Teleseriallardakı 20 şablon səhnə

 
Teleseriallardakı 20 şablon səhnə

Günümüzdə çətin ki elə bir insan tapılar ki hansısa seriala baxmamış olsun. Həvəslə, həyəcanla gözlənilən serialların qəhrəmanları bizə yad deyillər, hətta səhnələr də bəzən eyni olur. Ancaq bir çox səhnələr həddən artıq şablona çevrilib...

1.Susmağa vaxt tapdı da...
Biri digərini nədəsə günahlandırır və çox vaxt haqsız olur iddialar. “Elə deyil” desə hər şey düzələcək. Yox, gərək baş qəhrəman sussun, seriya bir az uzansın, azı 5-6 seriyadan sonra həqiqət ortaya çıxsın...

2.Birdən birə gözəlləşmə
Bütün serial boyu çirkin biri kimi göstərilən qadın birdən birə gözəl birinə çevrilir və guya onu tanıyanlar bunu görüb ona vurulur. Sanki “Nələr itirmişik” fikrinə qapılır. Hələ ta dabandan saça qədər olan kadrı demirəm...

3.İntiqam almaq
Bütün serial bir intiqam hekayəsi üzərində qurulur. Həyat bir intiqam üzərində qurulacaq qədər bəsitdir, sizcə? Yox, serialdırsa, olar. Yetər ki, serial “tutsun”.

4. Mahnılar
Hind filmlərindəki kimi, mahnı oxumaq artıq dəbdən düşsə də, musiqidən istifadə hələ də var. Sevilən bir mahnı filmdə fon musiqisi olduqdan sonra daha da populyarlaşır və ya bəzi mahnılar sırf serialla məşhurlaşır... Hər halda, o qədər də acınacaqlı vəziyyət olmur...

5. Kasıb-varlı sevgisi
Populyar ssenarilərdən biridir – kasıb bir qız varlı oğlana vurulur, kasıblığından utanır və ya əksinə, kasıb oğlan varlı qıza aşiq olur. Sonra ailələr qarışır və rejissor istədiyinə çatır – serial “tutur”.

6. Maşın qəzası
Əgər filmlərdəki kimi maşın sürsəydik, çoxdan o dünyalıq olmuşduq. Maşın sürəndə sağa-sola kədərli baxmalar, düşüncələrə dalmaq... Hələ güzgüdən arxada oturanları seyr etmək... O güzgünün funksiyası elə ondan ibarətdir?

7. Öz-özünə danışmaq
Siz heç öz-özünüzə “Səni peşman edəcəm” və ya “Filan şey belə imiş. Mən bunu əvvəlcədən niyə düşünməmişəm?” kimi şeylər danışan adam görmüsünüz? Seriallar isə öz-özünə danışan insanlarla doludur. Bunları hardan tapırlar?

8. O, uşaq sənindir!
Bəlkə də ən şablon cümlə budur – “O, uşaq sənindir!” Qadın heç kimə xəbər vermədən uşaq doğur, məlum olur ki, bu onun nə vaxtsa tanış olduğu adamdandır, sonra uşaq öyrənir bunu, anasına deyir: “Sən yalançısan!..” və ya başqa ssenari – atasız uşaq təsadüfən əsl atası ilə tanış olur, atası buna çox kömək edir və ən sonda məlum olur ki, bunlar ata-oğuldur...

9. Xəstəlik
Serialın bitəcəyini düşünməyə başlayırsınız, çünki artıq pis adamlar ölüb, işlər düzəlib. Birdən baş qəhrəmanın xərçəng xəstəsi olduğu ortaya çıxır! Çox vaxt onlar ölmürlər, amma serial kor bağırsaq kimi uzanır...

10. Sevişmə səhnəsi
Seriallarda olduğu kimi tammetrajlı bədii filmlərdə də bu səhnələrə üstünlük verilir. Bir zamanlar Türkiyədə də sensasiya yaradan bu səhnələr artıq adi hala çevrilib.

11. Yalandan yemək yemək
Bir seriyanın az qala yarısı süfrə başında keçib, amma yeməklərə əl dəyilməyib, üstəlik, aktyorlar da ağızlarında nəsə çeynəyirlər. Bu nə cür paradoksdur?

12. Makiyajlı gözəl
Qadın yuxudan durur dodağında boya, üzündə ənlik… Xəstəxanada da makiyajlı, yataqda da, evdə də, gecə də, gündüz də… Hələ yataqda saçların axşamkı kimi səliqəli qalmasını demirəm…

13. Ayaqqabı bəlası
Türkiyədə heç kim evdə ayaqqabı ilə gəzmir. Amma seriallarda kasıb da, varlı da evdə ayaqqabı ilə gəzir. Mənasını bilən varmı?

14. Nişan xəbərləri manşetdə!
Guya varlı bir ailənin oğlu və ya qızının evlilik xəbəri manşet verilir qəzetlərdə! Bu xəbəri sanki ikinci səhifədə versələr, evlilik olmayacaq…

15. Televizor yoxdu?
Bu qədər serial, film çəkilir, amma türk seriallarında televizora baxan çox az adama rast gəlmək olur. Niyə? Siz yəni bir şey izləmirsiniz?

