Dili qorumağın vacibliyi

 
Dili qorumağın vacibliyi

Imam Nəvəvi (Allah ona rəhmət etsin!) buyurur: “Bil ki, hər kəs dilini lazım olan şeylər danışmaqdan başqa bütün danışıqlardan qorumalıdır. Fayda və xeyir olan söhbətlər etmək, faydasız və xeyri olmayan söhbətləri tərk etmək peyğəmbərin (s) sünnətindəndir. Dili hər danışıq üçün istifadə etmək olmaz. Hətta, günah olmayan danışıq hərdən harama və ya xoşa gəlməyən bir hadisəyə gətirib çıxarır. Bu hamımızın eşitdiyi və şahidi olduğu bir məsələdir”. (Nəvəvi “Zikrlər” səh 284) peyğəmbər (s) buyurur ki, Insana aid olmayan bir şeyi tərk etmək onun islamının gözəlliyindəndir”. (Tirmizi 4/558 İbn Macə 2/1316 Bax; “Səhih Tirmizi” 2/269)

Dili qorumağın vacibliyi

Şair deyir ki, ey insan dilini qoru ki, səni sancmasın! O, bir ilandır. Qəbirlərdə dili onun qatili olduğu nə qədər insan yatır. Cavan dilinin büdrəməsi ilə ölür, ayağının büdrəməsindən ölmür. Dili ucbatından başını itirənlər gördüm, ayağı ilə canını qurtaranlar.
Müsəlman gərək, onun dininə xeyir və fayda olan şeylərdən başqa dilindən boş və faydasız sözlər çıxartmasın! Danışmaq istəsə, baxsın ki, bunda xeyir var, yoxsa yox! Görsə ki, xeyir və fayda yoxdur, dilini danışmaqdan saxlasın! Dil qəlbinin aynasıdır. Insan istəsə də, istəməsə də qəlbini dediklərində əks etdirir. Yəhya bin Muaz deyir ki, qəlb dolub daşan qazan kimidir. Insan danışarkən ona fikir versən onun qəlbinin nə olduğunu biləcəksən. Onun dili qəlbindən xəbər verir. (“Hilyətul Övliya” 10/63)

Dili qorumağın vacibliyi

Təəccüblüdür ki, insan haram yemək, zülm, zina, oğurluq, içki içmək, harama baxmaq və bu kimi əməllərə biganə yanaşır. Buna görə də dilini pis danışıqlardan çəkindirməkdə acizlik çəkir. Hətta, bu hal dindar və ibadət əhlində də müşayət olunur. Insan Allahın ona olan qəzəbindən elə sözlər danışır ki, ağlına gəlmədiyi halda bir sözə görə Cəhənnəmin məşriqlə məğribin arasındakı məsafədən də uzaq bir yerinə daxil olur. Nə qədər insan var ki, dilləri yalanla, zülmlə, çirkinliklərlə, söyüşlərlə, lənətlərlə doluduğu halda özlərindən xəbərləri yoxdur.

Dili qorumağın vacibliyi

Bilmirlər ki, Allah taala onları dedikləri bir sözə görə əməllərini puç edər və Cəhənnəmə daxil edər. Müslimdə Cundubdan (Allah ondan razı olsun!) rəvayət olunan hədisdə peyğəmbər (s) buyurur: “Bir kişi “vallahi, Allah fılankəsi bağışlamayacaq” dedikdə, Allah Azzə və Cəlla buyurar: “O kimdir ki, mənim adımdan fılankəsi bağışlamayacağımı söylədi. Mən onu bağışladım, ancaq sənin əməlini puç etdim”. (Müslim 4/2023) Bunu deyən Allaha ibadət edən biri idi. Allah isə onun bircə sözünə görə bütün əməllərini zay etdi.

Dili qorumağın vacibliyi

Bir dəfə dünyasını dəyişmiş elm adamlarından birini yuxuda görürlər. Onun halı barəsində soruşanda deyir: Mən hələ bir vaxtı “İnsanların yağışa necə də ehtiyacı var!” dediyimə görə sorğu-sual edilirəm. Məndən soruşuldu: “Sən nə bilirsən ki, qullarıma nə xeyirdir? Onu yalnız mən Mən bilirəm”.
Səhabələrdən biri cariyəsinə deyir: “Süfrə aç, vaxtımızı keçirək!” sonra isə səhv etdiyini başa düşərək deyir: “Allah məni bağışlasın! Bu nə sözdür mən işlədirəm? Bu mənim iradəsizliyimdən irəli gəldi”. (Bax; İbn Qeyyim “Tutarlı cavab” səh 276/281)

Dili qorumağın vacibliyi

İbn Bureydə rəvayət edir ki, İbn Abbas (Allah ondan və atasından razı olsun!) dilini tutaraq belə deyir: “Vay sənin halına! Ya xeyir söylə ki, mükafatlanasan, ya da sus ki, salamat qalasan! Əks təqdirdə bil ki, peşman olacaqsan!” İbn Abbasdan niyə belə dediyi barəsində soruşulanda belə cavab verdi: “Qiyamət günü bədənin əzaları içərisində insana ən çox əzab gətirəcək olanı dildir. Dilindən yalnız xeyir üçün istifadə edənlər isə istisnadır”. (İbn Rəcəb əl-Hənbəli “Camiul ulum vəl hikəm” səh 241)

