Xoşbəxtliyin 60 sirri

 
Xoşbəxtliyin 60 sirri

Sevimli Peyğəmbərimiz (s) buyurur ki, dünya və axirətdə heç bir ləzzət evlənmədən daha ləzzətli ola bilməz. İnsan ailə qurmaqla həm Allah dərgahına yaxınlaşıb savab qazanır, həm də bir sıra günahlardan qorunur. Psixoloqlar ailəni insanın düzgün, doğru tərbiyəsi üçün ən dəyərli məktəblərdən hesab etmişlər. Kiçik cəmiyyət adlanan, əslində isə cəmiyyətin önəmli sütunlarından sayılan ailəni qorumaq üçün son dərəcədə diqqətli, dözümlü, məsuliyyətli, elmli, alicənab, ağıllı və ən əsası səbirli olmağımız vacibdir. Xoşbəxtlik insanın öz əlindədir. Əgər ailə quran şəxs bu müqəddəs ocağın bünövrəsini möhkəm qoyarsa, cəmiyyətdə də birlik möhkəm olacaq və inşallah gələcəkdə o insan ciddi problemlərlə qarşılaşmayacaqdır. Ailə qurarkən yalnız hisslərə deyil, sevgi başda olmaqla, hörmətə, mədəniyyətə, anlayış və vəfadarlığa da önəm verilməlidir. Əks təqdirdə evlilər arasındakı zəncirlər qırılar və ya bu «ailə»nin yaşayış tərzi ibtidai icma qurluşundakı qəbilələrdən heç nə ilə fərqlənməz. Odur ki, ailə quran şəxslər ilk növbədə öz psixoloji uyğunlaşmalarının qayğısına qalmalıdırlar. Psixoloji uyğunlaşma isə hər şeydən əvvəl müxtəlif tərbiyə almış və müxtəlif mikromühitlərdə formalaşmış xarakterlərin uzlaşmasıdır. Unutmamalıyıq ki, söz-söhbətsiz, problemsiz ailə həyatı yoxdur. Ən xoşbəxt ailələrdə belə istər maddi, istər mənəvi çətinliklər, bəzi anlaşılmazlıqlar olub. Sağlam düşüncəli şəxs bu kimi çətinliklər qarşısında aciz qalmamalı, xoşbəxt gələcəyi üçün mübarizə aparmalıdır.

Xoşbəxtliyin 60 sirri

Həyat yoldaşı ilə yaxşı rəftar etmək ailə mühitində ruhən aramlıq yaradar. Bu davranış nəticəsində nəinki ər-arvad arasında mehribançılıq olar, eyni zamanda onlar bu hərəkətlərinin savabını mütləq axirətlə alarlar. İslam peyğəmbəri (s) buyurur: «Sizlərin ən yaxşısı və ən imtiyazlısı odur ki, öz həyat yoldaşı ilə daha mehriban olsun».

Və yaxud əksinə, əgər ər-arvad həyatlarındakı nöqsanlara dözməyib, bilərəkdən bir-birinə əziyyət verərlərsə, ömürlərini ibadətlə keçirmələrinə baxmayaraq Allah həmin bəndələrinin ibadətini qəbul etməz.

Bütün bu anlaşılmazlıqlar sonunda boşanma ilə nəticələnir ki, bu da hər iki tərəfə, xüsusən də uşaqlara mənfi təsirini göstərir. Bildiyimiz kimi, İslam şəriəti boşanmanın əleyhinədir. Əhli-Beytdən (ə) gələn hədisə görə, boşanma əqdi oxunanda Allah-Taalanın ərşi titrəyir. Tanrının qəzəbinə düçar olub, günah qazanmamaq üçün bu «mikro dövlət»in təməlini sağlam qurmalıyıq. Hər kəsin ailəsi onun kiçik bir dünyasıdır. İnsanoğlu davranışları ilə dünyasını Cənnətə və ya Cəhənnəmə çevirməyə qadirdir. Ömrümüzün sonuna kimi zindan həyatı yaşamamaq, axirətimizi Cəhənnəmə çevirməmək üçün hər birimiz üzərmizə düşən vəzifələrin nələrdən ibarət olduğunu bilməli və xoşbəxtçiliyimiz üçün bu qaydalara riayət etməliyik. Əziz mömin bacı və qardaşlar, müqəddəs ocağnızı yüksək məqamlı Behiştə çevirməyin bəzi sirrlərini bilmək istərdinizmi? Elə isə diqqətli olun.


