Mən səndən xəbərsiz, sən məndən xəbərsiz

 
Mən səndən xəbərsiz, sən məndən xəbərsiz

Səndən xəbərsiz

Səni sevdim, səndən xəbərsiz
Eşqimin şahidi sahil, dəniz
Sənli xatirələrim kövrək, əziz
Mən səndən xəbərsiz, sən məndən xəbərsiz

Mən səndən xəbərsiz, sən məndən xəbərsiz

Sənə çox baxmışam oğrun-oğrun
Axşamlar dərsdən qayıdanda biz
İndi ruhum uçur sənə doğru
Mən səndən xəbərsiz, sən məndən xəbərsiz

Mən səndən xəbərsiz, sən məndən xəbərsiz

İlk görüş yerimizə gəlmişəm
Səninlə birlikdəyəm, səndən xəbərsiz
Bilsəydin elə sənsizləmişəm, elə qəribsəmişəm
Mən səndən xəbərsiz, sən məndən xəbərsiz

Mən səndən xəbərsiz, sən məndən xəbərsiz

Sən gələn yollara dikilib gözüm
Danışmayır dilim, gülməyir üzüm
Daha hicranına qalmayıb dözüm
Mən səndən xəbərsiz, sən məndən xəbərsiz

Mən səndən xəbərsiz, sən məndən xəbərsiz

Keçməyib sevgim qəmsiz, kədərsiz
Qayıt ömrümə səssiz-səmirsiz
Ağarıb saçlarım vaxtsız-vədəsız
Mən səndən xəbərsiz, sən məndən xəbərsiz

Mən səndən xəbərsiz, sən məndən xəbərsiz

Gözümdə qaldı arzum, diləyim
Fikirdən ağrı tapdı ürəyim
Xəyala dönüb səni görməyim
Mən səndən xəbərsiz, sən məndən xəbərsiz

Mən səndən xəbərsiz, sən məndən xəbərsiz

Ömründən getməyim deyildi səbəbsiz
Nakam sevgi, ayrılıq, həsrət qismətimiz
Yadında qaldım ürəksiz, qəlbsiz
Mən səndən xəbərsiz, sən məndən xəbərsiz

Mən səndən xəbərsiz, sən məndən xəbərsiz

Üzüm heç gülərmi sənsəz
A ürəyi aydan təmiz
Bir ömür yaşayıram sənli-sənsiz
Mən səndən xəbərsiz, sən məndən xəbərsəz

Mən səndən xəbərsiz, sən məndən xəbərsiz

Sevginin yoxluğundan pozuldu əhdimiz
Yoxsa gözə gəldi sevgimiz
Görəsən səmalarda qovuşacağıq biz
Mən səndən xəbərsiz, sən məndən xəbərsiz

Mən səndən xəbərsiz, sən məndən xəbərsiz

Qumlu sahillər darıxır mənsiz
Nəfəsimin həsrətindən üşüyür dəniz
İnciyib məndən lalə, bənövşə, nərgiz
Mən səndən xəbərsiz, sən məndən xəbərsiz

Mən səndən xəbərsiz, sən məndən xəbərsiz

Gülüm o çağlar yada düşdü
Həsrətin yamanca üşütdü
Günlərimiz bax beləcə ötüşdü
Mən səndən xəbərsiz, sən məndən xəbərsiz


Geri dön

music_angel

  • 13 sentyabr 2011 21:50
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
İlk görüş yerimizə gəlmişəm
Səninlə birlikdəyəm, səndən xəbərsiz
Bilsəydin elə sənsizləmişəm, elə qəribsəmişəm
Mən səndən xəbərsiz, sən məndən xəbərsiz


İlk görüş yerimizə gəlmişəm
Səninlə birlikdəyəm, səndən xəbərsiz
Bilsəydin elə sənsizləmişəm, elə qəribsəmişəm
Mən səndən xəbərsiz, sən məndən xəbərsiz

--------------------

Ay Üzlü

  • 13 sentyabr 2011 20:45
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
Üzüm heç gülərmi sənsəz
A ürəyi aydan təmiz
Bir ömür yaşayıram sənli-sənsiz
Mən səndən xəbərsiz, sən məndən xəbərsəz
tewekkurler

sevgi meleyim

  • 13 sentyabr 2011 17:34
  • Məqalə: 25
  • Şərh: 1625
  • Bal:
{awards}
beyndinize sevindim) winked

--------------------
Gedene Uzulme.Sevseydi Getmezdi...Gelene Sevinme,O da Bawqasindan Gelib..

askin huzur meleyi

  • 13 sentyabr 2011 17:10
  • Məqalə: 2
  • Şərh: 93
  • Bal:
{awards}
Qumlu sahillər darıxır mənsiz
Nəfəsimin həsrətindən üşüyür dəniz
İnciyib məndən lalə, bənövşə, nərgiz
Mən səndən xəbərsiz, sən məndən xəbərsiz

Caspi

  • 13 sentyabr 2011 16:46
  • Məqalə: 0
  • Şərh: 179
  • Bal:
{awards}
twk

--------------------
Ən əsas şeyi gözlə görə bilməzsən.

Iriska

  • 13 sentyabr 2011 16:15
  • Məqalə: 253
  • Şərh: 1261
  • Bal:
{awards}
Qumlu sahillər darıxır mənsiz
Nəfəsimin həsrətindən üşüyür dəniz
İnciyib məndən lalə, bənövşə, nərgiz
Mən səndən xəbərsiz, sən məndən xəbərsiz

--------------------
Demədimmi bu həsrət öldürər səni, ay dolanıb keçər, yalnız qalarsan, hər gün ah deyib açı çəkərsən. Ürəyim sənə bu cür sevmə demədimmi!

..:MeleK kiz:..

  • 13 sentyabr 2011 16:11
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
cox beyendim sevgi meleyi

Rapunser

  • 13 sentyabr 2011 16:00
  • Məqalə: 3
  • Şərh: 273
  • Bal:
{awards}
Tewekkurler cox gozel weirdi beyendim

--------------------
UREK QAPI DEYIL ACIB ORTESEN
HER SENI SEVENI SENDE SEVESEN
UREK BIR MENZILDIR QAPISI BAQLI
YALNIZ BIR INSANDIR ONUN ACARI

HaYaliM

  • 13 sentyabr 2011 15:39
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
Gülüm o çağlar yada düşdü
Həsrətin yamanca üşütdü
Günlərimiz bax beləcə ötüşdü
Mən səndən xəbərsiz, sən məndən xəbərsiz

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 70
Cəmi: 86

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}