Əmanət

 
Əmanət

Allah Təalə buyurur: "Biz əmanəti göylərə, yerə və dağlara təklif etdik. Onlar onu daşımaqdan qorxub imtina etdilər. Lakin insan onu boynuna götürdü. Doğurdan da o, zalım və cahildir. Bu əmanət insana ona görə verildi ki, Allah münafiq kişiləri və münafiq qadınları, müşrik kişiləri və müşrik qadınları cəzalandırsın, mömin kişiləri və mömin qadınların tövbələrini qəbul etsin. Allah Bağışlayandır, Rəhmlidir". (Əhzab, 72-73) Bu kainata - səmasına, yerinə və dağlarına ağır bir yük, böyük bir məsuliyyət və təhlükəli bir iş təklif edildi, lakin onu daşımaqdan çəkindilər. Allah Təalənin əzabından qorxaraq onu yerinə yetirməkdən imtina etdilər. Bu əmanət Adəmə (ə.s) təklif edildi və Adəm (ə.s) onu boynuna götürdü və məsuliyyətini öz üzərinə aldı.

ƏmanətƏmanətƏmanət

İbn Abbas (r.a) belə demişdir: "Əmanət fərzlərdir. Allah onları göylərə, yerə və dağlara təklif etdi. Yerinə yetirərlərsə onları mükafatlandıracaqdır. Vədlərinə xilaf çıxıb yerinə yetirməzlərsə, onlara əzab verəcəkdir. Onlar bundan imtina etdilər. Allaha üsyan etmədən, əksinə Allah Təalənin dinini yüksək tutaraq bu əmanətin məsuliyyətindən qorxdular". Həsən əl-Bəsri (rahimahullah) demişdir: "Allah onu ulduzlarla bəzədiyi yeddi qat göyə və Ərşini daşıyan mələklərə təklif etdi. Onlara deyildi: "Əmanəti və içindəkini daşıya bilərsinizmi?" Dedilər: "İçindəki nədir?". Deyildi: "Əgər yaxşılıq etsəniz mükafatlandırılarsınız, pislik etsəniz cəzalandırılarsınız". Dedilər: "Xeyr". Sonra onu döşək kimi yayılan və dağlarla sağlamlaşdırılan yeddi qat yerə təklif etdi. Onlara deyildi: "Əmanəti və içindəkini daşıya bilərsinizmi?" Dedilər: "İçindəki nədir?". Deyildi: "Əgər yaxşılıq etsəniz mükafatlandırılarsınız, pislik etsəniz cəzalandırılarsınız". Dedilər: "Xeyr". Sonra onu dağlara təklif etdi. Onlar da əmanətdən imtina etdilər.
Əmanət şəri mükəlləfiyyətdir. Allahın haqları və qulların haqlarıdır. Kim onları yerinə yetirirsə o savab qazanar. Kim də vədinə xilaf çıxıb və yerinə yetirməzsə o cəzalandırılar.

ƏmanətƏmanətƏmanət

1) Abdullah bin Məsud demişdir: "Namaz əmanətdir, dəstəmaz əmanətdir, ölçü əmanətdir, tərəzi əmanətdir". Daha bir çox şey saydıqdan sonra dedi: "Bunların ən ağırı əmanət olaraq verilən əşyalardır". (Əhməd, Beyhəqi, İbn Əbu Hatim).
2) Əbu Dərda (r.a) demişdir: "Cənabətdən qüsl almaq əmanətdir". Kimin əmanəti (etibarlılığı) qüsursuz olarsa, dinini sağlamlaşdırmışdır. Kim də əmanət (etibarlılıq) sifətini itirərsə dini bir kənara atmışdır.
3) İbn Ömər rəvayət edir ki, Peyğəmbər (s.ə.s) demişdir: "Əmanəti (etibarlılığı) olmayanın imanı yoxdur" (Təbərani).
4) Ənəs (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət etmişdir: "Əmanəti (etibarlılığı) olmayanın imanı yoxdur və sədaqəti olmayanın dini yoxdur" (Əhməd, Bəzzar, Təbərani). Buna görə də əmanət (etibarlılıq) peyğəmbərlərin və Allaha yaxın qulların sifəti olmuşdur. Allah Təalə Nuh, Hud və Salih peyğəmbərlərdən bəhs edərək belə dediklərini bildirir: "Həqiqətən mən sizin üçün etibar etməli olduğunuz elçiyəm. Allahdan qorxun və mənə itaət edin!" (Şüəra, 125-126). Etibarlılıq azaldıqca imanın da növləri azalır.