16. Kənd qadınları
Türkiyənin kənar kənd gözəllərini canladıran gözəllərin üzü baxımlı, qaşı alınmış, manikürlü, gözdə qələm... Kənd əməlli-başlı “Best model” yarışmalarına bənzəyir.

17. Bir günlük uşaq bir aylıqdır
Uşaq doğulur. Yaxşı, bunu başa düşdük, amma sizcə, heç təzə doğulmuş uşaq görməmişik? Seriallarda hamısı tərtəmiz və yaşından daha böyük! Az qala bir aylıq uşağı yeni doğulmuş kimi bizə sırımağa çalışırlar…

18. Ailə fəlakəti
Yaxşı, hər ailədə problemlər olur. Amma bu qədər də çox deyilmi? Bəzən bir insanın başına serialda o qədər hadisə gəlir ki, adamın ona lap yazığı gəlir…

19. Xatırlama səhnələri
Serialı uzatmağın ən asan yolu xatırlama səhnələridir. Filmdə mütləq hər aktyor bir dəfə hansısa mənasız bir hadisəni yada salmalı, ağlamalı, sevinməlidir.

20. İki düşmən, sonradan sevgili
Yola getməyən iki ailənin uşaqları mütləq ya sevgili olur, ya da başqa bir ssenari ilə - əvvəl düşmən olur, bir-birinə pislik edirlər, sonra da bu nifrət sevgiyə çevrilir. Bu insanların başqa işləri-gücləri, tanış-bilişləri yoxdur, məgər? Ancaq bir düşmən ailə ilə mübarizədən ibarətdir həyatları?


Geri dön

Prank girl

  • 1 oktyabr 2011 23:13
  • Məqalə: 106
  • Şərh: 9884
  • Bal:
18. Ailə fəlakəti
Yaxşı, hər ailədə problemlər olur. Amma bu qədər də çox deyilmi? Bəzən bir insanın başına serialda o qədər hadisə gəlir ki, adamın ona lap yazığı gəlir…

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

Lindo

  • 18 sentyabr 2011 14:30
  • Məqalə: 437
  • Şərh: 2389
  • Bal:
{awards}
hmmm duzdu

_WITH YOU_

  • 16 sentyabr 2011 07:10
  • Məqalə: 1
  • Şərh: 505
  • Bal:
{awards}
tşk........

Aytac S-ova

  • 15 sentyabr 2011 13:30
  • Məqalə: 51
  • Şərh: 1420
  • Bal:
{awards}
(twk................) Sizə deyildi axi tşk yazmaq olmaz. Anlamirsiz? Bunun üçün Təşəkkür düyməsi var!!! (by Rufik)

aga482

  • 15 sentyabr 2011 06:41
  • Məqalə: 0
  • Şərh: 840
  • Bal:
{awards}
TESEKKURLER

--------------------
HER GUN İNSAN UCUN YENİ BİR HEYATDİR..........

jalicka

  • 14 sentyabr 2011 23:33
  • Məqalə: 27
  • Şərh: 1960
  • Bal:
{awards}
xebere gore cox saq ol

H.o.S.t _ FaNaTka

  • 14 sentyabr 2011 21:37
  • Məqalə: 11
  • Şərh: 1333
  • Bal:
{awards}
THANKS wink

--------------------
http://imgs.su/tmp/2012-03-09/1331317146-502.jpg

R.M_FaNaTka

  • 14 sentyabr 2011 20:47
  • Məqalə: 367
  • Şərh: 7967
  • Bal:
{awards}
cox gozel ve maraqli xeberdi tesekkurler

--------------------

only-girl

  • 14 sentyabr 2011 20:29
  • Məqalə: 1002
  • Şərh: 5000
  • Bal:
{awards}
20. İki düşmən, sonradan sevgili
Yola getməyən iki ailənin uşaqları mütləq ya sevgili olur, ya da başqa bir ssenari ilə - əvvəl düşmən olur, bir-birinə pislik edirlər, sonra da bu nifrət sevgiyə çevrilir. Bu insanların başqa işləri-gücləri, tanış-bilişləri yoxdur, məgər? Ancaq bir düşmən ailə ilə mübarizədən ibarətdir həyatları?
en cox bunlara rast oluram

--------------------

Leyla_Memmedova

  • 14 sentyabr 2011 19:45
  • Məqalə: 17
  • Şərh: 446
  • Bal:
{awards}
xebere gore tewekkurler

--------------------
MənƏ SöZ AtanA MəN GüL AtıraM...AmmA MƏZARINA...

sevgi meleyim

  • 14 sentyabr 2011 19:42
  • Məqalə: 25
  • Şərh: 1595
  • Bal:
{awards}
Tewekkurler

--------------------
Gedene Uzulme.Sevseydi Getmezdi...Gelene Sevinme,O da Bawqasindan Gelib..

