Bu dünyada əbədilik nə var ki?

 
Bu dünyada əbədilik nə var ki?

Mən vida etməyi bacara bilmərəm. Duyğularımı da üzə vurmaram onsuz da,hələ bu vida daha çətin gəlir mənə. Əslində bu son görüşə ehtiyac yoxdu. Amma insanı ürəyi dözmür. Bilirəm çətin olacaq amma səndən xatırlamağını belə istəmirəm. İkimizin də ürəyinin dərinliyində bu sevgi yalnız təmizliyi və saflığı ilə qalsın.

Bu dünyada əbədilik nə var ki?

Nə gözəl başladıq səninlə. İkimizdə gənc idik, coşqunluğumuzun son səhifəsində, qanımızın qaynadığı bir vaxtda gördük bir-birimizi. Gecələr boyu yuxusuz qaldıq bir-birimizi düşünməkdən, ən gözəl həyəcanları, ən gözəl baxışları yaşadıq. Həmin eşqi yaşadıq, zamanı saxlıyıb həyatın gözəl anlarını birgə yaşadıq. İncikliklərin də ən gözəlini biz etdik. Çünki barışmaq da ayrı bir zövq verirdi bizə. Sevdik, sevildik, doğruluğuna vardıq müqəddəs duyğuların. Eşq andları etdik yerinə yetirə bilməyəcəyimizi bilə-bilə. Günlərlə, aylarla yalnız ikimiz var imiş kimi yaşadıq. Öz odumuzda yandıq,ən əhəmiyyətlisi isə bir-birimizi anladıq. Yuxularda belə yalnız ikimiz var idik. Əsl sevgini daddıq bunu səndə bilirsən.

Bu dünyada əbədilik nə var ki?

Biz birlikdə olmasaq belə həmin duyğular həmişə eyni qalmalı deyilmi? Gözəl başlayan çox gözəl yaşanan bu eşqi həmin təmiz duyğularla bitirməliyik. İndi də ayrılığın ən gözəlini acısı ilə biz yaşıyırıq. Nə deyirsən bu da Allahın bir lütfü deyilmi bizə? Nə olar ağlama. Sən mənim güclü sevgilim deyilsənmi? Güclü oldun sən həmişə. Səni belə xatırlamaq istəyirəm, sil göz yaşlarını. Onsuz da ağlamaq heç bir şeyə çarə deyil. Artıq havada qaralmağa başladı, zaman yenədə həmişəki kimi bizə qarşı çox qəddardı. Yəqin əvvəlki kimi olmağımızı istəyir. İstəsək də istəməsək də ayrılmalıyıq.

Bu dünyada əbədilik nə var ki?

Sənə bir şey demək istəyirəm.
Mavi köynəyin sənə çox yaraşır, bir də hansı qızla tanış olmaq istəsən
bu sözlərimi unutma. Bir də sonda kiçik bir istəyim geriyə
baxma hər şey burda bitsin. Salamat qal....

Bu dünyada əbədilik nə var ki?

Bu dünyada əbədilik nə var ki,
Ömür kimi hər şey gəldi-gedərmiş,
Nə sevginin günahı var, nə bizim
Bu sevginin ömrü bura qədərmiş.

Bu dünyada əbədilik nə var ki?


Geri dön

Cilent_M.Q

  • 15 sentyabr 2011 21:16
  • Məqalə: 87
  • Şərh: 2628
  • Bal:
twkllerrrrrrrrrrrrrrrr

--------------------

askin huzur meleyi

  • 15 sentyabr 2011 14:48
  • Məqalə: 2
  • Şərh: 93
  • Bal:
{awards}
bu sevginin omrude bura gedermiw, cox gozel sozdu...

_LiLaC_

  • 15 sentyabr 2011 01:07
  • Məqalə: 0
  • Şərh: 81
  • Bal:
{awards}
Sənə bir şey demək istəyirəm.
Mavi köynəyin sənə çox yaraşır, bir də hansı qızla tanış olmaq istəsən
bu sözlərimi unutma. Bir də sonda kiçik bir istəyim geriyə
baxma hər şey burda bitsin. Salamat qal....

--------------------
Həyat - həmişə gələcəyin yalnız sənin qərarlı seçimlərindən asılı olaraq dəyişdiyi anı gözləməkdir

jalicka

  • 14 sentyabr 2011 23:11
  • Məqalə: 27
  • Şərh: 1989
  • Bal:
{awards}
xebere gore cox saq ol

aliye

  • 14 sentyabr 2011 22:58
  • Məqalə: 0
  • Şərh: 127
  • Bal:
{awards}
eger bir weyki bitecekdi daha niye bawlamiwdi

H.o.S.t _ FaNaTka

  • 14 sentyabr 2011 21:27
  • Məqalə: 11
  • Şərh: 1363
  • Bal:
{awards}
TƏŞƏKKÜRLƏR ƏLLƏRİNİZ DƏRT GÖRMƏSİN İNŞALLAH

--------------------
http://imgs.su/tmp/2012-03-09/1331317146-502.jpg

Ay Üzlü

  • 14 sentyabr 2011 21:04
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
cox sag olun oxudum maraqlidi

Jasmin45

  • 14 sentyabr 2011 20:45
  • Məqalə: 43
  • Şərh: 1124
  • Bal:
{awards}
Əllərinizə sağlıq...

--------------------

Tək istədiyim üzüyünü taxım və deyim "Artıq səninəm"=)

R.M_FaNaTka

  • 14 sentyabr 2011 20:45
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
cox gozel ve maraqli xeberdi tesekkurler

--------------------

only-girl

  • 14 sentyabr 2011 20:41
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
Bu dünyada əbədilik nə var ki,
Ömür kimi hər şey gəldi-gedərmiş,
Nə sevginin günahı var, nə bizim
Bu sevginin ömrü bura qədərmiş.
geshngdi love

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 53
Cəmi: 64

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}