Baba Pünhan

 
Baba Pünhan

Yalan sözü at ağzına, dolan çeyniyə-çeyniyə,
Tüpür acı həqiqətə, yalan çeyniyə-çeyniyə.

Tutub zəif damarımı, alıbdır ixtiyarımı,
Qoyub gözəl diyarımı talan çeyniyə-çeyniyə.


Silib-süpürdü düzləri, yeyib qutardı bizləri,
O yan çeyniyə-çeyniyə, bu yan çeyniyə-çeyniyə.

Bu ölkənin harınları doyunca ölmə eşşəyim,
Qoşul mənə vəkil seçək, saman çeyniyə-çeyniyə.


Baxıb ətə marıtdıyır, corabların yamatdıyır,
Az-TV-də şaqatdıyır, banan çeyniyə-çeyniyə,

Amerkanın tüpürdüyün, məqam tapıb at ağzına,
Fəxarət ilə barmağa dolan çeyniyə-çeyniyə.

Görüb bizi yeyinnəyib, ipin ucun düyünnəyib,
Bu torpağı peyinnəyib, İvan çeyniyə-çeyniyə.

Qoyun da inkişafdadı, çoban da inkişafdadı,
Qoyun göyşüyə-göyşüyə, çoban çeyniyə-çeyniyə


Ata uzaq "kray"dadı, ana uçub Dubaydadı,
Tifillər ahu-vaydadı, güman çeyniyə-çeyniyə..

Necö deyim ki, çeynəmə, ayıbdı tulla saqqızı,
Əkər çalıbsa laylayın, anan çeyniyə-çeyniyə.


Ötən zamanla düşmanam, gələn Zamana qurbanam,
Zamanlar içrə pünhanam, yaman çeyniyə-çeyniyə.

Əgər ömür vəfa qıla, ölüncə çeynərəm səni,
Desinlər öldü Pünhana, ilan çeyniyə-çeyniyə.

Baba Pünhan


Geri dön

Ay Üzlü

  • 14 sentyabr 2011 17:32
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
Silib-süpürdü düzləri, yeyib qutardı bizləri,
O yan çeyniyə-çeyniyə, bu yan çeyniyə-çeyniyə.
waire Allah rehmet etsin
muellifede Allah can sagliqi versin

milana-023

  • 14 sentyabr 2011 16:38
  • Məqalə: 0
  • Şərh: 958
  • Bal:
{awards}
men hec BABA PUNHANIN Serlerini oxumamisdim tesekkur.

--------------------
hec kimle danismayacam ona gore eziyyet cekib yazmayin!!!!

Sirli Melek

  • 14 sentyabr 2011 15:47
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
Silib-süpürdü düzləri, yeyib qutardı bizləri,
O yan çeyniyə-çeyniyə, bu yan çeyniyə-çeyniyə.

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

only-girl

  • 14 sentyabr 2011 14:53
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
birinci defe eshidirem bu shairin sheirini

--------------------

Cilent_M.Q

  • 14 sentyabr 2011 14:06
  • Məqalə: 87
  • Şərh: 2628
  • Bal:
{awards}
xowum gelir bu kiwinin werlerinden

--------------------

HaYaliM

  • 14 sentyabr 2011 13:41
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
Ötən zamanla düşmanam, gələn Zamana qurbanam,
Zamanlar içrə pünhanam, yaman çeyniyə-çeyniyə.


gözel..Baba Pünhan poeziyasina elave söz demeye ehtiyac yoxdu..tesekkür edirem bele bir seir ücün

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 27
Cəmi: 50

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 27
Cəmi: 537
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 89
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 406
 
Sol Meleyim
Xəbərləri: 8
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 2
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}