İmam Sadiqin (ə) elmi mübahisəsi

 
İmam Sadiqin (ə) elmi mübahisəsi

İmam Sadiqin (ə) elmi mübahisəsi


Bəşir ibni Yəhya Amiri ibni Əbi Leyladan nəql edir: mən və Əbu hənifə İmam Sadiq (ə)-ın xidmətinə yetişdik. İmam soruşdu: Bu kişi kimdir?

Mən dedim: Bu kişi Kufə əhlidir və nəzəriyyə sahibidir. İmam Sadiq (ə) buyurdu: Bu həmin adamdır ki, öz nəzəriyyələri ilə cisimləri bir-biri ilə müqayisə edir? Sonra buyurdu: Ey Əbu hənifə, sənə xoş gələrdimi ki, kim isə sənin başını müqayisə etsin? Dedi: Yox!Sonra İmam ondan insan təbiəti barəsində soruşdu: Cavab verə bilərsənim?

- Ey hənifə nəyə görə göz yaşı şordu?

- Nəyə görə qulağın içindəki maddə acıdır?

- Nəyə görə suyu ağızın içində qərar verib?


Dedi: Yox!


İmam buyurdu: O, hansı kəlmədir ki, onun əvvəli küfr axırı imandır? Dedi: Bilmirəm.

Sonra o, həzrət buyurdu: Öz atalarımdan və onlarda Peyğəmbərdən (s) nəql edirlər. Allah-taala insanın gözünü piydən yaratmışdır və onun içində şor su qərar vermişdir. Ona görə ki, əgər bu su şor olmasaydı göz çürüyərdi və bu şor su gözü çürüməkdən qoruyur. Qulaqda olan maddə ona görə acıdır ki, o qulağı ziyanlı həşəratlardan qoruyur. Əgər bu acılıq olmasaydı bu həşəratlar qulağın içinə girib, oradan beyinə daxil olub, onu dağıdardılar. Burunun içini Allah-taala soyuq qərar vermişdir ki, beyni qorusun. Əgər bu soyuqluq olmasaydı beyin burun vasitəsi ilə axardır. Suyu ağızda ona görə yardıb ki, insan yeməyin ləzzətini duysun.

O, kəlmə ki, əvvəli küfr və axırı imandır «La ilahə-illəllah» kəlməsidir. Başqa bir yerdə İmam (ə) buyurdu: Allah-taala suyu burunda ona görə yaratdı ki, insan nəfəs vasitəsi ilə aşağı və yuxarı çəksin və bununla əşyaların iyini bilsin.

Bir məclisdə Mənsür Dəvaniqinin yanında hindistanlı bir şəxs tibb kitabı oxuyurdu. İmam Sadiq (ə) bu məclisə varid oldu. Sonra Mənsür İmam Sadiqa (ə) dedi: Mənim elmimdən bir şey bilmək istəyirsənmi?

O, həzrət buyurdu: -Yox!

Çünki o elmi ki, mən bilirəm yaxşıdır.

Mənsür soruşdu: - O hansı elmdir?

İmam buyurdu: istəyirsənmi, istini soyuqla, soyuğu isti ilə, yaşı quru ilə qurunu yaş ilə müalicə edəm?

Bunların hamısının əmri Allahın yanındadır. Peyğəmbər (s) buyurub: təbabət bundan başqa bir şeydirmi? Sən elə fikirləşirsən ki, mən bu elmi tibb kitablarından öyrənmişəm. lakin bu eləm bizə Allah tərəfindən əta olunmuşdur.

İmam Sadiq (ə) hindistanlı təbibdən soruşdu!

- Ey Təbib mən tibb elmini yaxşı bilirəm yoxsa sən?

Hindili dedi: Əlbəttə ki, mən səndən bilikliyəm.


İmam buyurdu: mən səndən sual soruşuram.

Hindili dedi: Soruş!

İmam ona iyirmi sual verib, cavabında bilmirəm eşitdi:

İmam buyurdu: Ancaq mən bunların hamısının cavabını bilirəm.

Hindli dedi: Bu sualların cavabını özün ver.

İmam buyurdu: İnsanın başında çoxlu damarlar vardır ki, bu damarlar boşluqdan qoruyur. Əgər baş yumşaq və boş olsaydı başda ağrılar çox olarda. başda tükü ona görə yaratdı ki onun vasitəsi ilə piy maddəsi beyinə yetişsin və daha sonra beyində olan istiliyi və buxarı tük vasitəsi ilə xaric etsin.


