"Ayna, ayna! De görək mən kiməm?"

 
"Ayna, ayna! De görək mən kiməm?"

Adətən biz başqalarını tanımağa çalışır, onların xarakterlərini, alışqanlıqlarını, arzularını öyrənirik. Bu bizə insanlarla ünsiyyət qurmağa kömək edir. Təzə tanışlarımızın hansısa özəlliyini biləndə onlara xoş gələcək nələrisə etmək və onları razı salmaq istəyirik. Biz insanıq, ünsiyyətsiz yaşaya bilmərik. Ünsiyyət üçün isə bütün bunlar doğru və lazımlıdır.

Hər kəsi tanıyaraq hansısa bir qənaətə gəlirik. Bəzən tanışlarımızın hansısa bir hadisəyə münasibəti haqqında ya hüsnü-zənn edirik, ya da ki, sui-zənn. Çox vaxt isə zənnlərimiz [əksər halda nə üçünsə sui-zənnimiz] bizi aldatmır. Biz qənaətlərimizdə yanılmırıq. Bilirsiniz niyə? Çünki tanışlarımızı yaxşı tanıyırıq. Amma özümüzün nələrə qadir olduğumuzu, nəyi edib etməyəcəyimizi bilmirik.

"Ayna, ayna! De görək mən kiməm?"

Tanışlarımın istənilən bir hadisəyə mən qane etməyən davranışlarını görərkən mən belə etməzdim deyirdim.
Deyirdim, amma başqalarına baxıb mən belə etmərəm dediklərimin hamısını etdikdə əslində özümü tanımadığımı anladım. Hamını tanıyan mən sən demə özümü tanımırammış.

Kiməm mən?
Hardan gəlib, hara gedirəm?
Niyə belə edirəm?
Məni məndən yaxşı kim tanıya bilər?


Bütün bu sualların cavabını yalnız YARADAN verə bilər.
Yaradan yaratdığını tanımazmı? O yaratdığı üçün də insanın bütün qüsurlarını, zəifliklərini və hətta üstünlüklərini də bilir. Bildiyi üçün də yaratdığı İNSANI kamilləşdirmək, ülviləşdirmək, cənnətinə yerləşdirmək məqsədi ilə imtahanlar göndərir. Ən zəif yerindən, qorxduğu, qaçdığı, üzləşmək istəmədiyi, lakin onun kamilləşməsinə, mükəmməlləşməsinə mane olan zəifliklərini ona xatırladaraq imtahanı qazanmasını istəyir. Bu imtahandan bir dəfə qaçırsan, ikinci dəfə kəsilirsən, üçüncü dəfə isə heç gəlmirsən... Lakin bütün bunlar çıxış yolu deyil. Qaçsan da, gəlməsən də, kəsilsən də o imtahanı verməlisən...

Bu dünya imtahan yeridir. Uğurla verilmiş hər imtahan bir pillə irəliyə aparırsa da irəlidə daha çətin imtahanla qarşılaşırsan. Bir sınaqdan çıxıb rahat nəfəs almaq istədiyində başqa imtahanla üz-üzə qalırsan. Hər imtahanın isə əslində səni sənə tanıdır. Etmərəm dediklərini etdikdə özünlə üz-üzə qalırsan. O zaman hamını tanıyan sən, özünü tanımadığını anlayırsan.
Adəmi xatırlayırsan. Ona imtahan olaraq verilən ağaca yaxınlaşdığı üçün onu qınamışdın. Mən olsaydım, yaxınlaşmazdım demişdin. Demək asandır.

"Ayna, ayna! De görək mən kiməm?"

Ağac sənə də göstərilir. Sən də Adəm kimi davranırsan. Ağaca yaxınlaşıb, onu “meyvəsini” daddıqdan sonra bunun elə məhz o ağac, Adəmə qadağan olunan ağac olduğunu anlayırsan. Anladığın zaman ya Adəm kimi tövbə edirsən, ya da ki...

