Azərbaycanda yaşamaq istəmirəm!

 
Azərbaycanda yaşamaq istəmirəm!

Niyə Azərbaycada yaşamaq istmirəm?

Gənclərin böyük əksəriyyətini dindirsən " İmkanım olsa bu dəqiqə Azərbaycanı tərk edərəm, xarici ölkələrin birində yaşayaram" deyəcəkdir. Bəs görəsən gənclərimizin Azərbaycanda yaşamaq istəməməsinin səbəbi nədir? Niyə onlar Azərbaycanda deyil, xarici ölkədə yaşamaq istəyirlər? Düşünsək ki rahat həyatdan, gözəl gələcəkdən heç kəs imtina etməz o zaman məslənənin nə yerdə olduğunu qismən də anlamış olarıq.

Gəlin birlikdə araşdıraq görək gənclərimiz niyə Azərbaycanda yaşamaq istəmir?

Əksər gənclərimizin xarici ölkədə yaşamaq istəməsinin səbəbləri.

1. Təhsilimizin səviyyəsi...

Sağlam düşünən cəmiyyətin formalaşmasında gənclərimizin rolu əvəzsizdir. Düşünə bilən beyinlər üçün isə biliklərini təkminləşdirmək, savadlarnı artırmaq çox mühümdür. Əbəs yerə deyilməyibdir ki gənclər bizim gələcəyimizidir. Gözəl gələcək üçün isə gözəl bilik gərəkdir.Təhsil gənclərimizin dünya görüşünü zənginləşdirir. Lakin, heç birimizə sirr deyil ki, Azərbaycanda təhsilin ümumi səviyyəsi heç də ürək açan deyil. Bölgələrdə isə bu vəziyyət paytaxta nisbətən daha acınacaqlı haldadır. Bu səbəbdən də ölkədə onları qane edə biləcək səviyyədə təhsil ala bilməyən gənclərimiz xaricdə təhsil almaq eşqinə düşür. Orada oxuyur, elə öz gələcəyini də orada qurur. Təhsilimizin ürək açan səviyyədə olmamaması gənclərimizi Vətəndən uzaqlaşdırır...

2. Rüşvətxorluq halları...

Azərbaycanda günü gündən artan rüşvətxorluq halları əhalini şəhəri tərk etməyə sövq edir. Hər addım başı rüşvətxorluqla qarşılaşan biri niyə bu ölkədə yaşamaq istəsinki? Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, rüşvətxorluq artıq Azərbaycanın milli adət ənənlərindən sayılır. Düzdür, korrupsiya ilə mübarizə aparılsa da, hələ ki nəticələr ürək açıcı deyil. Ona verilmiş vəzifədən öz mənfəəti üçün istifadə edən dövlət məmurları hələ ki öz nəfilərinə qalib gələ bilmirlər. Məmurların qanına işləmiş rüşvətxorluq hallarından bezən əhali "Korrupsiyaya yox" deyən ölkələrdən birində yaşamaq istəyi ilə ölkəni tərk etməyi düşünür...

3. Savadsız həkimlərimiz...

Bu amilin bir ucu hardasa təhsilə söykənsə də düşündüm ki, savadsız həkimlər haqqında ayrıca bənd yazsam daha məqsədə uyğun olar. Bacarığı, biliyi olmadan pulunun yaxud da ki, vəzifəli qohumunun hesabına tibb sahəsində işləyənlərin sayı günü gündən artmaqdadır. Savadlı həkimlərimizin sayı olduqca azdır. Hakimlərimiz savadsız olsa da olar, vəkillərimiz savadsız olsa da olar, neftçilərimiz savadsız olsa da olar, mühəndislərimiz savadsız olsa da olar, bank işçilərimiz savadsız olsa da olar amma həkimlərimizin savadlı olması çox vacibdir! Respublikamızda savadlı həkim tapmadığı üçün xaricə müalicəyə gedən, ordakı vəziyyəti görüb bir daha ölkəyə qayıtmaq istəməyən vətəndaşlarımızın sayı olduqca çoxdur.

4. İşsizlik problemi....

