İki yolun var

 
İki yolun var

Tək-tənha bir səfərə çıxsaydın, gedərkən iki yolayrıcına çatsaydın, yolların biri çox asan, o biri isə çox çətin görünsəydi, amma çətin yolun üstündə “Bu yol şəhərə aparır” nişanı, asan yolun üstündə isə “Təhlükəlidir” yazılmış olsaydı, hansı yolu seçərdin? Baxırsan ki, “təhlükəlidir” yazılan yolun kənarları gözəl ağaclarla bəzədilmiş, hər tərəf yaşıllıq, gül-çiçək və meyvələr bol-bol, uzaqdan kef-əyləncə məclisləri görsənir, şəhərə aparan yol isə daşlı-kəsəkli, dərəli-təpəli, əyri, tikanlı, sınıq-salxaq və hər cür məşəqqət doludur. Bunları görəndə, əlbəttə ki, nəfsindən bir səs gəlir “asan və gözəl yolu seç”. Amma qəlbinin dərinliklərində də bilirsən ki, bu yolun sonu yoxdur, yalnız məhv olub, tükənməkdir. O biri yol nə qədər çətin olsa da, sonunda şəhərə çatmaq və rahatlanmaq var.

Bu təbii bir haldır. İnsanın nəfsi daim asanlığa, kefə və ləzzətə meyllidir. Həm də ağrısı və acısı olmayan bir ləzzətə. Qandalları sevmirik, həbs olunmağa nifrət edirik, istədiyimiz kimi hərəkət etmək, istədiyimiz yerə getmək istəyirik. Bu özü, Allahın bizi yaradarkən hər birimizin içində yerləşdirdiyi bir fitrətdir. Amma insan nəfsinin ipini buraxsa, nəfsini özü idarə edə bilməsə, nəfsi onu istədiyi kimi və istədiyi səmtə sürüyəcək. Ağıl isə işə müdaxilə edərək, nəfsə tabe olmamağa, qısa və müvəqqəti ləzzəti deyil, həmişəlik rahatlığı seçməyə çağırır. Müvəqqəti ləzzətin sonunda çox uzun və ağır bir acı var. Müvəqqəti çətinliyin sonu isə əbədi rahatlıqdır.

İki yolun var

Bu, bir cənnət və cəhənnəm yoludur. . .

Cəhənnəm yolu çox ləzzətli, nəfsin istəklərinə uyğun, gözləri qamaşdıran gözəlliklərlə, şəhvani həvəslərlə, çərçivəsiz, hədsiz-hüdudsuz hərəkətlərlə doludur. İstədiyin kimi qazan, halalına haramına baxma, azad ol, həyatdan yalnız zövq al.
Amma gecələri yuxusuna haram qatan, gec yatan, imtahanlara hazırlaşan, əzizləri ilə bol-bol ünsiyyətdən məhrum olan, istədiyi qədər kompüterdə oynamayan, televizora baxmayan, yalnız dərsləri ilə məşğul olan şagirdin sonunda qiymətləri yaxşı olacaq.
Allah‐Təala iki yolu da qarşımıza qoymuş, daxilimizdə də haqqı-batildən ayırma bacarığını və iradəsini yerləşdirmişdir. Kim olur‐olsun, xeyirli iş görəndən sonra vicdanı sakit və rahat olur. Günah və səhv iş görən isə vicdan əzabı mütləq çəkir. Bu halı əksər hallarda heyvanlarda da müşahidə etmək mümkündür. Pişiyin qarşısına bir parça ət tullasan, quyruğunu bulaya-bulaya, sakitcə əti yeyəcək. Amma gözünu oğurlayıb, bir yerdə qabda qoyduğun ətdən götürsə, həmən qaçacaq, uzaqlaşacaq və tez‐tələsik onu yeyib bitirməyə çalışacaq. Niyə?!

“Biz ona iki yol göstərmədikmi?!”
(Bələd, 10).

Bir başqa ayədə də Rəbbimiz buyurur; “And olsun nəfsə və onu yaradana
(ona biçim verənə). Sonra da ona günahlarını və
pis əməllərdən çəkinməsini (xeyir və şəri) öyrədənə ki,”
(Şəms, 7-8).

