İmam Əbu Hənifə

 
İmam Əbu Hənifə

İmam Azam (böyük imam), Əbu Hənifə ləqəbləri ilə tanınan məşhur Numan b. Şabit b. Zəvta (Zuta) müctəhid və fıkhda Hənəfi məzhəbinin imamıdır. O hicri təqvimi ilə 80 –cı ildə Kufə şəhərində doğulub. Onun və ailəsini Ərəb olmadığı şəksizdir; onun Fars və ya Türk olması haqqında fərqli fikirlər mövcuddur. Babası Zuta, Teym b. Saləbəoğulları qəbiləsinin azad edilmiş köləsi olmuş, Hz. Əlinin xəlifəliyi dövrlərində Qabildən Küfəyə gələrək orda məskunlaşmışdır. Zutanın oğlu Şabit də Kufədə ipək və yun parçaların satışı ilə məşğul olmuşudur. İslamın hakim olduğu bir mühitdə yetişən Numan b. Şabit kiçik yaşlarından Qurani-Kərimi hifz edib. Qiraəti, yeddi kurradan biri olaraq tanınan İmam Asimdən öyrəndiyi rəvayət edilir.
(İbn Həcər Heytəmi, Hayratu'l Hisan, 265).

İmam Əbu Hənifəİmam Əbu Hənifəİmam Əbu Hənifə

Numan gəncliyini ticarətlə keçirdikdən sonra İmam Şabinin (20/104) tövsiyə və dəstəyi ilə təhsilini davam etdirdi. Ərəbcə, ədəbiyyat, nahiv (söz düzümü), şer və s. öyrəndi. Böyüdüyü Kufə şəhəri və bütün İraq bölgəsi müsəlman – qeyri müsəlman bir çox düşüncənin, etiqadı firqələrin olduğu, etiqadla bağlı alovlu müzakirələrin aparıldığı rəy əhlinin olduğu bir şəhər idi. Dindar bir ailədə böyüyən Əbu Hənifənin də ara-sıra bu etiqadı mübahisələrə qoşulduğu məlumdur. Əbu Hənifə Şabinin onu elmə təşviq etdiyi barəsində bunları söyləyir: "Bir gün Şabinin yanından keçirdim. Məni çağırdı və mənə “Hara gedirsən?” dedi. Mən də “Bazara” dedim. O, “Məqsədim o deyil, üləmadan kimin dərsinə gedirsən?” soruşdu. Mən “Heç birinin” deyə cavab verincə Şabi “Elm və üləma ilə görüşməyi tərk etmə. Mən sənin ağıllı və aktiv bir gənc olduğunu görürəm” dedi. Onun bu sözü mənə yaxşı mənada təsir etdi. Ticarətdən uzaqlaşaraq elm yolunu tutdum. Allahın sayəsində Şabinin sözünün mənə çox faydası oldu.” Özünün də qeyd etdiyi kimi Şabinin bu tövsiyəsi onun üçün bir dönüm nöqtəsi olmuşdur. Ondan sonra ticarət işlərini şərikinə həvalə edərək elmlə məşğul olmağa başlamışdır. Xatırladaq ki, o dövrlərdə onun cəmi 22 yaşı var idi.
(Muhamməd Əbu Zəhra “Əbu Hənifə” tərcümə: Osman Keskioğlu. İstanbul 1970. 43).

Əbu Hənifənin yaşadığı yer və dövrdə etiqadı firqələr çoxalmış, bir çox bidət əhli olan firqələr meydana çıxmış, Əməvi hökmdarlarının Əhli-Beytə zülmü davam etmişdir. Məntiqi çox qüvvətli olan Numan b. Sabit heç bir firqəyə bağlanmadan elm təhsilini davam etdirdi və kəlam elminə yönəldi. Mübahisə (cədəl) üçün tez-tez Bəsrəyə getdi, lakin kəlam və cədəlin dindən uzaq olduğunu görərək fıkha meyl etdi. “Yoldaşını təkvir etmək istəyən ondan əvvəl küfrə düşər” deyirdi (Hatib əl-Bağdadi, Tarixu Bağdad, XIII, 333). Əbu Hənifə bunu belə izah edir: “Səhabə və tabii bizə gəlib çatan mövzuları bizdən daha yaxşı anlayıblar. Aralarında sərt mübahisə və mücadilə olmadı və onlar fıkhı məclisləri ilə xalqı fikha təşviq etdilər; fətva verdilər, bir-birindən fətva aldılar. Bunu anlayınca mən də münaqişə, cədəl və kəlamı tərk etdim; sələfin yoluna döndüm. Kəlamçıların sələfin yolunda olmadığını; cədəlçilərin qəlbləri qatı, ruhları qaba, nassları [1] müxalifətdən çəkinməyən və ya təqvadan uzaq olan şəxslər olduqlarını gördüm.”
(İbnul Bəzzazi, Mənakibu Əbu Hənifə, I, 111)