Dili qorumağın vacibliyi

İbn Məsud (Allah ondan razı olsun!) Allaha and içərək bildirir ki, yer üzərində ən çox həbsə möhtac bildiyim şey dildir. (İbn Rəcəb əl-Hənbəli “Camiul ulum vəl hikəm” səh 242)
Yunis bin Ubeyd deyir: Elə bir insan görmədim ki, dili güclü iradəyə malik olsun. Güclü iradəni yalnız başqa əməllərində gördüm. (İbn Rəcəb əl-Hənbəli “Camiul ulum vəl hikəm” səh 242)
Bilmək lazımdır ki, əzaların ən yüngül hərəkət edəni dildir. Eyni zamanda dil insana ən zərərli əzadır. Alimlər ağızdan çıxan hər sözün, yoxsa təkcə savabın və günahın yazıldığı barəsində ixtilaf etmişlər. Daha doğru olan fikir birincisidir.

Dili qorumağın vacibliyi

Dilin törətdiyi iki böyük bəla var. Onların birindən xilas olsan, digərindən xilas ola bilməyəcəksən: birincisi, batil danışmaq, ikincisi isə haqqı danışmamaqdır. Ayrı-ayrı vaxtlarda biri digərindən daha böyük günah olur. Haqqı danışmayıb onun barəsində susan adam lal şeytan kimi təsəvvür olunur. O, Allaha asi, riyakar, yaltaq və qorxaq olar. Batil fikirlər söyləyən isə danışan şeytandır. O, Allaha üsyankar olar. Insanlar onun dilindən zərər çəkərlər. Bu dində sabit olanlar isə dillərini batil sözlərdən qorumuşlar. Onu yalnız axirətləri üçün faydalı işlərdə sərf etmişlər.

Dili qorumağın vacibliyi

Onlar boş yerə və mənasız danışmazlar. Qiyamət günü dağlar boyda yaxşılıqlarla gələn insanlar olacaq. Lakin, baxıb görəcək ki, dili onun bu yaxşılıqlarının hamısını aparıb. Həmçinin, Qiyamət günü dağlar boyda günahla gələn insan olacaq ki, onları dili Allahı çoxlu zikr etdiyinə görə yuyub aparacaq. (İbn Qeyyim “Tutarlı cavab” 276-281)

Dili qorumağın vacibliyi

Həqiqətən də qul qeyd olunan bu tövsiyyələrə qulaq asıb əməl etsə, nicat tapacaq. Uqbə bin Amir (Allah ondan razı olsun!) soruşur: Ya rəsulullah, nicat nədir? Rəsulullah (s) buyurur: “Dilini möhkəm tut, günahların üçün ağla! (Tirmizi 4/605 Bax; “Səhih əl-Cami” 1388)


Geri dön

Cilent_M.Q

  • 15 sentyabr 2011 18:48
  • Məqalə: 87
  • Şərh: 2580
  • Bal:
ALLAH RAZI OLSUN

--------------------

Rapunser

  • 15 sentyabr 2011 13:03
  • Məqalə: 3
  • Şərh: 264
  • Bal:
{awards}
Tewekkurler maraqli xeberdi

--------------------
UREK QAPI DEYIL ACIB ORTESEN
HER SENI SEVENI SENDE SEVESEN
UREK BIR MENZILDIR QAPISI BAQLI
YALNIZ BIR INSANDIR ONUN ACARI

OLSEM_YASAMA

  • 15 sentyabr 2011 11:58
  • Məqalə: 0
  • Şərh: 213
  • Bal:
{awards}
tewekkurller

only-girl

  • 15 sentyabr 2011 11:13
  • Məqalə: 1002
  • Şərh: 5000
  • Bal:
{awards}
Əllərin dərt görmesin

Allah razı olsun sizden

--------------------

_Yaxsiliq Meleyi_

  • 15 sentyabr 2011 09:58
  • Məqalə: 14
  • Şərh: 360
  • Bal:
{awards}
biçaq yarası sağalar söz yarası ise sağalmaz

Allah razı olsun sizden

--------------------
Dünya özünü təzə gəlin kimi göstərərək insanı aldadan,lakin həqiqətdə sehirbaz bir qarıdır.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 65
Cəmi: 86

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 55
Cəmi: 643
 
MiSS HaPPy)
Xəbərləri: 48
Cəmi: 79
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 44
Cəmi: 59
 
Arzu_zadeh
Xəbərləri: 40
Cəmi: 176
 
♔Hе важно∞
Xəbərləri: 35
Cəmi: 150
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 10
Cəmi: 685
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
Sol Meleyim
Xəbərləri: 9
Cəmi: 32
 
Toxunma Xeyallarima
Xəbərləri: 7
Cəmi: 27
 
 
{slinks}