Lamborghini Sesto Elemento seriyaya buraxılacaq

 
Lamborghini Sesto Elemento seriyaya buraxılacaq

İndiyədək qəzəbli öküz emblemi daşımış bütün avtomobillərin arasında ən dəlisov və cazibədar avtomobillərdən birini satın almaq mümkün olacaq! Amma bunun üçün çox pul lazımdır.Lamborghini direktorlar şurasının sədri Stefan Vinkelman rəsmi olaraq elan edib ki, debütü Frankfurt avtosalonunda baş tutacaq superyüngül avtomobil seriyaya cəmi 20 nüsxə ilə çıxarılacaq. Həm də cəmi 2 000 000 avroya. Və bu qiymətə əlbəttə ki, yerli vergi və gömrük rüsumları və ödənişləri daxil deyil. Lakin bu qiymətin özü belə cəmi 20 ədəd avtomobilin satılacağına şübhə doğurmur. İtaliya şirkəti artıq Reventon kimi maşınların satışı təcrübəsinə mailkdir. Xatırladaq ki, Reventon əslində yüngülvari yenilənmiş Murcielago modelindən başqa bir şey deyildi. Buna baxmayaraq buraxılmış bütün avtomobillər istehsal xəttinin işə düşdüyü elan olunduqdan sonra bir ay ərzində satılıb qurtarmışdı.Lamborghini Sesto Elemento superkarı konsept- kar kimi keçən il Paris Beynəlxalq avtosalonunda nümayiş etdirilmişdi. Məlumdur ki, satışa çıxarılacaq avtomobil konseptdən çox az fərqlənəcək.Təqdim edilən avtomobil, Lamborghini LP 570-4 Superleggera modelindən miras qalmış 570 a.g hasil edən 5.2 litrlik V10 benzin mühərriki ilə komplektləşdirilib. Avtomobilin konstruksiyasında karbon plastikdən geniş istifadə edilməsi səbəbindən onun çəkisi cəmi 999 kq-dır. O cümlədən, kuzov tamamilə karbondan hazırlanıb. Beləliklə bir at gücünə 1.75 kq ağırlıq düşür. Avtomobilə yerindən ilk 100 km/saat sürətlənmək üçün cəmi 2.5 saniyə kifayət edir. Maksimal sürət 300 km/saat -dan artıqdır. Markanın digər avtomobilləri kimi yeni superkar da tam ötürmə sistemi əldə edib.Kifayət qədər pulu olan bir kəsi bu maşını satın almaqdan saxlayan yeganə səbəb onun ümumi istifadədə olan yollarda sürülməsinə icazə verilməməsi ola bilər. Lakin Lamborghini çox güman ki, yeni superkarının adi avtomobil yollarında da sürülməsinə icazə verilməsi üçün müəyyən tədbirlər görəcək, lakin hələlik bu haqda məlumat yoxdur.


Geri dön

Cilent_M.Q

  • 14 sentyabr 2011 13:08
  • Məqalə: 87
  • Şərh: 2628
  • Bal:
twkllerrrrrrrrrrrrrr

--------------------

only-girl

  • 14 sentyabr 2011 11:41
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
super mawina oxshuyur

--------------------

Sirli Melek

  • 14 sentyabr 2011 11:38
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
QEYRİ ADİ GÖRÜNÜŞÜ VAR

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 48
Cəmi: 67

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}