Alını tüksüz yaratdı ki gözlərə işıq versin. Həm də alında olan qırışlara gözü tərdən qorumaq üçün yaratmışdır. Çaylar dağ suyunu özündə çəmləşdirdiyi kimi.

Gözün üstündə Allah-taala iki qaş yaratmışdır ki, kənardan gözə düşən şüanı kontrol etsin. Ey hindli sənin gözünə işıq düşdükdə özündən ixtiyarsız əlini qaşının üstünə qoyursan və görürsən ki, işıq azalır. qaş da bu vəzifəni icra edir.

Burunu iki göz arasında ona görə yaradıb ki, gözə gələn işiğın iki hissəyə bölüb gözlərə ötürsün. Gözü Allah badam şəkilində yaratmışdır ki, dərman və gözə lazım olan mayeni damcı yolu ilə (pipetka ilə tökmək asan olsun.

Əgər göz kvadrat və ya dairə şəklində olsaydı bu iş çətin olardı. Burunun deşiklərini gözdən aşağında yaratmışdır. Ona görə ki, beyinin iltihablarını aşağı ötürsün və əşyaların iyini beyinə çatdırsın. Əgər burun gözün üstündə olsaydı, xəstəliklərə səbəb olardı və iy beyinə çatdırılmazdı.


Xudavəndi aləm bığ və dodaqları burunun altında qərar vermişdir. Ona görə ki, burundan axan iltihablar ağıza tökülüb onun yeməkdən iyrənməsinə səbəb olmasın. Saqqalı kişilər üçün qərar verdi ki, üzlərinə örtük olsun və onun vasitəsi ilə kişi arvaddan ayırd olsun. Dişləri onun üçün yaratmışdır ki, kəsicidirlər, qidanı asan həzm etmək üçündür. Azı dişləri ona görə qərar vermişdir ki, böyük sütunu onu möhkəm saxlıdığı kimi, bu da arxa və qabaq dişləri möhkəm saxlaya.

Allah ovucun içini tüksüz yaratmışdır. Ona görə ki, əşyanı hiss etsin. Dırnaqları və tükü Allah hissiyatsız yaratmışdır ki, onları uzandığı vaxt tutmaq ağrısız olsun, əgər onlara ağrı versəydi, bu natəmizliyə gətirib çıxarardı. Ürək sidr dənəsi şəkilindədir və tərsinədir. Onun ucu və aşağı hissəsi yumşaq olub, ciyərə tərəf sıxılır. Ona görə də ciyərin sərinliyi onu və beyini hərarətdən qoruyur.

Ağ ciyrələri iki hissədən ibarət yaratmışdır. Hava ciyərlərə daxil olur və onların sıxılması nəticəsində xaricə buraxılır. Qara ciyər qabarıq şəkildə olub, mədənin üstündə qərar verilib. Ona görə ki, mədəyə ağırlıq edib aşağıya doğru bassın və mədə istilikdən azad olsun. Böyrəklər paxla dənəsi şəkilindədir və toxumun töküldüyü yer oradır. Bir zərrə o biri zərrənin yerinə o vaxt hesab olunardı ki, böyrək dairə və ya kvadrat şəkildə olsun. Bu zaman toxum çıxdığı halda insan ləzzət almazdı. Ona görə ki, toxum (sperma) bel fəqərələrindən böyrəyə tökülür. Böyrək qurda oxşayır, o həm yığılır həm açılır. İnsanlar əlləri arasında yol gedirlər və öz bədənlərinitarazlamaq üçün ağırlıq onların arxa tərəfinə verilmişdir. Əgər belə olmasaydı insan yol gedən zaman yıxılardı.

Nəyə görə insan ayağının altı əyridir? Ona görə ki, düz olsaydı insan bədəninin ağırlığını çətin gəzdirərdi. Məsələn bir dəyirman daşı bütünlüklə yerdə olsa, onu qaldırmaq çətin olar. Lakin azca əyri qalxmış olsa, onu uşaq da asan qaldırar.

Hindli dedi: Bu elmi hardan öyrənmisən?