Xoşbəxtliyin 60 sirri

1. Yoldaşınız evə gəldiyi zaman onu qapıda qarşılayın və gülər üzlə «Xoş gəldin» deyin.

2. Ona soyuq yanaşmayın və gününün necə keçməsi ilə maraqlanın. Lakin demək istəmədiyi mövzunu israrla tələb etməyin.

3. İşlərinizi elə qurun ki, o evə gəldiyi zaman ona daha çox vaxt ayırasınız. İstirahəti üçün lazımı saatlarda evdə süküt yaradın.Problemləri, qeyri-zəruru məsələləri bir-birinizə deyib, birlikdə məşvərət edin.

4. Ər-arvad münasibətlərindən əlavə, yoldaşınızla sirdaş, dost olmağa çalışın. Qurani Kərimdə buyurulur: «Allah Taala sizin aranızda məhəbbət və dostluq yaratdı».

5. Evlilik eyni zamanda ortaqlıqdır. Qazancınıza «mənim» deyib sadəcə özünüz üçün xərcləməyin. Malınız arasında seçim etməyin. «Mən», «Sən» kimi sözlərin yerinə «Biz» işlədin. Məsələn: Mənim evim deyil, bizim evimiz deyin.

6. Yoldaşınızı kimsənin, xüsusən də qohumları və ya dostlarının yanında alçatmayın, ələ salmayın və onun hərəkətlərini yamsılamayın, əksinə insanların yanında ona daha çox, ibrətamiz şəkildə hörmət edin.

7. Təvazökar və itaət edən olun. Nisa surəsinin 34-cü ayəsinə diqqət yetirin: «Həm təvazökar, həm də itaət edən qadınlar pak və təqvalıdırlar».

8. Yoldaşınızın yanında heç vaxt başqa kişiləri müdafiə etməyin, onları bəyəndiyinizi vurğulamayın. Başqalarının uğuru ilə onu utandırmayın.

9. Əgər yaxınlarınızdan birisi vaxtilə ona yaxşılıq edibsə, bunu minnət qoyaraq onun üzünə vurmayın. Unutmayın, minnət qoymaq insanın kiçikliyidir. Bunun nəticəsində ailədə məhəbbət əskilər, çəkilən zəhmətlər hədər gedər. «Heç bir kəsə minnət qoymadan, əziyyət vermədən mallarını Allah yolunda sərf edənlərin Rəbbi yanında mükafatları vardır». (Əl–Bəqərə. 262)

10. Anlayışlı olmağa çalışın. Ailədəki mehribançılıq, şirinlik və ləzzət məhz anlaşma sayəsində yaranır. Əgər iki şəxs arasında anlaşma olarsa, burada nəzm və nizamın möhkəmliyinə şübhə ola bilməz.

Xoşbəxtliyin 60 sirri

11. Ər və arvadın ailədə ehtiyacı olduğu iki əsas xüsusiyyətlərdən biri qarşılıqlı güzəşt, digəri isə xətaları örtməkdir. Əgər insan ailəsində və ya cəmiyyətdə gördüyü kiçik nöqsanları görməməzliyə vurub, güzəştə getsə, onun bu hərəkəti ətraf mühitə səmimiyyət gətirər. «Ər arvad arasında həm məhəbbət, həm də güzəşt qərar verildi ki, bir-birinin səhvini bağışlamaqla məhəbbəti möhkəmlətsinlər» Qurani Kərim.

12. Üzr istəməyi bacarın. Günahkar kişi olsa belə gərək o səhvini iqrar edib çəkinmədən üzr istəməlidir. Adətən oğlanlar üzr istəməyi zəiflik kimi qəbul edirlər. İnsanın bu hərəkəti, qarşındakı şəxsə məhəbbət, dərin ehtiram və mərdlik rəmzidir. İmam Xomeyni nitqlərinin biridə deyib ki, əsl kişi odur ki, səhvə düçar olduğu zaman öz səhvini etiraf etsin.