İki yolun var

İki yolun üstündə də, o yola çağıran və o yolun üstünlüklərini çağıranlar da vardır. Haqq yolunun üstündə peyğəmbərlər göndərilmiş, şər yolunun üstündə də yorulmaq və bezmək bilməyən şeytan dayanıbdır. İnsanların əksəriyyəti şeytanın çağırışını qəbul etdikdən sonra, özləri də şeytanlaşır və getdikləri kefli-ləzzətli yola başqalarını da çağırırlar. Peyğəmbəri dinləyib haqq yolu seçən insan da o yola çağırmağı bacarmalıdır. Çağırmazsa, şeytanlaşan insanlar getdikcə çoxalar. İnsan yaxşı yolu seçmişsə, hələ işi bitməmişdir, o sadəcə özü üçün yaxşıdır, amma passivdir. Aktiv olmalı, başqalarına da haqq yolu göstərməlidir. Çünki bütün insanların içində xeyir və şər potensialı vardır. Aktiv pislər, yəni şeytanlar o insanları azdırmadan, onların dadına çatmaq lazımdır. Ən təhlükəli olan tərəfi də odur ki, şeytanların çoxu aktiv olur və pis yolu seçənlərin əksəriyyəti aktivləşirlər.

Haqqa dinə gəlmək əslində o qədər də asan deyil. Nəfsin istəkləri və dünya ləzzətinə uymaq, axar çayın axdığı istiqamətdə üzmək kimidir. Bir də gəl, axan çayın əks istiqamətinə tərəf üz. Din insanı saxlayır və nəfs də bu qaydaları özünə qandal hesab edir. Yanındakı pis dostun, yaxud şeytanın, səni çağıracaq, “bax lüt qadın var burda, özü də rəqs edir, hamı ona baxır, gəl”, nəfis çəkəcək, arxandan min cür şeytan səni ora sürükləməyə çalışacaq. İçindən gələn “getmə, günahdır” səsini eşitsən də, özünü saxlaya bilmək çox çətindir.

İki yolun var

Örtüyünə fikir verməyən qız görür insan, gözünü çəkə bilmir, istədiyi hər şeyi görməyə çalışır, gözü axtarmağa başlayır. Halal amma çətin yolla qazanmaq istəmir tacir, qısa, faiz və sələmə vermə yolu ilə qazanmağa razı olur. İşini görməyə çətinlik çəkir, aldığı məvacibi az görür, bir anlıq rüşvət almaqla, maaşının iki-üç misli qədər pul olur, öz ehtiyaclarını beləcə ödəyir. Günahlar həqiqətən çox şirin və ləzzətli olur. Qiybət dinləmək nəfsə xoş təəssürat verir. Niyə? Çünki qiybəti dinləyərkən və o söhbətə qoşularkən insan, özünü həmin an danışılan şəxsdən daha yaxşı kimi hiss edir. Oğurluq ləzzət edir nəfsə, heç bir əziyyət çəkmədən və vaxt itirmədən, bircə anda istədiyin şeyi əldə edirsən. Nəfis həmişə bu cür tez, ani ləzzətləri istəyir, asan yol axtarır. Əlbəttə ki bütün bunları dəf etmək, meyllənməmək çətin məsələdir, asan deyil. Rəbbimiz bir hikmətlə ilk nazil etdiyi ayələrdə Peyğəmbərinə belə buyurmuşdu; “Həqiqətən, Biz sənə (məsuliyyəti) ağır bir kəlam (Quran) vəhy edəcəyik.”
(Müzzəmmil, 5).

Rəbbimizin bizə buyurduqları, həyatımızı inşa etmək üçün Qurani Kərimdə göstərdikləri və dedikləri ağır sözlərdi, məsuliyyət daım hissi və ciddiliyi tələb edir.
Yolunu azmışlar, haram yeyənlər, istədikləri kimi yaşayanlar, başqalarını saymayanlar, haqq yolu bilməyənlər, haqqları tapdalayanlar və sairə kimi min bir pislikli insanlar çoxdur, hədsiz dərəcədə çoxdur, yaxşı insanları isə tapmaq çox çətindir. Amma kimlərlə olmaq, kimləri dinləmək lazımdır ki, haqq yolundan çıxmayasan?! وَإِنْ تُطِعْ أَكْثَرَ مَنْ فِي الْأَرْضِ يُضِلُّوكَ عَنْ سَبِيلِ اللَّهِ “Əgər yer üzündə olanların çoxuna itaət etsən, onlar səni Allahın yolundan azdırarlar.”
(Ənam, 116).

İki yolun var

Kömür tapmaq asandır, amma get almaz axtar, gör haradan tapırsan?!