Cilent_M.Q

  • 14 sentyabr 2011 19:29
  • Məqalə: 87
  • Şərh: 2580
  • Bal:
{awards}
twk edirem

--------------------

Мой Мир

  • 14 sentyabr 2011 19:18
  • Məqalə: 722
  • Şərh: 5845
  • Bal:
{awards}
en cox sevdiyim serial adini feriha koydum)...

--------------------
∞♥

Delya_91

  • 14 sentyabr 2011 19:14
  • Məqalə: 319
  • Şərh: 5162
  • Bal:
{awards}

8. O, uşaq sənindir!
Bəlkə də ən şablon cümlə budur – “O, uşaq sənindir!” Qadın heç kimə xəbər vermədən uşaq doğur, məlum olur ki, bu onun nə vaxtsa tanış olduğu adamdandır, sonra uşaq öyrənir bunu, anasına deyir: “Sən yalançısan!..” və ya başqa ssenari – atasız uşaq təsadüfən əsl atası ilə tanış olur, atası buna çox kömək edir və ən sonda məlum olur ki, bunlar ata-oğuldur...
lol

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

Rapunser

  • 14 sentyabr 2011 19:11
  • Məqalə: 3
  • Şərh: 264
  • Bal:
{awards}
tewekkurler maraqli xeberdi

--------------------
UREK QAPI DEYIL ACIB ORTESEN
HER SENI SEVENI SENDE SEVESEN
UREK BIR MENZILDIR QAPISI BAQLI
YALNIZ BIR INSANDIR ONUN ACARI

ZEHRA

  • 14 sentyabr 2011 18:34
  • Məqalə: 169
  • Şərh: 1948
  • Bal:
{awards}
,təşəkkür edirəm...

romantikim

  • 14 sentyabr 2011 18:14
  • Məqalə: 27
  • Şərh: 604
  • Bal:
{awards}
Hər şey dübbədüzdü mən uje bezmişəm seriallardan ama mama bezmir

Caspi

  • 14 sentyabr 2011 18:10
  • Məqalə: 0
  • Şərh: 177
  • Bal:
{awards}
indi butun seriallar sevgiden behs edir. twk

--------------------
Ən əsas şeyi gözlə görə bilməzsən.

lider

  • 14 sentyabr 2011 17:55
  • Məqalə: 23
  • Şərh: 3027
  • Bal:
{awards}
TEWEKKURLER

Jasmi

  • 14 sentyabr 2011 17:55
  • Məqalə: 0
  • Şərh: 694
  • Bal:
{awards}
artiqq seriallarin ilk bolumundenn biliremm neler olacaqq ama yenede bezilerinee baxiramm wink bu aradaa bu xeberii coox sevdimeee lezzet eledii lol love

--------------------

lema

  • 14 sentyabr 2011 17:53
  • Məqalə: 0
  • Şərh: 2659
  • Bal:
{awards}
menim en nifret elediyim wey oturub serial izlemekdi.Mentiq ile düşünsek bir serialda bu qeder lazımsız stres varsa ve mene heç bir xeyri yoxdursa ve üstelik menim vaxtımı alırsa men niye onu izlemeliyemki? fellow xeber super idi.çooooox güldüm. lol yeqin izleyenlerinde gözlerinden düşer.


winked

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

NAZLI YAGMURLAR

  • 14 sentyabr 2011 17:49
  • Məqalə: 1
  • Şərh: 409
  • Bal:
{awards}
DORUDAN DA DUZ YAZMISINIZ SERIALLARIN HAMISI EYNI SENARYODUR HAMISI BIR BIRINE OXSAYIR..ILK SERH YENE MENDEN TWKLER.

--------------------
DOGDUNDA KULAGINA EZAN OKUNUR OLDUGUNDE EZANSIZ NAMAZIN KILINIR.
HEYATIN ISE:
EZAN VE NAMAZ ARASINDA OLAN O VAKIT KADARDIR NE KISA
DEGILMI...!!!

Jasmin45

  • 14 sentyabr 2011 17:45
  • Məqalə: 43
  • Şərh: 1083
  • Bal:
{awards}
Müxtəlif serialların qisa fragmentidir sanki,serialda olan həyatlar məlumatlandırılıb və müqayisələnib..Maraqlı alınıb,bunun üçün yazan əllərə sağlıq deyirəm,təşəkkür edirəm...

--------------------

Tək istədiyim üzüyünü taxım və deyim "Artıq səninəm"=)

sevinc13

  • 14 sentyabr 2011 17:44
  • Məqalə: 2
  • Şərh: 392
  • Bal:
{awards}
ilk şerh menden
ellerinize sağlıq
elleriniz derd görmesin

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 50
Cəmi: 70

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 39
Cəmi: 143
 
The Shield
Xəbərləri: 36
Cəmi: 296
 
Darling
Xəbərləri: 34
Cəmi: 919
 
aytc.sza
Xəbərləri: 25
Cəmi: 72
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 578
 
❤Queen❤
Xəbərləri: 13
Cəmi: 72
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
♔Hе важно∞
Xəbərləri: 12
Cəmi: 301
 
Jesicca
Xəbərləri: 12
Cəmi: 53
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}