Səni tanıyan Allah isə səni lap başından xəbərdar edir. “Ağacın meyvəsindən yemə!” demir. Ağaca yaxınlaşma deyir. Nə xeyri? Adəm elə Adəmdir. Mütləq yaxınlaşacaq, mütləq dadacaq və ondan sonra anlayacaq.

"Ayna, ayna! De görək mən kiməm?"

Özümü tanımaq istədim. Adəmi tanımağa başladım. Adəmi anlamağa başladım. Daha qınamadım onu. Niyə ağaca yaxınlaşdığını, niyə bizim cənnətdən çıxarılmağımıza səbəb olduğunu...
Adəmi azdıran İblis indi də məni azdırır. Yenə eyni bəhanələrlə: əbədilik və kamillik duyğuları ilə. Bu günlə yaşamıram. 50-100 il sonranı düşünərək planlar qururam. Sanki heç bir zaman ölməyəcəyəm.
Bir yanlışım oldumu, bütün doğrularımı tərk edirəm. Üzülürəm, kədərlənirəm, özüm-özümdən narazı qalıram.
Sonra İblisdən ayrılır və tövbə edirəm.
Eynilə Adəm kimi.

Adəmin rolunu oynayırıq. Hərəyə öz “ağacı” göstərilir və “toxunma!” əmri verilir.
Hər kəs etməyəcəm dediklərini edir. Edir və bundan sonra etməməli olduğunu anlayır.

"Ayna, ayna! De görək mən kiməm?"

Biz qəribə insanlarıq. Başqalarına baxıb onların səhvlərini, yanlışlarını asanca görürük. Lakin özümüzə baxa bilmirik.
Şeytanı tanısaq da onun şirin dillərinə yenə də aldanırıq. Yenə “CƏNNƏTİMİZDƏN” qovuluruq...

Hər şeyi yenidən başlayırıq. Yenə ilk başa dönərək imtahanımızla
üz-üzə dayanırıq. Yenə etməyəcəyəm dediklərimizə baxır və nədənsə unudur və edirik.

"Ayna, ayna! De görək mən kiməm?"

Sanki bir oyun oynayırsan. Hər mərhələni keçdikcə finala yaxınlaşırsan. Birdən bir yanlış və sən yenə birinci mərhələdəsən...
Tövbə və təvaf...
Tövbə - geriyə qayıdış. Birinci mərhələ.
Təvaf keçdiyin mərhələləri yenidən keçmək şansı. Bu dəfə daha ciddi və qətiyyətli. Artıq bu mərhələlərdə hər şey sənə aydındı. Ona görə bir qədər rahat oynayırsan bu oyunu. Yeni, tanış olmayan mərhələyə çatanacan.
Burda yenə... “o ağac!” keçməyə çalışırsan. Birdən nəfsinə nəsə xoş gəlir. Ətrafa baxırsan. Məkanı tanımağa çalışırsan. Başın qarışır. Bir də ayılırsan ki, yenidən birinci mərhələyə dönmüsən. Təvaf bir də başlayır...
Özünü və “ağacını” tanısan tövbə - geri qayıdış – olmadan irəli gedə bilərsən. Lakin bütün bunlar ÖZÜNÜ TANIYINCA olacaq.

"Ayna, ayna! De görək mən kiməm?"

Özümü tanımaq istəyirəm.
Aynanın önündə duraraq məşhur sözləri söyləmək istəyirəm. Amma bir qədər dəyişərək: "Ayna, ayna! De görək mən kiməm?"


Geri dön

sevgi yalandir

  • 27 sentyabr 2011 16:40
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
ayna-ayna soyle bana, benden guzeli varmi bu dunyada?

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

_Yaxsiliq Meleyi_

  • 17 sentyabr 2011 17:22
  • Məqalə: 14
  • Şərh: 364
  • Bal:
{awards}
Teşekkürler maraqlı idi

--------------------
Dünya özünü təzə gəlin kimi göstərərək insanı aldadan,lakin həqiqətdə sehirbaz bir qarıdır.