ƏmanətƏmanətƏmanət

Tövhid əmanətdir, zəkat əmanətdir, oruc əmanətdir, həcc əmanətdir, yaxşılığı əmr etmək, pislikdən çəkindirmək əmanətdir. Mal əmanətdir. Onu günah yolunda istifadə etmə. Göz əmanətdir, onunla Allahın haram qıldığı şeylərə baxma. Əl əmanətdir, cinsiyyət üzvü əmanətdir. Mədə əmanətdir, sənə halal olmayan şeyləri yemə. Uşaqlar sənin yanında əmanətdir. Qadınlar kişilər üçün əmanətdir.

ƏmanətƏmanətƏmanət

Allah əmanətlərin və haqların yerinə yetirilməsinə savabların ən böyüyünü vəd etmişdir. Allah Təalə buyurur: “O mömin kəslər ki, əmanətlərini və vədlərini qoruyurlar. O kəslər ki, namazlarını öz vaxtlarında qılırlar. Məhz onlar – varis olanlarınızdır. Firdovs cənnətinə varis olanlar orada əbədi qalacaqlar”. (Möminün, 8-11).

ƏmanətƏmanətƏmanət

Allah Təalə buyurur: “Həqiqətən, Allah sizə əmanətləri sahiblərinə qaytarmanızı və insanlar arasında hökm verərkən ədalətlə hökm vermənizi əmr edir. Allahın sizə verdiyi bu öyüd-nəsihət necə də gözəldir! Şübhəsiz ki, Allah Eşidəndir, Görəndir” (Nisa, 58). Bu mübarək ayə bütün əmanətləri öz içinə almışdır. Əmanətlərin ən böyüklərindən biri də vəzifələr, məqamlar və bunların haqlarıdır. Kim bu vəzifələrdə Allahın haqlarını yerinə yetirərsə özü üçün doğru olanı tapmış və Axirəti üçün xeyir qazanmışdır. Vəzifəsinin və məqamının haqlarında və vəzifələrində qüsurlu davranan, rüşvət alan, ya da müsəlmanların mallarını oğurlayan özünü aldatmışdır. Özünə xəyanət etmiş və zülm etmişdir. Rəsulullah (s.ə.s) demişdir: “Allah Qiyamət günü əvvəlkiləri və sonrakıları bir yerə toplayaraq hər xəyanət edən üçün bir sancaq qaldırılır və “Bu, filan oğlu filanın xəyanətidir” deyilər” (Səhih Müslim).

ƏmanətƏmanətƏmanət

Allah buyurur: “Həqiqətən, Allah və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər! Siz də ona salavat göndərib layiqincə salamlayın!” (Əhzab, 56)


Geri dön

sevgi yalandir

  • 27 sentyabr 2011 16:41
  • Məqalə: 538
  • Şərh: 7283
  • Bal:
Allah razi olsun

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

MuCaHiD_313

  • 19 sentyabr 2011 01:27
  • Məqalə: 4
  • Şərh: 54
  • Bal:
{awards}
O, kefi isteyeni (havadan) danishmir. Bu, ancaq (Allah dergahindan) nazil olan bir vehydir.'