İmam buyurdu: Mən babalarımdan, onlar Peyğəmbərdən (s) Peyğəmbər Cəbrayıldan (ə) və o Allah-taaladan ki, cismləri və ruhları xəlq edib, öyrənmişəm.


Sonra hindli dedi: Sən düz buyurusan mən Allahın birliyinə və həzrəti Məhəmmədin (s) Peyğəmbərliyinə şəhadət verirəm. Şəhadət verirəm ki, sən öz zamanının ən alim adamsan. Hişam ibni Həkəm Sadiqdan (ə) sual etdi: Nəyə görə əlin üstü tüklü, içərisi tüksüzdür?

İmam dedi: Bunun iki səbəbi var. Birincisi odur ki, əgər torpaq üstə eyni yerdə çox gəzilib, tapdansa orada heç nə bitməz. Əlin içidə belədir ki, çox işləyir və ovucda tük bitmir. İkinci səbəb budur ki, əgər tüklü olsaydı, əşyanın bərk və ya yumşaq olduğunu hiss etməzdi.

İmam Sadiq (ə) buyurdu: İnsan istilik vastəsi ilə yeyib-içir, işıq vasitəsi ilə görür və işləyir, hava vasitəsi ilə görür və işləyir, hava vasitəsi ilə iyləyir və eşidir, su vasitəsi ilə yemək-içmək əldə edir və ruh vasitəsi ilə hərəkət edir. Əgər insanın hərarəti olmasaydı, mədə həzm etməzdi, yel olmasaydı mədənin istiliyi dəyişməzdi və qarının ağırlığı çıxmazdı. eləcə də ruh olmasaydı hərəkət olmazdı.


Əgər suyun soyuqluğu olmasaydı, mədəninin istiliyi insanı yandırardı. Əgər işıq olmasaydı, görmək və düşüncə olmazdı. İnsanın bədənindəki sümüklər ağaca bənzəyir. Qanı isə torpaqdakı suya oxşayır. Necə ki, toraq su ilə qidalanır, eləcə də insan qan ilə işləyir. Allah-taala insanın iki dünya və iki axırət amilindən xəlq etdi. İnsan həyatının başlanğını bu iki amilin cəminə bərabərdir. Və Allah-taala bu amili göy aləmindən bu dünyaya göndərilmidir. Ömür vasitəsi ilə bu iki amilin arasında ayrılıq düşərsə, iki axirət amili göyə qayıdır və o zaman yaşayış yerdə ölüm isə göydədir. Və bu fərq ruh ilə cismdir. nəticədə ruh və nur qüdrətə qayıdır, cismi tərk edirlər. Ona görə ki, cism dünya amildir. Bununlada cisim dünyada cürüyür və onun yerinə torpaq qalır. nəticədə hər şey öz cövhər şəkilini alır.

İmam Sadiq (ə) b

elə rəvayət edir ki, insan öz qiymətini o, zaman bilər ki, onun vücudunda olan 4 əsas ünsürü, 4 əsli və 4 fsas sütunu tanıya. 4 əsas ünsür bunlardan ibarətdir: Qan, yel, bəlğəm, və səfra (sarı rəng maye) 4 əsl bunlardır: Əql, düşüncə zirəklik, hafizə və hasil olaan elm. 4 əsas sütün ibarətdir bunlardan. İşıq, alov,ruh və su. Nəticə: Görmək, eşitmək və düşüncə işıq vasitəsi ilə, yemək və içmək hərarət vasitəsi ilə yaxınlıq və hərəkət ruh vasitəsi ilə və qidanın danını bilmək vasitəsi ilə əldə olunur. Bunlar insan qurluşunu təşkil edirlər.
Kumeyl ibni Ziyad Həzrəti Əli (ə) sual etdi! Ey Əmirəl möminin! Özümü tanımaq istəyirəm. Həzərt Əli (ə) buyurdu: Ey Kumeyl! Özünün hansı hissəsini tanımaq istəyirsən. Komeyl: ey mənim mövlam! məgər mənim vücudum bir hissədən ibarət deyilmi,

Həzrət Əli (ə) buyurdu: Həqiqətən hər insanın vücudu 4 hissədən ibarətdir.

Nami-nəbati, hissi –heyvani, natiqi qüdsyə, külliyeyi ilahiyyə. Və bunların hər birində 5 qüvvə: 2 xasiyyət vardır.

