Səbrin fəziləti

 
Səbrin fəziləti

Səbrin fəziləti



Bismillahir-rehmanir-rehim

1076. Səbrin fəziləti


Qur’an:
«Çox peyğəmbərlər olub ki, Allaha sitayiş edənlər onlarla birgə düşmənlərə qarşı vuruşmuş və bu yolda onların başına gələn müsibətlərdən zəifləməmiş və aciz qalmamış, düşmənə də təslim olmamışlar.
Allah səbr edənləri sevəndir.» (Ali-İmran, ayə 146)

«Allaha və Onun Rəsuluna itaət edin. Zəifləyib, əzəmət-qüdrətiniz aradan getməsin və bir-birinizlə çəkişməyin. Səbr edin ki, Allah səbr edənlərlədir.» (Ənfal, ayə 24)

Hədis:
3439. Məsih (ə): «Siz xoşunuza gəlməyənə səbr etməsəniz, sevdiyinizə çatmayacaqsınız.» (Musəkkinul-Fuad,səh. 48)

3440. Allahın Peyğəmbəri (s)
(«İman nədir?» deyə soruşulduqda buyurdu): «Səbr.» (Musəkkinul-Fuad,səh. 47)

3441. İmam Əli (ə): «Səbr çətin müsibəti asan edər.» (Ğurərul-Hikəm,hədis 533)

3442. İmam Əli (ə): «Çətinliklərə səbr etmək rifah içində can rahatlığından yaxşıdır.» (Ğurərul-Hikəm,hədis 1821)

3443. İmam Sadiq (ə): «Möminin xəmiri çətinliklərə səbr etməklə yoğrulmuşdur.» (Mişkətul-Ənvar,səh. 23)

3444. İmam Cavad (ə):
«Müsibətə səbr etmək, başqalarının müsibətinə sevinən üçün bir müsibətdir.» (Kəşful-Ğummə, c.3,səh. 139)


1077. Səbr və ali məqamlara çatmaq


Qur’an:
«İsrail övladları səbr etdiklərinə görə, sənin Rəbbinin onlara verdiyi yaxşı vəd həyata keçdi.» (Ə’raf, ayə 137)

«Səbr etdiklərinə və nişanələrimizə əmin olduqlarına görə, onların arasından bizim əmrimizlə hidayət edən imamlar təyin etdik.» (Səcdə, ayə 24)

Hədis:
3445. İmam Əli (ə): «Səbrlə ali məqamlara çatmaq olar.» (Ğurərul-Hikəm,hədis 4276)

3446. İmam Əli (ə): «Kim Allaha (qovuşmağa) xatir səbr edərsə, öz məqsədinə çatar.» (Biharul-Ənvar, c.71,səh. 95, hədis60)

3447. İmam Sadiq (ə): «Səbr imanın başıdır» (əl-Kafi, c.2,səh. 87, hədis1)

Səbrin fəziləti

1078. Səbr və qələbə

Qur’an:
«Nə çox olub ki, azsaylı bir dəstə Allahın izni ilə sayları çox olan dəstəyə qalib gəlsin. Allah səbr edənlərlədir.» (Bəqərə, ayə 249)

«Əgər səbr edib, təqvalı olsanız və onlar da coşub hay-küy salmaqla üstünüzə hücum etsələr, Rəbbiniz beş min nişan qoyulmuş mələklə sizə kömək edər.» (Ali-İmran, ayə125)

Hədis:
3448. Allahın Peyğəmbəri (s): «Həqiqətən, qələbə səbrlə və işin uğurlu sonluğu çətinliklə müşayət olunur. Həqiqətən, hər çətinliklə yanaşı bir asanlıq da var.» (Biharul-Ənvar, c.77,səh. 88, hədis2)

3449. Allahın Peyğəmbəri (s): «Səbrlə zəfəri gözləmək olar. Kim daim bir qapını döyərsə, axırda o qapı üzünə açılar.» (Biharul-Ənvar, c.71,səh.96, hədis61)

1079. Səbrli insanın savabı

Qur’an:

«Şübhəsiz, sizi qorxu, aclıq, malın azlığı, canlarınız və məhsullarınızla imtahan edəcəyik.
Səbrlilərə müjdə ver.
Başlarına bir müsibət gələndə «biz Allah üçünük və Ona doğru qayıdarıq» deyənlərə Rəbblərinin salam və rəhməti olsun.
Hidayət tapanlar da onlardır.» (Bəqərə, ayə 155-157)

Hədis:
3450. İmam Əli (ə) (təqvalıların vəsfində): «Bir neçə gün səbr etdilər və uzun müddətli rahatlıq tapdılar.» (Nəhcül-Bəlağə, xütbə 193)

3451. İmam Sadiq (ə): «Şiələrimizdən kim çətinliyə düşəndə səbr edərsə, min şəhidin mükafatını qazanar.» (ət-Təmhis,səh. 59, hədis5)

3452. İmam Sadiq (ə): «Dərdə düçar olan şəxs əgər səbr edib bunun Allah yolunda olduğunu hesab edərsə, Allah-taala ona min şəhidin mükafatını yazar.» (Tibbul-Əimmə,səh. 17)