13. Ailədə xoşagəlməzliklərin yaranmaması üçün bağışlamağı bacarın. Həzrəti Əmirəl–Möminin Əli (ə) bağışlanmaq haqqında belə buyurub: «Qüdrət sahibi olduğunuz zaman əfv edin ki, Allahın sizə verdiyi qüdrətin şükrü əfv etməkdir». Əfv etməyi bacarmaq insanın böyüklüyünə dəlalət edir.

14. Yoldaşınızın dostları və ya tanışları ilə həddindən artıq səmimi olmayın.

15. Ailəsinə göstərdiyiniz hörməti və onlara etdiyiniz yaxşılığı heç vaxt üzünə vurmayın.

16. Yaxınlarına hörmət bəsləyin və gülərüzlə evinizə qonaq dəvət edin. Qohumları ilə görüşməsinə maneəçilik etməyin. Onların səhvlərini yoldaşınıza bildirməyin.

17. Məscidlərdə, iş yerində və ya cəmiyyətdə öyrəndiklərinizi ailənizlə bölüşün. Allah qurani Kərimdə buyurur: «Ailənizi və uşaqlarınızı Cəhənnəmdən qoruyun».

18. Mütləq bir-birinizin psxolojisini, xarakterini yaxşı tanıyın və ona görə davranın.

19. Nə qədər doğru olsanız belə qəti şəkildə özünüzü müdafiə etmək naminə uzundillik etməyin. Mübahisələr evlililər arasındakı isti münasibətə son qoyar. Məsum İmamlarımızın (ə) dediyinə görə, qadın əri qarşısında uzundillik edərsə, Qiyamət günü onun dili o qədər uzanacaq ki, bütün məhşər əhli onu tapdalayacaqlar.

20. İstəklərinizi yerinə yetməsi üçün yoldaşınıza əmr deyil, rica edin.

Xoşbəxtliyin 60 sirri

21. Maddi durumunuza görə davranın, istədiyinizi almasa «eybi yox, gələn dəfə alarsan» deyib qəlbini alın. Onsuzda aranızda sevgi olduğu müddət o, sizin üçün əlindən gələni edəcək. Ailənizin maddi durumundan şikayətçi olmayın. Həyatınızda olan əksikliklər üçün yoldaşınızı günahlandımayın.

22. Nigahın, aranızda bağlantı və Allah qarşısında bir SÖZ olduğunu unutmayın.

23. Yalnız əriniz üçün bəzənin. Uca Rəbbimiz ərindən başqası üçün bəzənən qadının ibadətini qəbul etməz. Reyğəmbərimiz (s) buyurur: «Qadın ən gözəl ətirlərlə ətirlənməli, ən gözəl üsulda bəzənməli, ən gözəl geyimlərini geyinməli və əri üçün hazırlanmalıdır».

24. Şiddətə yol verməyin. Peyğəmbərimiz (s) belə həyatı boyu heç bir xanımına, hətta xidmətçisinə belə şiddət göstərməmiş, onları incitməmişdi. O (s) qadınlar haqqında buyurur: «Yediyinizdən yedirin, geydiyinizdən geydirin. Səhvlərini üzlərinə vuraraq onları utandırmayın, döyməyin. Evdə tək qoymaqla onlara cəza verməyin».

25. Əsəblərinizi cilovlamağı bacarın. Əgəri insan əsəblərinə hakim olmağı bacarırsa, həm ailəsində problemlər öz həllini tapar, həm də ilk qəbir gecəsi əzab görməz.

26. Ailənizlə bağlı mövzuları tək deyil, birlikdə müzakirə edin və qərar verərkən mütləq yoldaşınızın da qərarına önəm verin. Peyğəmbərimiz (s) də bütün mövzularda xanımının da fikrinə önəm verirmiş.

