Gözəl əxlaqın səmərələri

 
Gözəl əxlaqın səmərələri

Gözəl əxlaqın səmərələri

635.Gözəl əxlaq
1932. Allahın Peyğəmbəri (ə): «İslam gözəl əxlaqdır.» (Kənzul-Ummal, hədis 5225)

1933. Allahın Peyğəmbəri (s): «Gözəl əxlaq dinin yarısıdır.» (əl-Xisal, səh.30 , hədis106)

1934. İmam Əli (ə): «Gözəl əxlaq möminin kitabının sərlövhəsidir.» (Biharul-Ənvar, c.71. səh.392 , hədis59)

1935. İmam Əli (ə): «Gözəl xasiyyət bütün yaxşılıqların mənşəyidir.» (Ğurərul-Hikəm, hədis 4857)

1936. İmam Sadiq (ə):
«Gözəl əxlaqdan ləzzətli həyat yoxdur.» (İləluş-Şəraye, səh.560, hədis1)

Gözəl əxlaqın səmərələri

636. Gözəl əxlaqın səmərələri
1937. Allahın Peyğəmbəri (s): «Bəndə, hərçənd ibadətdə zəif olsa da, özünün gözəl əxlaqı ilə axirətdə böyük dərəcələrə və ali məqamlara çatar.» (Məhcətul-Beyza, c.5, səh.93)

1938. Allahın Peyğəmbəri (s): «Həqiqətən, xoşxasiyyət insan gündüzlər oruc tutan və gecələr ibadət edən kəsin savabına sahibdir.» (əl-Kafi c.2, səh.100 , hədis5)

1939. Allahın Peyğəmbəri (s): «Əməllər tərəzisində gözəl əxlaqdan ağır bir şey yoxdur.» (Uyune Əxbare Rza. (ə) c.2, səh.37 , hədis98)

1940. Allahın Peyğəmbəri (s): «Sizlərdən mənə ən sevimli və Qiyamət günü ən yaxın olan şəxs ən xoşxasiyyətliniz və ən çox təvazökar olanınızdır.» (Biharul-Ənvar, c.71, səh.385 , hədis26)

1941. Allahın Peyğəmbəri (s): «Əxlaqı daha gözəl olan möminin imanı daha kamildir.» (Əmali-Tusi, səh.140 , hədis227)

Gözəl əxlaqın səmərələri

637. Gözəl əxlaqın mənası
1942. İmam Əli (ə): «Gözəl əxlaq üç şeydədir: haram işlərdən uzaqlaşmaqda, halal dalınca getməkdə, ailənin asayişini və rifahını təmin etməkdə.» (Biharul-Ənvar, c.71, səh.394 , hədis63)

1943. İmam Əli (ə): «Salam vermək gözəl əxlaqdan irəli gəlir.» (Ğurərul-Hikəm, hədis 3404)

1944. İmam Sadiq (ə) -hədd və gözəl əxlaqın mənası barədə verilən sualın cavabında: «Gözəl əxlaqlı insan yumşaq xasiyyətli, mehriban, danışığında saf və ədəbli olan, qardası ilə mehriban rəftar edən kəsdir.» (Məani əl-Əxbar, səh.253 , hədis1)

Gözəl əxlaqın səmərələri

638. Ali əxlaqi sifətlər
1945. Allahın Peyğəmbəri (s): «Allah-taala gözəl xasiyyətləri sevər və alçaq xasiyyətlərdən xoşlanmaz.» (Kənzul-Ummal, hədis 5225)

1946. İmam Əli (ə): «Sizə, əxlaqi kəramətləri kəsb etməyi tövsiyə edirəm. Çünki onlar yüksəliş və başıucalığın mənşəyidir. Pis xasiyyətlərdən uzaqlaşın, Çünki onlar şərəfli insanları alçaq edər, əzəmət və alicənablığı aradan götürər.» (Biharul-Ənvar, c.78, səh.53 , hədis79)

1947. İmam Əli (ə):
«Əxlaqi kəramətləri əldə etmək yolunda ciddi və sabitqədəm olun.» (Ğurərul-Hikəm, hədis 4712)

Gözəl əxlaqın səmərələri

639. Əxlaqi kəramətlərin izahı
1948. Allahın Peyğəmbəri (s): «Həqiqətən, mən əxlaqi kəramətləri kamilliyə çatdırmaq üçün göndərilmişəm.» (Kənzul-Ummal, hədis 5217)

1949. İmam Sadiq (ə): «Allah-taala öz peyğəmbərinə (s) əxlaqi kəramətləri ilə imtiyaz verdi. Beləliklə, siz də özünüzü imtahan edin.
Əgər bu xoş xasiyyətlərdən sizdə varsa, Allaha şükr edin və bu kəramətlərin artmasını diləyin.»
Sonra onlardan onunu saydı: əminlik, qənaət, səbr, şükr, dözümlülük, xoş xasiyyət, səxavət, qeyrət, şücaət, mərdlik.» (Əmali-Səduq, səh.118 , hədis8)