Nami-nəbati! Onda 5 qüvvə vardır. Masikə, cazibə, hazimə, dafiyə, və mərbiyyə. 2 Xüsusiyyəti, hərəkləndiricisi isə ciyərdən ibarətdir. Hissi heyvani: 5 hissədən ibarətdir. Eşitmək, görmək, iyləmək, damaq və ləms etmək. 2 xüsusiyyəti və bir hərəkətləndiricisi vardır. Xüsusiyyətləri razılıq və qəhzəb, hərəkətləndiricisi isə ürəkdən ibarətdir. Natiqi qüdsiyə: 5 hissədən ibarətdir. Fikir, Zikr, Elm, Helm, şərafət. iki xüsusiyyəti vardı. Nəzahət və hikmət.

Külliyeyi ilahiyyə: 5 hissədən ibarətdir. Yoxluqda varlıq, kədərdə şadlıq, zillətdə izzət, ehtiyacsızlıqda ehtiyat, çətinlikdə dözüm və iradə. Bunların başlanğıcı və sonu Allahdandır. Başlınğıc: «Və nəfəsna fihi min ruhina» Sonu: «Ya Əyyətühən-nəfsül mütməinnəti ircii ila rəbbikə raziyətən mərziyyə». Ağıl bunların orta nöqtəsində qərar tutmuşdur. Yəni bütün bu qüvvələrin idarə edisidir. Peyğəmbər (s) buyurmuşdur: Bütün xəstəliklərin kökü soyuqla başlayır. «müxtəsərül bəsayir» kitabında Müfəzzəl İmam Sadiq (ə) belə nəql edir. İmam Sadiq (ə) buyurdu: Allah-taala Peyğəmbərdə (s) və biz Əhli-beytdə (ə) 5 ruh qərar vermişdir. Həyat ruhu, ki, onun vasitəsi ilə hərəkət edirik. Quvvət ruhu ki, onun vasitə düşmənlərlə qiyam və mübarizə edirik. Şəhvət ruhu ki, onun vasitəsi ilə yeyb,içib, və öz halal qadınlarmızla yaxınlıq edirik. İman ruhu ki, onun vasitəsi ilə Allahın əmrlərini və ədalətini icra edirik. Ruhu qüds ki, onun vasitəsi ilə nübüvvəti
daşıyırıq.

İmam Sadiq (ə) belə rəvayət etmişdir: Möminun ruhu və bədəni sandıqda olan cavahirat kimidir. Cəvahirlər sandıqdan çıxarıldığı zaman heç kəs sandığa fikir verməz. Ruh bədənlə tərkib tapmır və bədənə arxalanmır. Bəlkədə ruh bədənin əslidir, bədən ruh üçün bir mühitdir.

bir məsihi şəxs İmam Sadiq (ə) təbabət aləmində insan cismindən sual etdi. İmam Sadiq (ə) buyurdu: Allah-taala insanı 12 üzvdən, 246 sümükdən, və 360 damardan ibarət yaratmışdır. Damarlar bədəndə suvarma işini görür və qanı bütün əzalara çatdırır. Sümüklər insanın bədənini, ət sümükləri, sinirlər isə əti qoruyur. Hər əldə 41 dənə sümük var. Ümumiyyətlə isə 2 əldə 82 dənə sümük vardır. Əlin içində 35-ə qədər sümük yerləşir. Hər ayaqda 43 dənə sümük vardır. Ayağın nəticə hissəsində 35 sümük vardır. Onurğa sütününda 18 dənə sümük var və hər birinin kənarında 9 qabırğa vardır. Boyunda 8 sümük var. Başqa 36 sümük var. ağızda 28 və 32 sümük var.


İmran soruşdu: Cismləri göz görür, yoxsa ruh? İmam Rza (ə) buyurdu: Göz piydən ibarətdir, görmək isə ruhun işidir. Səbəbidə budur ki, insan öz gözünə baxdıqda öz şəklini onun ortasında müşahidə edir. İnsan yalnız suda, güzgüdə və buna oxşar şeylərdə öz əksini görə bilər.

Zəbba soruşdu: Ya İmam kor bir insanın ruhu bədəndə oldğu halda niyə görmür?

İmam Rza (ə) buyurdu: Buna oxşardır ki, gün çıxdıqğı halda qaranlıq üstünü örtür.