27. Yoldaşınızın yanında qara-qabaq olmayın. Gülümsəyin və gözəl əxlaqlı olmağa çalışın.

28. Qarşı tərəfdən güvənc görmək hər zaman insanın əhvalını yüksəldir. Odur ki, xoş sözlər söyləməklə ona güvəndiyinizi sübut edin. Unutmayın:«Xoş bir söz və günahları bağışlamaq əziyyətlə verilən sədəqədən daha yaxşıdır» Əl-Bəqərə -263

29. Şübhə və qısqanclıqlara son ver. Qısqanclıq Allahın ən qəzəbləndiyi hərəkətdir.

30. Yoldaşınız əsəbi olduğu zaman onu sakitləşdirməyə çalışın, şəxsi planlarınızı təxirə salın. Məşhur hədislərdən birində bu barədə deyilir: «Qadınlarınızın ən yaxşısı o qadındır ki, hər zaman yoldaşını qəzəbli halda görsə, ona: «Mənim əlim sənin əlindədir və yalnız sənə təsliməm»,-desin».

Xoşbəxtliyin 60 sirri

31. Onun zövqünə görə hərəkət edin. Xoşladığı və ya xoşlamadığı şeylərdən bixəbər olmayın.

32. Bütün işlərdə bir-birinizə yardımçı olun. Adətən kişilər bunu özlərinə ayıb bilirlər. Bu sevimli Peyğəmbərimizin (s) yoludur. O (s) sevimli kürəkəni Əli (ə) buyurur: «Ya Əli, ev işlərində xanımına kömək edən hər kəsə, həcci-ümrənin səvabı nəsib olar».

33. Yoldaşınızdan sevgi tələb etdiyiniz kimi siz də sevginizi ondan əksik etməyin. Dinimiz məhəbbəti qarşılıqlı bilir. Ər və arvadın bir-birinə məhəbbət nişanəsi imanın böüyklüyüdür. İmam Sadiq (ə) buyurur: «İmanın artımını ailəyə məhəbbəti yüksəldir».

34. Yoldaşınızla xoş davranın və bir-birinizə hörmət bəsləyin. Xoş rəftar ailəyə sakitlik, sevinc, aramlıq bəxş edər, tərəflər arasında kinə son qoyar. «Həyat yoldaşınızla mərifətlə davranın». Əl-Bəqərə-228.

35. O evdə olmadığı zaman onun üçün darıxdığınızı, o gəldikdə isə sevindiyinizi mütləq bildirin.

36. Səbəbsiz yerə uzun müddət ayrı qalmayın. Çünki qısa ayrılıqlar həqiqi sevgini gücləndirdiyi kimi, uzun ayrılıqlar xoşbəxt bir ailə üçün fəlakət ola bilər. Mümkün qədər getdiyiniz yeri ailənizə bildirin, onları intizarda qoymayın. Mühəmməd (s) buyurur: «Biriniz yola çıxdığı zaman işlərini bitirən kimi o an ailəsinin yanına dönməlidir»

37. Məbadə bir dil yarası ilə aranızdakı səfa-səmimiyyət və mehribanlığı uzaqlaşdırasınız. Qılınc yarası keçər, dil yarası yox. Odur ki, mübahisə əsnasında sözlərinizə diqqət edin.

38. Küsülü qalmayın. «Əgər bir qadın əri ilə küsülü olduğu halda və ya əri ondan razı olmadığı halda yuxuya gedərsə, Allah mələkləri sübhə qədər ona lənət edər»

39. Onun səhvini gördükdə «mən demişdim belə olacaq» deməyin, əksinə onu anladığınızı bildirin.

40. Xoşbəxt olmaq üçün yoldaşının yaxşı, ideal olması yetərli deyil, eyni zamanda siz də mükəmməl həyal yoldaşı olmağı bacarmalısınız. Yaxşı xanım və ya ər olduğunu sadəcə cümlələrdə deyil, davranışlarınızla da göstərin.

Xoşbəxtliyin 60 sirri

41. Təmizkar olun. Təmizkar ailədən ruzi bərəkət və mehribançılıq əksik olmaz. Təmizlik imanın yarısı və sevginin daimi olması üçün əsas şərtlərdəndir.

