On faydasız məsələ

 
On faydasız məsələ

On faydasız məsələ mövcuddur:

1.Əməl olunmayan elm
2.İxlasla edilməyən əməl, həmçinin digərlərinin əməl etdiyi gözəl nümunələrə tabe olmamaq
3.Üst-üstə toplanan pul. Belə ki, sahibi ondan nə bu dünyada ləzzət alır, nə də axirətdə heç bir savaba nail olmur.
4.Allaha sevgi və Ona qovuşmaq, Ona yaxın olmağı arzulamaqdan, can atmaqdan uzaq olan qəlb.
5.Allaha itaət və qulluq etməyən cəsəd
6.Allahın əmrlərinə tabe olmadan və yaxud Onun razılığını ummadan Allahı sevmək
7.Günahların yuyulmasına və yaxud saleh əməllər etmək üçün fürsət edinməyə sərf olunmayan vaxt
8.Faydasız məsələlər haqqında düşünən ağıl
9.İnsanı Allah yaxınlaşdırmayan və yaxud həyatınızda sizə fayda gətirməyən şeylərə xidmət etmək
10.Allahın hökmü və Onun əli altında olanlara ümid bəsləmək və qorxmaq; halbuki o kəslər həmin insana heç bir fayda və yaxud ziyan verə bilməz, nə ölüm, nə də həyat verə bilər; nə də özü-özünü həşr edə bilməz.

On faydasız məsələ

Bununla belə, bu məsələlərin daha böyüyü isə qəlbi və vaxtı israf etmək, itirməkdir. Qəlbi itirmək bu dünya həyatını axirətə üstün tutmaqla baş verir. Vaxtı israf etmək isə səngiməyən ümidlərə qapanmaqla olur. Hava və arzuların ardınca düşməklə, səngiməyən ümidlərə qapanmaqla insanın həlakı hasil olur. Halbuki xeyrin hamısı haqq yola tabe olmaqda və özünü Allah ilə görüşə hazırlamaqdadır.

On faydasız məsələ

Necə də qəribədir ki qul dünya problemi ilə qarşılaşdıqda Allahdan kömək diləyir, lakin qəlbi cahillikdən, qafillikdən, hava və arzularını yerinə yetirməkdən və bidətlər içində batmaqla məhv olmazdan qabaq qəlbini bunlardan müalicə etmək üçün Allahdan bunu heç vaxt istəmir. Həqiqətən də, qəlb ölərsə, insan heç zaman günahlarının böyüklüyünü və yaxud təsirini hiss etməyəcəkdir.

ALLAH TƏALA DAHA YAXŞI BİLİR

Müvəffəqiyyət Allahdandır.
Allahın salamı və salavatı peyğəmbərimiz Muhəmmədə,
onun ailəsinə və səhabələrinin üzərinə olsun.


Geri dön

Cilent_M.Q

  • 15 sentyabr 2011 18:49
  • Məqalə: 87
  • Şərh: 2628
  • Bal:
ALLAH RAZI OLSUN

--------------------

devyjones

  • 15 sentyabr 2011 12:04
  • Məqalə: 58
  • Şərh: 823
  • Bal:
{awards}
Deyir O alim Alimdir ki,oxuduğuna əməl edə! İnşallah hər şeyi layiqincə edənlərdən olarıq

--------------------
Dost istəsən ALLAH
Söhbət istəsən QURAN
Düşmən istəsən NƏFS
Varlanmaq istəsən QƏNAƏT

son damla

  • 15 sentyabr 2011 11:18
  • Məqalə: 29
  • Şərh: 524
  • Bal:
{awards}
Ey ALLAHIM! qelbimi senden umidli olma hissini ver.senden baska her seyden umidimi kes ki..,senden baska kimseden bir sey gozlemeyim..

--------------------
"Hamımız itirdiyimiz ya da yetişə bilmədiyimiz hər şey üçün zamanı günahlandırırıq. Halbuki, unutma, zaman danışacaq olsa, hamımız utanarıq".

only-girl

  • 15 sentyabr 2011 11:04
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------

_Yaxsiliq Meleyi_

  • 15 sentyabr 2011 09:24
  • Məqalə: 14
  • Şərh: 364
  • Bal:
{awards}
Çox sağ olun Allah üreyinizə görə versin

--------------------
Dünya özünü təzə gəlin kimi göstərərək insanı aldadan,lakin həqiqətdə sehirbaz bir qarıdır.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 47
Cəmi: 64

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}