Fiqh(şəriət)

 
 Fiqh(şəriət)

 Fiqh(şəriət)

1483. Dində fəqih olmaq.

Quran:
«Möminlərin hamılıqla (cihad üçün) köçməsi yaraşan deyil.
Nəyə görə, onların hər firqəsindən bir dəstə köçməsin ki, (bir dəstə qalsın və) dinləri ilə agah olub, öz qövmünü onlara tərəf qayıtdıqda qorxutmasın?
Bəlkə onlar (ilahi cəzadan) qorxalar.» (Tövbə, ayə 122)

Hədis:
5101.Allahın Peyğəmbəri (s): «Allah bəndənin yaxşılığını istəyəndə onu dinində fəqih edər, onu doğru, düzgün yola ilhamlandırar.» (Kənzul-Ummal, hədis 28690)

5102. Allahın Peyğəmbəri (s): «İbadətlərin ən üstünü fiqhdir (dini bilməkdir).» (ət-Tərğib vət-Tərhib, c.1, səh. 93, hədis 3)

5103. Allahın Peyğəmbəri (s): «Həqiqətən, hər bir şeyin söykənəcəyi olduğu kimi, dinin də dayağı fiqhdir.» (Kənzul-Ummal, hədis 28768)

5104. İmam Əli (ə): «Quranı öyrənin ki, o sözlərin ən yaxşısıdır. Onda bilikli və fəqih olun ki, o qəlblərin baharıdır.» (Nəhcül-Bəlağə, xütbə 110)

5105. İmam Kazim (ə):
«Fəqihin abiddən üstünlüyü günəşin ulduzlardan üstünlüyü kimidir. Kim öz dinini bilməsə, Allah onun heç bir əməlini bəyən-məz.» (Biharul-Ənvar, c. 78, səh. 321, hədis 19)


 Fiqh(şəriət)

1484. Fəqih kimdir?
5106. Allahın Peyğəmbəri (s) (Əbuzərə tövsiyyəsindən): «Fəqih insan, camaat onun nəzərində bir ovuc dəvə olmayınca,
olmalarına və olmamalarına heç bir əhəmiyyət verməyincə, onun yanında dəvə olanda halına təfavüt etmədiyi kimi camaatın olması da onda dəyişiklik yaratmayınca kamilləşməz.
Bununla belə özünə gəldikdə isə ən çox təhqiri və etinasızlığı öz nəfsinə rəva görməlidir.» (Biharul-Ənvar, c. 72, səh. 304, hədis 51)

5107. İmam Əli (ə): «Sizləri həqiqi fəqihdən xəbərdar edimmi?
Allaha qarşı günah etməyə camaata icazə verməyən, Allahın mərhəmətindən ümidsiz qoymayan,
Allahın məkr və əzabından arxayın salmayan və Qurandan qeyri bir şeyə üz tutmayandır.» (Tuhəful-uqul, səh. 204)

5108. Əban ibn Təğləb: «Bir kişi İmam Baqirdən bir məsələni soruşdu. Həzrət ona cavab verdi.
Kişi dedi: Fəqihlər bunu demirlər.
Həzrət buyurdu: «Vay olsun sənin halına! Nə vaxtsa fəqih görmüsənmi?
Əsl fəqih odur ki, dünyaya etina etməsin, axirətə də rəğbəti olsun və Peyğəmbərin (s) sünnəsinə əsaslansın.» (əl-Kafi, c. 1, səh. 70, hədis 8)

5109. İmam Sadiq (ə): «Bizim eyhamlı və üstüörtülü kəlamımızı başa düşənlərdən qeyri, sizlərdən heç kim fəqih olmaz.» (Məaniul Əxbar, c. 2, səh. 3)

5110. İmam Rza (ə): «Fəqihliyin (dini başa düşməyin) nişanələrindən biri səbr, bilik və susmaqdır.» (əl-İxtisas, səh. 232)

 Fiqh(şəriət)

1485. Fəqihin vücudunun iblisdən dəyərli olması.
5111. Allahın Peyğəmbəri (s): «İblis üçün bir fəqihin vücudu min abiddən daha ağırdır.» (Biharul-Ənvar, c. 1, səh. 177, hədis 48)

5112. Allahın Peyğəmbəri (s): «Heç bir şey iblisin belini öz qəbiləsinin arasında olan alim kimi qırmaz.» (Kənzul-Ummal, hədis 28755)

5113. İmam Səccad və ya İmam Baqir (ə): «Dində bir fəqihin olması şeytan üçün min abidin olmasından daha ağırdır.» (Biharul-Ənvar, c. 1, səh. 213, hədis 10)


1486. Fəqihin dünyadan köçməsi.
5114. İmam Sadiq (ə): «Mömin bir fəqih vəfat edəndə İslamda elə boşluq yaranır ki, heç bir şey onu doldurmur.» (əl-Kafi, c. 1, səh. 38, hədis 2)

5115. İmam Sadiq (ə): «Şeytan üçün heç bir möminin ölümü bir fəqihin ölümü qədər sevindirici deyil.» (əl-Kafi, c.1, səh. 38, hədis 2)


 Fiqh(şəriət)


Geri dön

sevgi yalandir

  • 27 sentyabr 2011 16:45
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
ALLAH RAZI OLSUN

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

music_angel

  • 13 sentyabr 2011 21:46
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
5104. İmam Əli (ə): «Quranı öyrənin ki, o sözlərin ən yaxşısıdır. Onda bilikli və fəqih olun ki, o qəlblərin baharıdır.» (Nəhcül-Bəlağə, xütbə 110)

--------------------

melissa

  • 13 sentyabr 2011 15:23
  • Məqalə: 0
  • Şərh: 47
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN
smile

HaYaliM

  • 13 sentyabr 2011 15:17
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
Allah razi olsun..tesekkür edirem deyerli yazi ücün

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 64
Cəmi: 79

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}