Gəncləri ölkədən uzaqlaşdıran amillərdən biri də işsizlik problemidir. Çətinliklə də olsa oxuyub təhsilini başa vuran, müəyyən biliklərə sahib olan gənclərimiz özlərinə iş tapa bilmədikləri üçün yaxud da ki tapqıdları işlərin təklif etdiyi maaşın heç bir problemlərini həll etmək üçün yararlı olmadığı üçün başqa ölkələrdə karyera qurmaq qərarına gəlirlər. Bir sözlə min əziyyətlər bahasına diplom alan, iş tapa bilməyib diplomu evdə toz bağlayan gənclər Vətəndən uzaqlşamaq istəyir.

Bax, bu və digər səbəblərə görə gənclərimiz Azərbaycanda yaşamaq istəmir.

Bəs sən, sən niyə Azərbaycanda yaşamaq istəmirsən?


Geri dön

Ay Üzlü

  • 17 sentyabr 2011 17:21
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
GƏZMƏYƏ QƏRİB ÖLKƏ ÖLMƏYƏ VƏTƏN YAXŞI

appassionato

  • 16 sentyabr 2011 09:13
  • Məqalə: 0
  • Şərh: 21
  • Bal:
{awards}
men de yawamaq istemirem yawamaq istediyim tek olke Italiyadi recourse

--------------------
piacere conoscerti

... Deryam ...

  • 15 sentyabr 2011 23:04
  • Məqalə: 272
  • Şərh: 4680
  • Bal:
{awards}
Men vetenimi hec bir yerin torpagina deyiwmerem,yawaya da bilmerem hec.Burda baw veren haqsizliqlar , hadiseler her bir yerde var.Ona gore de halal pul qazanmaq isteyen ele burda da tapib qazanar.
Hele yawi azdir inkiwaf gedir yaxwi olacaq inwallah.
Haminin gozu bizim vetendedi.
EN GOZEL YER AZERBAYCANDIR !!!

--------------------

H.o.S.t _ FaNaTka

  • 15 sentyabr 2011 20:51
  • Məqalə: 11
  • Şərh: 1363
  • Bal:
{awards}
düzdü mən də onlardanam gedib xarici ölkədə yaşamaq biznes qurmaq istəyirəm vr ölkəmi daha da ucalarda görmək istəyirəm. VƏTƏNİMİ DƏ ÇOX SEVİRƏM. ölkəni tərk etmək fikrim ona dəlalət etmir ki mən VƏTƏNİMİ SEVMİRƏM. bu heç də belə deyil.VƏTƏNİMİ ÇOX SEVİREM.

--------------------
http://imgs.su/tmp/2012-03-09/1331317146-502.jpg

Iriska

  • 15 sentyabr 2011 20:47
  • Məqalə: 253
  • Şərh: 1261
  • Bal:
{awards}
Vetenimi sevirem ona soz yox ama bezen uzaqlara gedib sakitlesmek isteyir bu o demek deyil ki xainlik edirik vetenimizi sevmirik

--------------------
Demədimmi bu həsrət öldürər səni, ay dolanıb keçər, yalnız qalarsan, hər gün ah deyib açı çəkərsən. Ürəyim sənə bu cür sevmə demədimmi!

angel only

  • 15 sentyabr 2011 18:45
  • Məqalə: 0
  • Şərh: 146
  • Bal:
{awards}
men de hec yere getmek istemerem oz olkemiz xarici olkelerden pisdir ki?

Cilent_M.Q

  • 15 sentyabr 2011 18:32
  • Məqalə: 87
  • Şərh: 2628
  • Bal:
{awards}
dogurdan da hami veteninden qacmaq fikrindedi, bu ise xainlikdi, her ne olursa olsun insan evvelce oz vetenini sevmelidi, indiki gencler ise oz vetenlerinden cox qerib yerleri seviller, biyabrciliqdi angry

--------------------

Delya_91

  • 15 sentyabr 2011 18:26
  • Məqalə: 319
  • Şərh: 5295
  • Bal:
{awards}
Men her weye baxmayaraq vetenimi sevirem,hec yere getmek fikrim yoxdu
winked

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 12
Cəmi: 25

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}