Bir mən var, bir də mənim olan

 
Bir mən var, bir də mənim olan

Mən- Allahın bir ayəsi. Bəzən rəhmət, bəzən qəzəb ayəsi...
Bu dünyaya gəlməsəydim, daha doğrusu yaradılmasaydım yoxluğum hiss olunmayacaq, yerim görünməyəcəkdi. Amma yaradıldım. Varam. Varlığım buna şahiddir. Özüm şahidəm. Tanıyanlar şahiddir.
Var olmaqla varlıqlar arasında yerimi tutdum, özümü tanıtdım, yoxluğumu hiss etdirdim. Yoxluqlarına üzüldüldüklərim də bir zaman var olanlar, varlığından xəbərdar olduqlarım idi.
Olmayanların olması gərəkdiyini hiss etmirik ki, yoxluqlarına üzülək. Olanların bizim olmaması, bizdə olmaması üzür bizi...
Heç bir zaman bilmədiyimiz, görmədiyimiz, təsəvvürümüz olmayan bir şeyi istəmədik. İstədiklərimiz, arzuladıqlarımız bildiklərimiz, tanıdıqlarımız olub.

Aşiq olanda romantik birinə aşiq olmağı istədik.
Sevgimizin əbədi olmasını, dastana çevrilməsini, dillər əzbəri olmasını dilədik. Örnək modelləri düşündük. Məcnunun Leyliyə olan sevdası eşq etalonumuz oldu...

Bir mən var, bir də mənim olan

Övladımız olanda tanıdığımız ən gözəl və ən ağıllı birinə bənzəməsini istədik. "Vunderkind" uşaq arzuladıq, özümüz heç bir zaman vunderkind olmasaq da.

Evimizi və ev əşyalarımızı tanışlarımızınkına bənzətdik. "Onda görmüşdüm", "onun var idi", mən də "onunkundan" istəyirəm, dedik... Bizdə olmayanların bizim olmasını istədik... Bizim olanların başqalarının arzusu olduğu ehtimalını isə heç düşünmədik...

Maşın alanda flankəsin maşınına bənzəməsini xəyal etdik. Xəlayımızda ən gözəl və ən bahalı maşınları sürdük...

Bütün istəklərimizi bizdən öncə kiminsə yaşadığı həqiqətlər üzərində qurduq.
Kimsəyə bənzəməyimizi qəbul etməsək də hər zaman kimlərsə bizim üçün etalon oldu. Nəyisə özümüz üçün deyil, elə başqaları üçün etdik. Başqalarına baxıb etdik. Başqalarını razı salamağa çalışdıq. Bizi qane edənlər başqasını qane etməyincə dəyişdik, dəyişildik, daha doğrusu dəyişdirildik.

Bir mən var, bir də mənim olan

Bir “MƏN” var idi. Bir Mən yaradılmışdı. Biz dəyişdik. Bir “O”ya çevirdik. İkinci şəxs üçün dəyişildikcə özümüz öz gözümüzdə üçüncü şəxsə çevrildik...
Bir Adəm idik. İblisin oyununa gəldik.
Başqasına bənzəməyə çalışdıqca özümüzü tükətdik. Başqa birinə çevrildik. MƏNdən Ona dönmək çətin olsa da biz bunu bacardıq.

Bir MƏNİM var idi. Mənim dediklərim, mənim sandıqlarım, mənim olduğuna inandıqlarım. Əlim, ayağım vardı, dilim, qəlbim, düşünən beynim vardı... Bütün bunlar saydıqca bitməyən nemətlər idi...
Bir də nəfəsim var idi. Bütün bunların olduğunu mənə xatırladan, yaşadan, mənə həyat verən... Hər nəfəs aldıqca ciyərlərimə dolan hava mənim varlığıma şəhadət edir, sağlığımı dünyaya hayqırırdı. Udulan bir nəfəs həyatı, yaşamağı, düşünməyi anladırdı. Hər udulan hava həyata insan qazandırırdı...

Doğuldum...
Böyüdüm...
Qocaldım...
Öldüm...


Bir mən var, bir də mənim olan

Bir nəfəslə dünyaya gəldim, son nəfəslə dünyadan getdim.
Orda anladım ki, mənə verilənlər sadəcə bir sınaq üçün imiş. Bütün bunların hesabı soruşulacaqmış... Nə etdin onlarla? Harada yaşadın? Harada qocaldın? Harada öldün? Hə, hə hətta bu da soruşulacaq... Harada öldün?!
Əl də, ayaq da, dil də, dodaq da, qəlbdə, hətta nəfəs də... şahid olacaq. Yaşayışıma şahid olduqları kimi, ölümümə də şahid olacaqlar.

Adəm ağaca yaxınlaşdı ayağı günaha batdı, əl uzatdı əli günaha batdı... Bir anlıq nəfəsini dərdi. Nə etdiyini anladı...
Adəm Cənnətdə doğulmuşdu. Yer üzündə öldü. Bir də cənnətə qayıda bilmək üçün bu dünyaya göndərilmişdi, öldü ki, yenidən o dünyaya qayıtsın.
Gələrkən yüksüz idi, dönərkən yükdən beli bükülmüşdü...
Onun belini qocalıq bükmədi, yükü onu qocaltdı.
Verəcəyi hesabatlar onun belini bükdü. Dərddən qocaldı Adəmoğlu. Aldıqlarını bir-bir verincə qocalıq qapısını çaldı. Ağaran saçı, tökülən dişi, büzüşən üzü, qırışan əli, taqətsiz dizi daşıdığı yükün ağırlığından xəbər verir.