Zəbba dedi: Ruh hara gedir?


İmam Rza (ə) buyurdu: Gün işığı nəcərədən otağa düşdükdə və onun qabağını tutsaq o işıq hara gedər?

Zəbba dedi: Mənim üçün aydınlaşdır:

İmam Rza (ə) buyurdu: Ruhun məskəni beyindir ki, onun şüası bədəndə əsər qoyur, necə ki, günəşin məskəni göydür və onun şüası yer üzərində əsər qoyur. Belə ki, günəş yox ola onun işığıda olamaz.

Zəbba soruşdu: Nəyə görə kişidə saqqal varqadında isə yoxdur?

İmam Rza (ə) buyurdu: Allah-taala kişiləri saqqal vasitəsi ilə zinətləndirib və qadınlardan fərqləndirib.

İmran soruşdu: Ola bilərdi ki, qadın kişi, kişi isə qadın olardı?


İmam Rza (ə) buyurdu: Qadın hamilə olduğu zaman əgər oğlan bətndə, qızın yerni tuta qız olar. Əgər qız bətndə oğlanın yerini tutarsa, oğlan olar. Oğlanın yeri bətnin sağ tərəfi və qızın yeri bətnin sol tərəfidir. Əgər qadının hər iki döşü böyük olarsa, əkiz doğar əgər bir doşü böyük olarsa təkdoğar. Əgər hamilə qadının sağ döşü artıq və nazik olarsa uşaq düşəcək (oğlan) və yaxud əksinə olarsa qız uşağı düşəcək.

hər ikisi nazik və artıq olarsa hər iki uşaq düşəcək.

İmran soruşdu: Boyun uzun və gödək olmağının səbəi nədədir?


İmam Rza (ə) buyurdu: Bu nütfədən (kişi cinsiyyət üzvü) asılıdır. Əgər nütfə cinsiyyət orqanında fırlanın halda xaric olarsa uşaq qısa boy olar, yox əgər nütfə uzadılmış halda xaric olarsa uşaq qısa boy olar, yox əgər nütfə uzadılmış halda xaric olarsa uşaq uca boy olar.

Zəbba soruşdu: Suyun kökü nədir?

İmam Rza (ə) buyurdu: Su Allahın istəyi və iradəsidir. Onun bir qismi göydədir ki, yer üzərində bulaqlara tökülür, digər qismi isə yerin altındadır. Bunların hər ikisinin köku birdir şirin və saflır.

Zəbba soruşdu: Bəs nəyə görə onun bir hissəsi neft bir hissəsi isə kükürddür?

İmam Rza (ə) cavab verdi: Bunu maddə dəyişdirir necə ki, üzüm şəraba, şərab isə sirkəyə çevirilir. Necə ki, çirk ilə qanın arasından təmiz süd çıxır. İmran soruşdu: Əgər yer sudan yaranmışdırsa, nəyə görə su soyuq və nəmdir, torpaq isə soyuq və qurudur?

İmam Rza (ə) buyurdu: Rütübət götürülüb və quruluq yaranıb.

İmran soruşdu: İsti faydalıdır,yoxsa soyuq?

İmam Rza (ə) buyurdu: İsti soyuqadan faydalıdır. Ona görə ki, istilik yaşayışın hərarətindəndir, soyuqluq isə ölüm soyuqluğundandır. məsələn o, zəhər ki, soyuqdur adamı o dəqiqə öldürür, o zəhər ki, isti zəhərdir o, insana ziyan vermir. Həzrəti Əli (ə) rəvayət olunmuşdur!Yay qışdan istidir və istilik insanı zəhmətə salır. Ancaq soyuq ağırdır.

İmam Sadiqin (ə) elmi mübahisəsi


Geri dön

Delya_91

  • 15 sentyabr 2011 18:12
  • Məqalə: 319
  • Şərh: 5295
  • Bal:
Allah razi olsun sizden,copy etdim

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

Cilent_M.Q

  • 15 sentyabr 2011 14:53
  • Məqalə: 87
  • Şərh: 2628
  • Bal:
{awards}
ilk werh menden twkller, ALLAH razi olsun

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 42
Cəmi: 63

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 443
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 372
 
♔Hе важно∞
Xəbərləri: 13
Cəmi: 28
 
Mövlud Ağamməd
Xəbərləri: 3
Cəmi: 23
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}