islam Peygemberi Muhemmed (s) vefat etdiyi zaman oz ummetinin arasinda iki boyuk ve chiyin sindiran, agir yuk, emanet qoymushdur. Onlardan birincisi - Qur`an (Allahin muqeddes kiabi) ve ikincisi ise - ehli beyt (e) (Peygemberimizin ovladlari- dir.) oz ummetine emr etmishdir ki, onlardan itaet etsinler ve hech vaxt onlardan ayrilmasinlar.
islam Peygemberi oz heyati zamani, Qur`ani Kerimin heqiqetini onun duyunlu ve agir olan metleblerini ummetine chatdirmaq uchun oz ohdesine goturmushdur. Buna gore de Qur`ani Kerimin aoir ve duyunlu metlebleri hedis sheklinde achiqlanmishdir. Butun islam elmlerini - eqideler, meaarif ve ehkam - oz ummetine ve ardicillarina muxtelif yollarla basha salmishdir. Hezret Muhemmed (s) hedis soylemek barede bele buyuru: 'Allah menim sozlerimi eshiden, basha dushen ve bashqalarina chatdiran bendeni sevindirsin. Ne choxdur o kesler ki elmi ozlerinden savadlilara ve basha dushenlere neql edirler'.
indise islam ummetinin Peygember (s)-in vefatindan sonra Qur`an ve Ehli-Beyt (e)-le nece reftar etdiklerine, Peygember (s)-in buyurdugu hedisler qarshisinda etdikleri cinayetlere diqqet yetirek.

Onlar Peygember ailesini cemiyyet arasindan uzaqlashdiraraq ev dustagi etmishler. Onlarla etdikleri bu reftari achiqlamaga insan dili acizdir.
Ele ki, islam heqiqi ve duzgun qoruyucularini muxtelif hiylelerle cemiyyetden uzaqlashdirmaqla xilafeti ele kechirdiler, Qur`anla onun me`nalarini achiqlayan hedisler arasinda ayriliq salmaq ve Allahin kitabini oz istekleri uzerinde tefsir etmekle me`nalarini deyishmek imkanini elde etdiler.
'Peygember sunnesi' adlanan islam rehberinin buyurdugu bu hedisler, xelifelerin ireli surdukleri siyasetlerinin yolu uzerinde olan birinci manee idi. Daha dogrusu 'sunne', muxalif quvvelerin apardigi siyasi muharibenin qalibi sayilirdi. Buna gore de, hakimiyyeti ele kechirenler birinci chixish yolu bu agir siyasi muharibede guclu olan muxaliflerini terki silah etmekde gorduler.
evvelce ebu Bekr bu silahi ozununkileshdirdi. Bu yolla Peygember (s)-den buyurulan 500 hedisi yigib topladi. Lakin, bir muddetden sonra bu hedislerden faydalanmayacagini basha dushdu. chunki, bu hedisleri ozununkileshdirmesi mumkun deyildir. Neticede butun toplanilmish hedisleri oda ataraq yandirdi.
shubhesiz ki, o vaxt hech bir kesi hedis yazmaqdan ve soylemekden chekindirmek mumkun deyildi. O cumleden ancaq ebu Bekrin yigdigi hedislerden istifade etmeyi de hech kese mecbur etmek mumkun deyildi. Buna gore de charenin Peygember (s)-in hedislerinin neql olunmasi ve yazilmasinin mutleq shekilde qadagan edilmesinde gordu. Ta camaatin Eli bu guclu silaha chatmasin. Buna gore de xelife, Peygember (s)-in hedislerini neql etmeyi muselmanlara qadagan etdi ve emr etdi:- 'Peygemberden hedis neql etmeyin ve Qur`ana meshgul olun

Beli, tekce Qur`ana! chunki, Qur`ani Kerimi Peygember (s)-in hedisleri olmadan istenilen shekilde me`na etmek olar.
ebu Bekr vefat etderek oz vesiyyetnamesinde xilafeti omere verdi. Tebiidir ki, bir chox muselmanlar xelifenin emrinden chixmadilar. Onlar Peygember (s)-in hedislerini daha yazmadilar.
omer de, oz hokumeti dovrunde ebu Bekrin bu siyasetini daha da shiddetle davam etdi. Bir defe hokumeti dovrunde Peygemberin (s) hedislerinin yazilib neql olunmasi meselesinin azad shekilde davam edilmesi barede camaatla meslehetleshdi. Bu ishin muselmanlar uchun gerekli oldugunu e`lan etdi. Bir ay fikirleshdikden sonra xususi zirekliyi ile bu emelin chixish yolunu tapdi ve camaat arasinda e`lan etdi:-'Men Peygember (s)-in sunnelerini yazmaq isteyirdim. Lakin, kechmish ummetleri yada saldim. Onlar be`zi kitablari yazmaqla ilahi kitablarindan uzaqlashdilar. Buna gore de men hech vaxt Allahin kitabini (Qur`ani) bashqa bir sheyle bir yerde qarishdirmaram.'
omer, eleki Peygember (s)-in komekchilerini me`muriyyete gondererdi onlara hedis soylemeye ve camaati Qur`andan uzaqlashdirmamaga emr ederdi. eger onun emrine tabe olmayan her kesden xeber tutardisa hemin vaxt onu Medineye getizdirib oz nezeri altinda saxlayardi. Hemchinin, camaat ichinde topladigi hedisleri de yandirdi.