Bir mən var, bir də mənim olan

Yediyi yeməklər halal-haramlığına şahid olacaqdı.
Qazanan əllər halal-haramlığına şəhadət gətirəcəkdi.
Dilini qeybətdən qoruya bilməyən dişləri şahid olacaqdı.
Harama baxan gözü, haramı dinləyən qulağı etiraz edəcəkdi.
Qaşları düyünlənəcək "Biz günaha batmaq istəmirdik, məcbur edildik" deyəcəkdilər.

"Mənim" dediklərimin nə zamansa mənim əleyhimə şahadət verə biləcəklərini düşünərkən onlara yeni nəzərlərlə baxmağa başladım. Mənim dediklərimin girovuna çevrildiyimi anladım. Hər iki dünyada da mən onların girovu idim. Bu dünyada bəzəyərək, düzəyərək, onlara gözəl görünüş verməyə çalışaraq ömrümün yarsını bədənimi süsləməyə çalışmışdım...
Ayaqüstə olanda da, oturanda da, uzananda da Məni zikr edin deyirdi Allah. Mən isə Allahı yalnız boş vaxtlarımda zikr edirdim. Qalan saatlarımı cismimi süsləməklə keçirirdim. Bədən üzvlərimin sünü bəzəyinə ayırdığım saatlar axirət günü mənim əleyhimə ifadə verdilər. "İsraf etdiyim zaman" şahidləri oldu... Deyəcək, müdafiə olunacaq söz tapmadım. Sözüm də əleyhimə şahidlik edənlər arasında idi...

Bir mən var, bir də mənim olan

Mənim dediklərim qarşımda dayanaraq məni ittiham etdilər...
Onların girovundan xilas olmaq isə yalnız onlarla savab qazanmaqla mümkün imiş. Heyf ki, gec anladım. Savabım günahımdan az olunca "mənimkilər" mənim olmadı. Mənə qarşı oldular.
Mənim dediklərimin heç biri mənim deyilmiş, mən onların girovu imişəm. Mən onların imişəm.

P.S. "Aldığımız nəfəsi də geri qaytarırıqsa, deməli bu dünyada heç bir şey bizim deyilmiş"...
Amma almağımızla qaytarmağımız arasında da böyük bir fərq var. Bunu da gec anladım.
Heyf...


RÜZGAR


Geri dön

sevgi yalandir

  • 27 sentyabr 2011 16:43
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
RÜZGAR winked

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

_Yaxsiliq Meleyi_

  • 17 sentyabr 2011 13:48
  • Məqalə: 14
  • Şərh: 364
  • Bal:
{awards}
yazan ellerin dert görmesin

--------------------
Dünya özünü təzə gəlin kimi göstərərək insanı aldadan,lakin həqiqətdə sehirbaz bir qarıdır.

Cilent_M.Q

  • 14 sentyabr 2011 11:12
  • Məqalə: 87
  • Şərh: 2628
  • Bal:
{awards}
super idi twk muellife

--------------------

music_angel

  • 13 sentyabr 2011 21:45
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
superdi coox beyendim winked

--------------------

S_E_N_S_I_Z

  • 13 sentyabr 2011 17:10
  • Məqalə: 0
  • Şərh: 92
  • Bal:
{awards}
tewekurler

Bengu

  • 13 sentyabr 2011 17:02
  • Məqalə: 0
  • Şərh: 230
  • Bal:
{awards}
twk.maraqli fikirlerin var.

Nikoyl

  • 13 sentyabr 2011 16:41
  • Məqalə: 139
  • Şərh: 1602
  • Bal:
{awards}
superdi feel twkler

--------------------

maiw mm

  • 13 sentyabr 2011 16:31
  • Məqalə: 14
  • Şərh: 280
  • Bal:
{awards}
super tawakur///

--------------------
★* 。 • ˚ ˚ •。★★ 。* 。*
° 。 ° ˚ _Π____*。*˚★ 。* 。*。 • ˚ ˚ •。★
˚ ˛ •˛•* /______/~\。˚ ˚ ˛★ 。* 。*★ 。* 。*
˚ ˛ •˛• | 田田|門| ˚Soyuq bir qiw gunu... . —

Musique Sage

  • 13 sentyabr 2011 16:30
  • Məqalə: 442
  • Şərh: 2926
  • Bal:
{awards}
HaYaliM,
eyni fikirdeyem

..:MeleK kiz:..

  • 13 sentyabr 2011 16:04
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
Bir mən var, bir də mənim olan

Rapunser

  • 13 sentyabr 2011 16:04
  • Məqalə: 3
  • Şərh: 273
  • Bal:
{awards}
Cox gozel yazidi tewekkurler

--------------------
UREK QAPI DEYIL ACIB ORTESEN
HER SENI SEVENI SENDE SEVESEN
UREK BIR MENZILDIR QAPISI BAQLI
YALNIZ BIR INSANDIR ONUN ACARI

HaYaliM

  • 13 sentyabr 2011 15:36
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
"Aldığımız nəfəsi də geri qaytarırıqsa, deməli bu dünyada heç bir şey bizim deyilmiş"...

bu kelime lap yerine düsüb e..ela yazidi..cox beyendim

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

Dj_lord95

  • 13 sentyabr 2011 15:33
  • Məqalə: 0
  • Şərh: 10
  • Bal:
{awards}
ee xoslmiram bunlari

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 40
Cəmi: 58

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}