Səbrin fəziləti

1080. Səbrin mənası
3453. Allahın Peyğəmbəri (s.): «Səbr razılıqdır.» (Kənzul-Ummal, hədis 6499)

3454. İmam Əli (ə): «Səbr, insanın bir çətinlik və müsibətlə qarşılaşanda dözümlülük göstərib öz qəzəbini udmasıdır.» (Ğurərul-Hikəm,hədis1874)

3455. İmam Əli (ə): «Səbr iki növdür: sənin xoşuna gəlməyən şeylərə səbr etmək və sevdiyin şeylərin müqabilində səbr edib, özünü saxlamaq (məsələn, haram ləzzətlərdən).» (Nəhcül-Bəlağə, hikmət 55)

3456. İmam Əli (ə): «Səbr, ya müsibət qarşısında, ya itaət etməkdə, ya da günahı tərk etmədə səbrdir. Üçüncü növ əvvəlki iki növdən üstündür.» (Nəhcül-Bəlağənin şərhi, c.1,səh. 319)

3457. İmam Baqir (ə) (gözəl səbr barədə suala cavabından): «O, insanlara giley və şikayət olunmayan bir səbrdir.» (əl-Kafi, c.2,səh. 93, hədis23)


1081. Əhli-Beyt şiələrinin səbri
3458. İmam Sadiq (ə) (öz səhabələrindən birinə xitabən): «Biz səbrliyik, amma bizim şiələr bizdən də səbrlidirlər.»
Ərz etdim: «Sənə fəda olum. Necə olur ki, sizin şiələr sizdən səbrli olur?»
Buyurdu: «Biz bildiklərimiz şeyə, şiələrimiz isə bilmədikləri şeyə səbr edərlər.» (əl-Kafi, c.2,səh. 93, hədis25)


1082. Səbrsizliyin nəticələri
3459. İmam Əli (ə): «Əgər səbrli olsan, ilahi müqəddərat sənin barəndə icra olunar və sən mükafat alarsan.
Səbrsizlik etsən də, ilahi müqəddərat sənin barəndə icra olunacaq, lakin sən günahkar olacaqsan.» (Camiul-Əxbar,səh. 316, hədis882)

3460. İmam Əli (ə): «Əgər böyüklər kimi səbr etsən çox yaxşı. Əks halda, minik heyvanları kimi əziyyəti unudacaqsan.» (Nəhcül-Bəlağə, hikmət 414)

3461. İmam Əli (ə): «Kim iş və qazancın əziyyətinə səbr etməsə, yoxsulluğun əziyyətinə səbr etməlidir.» (Ğurərul-Hikəm,hədis8987)

3462. İmam Əli (ə): «Hər kimə səbr nicat verməsə, səbrsizlik onu həlak edər.» (Nəhcül-Bəlağə, hikmət 189)


1083. Səbr yaradan amillər
3463. Allahın Peyğəmbəri(s): «Kim özünü səbr etməyə vadar etsə, Allah- taala onu çox səbrli edər.
Kim paklıq istəsə, Allah onu pak edər. Kim ehtiyacsızlıq axtarsa, Allah onu ehtiyacsız edər.
Heç bir bəndəyə səbrdən daha yaxşı və geniş bir nemət bəxş edilməyib.» (Kənzul-Ummal, hədis 6522)

3464. İmam Əli (ə):
«Səbrin kökü, Allaha həqiqi əminliyin olmasıdır.» (Ğurərul-Hikəm,hədis 3084)

3465. İmam Əli (ə): «Xoşagəlməz işlərin müqabilində özünü səbrə vadar et. Necə də gözəl xasiyyətdir, haqqa xatir özünü səbrə vadar etmək.» (Nəhcül-Bəlağə, məktub 31)

3466. İmam Əli (ə): «Xoşagəlməz işlərin müqabilində özünü səbrə vadar etmək qəlbi gücləndirər.» (Biharul-Ənvar, c.77,səh. 207, hədis1)

Səbrin fəziləti


Geri dön

sevgi yalandir

  • 27 sentyabr 2011 16:40
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
Tamamilə razıyam anlamlı yazıdı