İmam Əbu Hənifəİmam Əbu Hənifəİmam Əbu Hənifə

Numanın 16 yaşında atası ilə həccə gedərkən orada Ata b. Əbu Rəbah və Abdullah İbn Ömərlə tanış olaraq onlardan hədis dinlədiyi rəvayət edilir. (Abnu'l Əsir, Üsdü'l-Ğabe, III, 133). O özü də tabiindən hesab edilir. Hənifənin hələ gənclik illərindən dövrünün bütün düşüncə cərəyanlarını bildiyi, ixtilafları çox yaxşı təsbit etdiyi zikr edilir.
(Şa'ranı, Tabakatü'l-Kübra, I, 52-53).

Fıkhla məşğul olmağa qərar verdikdən sonra adəti üzrə özünə bir ustad alim seçdi. On səkkiz il İraqın böyük faqihi Hammad b. Əbu Süleymanın (ö. 120/737) dərslərinə davam etdi. Onun vəkili oldu və on illik tələbəlidən sonra öz kürsüsünü açmaq istədisə də altmışa qədər fətvasının qırxının Hammad tərəfindən təsdiq edildiyinin və iyirmisinin düzəldildiyini görüncə bundan vaz keçərək onun ölümünə qədər vəkalətində qaldı. O zamanlar mövcud olan 4 fıkhı öyrəndi: İstinbat, Hz. Ömər fıkhı, Abdullah b. Məsud fıkhı, Abdullah b. Abbas fıkhı. Birincisi şeri həqiqətləri tədqiq edib meydana çıxarmağa, ikincisi məsləhətə, üçüncüsü tarix, dördüncüsü Quran elminə istinad edən məktəbdir
(Muhamməd Əbu Zəhra, İslamda Fıkhı Məzhəblər Tarixi, tərcümə: Abdulkadir Şener, II, 132).

Müəllimi Hammad b. Əbu Süleyman, İbrahim ən-Nəhai və Şabi kimi iki böyük alımdən fıkhı öyrəndi. Abdullah İbn Məsud və Hz. Əlinin fıkhını bilən Kadı Şəreyh, Alqamə b. Kays, Məsruq b. əl-Əcdayın fıkhından faydalandı. Əbu Hənifənin fıkhında daha çox İbrahim ən-Nəhai məktəbinin təsiri hiss olunur.

İmam Əbu Hənifəİmam Əbu Hənifəİmam Əbu Hənifə

Əbu Hənifə elmlə məşğul olarkən ticarəti də tamamilə tərk etmədi. Bu, onun halal ruzi qazanmasını təmin etdiyi kimi, ticarətdən gələn qazancı ilə tələbələrinin ehtiyaclarını təmin etməsini və sərbəst bir elm məclisini qurmasını da təmin etdi. Əbu Yusifin pulunun bitdiyini söyləməsinə imkan vermədən onun ehtiyacını təmin edərdi. İmkanı olmayan tələbələrinin də evlənməsinə yardım edərdi. Bir çoxları ticarətdə Əbu Hənifəni Əbu Bəkrə bənzədir. O bir malı satarkən də, alarkən də diqqətli olmağa çalışır, nə alıcını, nə də satıcını istismar etməzdi. Bir dəfə bir qadın ona satmaq üçün parça gətirmiş, Əbu Hənifə qiymətini soruşunca qadın 100 dihrəm demişdi. Əbu Hənifə bunun qiyməti daha bahadır deyincə qadınla bazarlıq etmiş, qadın 400 dirəmə qədər çıxınca o yenə də, daha baha olmalıdır demişdir. Qadın “Məni dolamısınız?” deyincə, Əbu Hənifə “O nə deməkdir. Bir nəfər çağırın qiymət qoysun” demişdir. Onun sözündən sonra biri gəlmiş və 500 dihrəm qiymət kəsmişdir. Əbu Hənifə beş yüz dihrəm ödəyib, o parçanı qadından almışdır. Bu hadisə xalq arasında yayılaraq ticarətdə dürüstlüyə dair zərb-məsələ çevrilmişdir.