Nəfs nədir, ağıl nədir? İkisi də bizim içimizdədir. Mən – deyəndə, hər birimizin içində nəfs də var, ağıl da var, cəsədimiz də, ruhumuz da, hamımızın “mən” dediyimizin bir parçasıdır. Açıq-aydın cizgilər çəkməklər, onları ayırıb, sərhədlərini göstərmək qeyri‐mümkündür.
Qış aylarında, isti otağında, yumşaq yorğan-döşəyində yatarkən, səni namaza oyadan saatın səsini eşidirsən birdən. İçindən bir səs gəlir həmən; “namaz vaxtıdır, durmaq lazımdır”. Amma bir başqa səs də gəlir; “bir azca da yat!”. Birinci səs durmur; “Axı namaz daha xeyirlidir, daha önəmlidir.” İkinci səs də davam edir ki; “Hələ vaxt var, bir az gözlərini yumulu saxlasan, heç nə olmaz, bir-iki dəqiqə.” Beləcə səslər davam edir, dur, yox yat, yox dur, yox yat...Təbii ki, ağıl və nəfs mübarizə apararkən, həmişə ağıl yenmir. Müsəlmandır, mömindirsə, məsum demək deyil. Fitrət var, nəfis var, insandır axı. İnsan elə bir məxluqdur ki, onun içində mələklikdən bir şeylər var, şeytanlıqdan, hətta heyvanlıqdan da bir şeylər var. İbadət də edə bilər, bədəni ilə istədiyi zövqü də ala bilər, hətta aldığı günah zövqə çağırıb başqalarına da etdirə bilər.

İnsan azaddır əlbəttə, azadlığı, hüriyyəti istəməyə haqqı var. Amma hər bir insanın azadlığı çərçivəlidir, Rəbbinin buyurduğu və başqa bir insanın azadlığının çərçivəsinə qədər. Rəbbin buyurduqlarına zidd getmək, ya da başqasının çərçivələrini qıraraq onun azadlıq hüquqlarını tapdalamaq olmaz. Tamam və sərhədsiz azadlıq yalnız dəlilərdə ola bilər. İstədiyini edər, heç kimə də məhəl qoymaz.

İki yolun var

Biri ilə müqavilə bağlasaq ki, bir il istədiyini edəcəksən, ağlına gələn bütün şeyləri həyata keçirəcəksən, amma ilin tamamında səni ayaqlarından asacağıq. Hansı ağıllı insan bunu qəbul edər? Etdiyimiz günahların sonunda bir ağrı, bir acı, bir əzab, bir işgəncə ola bilər, bunu bilirik, Rəbbimizin vədini bilirik, qəzəbini bilirik, amma hələ də davam edirik. Hər birimiz tövbə etmək istəyirik. Vaxt qoyuruq, müddət təyin edirik, həmin zaman gələndə, yenə ertələyirik. Həccə gedən kimi bu vərdişlərimi, bu günahlarımı tərk edəcəyəm – deyirik. Həcc gəlir, gedirik, gəlirik, tövbə edə bilmədiyimizi görürük. 30 yaşına çatanda əl çəkəcəyəm – deyirik. Gözümüzü açırıq ki, 39 yaşındayıq. 40 yaşında mütləq dönəcəyəm, tərk edəcəyəm bütün bu günahları – deyə söz veririk. 50 olur, 60 olur, saç‐saqqal ağarır, birdən yorğan‐döşəyə düşürsən, keçən günlərin həsrətini çəkməyə başlayırsan. Burada Hz. Əlinin bir sözü yada düşür; “Batil qədər, batilə bənzəyən bir haqq gördüm ki, o da ölümdür. Haqq kimi, həqiqətən bənzəyən bir batil gördüm, o da dünyadır.” Adamın bəzən başına elə işlər gəlir ki, silkələnir, içində bir zəlzələ baş verir, bütün vərdişlərini günahlarını tərk edir. Bir ay, iki ay doğru-dürüst, davam edir, yenə əvvəlki bataqlığa düşür. Ölür az qala, ölümdən qayıdır, deyir daha bəsdir, yaxşı ki, sağam hələ, qoy özümü düzəldim. Amma bir müddət sonra görür ki, yenə köhnə hamam köhnə tas. Ölümü necə tez unuduruq, necə rahatlıqla izləyirik ölümü, cənazələr yanımızda aparılır, torpağa tullanır, üstü örtülür, sonra hamı qayıdır öz həyatına. Hər birimiz yalançı hisslər keçiririk içimizdə, elə bil ölüm hamıya, başqa kim var hər bir kəsə yazılıb, məndən başqa. Təsəvvür edə bilmirik ki, bir gün, bir an bizim də verdiyimiz nəfəs geri qayıtmayacaq. Hamımız meyidik, nə olsun ki, bu dünyada gəzirik. Rəbbimiz uzatmadan, çox qısa və konkret buyurmuşdu. “Şübhəsiz ki, sən də öləcəksən, onlar da öləcəklər!”
(Zumər, 30).