1950. İmam Sadiq (ə) -əxlaqi kəramətlər barədə: «Sənə zülm edən kəsə güzəştə getmək. Səninlə əlaqəni kəsən şəxslə əlaqəni bərpa etmək.
Səndən bir şeyi əsirgəyənə bəxşiş etmək. Haqqı danışmaq, hərçənd sənə zidd olsa da.» (Məani əl-Əxbar, səh.191 , hədis1)

Gözəl əxlaqın səmərələri

640. Ən gözəl əxlaqi kəramətlər
1951. İmam Əli (ə): «Ən gözəl əxlaqi kəramət isardır.» (Ğürərul-Hikəm, hədis 4953)

1952. İmam Əli (ə): «Ən yaxşı əxlaqi kəramət güclünün (intiqam almaqdan) güzəştə getməsi və özünün ehtiyacı olan şəxsin bəxşiş verməsidir.» (Ğurərul-Hikəm, hədis 3165)

1953. İmam Əli (ə): «Ən üstün kəramət və səxavət, neməti (bir kəsə) tamamlamaqdır.» (Ğurərul-Hikəm, hədis 2983)

Gözəl əxlaqın səmərələri

641. Gözəl əxlaqın nəticələri
1954. Allahın Peyğəmbəri(s): «Gözəl əxlaq dostluq ipini möhkəmlədər.» (Biharul-Ənvar, c.77, səh.148 , hədis71)

1955. İmam Əli (ə): «Əxlaqını gözəl et ki, Allah sənin hesabını asan etsin.» (Əmali əs-Səduq, səh.174, hədis 9)

1956. İmam Sadiq (ə): «Gözəl əxlaq ruzini artırar.» (Biharul-Ənvar, c.71, səh.396 , hədis77)

1957. İmam Sadiq (ə):
«Yaxşılıq etmək və gözəl əxlaq evləri abad, ömürləri uzun edər.» (Biharul-Ənvar, səh.395 , hədis73)

1958. İmam Sadiq (ə): «Günəş buzu əridən kimi, gözəl əxlaq da günahları əridər.» (əl-Kafi c.2, səh.100 , hədis 9 və7)

Gözəl əxlaqın səmərələri

642. Pis əxlaq
1959. Allahın Peyğəmbəri (s): «Pis əxlaq, bağışlanmayan günahdır.» (Məhcətul-Beyzə, c.5, səh 93)

1960. Allahın Peyğəmbəri(s):
«Həqiqətən, bəndə özünün pis əxlaqına görə Cəhənnəmin ən aşağı dərəcəsinə enər.» (Məhcətul-Beyzə, səh.93)

1961. «Biharul-ənvar»: «Peyğəmbərə (s) ərz etdilər:
«Filan qadın gündüzləri oruc tutur, gecələr ibadət edir, amma bədrəftardır. Qonşularına (acı) dili ilə əziyyət verir.» Həzrət buyurdu: «Onda bir xeyir yoxdur, o, Cəhənnəmlikdir.» (Biharul-Ənvar, c.71, səh.394 , hədis63)

1962. İmam Əli (ə):
«Pis əxlaq ruzinin azalmasına və ruhun işgəncəyə məruz qalmasına səbəbdir.» (Ğurərul-Hikəm, hədis 5639)

1963. İmam Sadiq (ə): «Sirkə balı xarab etdiyi kimi, pis əxlaq da əməli xarab edər.» (əl-Kafi, c.2, səh.321 , hədis1)

Gözəl əxlaqın səmərələri

643. Pis əxlaqın aqibəti
1964. İmam Əli (ə): «Pis əxlaq sahibinin ailəsi onun əlindən sıxıntıya düşüb bezar olar.» (Ğurərul-Hikəm, hədis 8595)

1965. İmam Əli (ə): «Hövsələsiz (və tündxasiyyət) olanın rahatlığı az olar.» (Ğurərul-Hikəm, hədis 9192)

1966. İmam Əli (ə):
«Əxlaqı pis olanın ruzisi az olar.» (Ğurərul-Hikəm, hədis 8023)

1967. İmam Sadiq (ə): «Ət, ət gətirər. Kim qırx gün ət yeməsə, əxlaqı pis olar.» (əl-Kafi, c.6, səh.309 , hədis1)

Gözəl əxlaqın səmərələri

644. Ən üstün əxlaq
1968. İmam Əli (ə): «Ən çox ehtirama layiq olan xasiyyət səxavət, faydası daha əhatəli olan xasiyyət isə ədalətdir.» (Ğurərul-Hikəm, hədis 3219)