Əbu Hənifə təmkinli və kamil bir insan idi. Çox təfəkkür edər, az danışardı. Allahın qanunlarını pozmamağa cəhd edər, dünya əhlindən uzaq, faydasız və boş sözlərdən xoşlanmayan, suallara az və dəqiq cavab verən ağıllı bir müctəhid idi. Fıkhı sistematik hala gətirib bütün dünyəvi məsələlərin lehinə və əleyhinə olan mövzuları meydana çıxararaq sağlam bir əqidənin tezisini düzəltmişdir. Əbu Hənifənin minlərlə tələbəsi olmuş, onlarda qırxa yaxını müctəhid mərtəbəsinə yüksəlmişdir.

İmam Əbu Hənifəİmam Əbu Hənifəİmam Əbu Hənifə

Əbu Hənifənin fıkh məktəbi, tələbələrinə verdiyi dərslərlə yanaşı ondan fətva istəməyə gələn xalq üçün verdiyi fətvalardan meydana gəlmişdir. Dərs sistemi əski filosofların dialektik [2]dərslərinə bənzəyirdi. Bir məsələ ortaya atılır; bu, tələbələr tərəfindən müzakirə olunur və hər kəs fikrini söyləyərdi; ən sonda İmam dəlil və istinbat ilə bir qərara varmalarını təmin edər və qərarı dəlillərdən ayıraraq qısa cümlələr şəklində yazdırırdı. Bu sözləri ən yaxın müctəhid tələbələri tərəfindən sonradan məzhəbin fıkhı qanunları halına gətirildi. Onun elm məclisi bir istişarə, bir dialoq mərkəzi, azad düşüncə məktəbi idi. Əbu Hənifənin xalqın sevgisini və hörmətini qazanmasında, fətvalarının haqlı olaraq hər yerdə həyata keçirilməsində, elmi ixtilaflardan təmizləyib xalqa çatdırmasında, fitnələrdən uzaq durması və təqvası təsirli olmuşdur. Onun tələbələrinə verdiyi nəsihətlərdə, elmdə azad düşüncə və tədqiqatın yolunu tutması, cahil və təəssübkeşlərdən uzaq durması kimi önəmli məsləhətlər var: “Xalqa yaxınlaş, fasiqdən uzaqlaş. İnsanlığında qüsur etmə, heç kimi özündən aşağı görmə. Bir məsələdə fikrini soruşana məlum olan fikri təkrarla və sona o məsələ haqqında bu və ya digər fikirlər də olduğunu söylə. Xalqla mülayim davran, onlardan biri kimi ol.” Əbu Hənifə heç kimə “Mənim fikrim doğrudur” demədi; hətta bu haqda özünün bir fikri olduğunu, lakin daha doğru bir fikir yürüdənə uyacağını söyləyirdi. Yenə o tələbələrinə ondan hər eşitdiklərini yazmamağı tövsiyə edirdi. Sabah bu barədə başqa fikir irəli sürə biləcəyinə hər zaman bir ehtimal verirdi.

Deməli o özü heç bir zaman məhzəb təəssübü güdməmişdir. Aktiv bir şəkildə olmasa da dövrünün siyasi hərəkətlərinə qatıldı. Həyatının bir bölümü Əməvilərin, bir bölümü də Abbasilərin hakimiyyət illərinə təsadüf edir. Hər iki dövrdə də siyasi olaraq iqtidara qarşı idi. Onun siyasətin Əhli-Beyt tərəfdarlığı müəyyənləşdirirdi. Əhli-Beytə böyük məhəbbəti vardı. Əhli-Şiə məzhəbinin ən böyük imamı İmam Cəfər Sadiq onun həm atalığı, həm də müəllimi idi. Abbasilər iqtidara gəlincə Əhli-beytə sahib çıxacaqlarını söyləsələr də sonrada onlar da Əhli-Beytə zülm etməyə başlamış və Əbu Hənifə də iqtidara qarşı çıxmışdır.
Hər iki iqtidar xalqın ona olan etibarından istifadə edərək ondan faydalanmaq istəmiş və ona kadılıq vəzifəsini təklif etmişdilər. Hər iki dönəm də də o, təklifləri rədd etmiş və buna görə də işgəncəyə məruz qalmış, həbs edilmişdi.
(İbnü'l-Əsir, əl-Kamil fi't-Târix, V, 559).

