İtaət

 
İtaət

İtaət

1178. Allaha itaət və onun nəticəsi.

Quran:
«Ey iman gətirənlər! Allaha itaət edin, onun Rəsuluna və öz əmr sahiblərinizə itaət edin.» (Nisa, ayə 59)

Hədis:
3836. Allahın Peyğəmbəri (s): «Allah yanında olan məqama itaətdən başqa heç bir şeylə çatmaq olmaz.» (Vəsailuş-Şiə, c.11, səh.182, hədis2.)

3837. İmam Əli (ə): «Allaha itaət hər düzgünlüyün açarı və hər fəsadın islah səbəbidir.» (Ğurərul-Hikəm, hədis 6012)

3838. İmam Əli (ə): «Allahın rəhmətinə hamıdan çox layiq olan insan, Ona hamıdan çox itaət edəndir.» (Ğurərul-Hikəm, hədis 3192)


3839. İmam Əli (ə):
«Nadanlığına dair dəlil gətirə bilmədiyiniz bir kimsəyə itaət etməyinizi, sizə tövsiyə edirəm.» (Biharul-Ənvar, c.70, səh.95, hədis1)

3840. İmam Hadi (ə): «Yaradanın əmrinə itaət edən insan yaradılmışların qəzəb və narazılığından qoxmaz.» (Biharul-Ənvar, c.78, səh.366, hədis2)


1179. İtaətə layiq olanlar.
3841. İmam Əli (ə): «Ağıllı adama itaət et ki, xeyir görəsən. Nadanın sözünə qulaq asma ki, salamat qalasan.» ( Ğurərul-Hikəm, hədis (2263+2264))

3842. İmam Əli (ə): «Elmə itaət et və nadanlığa tabe olma ki, nicat tapasan.» (Ğurərul-Hikəm, hədis 2309)

3843. İmam Əli (ə): «Məxluqa itaət edib Yaradana itaətsizlik göstərənin dini yoxdur.» (Uyunu- Əxbarir- Reza (ə), c.2, səh.43, hədis 149)

3844. İmam Əli (ə): «Özündən yuxarıdakına itaət et ki, səndən aşağıda olan da sənə itaət etsin.» (Ğurərul-Hikəm, hədis 2475)

3845. İmam Əli (ə): «Qəlbi Allaha müti olan şəxsin cismi Allaha itaətdən yorulmaz.» (Biharul-Ənvar, c.78, səh.90, hədis 95)

3846. İmam Hadi (ə):
«Kim öz məhəbbət və fikrini sənin ixtiyarına versə, sən də öz itaətini onun ixtiyarına ver.» (Biharul-Ənvar, c.78, səh.365, hədis 4)


1180. itaətə layiq olmayanlar.

Quran:
«Və deyərlər: «Ey Rəbbim! Biz öz ağalarımıza və böyüklərimizə itaət etdik, onlarsa bizi doğru yoldan sapdırdılar.
Ey Rəbbimiz! Onlara ikiqat əzab ver və böyük bir lənət et.» (Əhzab, ayə 67, 68)

Hədis:

3847. Allahın Peyğəmbəri (s): «Kim Allahı narazı edən bir işi görməklə hansısa rəhbəri razı salsa, Allahın dinindən çıxmışdır.» (Uyunu-Əxbarir- Reza(ə), c.2, səh.69, hədis 318.)

3848. İmam Əli (ə): «Bax! Öz əsil-nəcabəti ilə lovğalanan və bununla özünü başqalarından üstün bilən ağalarınıza və böyüklərinizə itaət etməkdən çəkinin, çəkinin!...
Onların bulanıq sularını öz duru suyunuzla birgə içdiyiniz, xəstəliklərini öz sağlamlığınızla qarışdırdığınız, batillərinə öz haqqınıza yol verdiyiniz və günahların əsası olan bu böyüklük iddiası edən ağılsızlara itaət etməyin.» (Nəhcül-Bəlağə, xütbə 192)

3849. İmam Əli (ə): «İradəsi olmayan bir zəifə itaət edən haqq-hüququ zay edər, sözgəzdirənə qulaq asan dostunu əldən verər.» (Nəhcül-Bəlağə, hikmət 239)

İtaət


Geri dön

Cilent_M.Q

  • 15 sentyabr 2011 20:16
  • Məqalə: 87
  • Şərh: 2628
  • Bal:
xeber hazirlayan elleriniz var olsun...

--------------------

_LiLaC_

  • 15 sentyabr 2011 00:33
  • Məqalə: 0
  • Şərh: 81
  • Bal:
{awards}
İmam Əli (ə): «İradəsi olmayan bir zəifə itaət edən haqq-hüququ zay edər, sözgəzdirənə qulaq asan dostunu əldən verər.» (Nəhcül-Bəlağə, hikmət 239)

Çox dəyərli cümlələrdi çox xoşuma gəldi

--------------------
Həyat - həmişə gələcəyin yalnız sənin qərarlı seçimlərindən asılı olaraq dəyişdiyi anı gözləməkdir

Ay Üzlü

  • 14 sentyabr 2011 21:19
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
Allah razi olsun

only-girl

  • 14 sentyabr 2011 21:02
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------

sevgi meleyim

  • 14 sentyabr 2011 20:57
  • Məqalə: 25
  • Şərh: 1625
  • Bal:
{awards}
twk ilk serh menden

--------------------
Gedene Uzulme.Sevseydi Getmezdi...Gelene Sevinme,O da Bawqasindan Gelib..
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 54
Cəmi: 73

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}