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

MuCaHiD_313

  • 20 sentyabr 2011 01:08
  • Məqalə: 4
  • Şərh: 54
  • Bal:
{awards}
Səbr haqqında>> İmtahan və sınaq hər nə qədər böyük olsa, savab və mükafat da bir o qədər çox olar.
Allah, bəndələrini müxtəlif çətinliklərlə sınayır, müxtəlif zəhmət və çalışqanlıqlarla bəndəliyə vadar edir, cürbəcür xoşagəlməz şeylərlə imtahana çəkir ki, onların qəlbindən təkkəbürü çıxarsın, onları təvazökar etsin və bunu öz lütf və bəxşişinə tərəf açılmış qapılar və əfv edərək bağışlaması üçün vasitələr etsin.>Allah cism və malına bəla gəlməyən şeytansifətli şəxsə nifrət edir.
Ana öz övladını süd ilə qidalandırdığı kimi Allah da öz mömin bəndəsini bəla və çətinliklə qidalandırır.
Allah bir bəndəni sevəndə onu bəlaya qərq edər.Ey Sudeyr!Həm biz həm də siz gecə-gündüzümüzü bəla ilə keçiririk.
Oğul ! Çətinlik içərisində olan zaman ya Rauf, ya Rəhim cümləsini çox de.
Səbrlə ali məqamlara çatmaq olar.
Səbr imanın başıdır.
Dərdə düçar olan şəxs əgər səbr edib bunun Allah yolunda olduğunu hesab edərsə, Allah-təala ona min şəhidin mükafatını yazar.
Hər kimə səbr nicat verməsə, səbrsizlik onu həlak edər.. Kim özünü səbr etməyə vadar etsə, Allah-təala onu çox səbrli edər, kim paklıq istəsə, Allah onu pak edər, kim ehtiyacsızlıq axtarsa, Allah onu ehtiyacsız edər.Heç bir bəndəyə səbrdən daha yaxşı və geniş bir nemət bəxş edilməyib.
Allahdan sağlamlıq diləyin, çünki yəqinlikdən ( nemətindən) sonra heç kimə sağlamlıqdan gözəl nemət verilməmişdir. İmam Səccad (ə) gördü ki, bir kişi Kəbəni təvaf edə- edə deyir : İlahi ! Mənə səbr ver.İmam əlini onun çiyninə vurub buyurdu : Bəla istəyirsən? De ki, İlahi ! Mənə sağlamlıq və sağlamlığımın şükrünü əta et.

--------------------
Allahummə inna nərğəbu iləykə fi dovlətin kəriməh, tuizzu bihəl-islamə və əhləh və tuzillu bihəl kufrə və əhləh və təc᾽əluna fiyha minəd-duati ila taətikə vəl-qadəti ila səbiylik. Və tərzuquna biha kəramətəd-dünya vəl axirəh.

_LiLaC_

  • 15 sentyabr 2011 01:23
  • Məqalə: 0
  • Şərh: 81
  • Bal:
{awards}
Məsih (ə): «Siz xoşunuza gəlməyənə səbr etməsəniz, sevdiyinizə çatmayacaqsınız.» (Musəkkinul-Fuad,səh. 48)
Tamamilə razıyam anlamlı yazıdı

--------------------
Həyat - həmişə gələcəyin yalnız sənin qərarlı seçimlərindən asılı olaraq dəyişdiyi anı gözləməkdir

jalicka

  • 14 sentyabr 2011 23:33
  • Məqalə: 27
  • Şərh: 1989
  • Bal:
{awards}
xebere gore cox saq ol

R.M_FaNaTka

  • 14 sentyabr 2011 20:46
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
cox gozel ve maraqli xeberdi tesekkurler

--------------------

only-girl

  • 14 sentyabr 2011 20:30
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------

sevgi meleyim

  • 14 sentyabr 2011 19:41
  • Məqalə: 25
  • Şərh: 1625
  • Bal:
{awards}
ALLAH razi olsun sizden bele deyerli xebere gore

--------------------
Gedene Uzulme.Sevseydi Getmezdi...Gelene Sevinme,O da Bawqasindan Gelib..

Cilent_M.Q

  • 14 sentyabr 2011 19:22
  • Məqalə: 87
  • Şərh: 2628
  • Bal:
{awards}
ALLAH razi olsun sizden bele deyerli xebere gore

--------------------

Мой Мир

  • 14 sentyabr 2011 19:12
  • Məqalə: 722
  • Şərh: 5996
  • Bal:
{awards}
Sebir her seyin acaridir bu deyerli xebere gore twk edirem Allah razi olsun...

--------------------
∞♥

Delya_91

  • 14 sentyabr 2011 18:11
  • Məqalə: 319
  • Şərh: 5295
  • Bal:
{awards}
3466. İmam Əli (ə): «Xoşagəlməz işlərin müqabilində özünü səbrə vadar etmək qəlbi gücləndirər.» (Biharul-Ənvar, c.77,səh. 207, hədis1)

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

Ay Üzlü

  • 14 sentyabr 2011 18:02
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
İmam Sadiq (ə): «Səbr imanın başıdır» (əl-Kafi, c.2,səh. 87, hədis1)
Allah razi olsun

lider

  • 14 sentyabr 2011 17:48
  • Məqalə: 23
  • Şərh: 3044
  • Bal:
{awards}
Teshekkurler Allah razi olsun! Sebr etmek ozu boyuk ishdi

sevinc13

  • 14 sentyabr 2011 17:46
  • Məqalə: 2
  • Şərh: 397
  • Bal:
{awards}
ilk şerh ve teşekkür mendennn
elleriniz derd görmesinn

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 21
Cəmi: 35

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 448
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 372
 
♔Hе важно∞
Xəbərləri: 13
Cəmi: 31
 
Mövlud Ağamməd
Xəbərləri: 4
Cəmi: 24
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}