Tarixi dəyişən 10 virus

 
Tarixi dəyişən 10 virus

1. “Brain” 1986-cı il
Dünyada ilk dəfə olaraq, 1986-cı ildə pakistanlı bir proqram təminatçısı satdığı proqramları saxta nüsxələrdən qorumaq məqsədilə “Brain” adlı virus yaradıb.

2. “Christmas Tree”1987-ci il
Bu virus kompyuterə düşdüyü vaxt ekranda yeni il ağacı görünür və nüsxəsini e-məktub ünvanındakı bütün ünvanlara göndərirdi.

3. “Morris Worm”1988-cı il
İnternetdə yayılan ilk mənfi məqsədli proqram kimi bilinən “Morris Worm” virusu Robert Morris tərəfindən inkişaf etdirilmiş və 1988-ci ildə on minlərlə kompyuterə zərər vermişdi. Bu hadisə ilə 1986-cı ildə ABŞ kompyuter saxtakarlığı və mənfi məqsədlərlə işlədilməsi qanunu ilə mühakimə olan Morris, ölkədə kompyuter hücumlarının qarşısını almaq üçün tədbirlərin başlanmasına səbəb olmuşdu.

4. “Melissa” 1999-cı il
Devid Smit tərəfindən yaradılan “Melissa” virusu özünü internet məktub mesajlarına nüsxələyən virus idi. Göndərilən mesajda “Sənin istədiyin sənəd budur, əsla heç kimə göstərmə” yazılırdı. Çox tez bir zaman ərzində yayılan bu virus bəzi ABŞ şirkətlərinin elektron məktub vasitəsilə alış-verişlərinə son qoymalarına səbəb olmuşdu. Devid Smit saxlanıldıqdan sonra 20 ay həbs cəzası və 5000 dollar pul cəzası ilə cəzalandırılıb. Bununla yanaşı, o, həyatının sonuna qədər kompyuterlərdən istifadə etmə hüququndan məhrum edildi.

5. “I love you” 2000-ci il
Öz nüsxəsini çıxara bilmək qabiliyyəti olan bu virus ən zərərli kompyuter viruslarından biri sayılır. Filippində yaradılan bu virus 10 milyard dollar ziyana səbəb olmuşdu. Belə ki, virus, “Gizli pərəstişkarından gələn eşq məktubu” ifadəsi ilə insanları tələyə salır və beləliklə istifadəçinin şifrə və gizli məlumatlarına yiyələnə bilirdi.

6. “Santy 2004″ 2004-cü il
2004-cü ildə meydana çıxan bu virus “Google” və “AOL” kimi axtarış sistemlərində olan, təhlükəsizliyi yaxşı qorunmayan internet səhifələrini özünə qurban seçərək, 3 saatdan daha az vaxtda xeyli sayda səhifəni yararsız hala salmışdı.

7. “Conficker” 2008-ci il
“Windows” əməliyyat sistemini hədəf seçən bu virus 15 milyondan çox “Microsoft” serverinə təsir edərək, xüsusilə İngiltərə, Almaniya və Fransa ordularına əməliyyat problemləri yaratmışdı.

8. “Stuxnet” 2010-cı il
Sadəcə sadə insanları deyil, ölkələri də təhdit etmək məqsədilə, xüsusilə İranın Nüvə proqramına zərər vermək üçün kimliyi bilinməyən insanlar tərəfindən hazırlandığı güman edilən bu virus öz hədəfinə çatdı və həqiqətən də İran Elektrik Stansiyalarına ziyan vurduğu təsdiqləndi. İran hökuməti virusun İsrail tərəfindən məqsədli şəkildə göndərildiyini və tez bir zamanda virusun qarşısının alındığı bildirmişdi.

9. “When Harlie was one” 1972-ci il
Devid Gerroldun müəllifi olduğu elmi fantastika kitabında adı keçən bu virus heç vaxt həqiqi virus olmamış, lakin çox böyük təhlükəyə sahib olduğu qeyd olunur.


Geri dön

H.o.S.t _ FaNaTka

  • 15 sentyabr 2011 20:55
  • Məqalə: 11
  • Şərh: 1363
  • Bal:
MARAQLI MƏLUMAT İDİ SAĞ OLUN. BÖYÜK ZƏHMƏT ÇƏKMİSİZ

--------------------
http://imgs.su/tmp/2012-03-09/1331317146-502.jpg

lonely crazy girl

  • 15 sentyabr 2011 20:50
  • Məqalə: 11
  • Şərh: 527
  • Bal:
{awards}
cox tesekkur edirem. maraqli xeber idi.... feel

--------------------
(ړײ)♥ℒℴѵℯ ♥(ړײ)(ړײ)♥ℒℴѵℯ ♥(ړײ)

Deniz

  • 15 sentyabr 2011 20:06
  • Məqalə: 338
  • Şərh: 3908
  • Bal:
{awards}
Cox maraqli xeber idi.....tesekkur edirem

Fatime_19

  • 15 sentyabr 2011 19:52
  • Məqalə: 1
  • Şərh: 521
  • Bal:
{awards}
tesekkurler

--------------------
HEDEFI OLMAYAN GEMIYE,HEC BIR RUZGAR YARDIM EDEMEZ!

Cilent_M.Q

  • 15 sentyabr 2011 18:33
  • Məqalə: 87
  • Şərh: 2628
  • Bal:
{awards}
twk lazimli xeberdi, muellife cekdiyi eziyete gore twk, eziyyet ceken elleriniz var olsun

--------------------

Delya_91

  • 15 sentyabr 2011 18:27
  • Məqalə: 319
  • Şərh: 5295
  • Bal:
{awards}
Maraqli melumatlara gore sagolun

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 31
Cəmi: 56

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 10
Cəmi: 453
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 31
 
 
{slinks}