--------------------
Allahummə inna nərğəbu iləykə fi dovlətin kəriməh, tuizzu bihəl-islamə və əhləh və tuzillu bihəl kufrə və əhləh və təc᾽əluna fiyha minəd-duati ila taətikə vəl-qadəti ila səbiylik. Və tərzuquna biha kəramətəd-dünya vəl axirəh.

MuCaHiD_313

  • 16 sentyabr 2011 16:24
  • Məqalə: 4
  • Şərh: 54
  • Bal:
{awards}
Hz MuHaMMeD (s.a.v.s)Bizler ucun qoydugu emanet ne idi?Ey camaat! Men sizin aranizda iki emanet qoyuram. eger onlardan yapishsaniz (onlara sarilsaniz), hech vaxt zelalete dushmezsiniz. (O iki emanet) Allahin kitabi ve ehli-beytimdir!'
Termizi elave edir: 'Bunu ebuzer, ebu Seid Xidri, Zeyd ibn erqem ve Huzeyfe de neql etmishler.'
4. Yene hemin kitabda ebu Seid ve Zeyd ibn erqemden bele neql olunur: 'Allahin Resulu (s) bele buyurmushdur:
'Men sizin aranizda iki emanet qoyuram. eger onlardan yapishsaniz, hech vaxt zelalete dushmezsiniz: Biri semadan yer uzune uzanmish ip olan Allahin kitabi, digeri itretim, ehli-beytimdir! Onlar 'Kovser' hovuzunda mene qovushanadek, bir-birinden ayrilmazlar. Baxin gorun, menden sonra onlarla nece reftar edeceksiniz!'

--------------------
Allahummə inna nərğəbu iləykə fi dovlətin kəriməh, tuizzu bihəl-islamə və əhləh və tuzillu bihəl kufrə və əhləh və təc᾽əluna fiyha minəd-duati ila taətikə vəl-qadəti ila səbiylik. Və tərzuquna biha kəramətəd-dünya vəl axirəh.

Cilent_M.Q

  • 14 sentyabr 2011 13:57
  • Məqalə: 87
  • Şərh: 2580
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

solmayan_gul

  • 14 sentyabr 2011 12:24
  • Məqalə: 0
  • Şərh: 276
  • Bal:
{awards}
sozler menalidir

--------------------
YENIDEN GELDIM BURAYA SALMLAYIRAM SIZLERIII

only-girl

  • 14 sentyabr 2011 12:04
  • Məqalə: 1002
  • Şərh: 5000
  • Bal:
{awards}
ellerine ve qelbine sagliq

--------------------

HaYaliM

  • 14 sentyabr 2011 11:58
  • Məqalə: 144
  • Şərh: 4313
  • Bal:
{awards}
Allah buyurur: “Həqiqətən, Allah və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər! Siz də ona salavat göndərib layiqincə salamlayın!” (Əhzab, 56)

cox gozel ve ibretamiz yazi..ellerine ve qelbine sagliq bacim..Allah senden razi olsun

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 58
Cəmi: 79

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 67
Cəmi: 733
 
The Shield
Xəbərləri: 66
Cəmi: 83
 
MiSS HaPPy)
Xəbərləri: 52
Cəmi: 147
 
Nergiz__Sirinova
Xəbərləri: 47
Cəmi: 476
 
♔Hе важно∞
Xəbərləri: 36
Cəmi: 207
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
AyliN BunyaminovA
Xəbərləri: 20
Cəmi: 443
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 12
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}