42. Onunla səsinizi yüksəldərək danışmamalısınız. Əsasən də uşaqların və ya qonaqların yanında.

43. Sizə qarşı yalnış hərəkət edərsə, bunu görməməzliyə vurun, əmin olun ki, o da peşmandır. Həmən ondan intiqam almaq fikirinə düşməyin.

44. «Qürur» sözü şeytanın tez-tez işlətdiyi sözdür, bundan uzaq olun. Həyat yoldaşınızla hər hansı bir işdə qürur etməyin.

45. Çətinliklərlə qarşılaşdıqda belə bunu biruzə verməməli, həyata ümidlə baxmalı və gülər üz olmalısınız. Peyğəmbərimiz (s): «Gülər üz sədəqədir» deyə buyurub.

46. Bədxərc, paxıl, eqoist eyni zamanda xəsis olmayın. Ailə büdcənizin dəyərini bilin və israfa yol verməyin. İslama görə ən pis qadın israfçı qadındır. «...Eyni zamanda (mal dövlətini əbəs yerə) sağa-sola səpələmə!» Əl İsra- 26.

47. Heç bir kəsin yoldaşınızın ardınca xoşagəlməz sözlər danışmasına imkan verməyin, bu cür hallarla qarşılaşdıqda etik qaydalarını pozmadan, tam cəsarətlə mütləq onu müdafiə edin.

48. Evdə bir küncə və ya otağa çəkilib tək oturmağı adət halına gətirməyin. Bu aranızdakı səmimiyyətə son qoya bilər.

49. Mübahisə zamanı onu dinləməyi bacarın, mənfi hərəkətləri qəlbini qırmadan ona başa salın və yalnışlıqlarını düzəltməsi üçün vaxt verin. Peyğəmbərimiz (s) ümmətinə tövsiyyət etmişdir ki, çalışın insanların eyblərini deyil, müsbət nöqtələri görəsiniz.

50. Yoldaşına itaət etməli, ondan izinsiz hərəkət etməməli, ona ürəkdən qulluq etməli və unutmamalısınız ki, «Qadının ən böyük cihadı əri üçün yaxşı arvad olmaqdır»-Muhəmməd (s).

Xoşbəxtliyin 60 sirri

51. Əsl möminə qadın həyalı olmaqla yanaşı, o daima iffətini qorumalıdır. Yəni Qurani Kərimin Nisa sürəsinin 34-cü ayəsində buyrulduğu kimi: «Ləyaqətli qadınlar ərlərindən ayrılıqda belə, onların hüquqlarını, habelə Allahın qorunmasını əmr etdiyi haqalrı qorumalıdırlar».

52. Özünüzə etdiyiniz duaların təkrarını ona da etməli, özünüzə istədiyiniz yaxşılıqları ona da arzulamalısınız. Əslində həqiqi müsəlman gərək düşməni üçün belə yaxşı dua etsin və Allahdan onların hidayət olunmalarını diləsin.

53. Bir-birinizə etimadsız olmayın. Bədgümanlıq və etimadsızlıq yaranan evdə Allahın rəhmət və bərəkəti olmaz və Allahın qəzəbi həmin ocağı bürüyər. Allah Taala Qurani Şərifdə bəyan edir ki, «Həqiqətən mənim əzabım çox şiddətlidir».

54. Yalandan uzaq olun. «Bütlərin çirkinliyindən və batil sözlərdən (yalan, boş-boş danışma və qeybətdən) uzaq olun» Həcc-30.

55. Qeybət etməyin. Kişilər qeybətcil qadınları sevməzlər. Hücürat sürəsinin 12-ci ayəsində də bu haqda deyilir: «Bir-birinizin qeybətini etməyin, sizlərdən bir kəs var ki, öz qardaşının ətini ölmüş halda olarkən yemək istəsin? Bu cür işdən heç vaxt razı olmazsınız.».

56. Ər-arvad fani dünya kimi axirətlərini də düşünməli və orada da birlikdə olmaq üçün bugünki davranışlarına, ibadətlərinə diqqət yetirməlidirlər.

57. Həyatını paylaşacağın insanla xoşbəxt olmağın üçün sənə vacib olan bir çox şeylərdən belə vaz keçməlisən.

58. Sirr saxlamağı bacarın. «Onlar sizin, siz də onların libasısınız» Əl-Bəqərə-187. Davranışlarınızla övladlarınıza örnək olun.