İmam Əbu Hənifəİmam Əbu Hənifəİmam Əbu Hənifə

İmam təqvası, fərasəti, elmi dürüstlüyü və fikirlərini iqtidara qarşı istifadə etdiyinə görə xalqın böyük sevgisini qazanmışdır. O, hətta Zeyd b. Əlinin imamlığına biət etmiş, Hz. Əlinin nəvələri onun kimi bir-bir üsyan edib şəhid edildikləri zaman İmam Zeyd üçün Əbu Hənifə belə deyirdi: “Zeydin bu çıxışı – Hişam b. Abdulməlikə üsyanı – Rəsulullahın Bədr günündəki çıxışına bənzəyir.” Əbu Hənifənin əhli-beyt imamları ilə olan bərabərliyi o Əməvi və Abbasi iqtidarlığına qarşı davranışı diqqət çəkici bir davranışdır. 145 ildə Hz. Əlinin (r.a) nəvələrindən Muhəmməd ən-Nəfsuz Zəkiyə ilə qardaşı İbrahimin Abbasilərə üsyan etmələri və şəhid olmaları qarşısında Əbu Hənifə İraqda, İmam Malik Mədinədə də açıq-açığına iqtidarı tənqid etmiş, buna görə hər ikisi həbs edilmiş və işgəncələrə məruz qalmışdılar. Əbu Hənifə bu əzablarla 70 yaşında şəhid edildi.

[1] qəti, şübhəsiz, aşıq. Tevilə ehtimalı olmayan söz və ya dəlil.
Qurani Kərim və ya Hədisdə bir iş və ya məsələ
haqqında olan açıqlıq və bu şəkildə açıq olan kəlam və ayə.

[2] Başlanğıcada mübahisə sənəti, ya da fərqli yollardan muxatablarını inandırmaq.


Geri dön

Cilent_M.Q

  • 15 sentyabr 2011 18:48
  • Məqalə: 87
  • Şərh: 2580
  • Bal:
ALLAH RAZI OLSUN

--------------------

lider

  • 15 sentyabr 2011 12:38
  • Məqalə: 23
  • Şərh: 3027
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN! Tewekkurler

devyjones

  • 15 sentyabr 2011 12:02
  • Məqalə: 58
  • Şərh: 806
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------
Dost istəsən ALLAH
Söhbət istəsən QURAN
Düşmən istəsən NƏFS
Varlanmaq istəsən QƏNAƏT

OLSEM_YASAMA

  • 15 sentyabr 2011 11:59
  • Məqalə: 0
  • Şərh: 213
  • Bal:
{awards}
ALLAH razi olsun

only-girl

  • 15 sentyabr 2011 11:13
  • Məqalə: 1002
  • Şərh: 5000
  • Bal:
{awards}
Əllərin dərt görmesin

--------------------

_Yaxsiliq Meleyi_

  • 15 sentyabr 2011 09:59
  • Məqalə: 14
  • Şərh: 360
  • Bal:
{awards}
Əllərin dərt görmesin

--------------------
Dünya özünü təzə gəlin kimi göstərərək insanı aldadan,lakin həqiqətdə sehirbaz bir qarıdır.

_C.Ronaldo_

  • 15 sentyabr 2011 09:35
  • Məqalə: 29
  • Şərh: 186
  • Bal:
{awards}
Allah razı olsun!

--------------------
....All right....I love you.....LeGeNd.Az....
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 30
Cəmi: 64

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 55
Cəmi: 229
 
NIGAR
Xəbərləri: 50
Cəmi: 870
 
Limon qoxusu
Xəbərləri: 48
Cəmi: 69
 
Nergiz__Sirinova
Xəbərləri: 25
Cəmi: 546
 
aytc.sza
Xəbərləri: 21
Cəmi: 21
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 278
 
Lmzade
Xəbərləri: 19
Cəmi: 19
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}