Balaca dünya

 
Balaca dünya

Vız-vız-vız... Balaca bal arısı çox yorulmuşdu. Axı o, bütün günü işləmiş, güldən–gülə qonaraq, onların şirəsini şəkmişdi. İndi isə yuxusu gəlirdi. Ona görə də bir gül ləçəyinə başını qoyub tezliklə yuxuya getdi.
Elə bu vaxt kiçik Baharə həyətdəki bağçaya gəldi. O, mehriban anasına gəşəng bir gül dərmək istəyirdi. Baharə dərdiyi gülün üstündə «Vız-vız»ın yatdığını görmədi. Elə bala arı da daş kimi yatdığından heç nə hiss etmədi.
Baharə gülü anasına verərkən, ana mehribanlıqla əlini qızının başına çəkib söylədi: «Bəh, bəh! Nə gəşəng güldür!» Sonra da gülü alıb güldana qoydu. Baharənin babası da çay içə-içə gülü təriflədi: «Bəh, bəh nə xoş ətirli güldür». Amma heç kəs «Vız-vız»ı görmədi. O da hər şeydən xəbərsiz halda gül ləçəklərinin arasında yataraq, gözəl yuxular görürdü. Bir saat keçdi. «Vız-vız» yuxudan oyanıb əsnədi.

Balaca dünya

O yuxulu olduğundan, əvvəlcə nə baş verdiyini anlamadı: «Bəs günəş hanı? Bəlkə hava buludludur? Bəlkə mən çox yatmışam, artıq qürub vaxtıdır?» Ancaq elə ki, yuxusu qaçdı, nə baş verdiyini anladı və dərhal o tərəf-bu tərəfə uçmağa başladı: «Vay Allah, bura haradır? Mən hara düşmüşəm?» Vız-vız çox qorxmuşdu. O, tezliklə bağçaya, güllərin arasına qayıtmaq istəyirdi. Amma necə? Kimdənsə kömək istəmək lazım idi. Ətrafına baxdı. Gözü Baharənin anasına sataşdı. Yavaş-yavaş ona tərəf gedib qulağına «Vız-vız-vız» söylədi.
Qorxmuş ana yerindən qalxıb qışqırmağa başladı: «Vay arı, arı! Get bayıra! Bayıra get!» O, əlləri ilə arını özündən uzaqlaşdırdı. Baharənin anası bilmirdi ki, bala arı da elə: «Məni bayıra çıxarın» deyir. Bala arı bu dəfə babanın yanına gedib, qulağına «vız-vız-vız» dedi. Yaşlı adam əvvəlcə fikir vermədi, ancaq sonra ona acığlandı: “Get buradan! Mane olma!» Sonra əsəbi halda əlləri ilə arını itələdi. «Vız-vız» kədərləndi. Öz-özünə dedi: «Mən ki, pis bir iş görmədim. Yalnız istədim deyəm ki, məni buradan çıxarın.

Balaca dünya

Sonra öz-özünə düşündü: «Adamlar bəzən nə qədər əsəbi və diqqətsiz olurlar». Elə bu vaxt Baharə otağa gəldi. «Vız-vız» fikirləşdi ki, bəlkə bu balaca qız məni bayıra çıxarar. Bala arı otağı bir dövrə fırlandıqdan sonra Baharəyə yaxınlaşıb qulağına söylədi: «Balaca qız, mən bağçaya getmək istəyirəm, güllərin və dostlarımın yanında olmaq istəyirəm. Lütfən mənə kömək et».
Baharə «vız-vız» kəlməsindən başqa bir şey eşitmədi. Amma arının niyyətini anladı. O, başqaları kimi arını qovmadı, əksinə sevinclə söylədi: «Bu, bal arısıdır! Nə qədər gəşəngdir. Günəş kimi qızılıdır. Qanadları qızıl kimi parıldayır. Bala arı, sən yəqin güllərin arasına, dostlarnın yanına qayıtmaq istəyirsən. Səbr et, sənə kömək edim». Baharə pəncərəni açıb dedi: «Gəl get». Bala arı sevincək qanad çaldı və pəncərədən bayıra uçdu.

Balaca dünya

O, tez bir zamanda bağçaya qayıtmaq, yenə də güllərdən şirə çəkmək istəsə də, getməyə tələsmədi. Bir qədər dayanıb Baharəyə baxdı və öz-özünə söylədi: «Necə yaxşı və mehriban qızdır. O, ən yaxşı mükafata layiqdir. Arzu edirəm ki, onun çoxlu balı olsun».
Bu dünyada «Vız-vız» üçün ən qiymətli şey bal idi. Ona görə də Baharəyə çoxlu bal arzulayırdı.
O gündən bəri «Vız-vız» hər bir arıya deyirdi: «Baharə adlı balaca bir qız var. O, bizim dostumuzdur. Yaxşı balınızı ona hədiyyə edin».


Geri dön

KaRola_16

  • 13 sentyabr 2011 22:50
  • Məqalə: 185
  • Şərh: 4209
  • Bal:
MARAQLIDIR...

--------------------

only-girl

  • 13 sentyabr 2011 21:52
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
neyi balacadi dunyanin

--------------------

music_angel

  • 13 sentyabr 2011 21:41
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
coox maraqlidi ellerine saglik

--------------------

Ay Üzlü

  • 13 sentyabr 2011 20:22
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
maraqlidi cox sag olun

Cilent_M.Q

  • 13 sentyabr 2011 19:51
  • Məqalə: 87
  • Şərh: 2628
  • Bal:
{awards}
twkller muelife

--------------------

..:MeleK kiz:..

  • 13 sentyabr 2011 18:08
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
gercekden cok kucuk

... Deryam ...

  • 13 sentyabr 2011 17:56
  • Məqalə: 272
  • Şərh: 4680
  • Bal:
{awards}
Maraqli ve gozel hekayedi.....
Butun canlilar azadliq isteyir ...

--------------------

sevgi meleyim

  • 13 sentyabr 2011 17:34
  • Məqalə: 25
  • Şərh: 1625
  • Bal:
{awards}
buyurun)) smile

--------------------
Gedene Uzulme.Sevseydi Getmezdi...Gelene Sevinme,O da Bawqasindan Gelib..
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 18
Cəmi: 36

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}