İki yolun var

Səfərdəsən unutma! Hava limanında təyyarənin vaxtı çatanda, hamı qeydiyyatdan keçib bitəndən sonra, təyyarənin qapılarını bağlasalar, onları saxlayıb deyə bilərsənmi, durun, mən bir-iki şey alım, sonra paltarımı dəyişim, ayaq yoluna da dəyib gəlirəm? Ölüm gələrkən “dayan” deyə biləcəyikmi?

İnsanın həyatı mərhələlərlədir, səfər bitmir ki. Ana bətnində keçirdiyi həyat, sonra bu dünaya gəldiyi, sonra ölüb qəbrdə yaşadığı dövr, bir də hesab-kitab zamanı və sonra əbədi bir ömür. Bu dünya ana bətnindəki həyatdan nə qədər genişdirsə, öldüyümüz an keçdiyimiz o biri həyat da, bu dünyadan o qədər böyükdür. Dünya ömrü ana bətnindəki ömürdən nə qədər uzundursa, ölümdən sonrakı həyatda bu dünyadan o qədər uzundur. Ölüm də yeni bir doğuluşdur. Hələ axirət həyatını, qiyamətdən sonrakı ömrü bir düşünün.

İki yolun var

İnsan çıxdığı bu yola yaxşı hazırlaşmalıdır. Səfərə gedərkən, hər birimiz başqa qaldığımız ölkədəki otellə, onun yeri, ətrafı otelin neçə ulduzlu olması, onun rahatlığı, detalları, içində olan əlavələri və sairə hər şeylə maraqlanırıq. Axirət həyatımızda özümüz üçün neçə ulduzlu yer seçmişik bəs?

İslam dini bizi, təmamilə bu dünya həyatından təcrid olunmağa çağırmır. Hər şeyi bir dəfəyə tullayıb, gedib məsciddə yatıb qalmaq deyildir hədəfimiz. Əsas hədəf, axirət həyatımız üçün çalışaraq bu dünya həyatındakı çərçivələri və hüdudları aşmamaq, balansı mühafizə etmək, doğru-dürüst durmağı bacarmaqdır. Həyatımızı Rəbbimizin buyurduqları ilə, Qurani Kərimlə inşa etməyə çalışmaq, başqalarını da haqq yoluna çağırmaq və pisliklərdən çəkindirmək olmalıdır məqsədimiz.


Geri dön

Dominant

  • 14 sentyabr 2011 00:54
  • Məqalə: 9
  • Şərh: 27
  • Bal:
Tesekkurler

KaRola_16

  • 13 sentyabr 2011 22:50
  • Məqalə: 185
  • Şərh: 4209
  • Bal:
{awards}
MARAQLI IDI ELLERINIZE SAGLIQ...

--------------------

PASYOLKOVSKY

  • 13 sentyabr 2011 15:25
  • Məqalə: 37
  • Şərh: 530
  • Bal:
{awards}
maraqli idi

tewekkurler

--------------------

alisa

  • 13 sentyabr 2011 15:03
  • Məqalə: 0
  • Şərh: 190
  • Bal:
{awards}
cox maraqlidi twk

--------------------
Imza atamiyok diye kucumsemeyin biz de gerektiyi yere parmak basariz:)

Cilent_M.Q

  • 13 sentyabr 2011 14:55
  • Məqalə: 87
  • Şərh: 2628
  • Bal:
{awards}
TWKLLER

--------------------

Iriska

  • 13 sentyabr 2011 14:26
  • Məqalə: 253
  • Şərh: 1261
  • Bal:
{awards}
Cox gozel yazidi ALLAH razi olsun ama men olsaydim das keseli yolu secerdim sonunda zefere catmaq ucun

--------------------
Demədimmi bu həsrət öldürər səni, ay dolanıb keçər, yalnız qalarsan, hər gün ah deyib açı çəkərsən. Ürəyim sənə bu cür sevmə demədimmi!

... Deryam ...

  • 13 sentyabr 2011 14:05
  • Məqalə: 273
  • Şərh: 4680
  • Bal:
{awards}
Allah bizleri haqq yoluna gedenlerden etsin.
TWKLER deyerli movzuya gore ...

--------------------

apaci

  • 13 sentyabr 2011 13:41
  • Məqalə: 2
  • Şərh: 16
  • Bal:
{awards}
twk :) wink

Sirli Melek

  • 13 sentyabr 2011 13:38
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
Müvəqqəti ləzzətin sonunda çox uzun və ağır bir acı var. Müvəqqəti çətinliyin sonu isə əbədi rahatlıqdır.

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

HaYaliM

  • 13 sentyabr 2011 13:11
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 24
Cəmi: 34

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}