1969. İmam Əli (ə): «Ən şərafətli xasiyyətlər təvazökarlıq, dözümlülük və mehribanlıqdır.» (Ğurərul-Hikəm, hədis 3223)

1970. İmam Baqir (ə) «ən üstün əxlaqi kəramət hansıdır?» sualının cavabında buyurub: «Səbr və səxavət.» (Biharul-Ənvar, c.36, səh.358 , hədis228)

Gözəl əxlaqın səmərələri

645. Əxlaqi keyfiyyətlərin əlaqəliliyi
1971. İmam Əli (ə): «Əgər kimsədə bir gözəl xasiyyət olarsa, ondan digər gözəl xasiyyətlərin də üzə çıxmasını gözləyin.» (Nəhcül-Bəlağə, hikmət 445)

1972. İmam Sadiq (ə): «Gözəl əxlaqi xüsusiyyətlər bir-birinə bağlıdır.» (Əmali-Tusi, səh.301 , hədis597)

Gözəl əxlaqın səmərələri


Geri dön

sevgi yalandir

  • 27 sentyabr 2011 16:42
  • Məqalə: 538
  • Şərh: 7283
  • Bal:
thanksssssssssssssssssssssssss

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

seda12

  • 14 sentyabr 2011 11:05
  • Məqalə: 0
  • Şərh: 88
  • Bal:
{awards}
maraqlidi ttttttttttwwwwwwwwwwwwwwwkkkkkkkkkk

★Azerbaijan girl★

  • 13 sentyabr 2011 22:36
  • Məqalə: 369
  • Şərh: 9802
  • Bal:
{awards}
thanksssssssssssssssssssssssss

thanksssssssssssssssssssssssss

thanksssssssssssssssssssssssss

thanksssssssssssssssssssssssss

thanksssssssssssssssssssssssss

thanksssssssssssssssssssssssss

KaRola_16

  • 13 sentyabr 2011 22:32
  • Məqalə: 185
  • Şərh: 4147
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN...

--------------------

Fashionable

  • 13 sentyabr 2011 22:05
  • Məqalə: 0
  • Şərh: 18
  • Bal:
{awards}
İmam Sadiq (ə): «Sirkə balı xarab etdiyi kimi, pis əxlaq da əməli xarab edər.» (əl-Kafi, c.2, səh.321 , hədis1)

_eslemnur_

  • 13 sentyabr 2011 21:51
  • Məqalə: 0
  • Şərh: 68
  • Bal:
{awards}
coooox xoshumaa geldi bu hedisler, Allah razi olsun senden bacim

Fatime_19

  • 13 sentyabr 2011 21:42
  • Məqalə: 1
  • Şərh: 512
  • Bal:
{awards}
ALLAH her kese,gozel exlaq ve islamin buyurduqlarini etmeye cagirsin amin!

--------------------
HEDEFI OLMAYAN GEMIYE,HEC BIR RUZGAR YARDIM EDEMEZ!

music_angel

  • 13 sentyabr 2011 21:22
  • Məqalə: 212
  • Şərh: 7638
  • Bal:
{awards}
1934. İmam Əli (ə): «Gözəl əxlaq möminin kitabının sərlövhəsidir.» (Biharul-Ənvar, c.71. səh.392 , hədis59)

--------------------

RUFET_KERIMOV

  • 13 sentyabr 2011 21:08
  • Məqalə: 0
  • Şərh: 237
  • Bal:
{awards}
ALLAH IBADET ELEMK YAXIDIR AFERIN SIZE QEWNGDI SUPER

--------------------
afto_xuliqan....10-kk-517

Cilent_M.Q

  • 13 sentyabr 2011 20:12
  • Məqalə: 87
  • Şərh: 2580
  • Bal:
{awards}
Allah razi olsun

Allah razi olsun

--------------------

sevgi meleyim

  • 13 sentyabr 2011 20:11
  • Məqalə: 25
  • Şərh: 1595
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
Gedene Uzulme.Sevseydi Getmezdi...Gelene Sevinme,O da Bawqasindan Gelib..

Ay Üzlü

  • 13 sentyabr 2011 20:06
  • Məqalə: 395
  • Şərh: 6067
  • Bal:
{awards}
Allah razi olsun

only-girl

  • 13 sentyabr 2011 19:49
  • Məqalə: 1002
  • Şərh: 5000
  • Bal:
{awards}
ALLH razi olsun

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 8
Qonaqlar: 46
Cəmi: 68

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 61
Cəmi: 78
 
NIGAR
Xəbərləri: 61
Cəmi: 727
 
MiSS HaPPy)
Xəbərləri: 51
Cəmi: 146
 
Nergiz__Sirinova
Xəbərləri: 44
Cəmi: 473
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 31
Cəmi: 202
 
AyliN BunyaminovA
Xəbərləri: 19
Cəmi: 442
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 12
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}