Cilent_M.Q

  • 15 sentyabr 2011 20:26
  • Məqalə: 87
  • Şərh: 2628
  • Bal:
{awards}
ayna-ayna soyle bana, benden guzeli varmi bu dunyada? wink

--------------------

_LiLaC_

  • 15 sentyabr 2011 01:12
  • Məqalə: 0
  • Şərh: 81
  • Bal:
{awards}
Çox gözəl dəyərli mövzudu

Özümü tanımaq istədim. Adəmi tanımağa başladım. Adəmi anlamağa başladım. Daha qınamadım onu. Niyə ağaca yaxınlaşdığını, niyə bizim cənnətdən çıxarılmağımıza səbəb olduğunu...
Adəmi azdıran İblis indi də məni azdırır. Yenə eyni bəhanələrlə: əbədilik və kamillik duyğuları ilə. Bu günlə yaşamıram. 50-100 il sonranı düşünərək planlar qururam. Sanki heç bir zaman ölməyəcəyəm.

--------------------
Həyat - həmişə gələcəyin yalnız sənin qərarlı seçimlərindən asılı olaraq dəyişdiyi anı gözləməkdir

Zaurcik2011

  • 15 sentyabr 2011 00:58
  • Məqalə: 77
  • Şərh: 1796
  • Bal:
{awards}
TESEKURLER XEBERE GORE.MEN AYNAYA BAXMAGI SEVIREM.

--------------------

"Mənə nifrət edənlərə nifrət edəcək qədər vaxtım yoxdur.
Çünki mən, məni sevənləri sevməklə məşğulam."

cirkin ordek

  • 15 sentyabr 2011 00:01
  • Məqalə: 0
  • Şərh: 25
  • Bal:
{awards}
tesekkur wink

ASMIYA

  • 14 sentyabr 2011 23:30
  • Məqalə: 107
  • Şərh: 1534
  • Bal:
{awards}
MARAQLI HABER ICIN COK TESEKKURLER.

--------------------


... Deryam ...

  • 14 sentyabr 2011 22:54
  • Məqalə: 273
  • Şərh: 4680
  • Bal:
{awards}
Agil ve qelbde bir az Allah qorxusu olsa aynaya ehtiyac olmaz...

--------------------

RAY OF MOON

  • 14 sentyabr 2011 22:09
  • Məqalə: 0
  • Şərh: 229
  • Bal:
{awards}
Heqiqetende chox duzgun yazmisiz. Insan her hansisa bir sehv hereket edir ve bu hereketi edenden sora anliyir ki chox yanlish hereket edib. Dogurdanda kenardaki insanlar sehv bir hereket edende deyirik ki niye bele eledi, bunu demek bizim uchun chox asandi, ancaq oz bashmiza gelende ise ne edeceyimizi bele bilmirik... gozel ve maraqli xeberdi, teshekkurler

--------------------
Unutduqlarini xatirla, itirdinse axtar, darixdinsa get tap, incitdinse uzr iste, incidinse bagishla... CUNKI HEYAT CHOX QISA!!!

H.o.S.t _ FaNaTka

  • 14 sentyabr 2011 21:11
  • Məqalə: 11
  • Şərh: 1363
  • Bal:
{awards}
çox gözəl və maraqlı xəbər idi amma mən güzgüdən az istifadə edirəm ancaq məktəbə gedəndə saçlarımı yığıram

güzgünün qabağında bir də harasa gedəndə

--------------------
http://imgs.su/tmp/2012-03-09/1331317146-502.jpg

jalicka

  • 14 sentyabr 2011 21:01
  • Məqalə: 27
  • Şərh: 1989
  • Bal:
{awards}
Maraqli xeberdir cox saq ol

Ay Üzlü

  • 14 sentyabr 2011 20:58
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
Ayna ayna muellif ozunu tanimadigi ucun ona kim olduqunu soylermisin
lol

lol
lol

only-girl

  • 14 sentyabr 2011 20:39
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
bu guzguden mendede var wink

--------------------

R.M_FaNaTka

  • 14 sentyabr 2011 20:37
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
cox gozel ve maraqli xeberdi tesekkurler

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 11
Cəmi: 39

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}