Geri dön

Ay Üzlü

  • 14 sentyabr 2011 17:59
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
hmmm indi bunlari hami etse xowbext olacaq deyirsiniz?
tewekkurler

RADUQA

  • 14 sentyabr 2011 12:15
  • Məqalə: 17
  • Şərh: 638
  • Bal:
{awards}
COX SAQOLUN...MINNETDARAM COX DEYERLI XEBERDI...

--------------------
MENI OZUNE BENZETDIN.....AMMA OZUN SANMADIN ....!!!!!!!

seda12

  • 14 sentyabr 2011 10:59
  • Məqalə: 0
  • Şərh: 90
  • Bal:
{awards}
əməyə göre çok sağolunn

wink belay

Inciciceyi

  • 14 sentyabr 2011 10:54
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
HMMMMMMMMM Indiki zemanede idial insan cetin tapila.yaxwi meslehetlerdi twkler

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

Sirli Melek

  • 14 sentyabr 2011 09:41
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
Yoldaşınızın yanında heç vaxt başqa kişiləri müdafiə etməyin, onları bəyəndiyinizi vurğulamayın. Başqalarının uğuru ilə onu utandırmayın.

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

KRiPToS

  • 14 sentyabr 2011 09:26
  • Məqalə: 555
  • Şərh: 2055
  • Bal:
{awards}
tesekkur maragli xeberdi

--------------------

_GUNAY_

  • 14 sentyabr 2011 02:26
  • Məqalə: 0
  • Şərh: 63
  • Bal:
{awards}
sozun acigi men bu 60 sirri oxuyub kutarana kimi 60 yasim oldu dimey olar ki......

only-girl

  • 14 sentyabr 2011 01:42
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
twk xebere

--------------------

★Azerbaijan girl★

  • 14 sentyabr 2011 00:48
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
thnaksssssssssssssssssssssssssssssssss

Deniz

  • 14 sentyabr 2011 00:33
  • Məqalə: 338
  • Şərh: 3908
  • Bal:
{awards}
Cox maraqli yazi ucun tesekkur edirem....

cirkin ordek

  • 14 sentyabr 2011 00:01
  • Məqalə: 0
  • Şərh: 25
  • Bal:
{awards}
tesekkur maragli xeberdi

Cilent_M.Q

  • 13 sentyabr 2011 23:38
  • Məqalə: 87
  • Şərh: 2628
  • Bal:
{awards}
«Qadının ən böyük cihadı əri üçün yaxşı arvad olmaqdır»-Muhəmməd (s).

cox deyerli fikirdir

--------------------

Fatime_19

  • 13 sentyabr 2011 23:36
  • Məqalə: 1
  • Şərh: 521
  • Bal:
{awards}
iLK SERH MENDEN.COX BEYENDIM.BELI BUNLARA EMEL OLDUQDA TEBII KI,XOSBEXTCILIK OLAR.ELE KISILER VAR KI,ONUNLA BIR OMUR SURMEK MUMKUN DEYIL.LAP SEVEREK QURSANDA AILENI.BU ZAMAN BOSANANLARIN SAYI ARTIR.COX TESSUF.KAS KI,HAMI BIR-BIRINI BASA DUSUB ANLASA.....
TESEKKURLER

--------------------
HEDEFI OLMAYAN GEMIYE,HEC BIR RUZGAR YARDIM EDEMEZ!

... Deryam ...

  • 13 sentyabr 2011 23:30
  • Məqalə: 272
  • Şərh: 4680
  • Bal:
{awards}
Allah hamiya gozel aile sahibi olmagi qismet elesin.
Deyerli xeber ucun twk...

--------------------

Fashionable

  • 13 sentyabr 2011 23:29
  • Məqalə: 0
  • Şərh: 18
  • Bal:
{awards}
Yaxınlarına hörmət bəsləyin və gülərüzlə evinizə qonaq dəvət edin. Qohumları ilə görüşməsinə maneəçilik etməyin. Onların səhvlərini yoldaşınıza bildirməyin.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 12
Cəmi: 25

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}