həyat fiqhi”?
Həyatın anlamı nədədir?
Həyatı və həyatın məqsədini dərk etmək şərtdirmi?
Müsəlman kəs həyatını və həyatın mənasını dərk etmədən axirəti üçün yaşaya bilərmi?
Həyatı dərk etmək üçün mütləq şəriət fiqhinə müraciət etmək lazımdırmı?
Yaxud, yalnız şəriət fiqhindən öyrənərək, yararlanaraq həyatımızı dərk edib düzgün yaşaya bilərikmi?
Həyat özü nədən ibarətdir?
Yalnız ibadətlə həyat sürmək kifayətdirmi?
Həyatda gördüyümüz və etdiyimiz bütün əməllər və işlər hansı məqsədlə və hansı niyyətlə edilir?

Sualları davam etdirməli olsaq bu, bitən deyil. Hər bir sual özü bir neçə sual doğurur. Bu da onu deyir ki, həyatı mütləq anlamaq, dərk etmək, araşdırmaq, düşünmək gərəkdir. Həyatımızın, ömrümüzün hər bir məqamının, hər bir qisminin və hər bir hərəkətin fiqhi (öz anlamı, mənası) vardır. Görülən əməllərin doğru və ya yanlış olması, həmin əməllərin ibadət kateqoriyasına aidiyyatı, əməllərin daha önəmli və az önəmli olanları, cəmiyyət içində görülən işlər, fərdi işlər, ictimaiyyat və xalq üçün görülən, münasibətlər, əlaqələr və sairə kimi minlərlə amilləri dərk etmək, anlamaq və sonra addım atmaq lazımdır.

Həyat fiqhi

İmam əl-Ğəzali öz “İhya Uluməd-din” kitabında bildirir ki, bəzi adlar var ki, dəyişdirilmişdir. O adların, o isimlərin Qurani-Kərimdə, Peyğəmbərimizin (s.a.s) sünnətində, səhabələrdə və tabeinlərdə öz mənası vardır ki, müxtəlif əsrlər keçdikcə o mənalar dəyişdirilmişdir. Məsələn, həmin sözlərdən - Fiqh, Tövhid, Hikmət və sairə. Bu kimi sözləri artıq Allahın kitabında və Rəsulullahın sünnətində olduğu mənasıyla deyil, başqa cür yozmağa başlamışlar.
Niyə görə “fiqh” sözü məhz, şəriət hökmlərinin əsas və xırdalıqlarını Qurana, sünnətə, icmaya və “qiyas”-a görə bilmək kimi anlaşılmalıdır?! “Fiqh” elmi deyilən bir şey sonralardan yaranma bir şeydir. Peyğəmbərimizin (s.a.s) dövründə, müsəlmanlar Mədinəyə hicrət etdikdən, orada məskunlaşdıqdan sonra, Qurani-Kərimdən nazil olan ayələr artıq o cəmiyyətin əsasını qurmağa, dini və dünyəvi hökmləri və qanunları qoymağa yönəlmişdir. Məkkə dövründə şəriət və qanun hökmlü ayələr nazil olmurdu. Namaz, oruc, zəkat, həcc, alış-veriş, əlaqələr, münasibətlər, cəzalar və sairə kimi hökmlər Mədinədə nazil olmağa başlamışdır.
Allah -Təala əl-Ənam surəsində belə buyurur; “Suyun və qurunun zülmətində (yolunuzu) düz getmək üçün ulduzları sizin üçün yaradan da Odur. Biz bu ayələri anlayan bir camaat üçün bu cür ətraflı izah etdik.”
Başqa bir ayədə də “...Onların qəlbləri var, onunla anlamazlar;” (əl-Əraf, 179)
Yuxarıda “anlamaq” sözüylə qeyd olunanlar, ərəb dilində əsli “fiqh” sözündən gəlmə “yəfqahun” sözüylə keçmişdir Qurani-Kərimdə. Yuxarıdakı ayələr və bunun kimi bir sıra ayələr Məkkə dövründə nazil olmuşdur.

