Allahın İsa Peyğəmbərə (ə) Moizəsi!

 
Allahın İsa Peyğəmbərə (ə) Moizəsi!

Allahın İsa (ə) Moizəsi!!

Ey İsa! Aşkarda və gizlində dilin eyni olsun,eləcə də qəlbinlə gözün də bir olsun.Qəlbini və gözünü haramlardan saxla,gözlərini xeyri olmayan şeylərdən yum.O qədər adamlar olmuşdur ki,bir (ehtiraslı) baxış nəticəsində şəhvət onların qəlbində əkilmiş və həmin şəhvət ilə özünü həlakətə düçar etmişlər.

Ey İsa! Mehriban və rəhm edən ol.Camaatın sənə qarşı necə olmalarını istəyirsənsə sən də onlara qarşı elə ol.Ölümü və ailəndən ayrılmaqı daha çox yad et.Boş-Boş işlərlə məşğul olma.Çünki bu iş sahibini fəsada çəkər (xarab edər).Heç vaxt qafil olma.Çünki qafil şəxs Məndən uzaqdır.Saleh əməllər yerinə yetirməklə Məni yad et ki,Mən də səni yad edim.

Ey İsa! Günaha mürtəkib olduqdan sonra Mənim dərgahıma (qayıdıb) tövbə et və Məni tövbə edənlərə xatırlat və Mənə xatircəm ol,möminlərə daha yaxınlaş.Onlara əmr et ki,səninlə birlikdə Məni çağırsınlar. Məzlum şəxsin duasından (qarğışından) həzər et.Çünki Mən Özümə and içmişəm ki,asimandan məzlumun duası üçün bir qapı açam,hətta bir müddət keçəndən sonra olsa belə onun şikayətini qəbul edəm.

Allahın İsa Peyğəmbərə (ə) Moizəsi!

Ey İsa! Bil ki,pis əməl sahibi zülmkardır.
Ey İsa! Mənim dərgahıma qayıdıb tövbə et.Çünki,heç bir günah Mənim üçün əzəmətli deyil ki,onu bağışlamayım.Halbuki Mən rəhm edənlərin ən rəhmlisiyəm.Nə qədər ki,əcəlin sənə möhlət vermişdir,özün üçün xeyir əməl qazan.Əcəlin çatdıqda heç bir iş görə bilməyəcəksən.Bir günün uzunluğu sizin dünyanın min ilinə bərabər olan bir gün üçün Mənə ibadət et,Mən bir neçə qat artıqlaması ilə sənə mükafat verim. Bil ki,günahlar onun sahibini həlak edirlər.Möhlət verilən günlərdə özün üçün yol azuqəsi hazırla və saleh əməl yerinə yetirməkdə ciddiyətlə çalış.Nə çox məclislər vardır ki,onda iştirak edənlərin hamısı cəhənnəmdə bir-biri ilə qonşu olacaqlar.

Ey İsa! Bu fani və müvəqqəti dünyada zahidliyə adət et.Səndən əvvəlcə olan şəxslərin yolunu get (məqsəd keçmiş peyğəmbərlərdir),onları yad elə və onlara münacat et.(yəni keçmiş peyğəmbərlərin fikrində ol və onların əməl və rəftarlarını nəzərə al).Bax gör,onlardan bir hiss edərsənmi?Onlardan öyüd-nəsihət al və bil ki,sən də bir gün onlara qovuşacaqsan.

Allahın İsa Peyğəmbərə (ə) Moizəsi!

Ey İsa! Mənə qarşı çıxan və təkəbbür edən,amma (başqalarına) yaltaqlıq edənlərə de.Mənim göndərəcəyim həlakət və cəzanı gözləsinlər.Çox tez bir zamanda həlak olanlarla birlikdə onlarında kökü kəsiləcək.Xoş sənin halına ey Məryəmin oğlu! Yenədə xoş sənin halına olsun,əgər Allahın ədəblərini öyrənərsənsə.Elə bir Allah ki,mehribanlıqa sənə rəhm etmiş,səni Öz nemətləri ilə əzizləmiş,çətinliklərdə sənin himayədarın olmuşdur.Sən Ona qarşı üsyankarlıq (itaətsizlik) eləmə.

Ey İsa! Sənin (belə bir) Allaha qarşı üsyan etməyin halal (rəva) deyildir.Çünki Mən səninlə əhd bağlamışam (ki,üsyan etməyəsən).Eləcə də səndən əvvəlki peyğəmbərlər ilə də əhd bağlamışdım (ki,Mənə qarşı üsyan etməsinlər).Məndə sizinlə bağlanan bu əhdlərə şahidəm.

Ey İsa! Mən məxluqlarımdan heç birini Öz dinim qədər əzizləmirəm.
Öz məxluqatıma rəhmətimdən böyük bir nemət əta etməmişəm.

Ey İsa Bədəninin zahirini su ilə yuyub pak et,batinin isə yaxşı əməllərlə mualicə et.Çünki,sən Mənə doğru qayıdacaqsan.Mən o nemətləri,heç bir qarışıq olmadan sənə vermişəm və xeyrin üçün səndən borc istəməmişəm.Lakin sən o nemətlərə paxıllıq etmisən ki,həlak olanların cərgəsində olasan.

Allahın İsa Peyğəmbərə (ə) Moizəsi!


Geri dön

Nergiz_Mamedova

  • 15 sentyabr 2011 14:23
  • Məqalə: 0
  • Şərh: 193
  • Bal:

gozel ve deyerli melumata gore cox sagol

bize bu gozel melumatlari verdiyine gore cox tewekkur devamini gozluyurem

Cilent_M.Q

  • 15 sentyabr 2011 14:20
  • Məqalə: 87
  • Şərh: 2628
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

Zaurcik2011

  • 15 sentyabr 2011 13:34
  • Məqalə: 77
  • Şərh: 1796
  • Bal:
{awards}
cox sag ol xebere gore AllAH RAZI OLSUN

--------------------

"Mənə nifrət edənlərə nifrət edəcək qədər vaxtım yoxdur.
Çünki mən, məni sevənləri sevməklə məşğulam."

HaYaliM

  • 15 sentyabr 2011 12:56
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

lider

  • 15 sentyabr 2011 12:09
  • Məqalə: 23
  • Şərh: 3044
  • Bal:
{awards}
Allah razi olsun!

Inciciceyi

  • 15 sentyabr 2011 11:45
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

only-girl

  • 15 sentyabr 2011 11:41
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------

Bengu

  • 15 sentyabr 2011 10:55
  • Məqalə: 0
  • Şərh: 230
  • Bal:
{awards}
Alah razi olsun..
oxudum.

_Yaxsiliq Meleyi_

  • 15 sentyabr 2011 10:25
  • Məqalə: 14
  • Şərh: 364
  • Bal:
{awards}
Allah sizə kömek olsun

--------------------
Dünya özünü təzə gəlin kimi göstərərək insanı aldadan,lakin həqiqətdə sehirbaz bir qarıdır.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 36
Cəmi: 55

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 543
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 90
 
Nergiz__Sirinova
Xəbərləri: 15
Cəmi: 412
 
Sol Meleyim
Xəbərləri: 9
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 391
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 3
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}