Həyat fiqhi

Baxın, Peyğəmbərimizdən (s.a.s) rəvayət olunan bir hədisdə belə buyurmuşdur; “Allah bir kəs üçün xeyir istərsə, onu dində anlamlı (dərk edən, dərindən bilən) edər.” Bu hədisdə də əsli “fiqh” sözü olan “yufaqqihhu” sözü keçir. Deməli, anlamaq və dərk etmək yalnız dinə aid deyil.
Dini dərindən öyrənmək, anlamaq və dərk etmək barədə Allah-Təala Qurani-Kərimdə belə buyurur; “Möminlərin hamısı eyni vaxtda döyüşə çıxmamalıdır. Hər qəbilədən bir dəstə qalmalıdır ki, dini (dərindən) öyrənsinlər və öz camaatı döyüşdən geri qayıtdıqları zaman onları xəbərdar etsinlər. Bəlkə, onlar (pis işlərdən) çəkinələr.” (ət-Tövbə, 122).
Bu ayədən həm də anlaşılır ki, Allah-Təala bizə dünya işlərimizi düzgün bölüşdürməyi işarə edir. Yalnız hərbi tərəfə önəm verib, onu gücləndirməklə olmaz, həyatın əsasını iqtisadiyyat, cəmiyyət, tibb, tədris və sairə kimi başqa amillər də qurur. Həyatın firavan və rifah içində qurulması üçün bütün elmlər dəyərləndirilməli və mənimsənilməlidir. Hər bir sahənin öz alimləri və qurucuları olmalıdır.
Bizim ümmət, müsəlman ümməti bütün millətlər, ümmətlər və qövmlər arasında seçilmiş və üstün tutulmuşdur. Bizim ümmətin sayı və həcmi də o biri ümmətlərlə müqayisədə çox böyükdür. Təxminən bir milyard yarım nümayəndəsi olan bu islam ümmətinin çox təəssüf heç bir sahədə demək olar ki, bir irəliləyişi və ya inkişafı yoxdur.

Həyat fiqhi

Bir insan tibb elmini dərindən öyrənib, mənimsəyib, öz elmi ilə bu ümmətə fayda verəcəyini niyyət edərsə, ona ehtiyac duyanları müalicə edərsə, tibbin inkişafında xidmət göstərərsə, müsəlman ümmətinin tibb sahəsində öz bariz fəaliyyətləri ilə önə gedərsə bütün bu işlər ibadət sayılar, Allah yolunda çalışmaq sayılar. İslam ümməti öz gücü və öz biliyi ilə öz ehtiyaclarını ödəməyi və başqalarına heç bir zaman möhtac qalmamağı bacarmalıdır. Müsəlman dünyasının əhatə etdiyi ölkələrin çoxunda əkinçilik var, amma qida ehtiyaclarımızın yarıdan çoxunu import edirik. Biz, “dəmir” surəsi ümmətiyik. “...Biz özündə çox böyük qüvvə və insanlar üçün mənfəətlər olan dəmiri də endirdik...” (əl-Hədid, 25). Biz isə nə dəmirin qüvvəsindən özümüzə qüvvət hazırlaya bilirik, nə də başqa mənfəətlərindən istifadə edərək öz ehtiyaclarımızı ödəyə bilirik. Bütün hərbi sursatlarımızı başqa ölkələrdən alırıq. Bütün cihaz, alət və maşınlarımız başqa ölkələrin istehsalıdır.
Allah -Təala bizə alim olmağı, biliklərimizi artırmağı və bununla da Allahı daha doğru anlamağı, həyatın məqsədini dərk etməyi buyurur. Fatir surəsinin 28-ci ayəsində Allah-Təala belə buyurur; “Allahdan Öz qulları arasında ancaq alimlər qorxarlar.” Deməli, həqiqi alim Rəbbini daha yaxşı tanıyır, Onu sevməyi bacarır və bu sevgiyi itirməkdən, bu sevgiyə naxələf çıxmaqdan layiqincə qorxur. Rəbbimiz isə “alimlər” dedikdə müəyyənləşdirməyib. Gəlin, bu ayədən əvvəlki ayələrə də bir nəzər yetirək. “Məgər Allahın göydən yağmur endirdiyini və onunla müxtəlif rəngli meyvələr yetişdirdiyimizi görmürsənmi? Dağlarda da müxtəlif rəngli – ağ, qırmızı və tünd qara cığırlar əmələ gətirdik. İnsanlar, heyvanlar və mal-qara arasında da bu cür müxtəlif rəngli olanları vardır. Allahdan Öz qulları arasında ancaq alimlər qorxarlar.” (Fatir, 27, 28)

Həyat fiqhi

Allah təala “alimlər” buyurmamışdan bir sıra elmləri də öndə gətirmişdir ki, bəlkə diqqətlə oxuyanlar anlayarlar. Göydən yağmur yağması hansı elmə aiddir? Bitkilər, torpaq və bitkilərin xassələri, rəngləri və sairə, hansı elmə aiddir? Dağlar, daşlar, dərələr, düzənliklər, müxtəlif rəngli cığırlar, torpaq qatları və sairə hansı elmə aiddir? İnsanlar, heyvanlar, onların bir-biri ilə fərqləri, mal-qara, onların rəngləri, xüsusiyyətləri və sairə hansı elmə aiddir? Bütün bunlar müxtəlif, fərqli-fəqrli elmlər deyilmi?! Bütün bunları Allah-Təala bizə sadalamaqla nə deyir?! Sadəcə oxuyub “gör necə fərqli şeylər yaradırmış o qüdrətli Rəbbimiz!” deyərək üstündən keçəkmi deyə buyurur?! Məhz o müxtəlif elmlər nəzərimizə çatdıraraq sonra “alimlər” deyə buyurur Rəbbimiz.

Mövzunun əvvəli “fiqh” sözünun mənası, anlamı ilə başlasa da, bu mövzu sırf olaraq fiqhə deyil, həyatı anlamağa (fiqh etməyə) ayrılıbdır. Əvvəli bir az darıxdırıcı və ya yorucu da ola bilər, lakin həqiqətən çox əhəmiyyətli və dərin anlamlıdır.
Mövzuda bütün elmlərin dəyərinə, əhəmiyyətinə, Qurani Kərim və onun insanla əlaqəsinə, Peyğəmbərimizin (s.a.s) sünnətinə riayətə, müsəlman və kafir əlaqələrinə, müxtəlif tibbi müalicələr və metodlara, müsəlmanın qanı və onun dəyərinə, ailə daxili münasibətlərə və sairə kimi həyatda vacib olan amillərə işıq salmaq, onları anlamaq və dərk etmək niyyətindəyik.

Yaziya Gore Şahmar Kərimov qarqawa oz minnetdarligimi bildirirem .


Geri dön

sevgi yalandir

  • 27 sentyabr 2011 16:44
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
Allah razio lsun sizden yazan eller var oslun

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

music_angel

  • 13 sentyabr 2011 21:50
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
Allah razio lsun sizden yazan eller var oslun

--------------------

Rapunser

  • 13 sentyabr 2011 16:00
  • Məqalə: 3
  • Şərh: 273
  • Bal:
{awards}
ilk werh menden tewekkurler maraqli xeberdi

--------------------
UREK QAPI DEYIL ACIB ORTESEN
HER SENI SEVENI SENDE SEVESEN
UREK BIR MENZILDIR QAPISI BAQLI
YALNIZ BIR INSANDIR ONUN ACARI
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 41
Cəmi: 55

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}