Ümmət

 
Ümmət

Ümmət

Bismillahir-rehmanir-rehim

82. Ümmət.

Qur’an:
«Siz insanlar üçün zahirə çıxarılmış ən yaxşı ümmətsiniz. Yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha inanırsınız.
Əgər kitab əhli də iman gətirsəydi, əlbəttə, onlar üçün yaxşı olardı. Onların da içərisində Bəzi iman gətirən şəxslər vardır, lakin çox hissəsi haqq yoldan çıxanlardır.» (Ali-İmran, ayə 110)

Hədis:
325. Allahın Peyğəmbəri(s): «Mənim ümmətim bərəkətli bir ümmətdir. Onun əvvəlinin, yoxsa sonunun xeyir olması məlum deyil.» (Kənzul-Ummal, hədis 34451)

326. Allahın Peyğəmbəri(s): «Mənim bu ümmətim Haqqın rəhmət kölgəsində olan bir ümmətdir.» (Kənzul-Ummal, hədis 34452)

327. Allahın Peyğəmbəri(s): «Siz yetmişinci ümmətsiniz və Allah yanında onların ən yaxşı və əzizisiniz.» (Kənzul-Ummal, hədis 34462)

328. Allahın Peyğəmbəri(s):
«Müjdə olsun bu ümmətə möhtərəmlik, dindarlıq, başı ucalıq, qələbə və yer üzündə qüdrət əldə etmək!» (Kənzul-Ummal, hədis 34465)


83. Ümmətin yaxşıları.
329. Allahın Peyğəmbəri(s): «Mənim ümmətimin ən yaxşıları onların dünyaya daha etinasızları və axirətə daha çox can atanları, axirət arzusunda olanlarıdır.» (Tənbihul-Xəvatir, c.2, səh.123)

330. Allahın Peyğəmbəri (s): «Mənim ümmətimin ən yaxşısı cavanlığını Allaha itaətdə keçirmiş, öz nəfsini dünyanın ləzzətlərindən saxlayan və axirətə ürək bağlayan kəsdir.
Həqiqətən Allahın ona verəcəyi mükafat Cənnətin ən yüksək dərəcələridir.» (Tənbihul-Xəvatir, c.2, səh.123)

331. Allahın Peyğəmbəri (s): «Ümmətimin ən yaxşıları onlara qarşı ağılsızlıq ediləndə dözənlər, onlara qarşı zülm və cinayət törədiləndə bağışlayanlar və incidiləndə səbr edənlərdir.» (Tənbihul-Xəvatir, c.2, səh.123)

Ümmət

84. Mö‘tədil ümmət.

Qur’an:
«Beləliklə də sizi orta bir ümmət (ümmətlərin ən yaxşısı) etdik ki, insanlara (insanların əməllərinə) şahid olasınız, Peyğəmbər də sizə şahid olsun.» (Bəqərə, ayə 143)

Hədis:
332. İmam Əli (ə): «Allahın yaratdıqlarına şahidləri və Onun yer üzündəki dəlilləri bizik.
Biz o kəslərik ki, Allah-taala buyurub:«Beləliklə də sizi orta bir ümmət etdik…» (Nurus-Səqəleyn, c.1, səh.134, hədis 406)

85. Ümmətin xeyrinə olan şeylər.
333. Allahın Peyğəmbəri(s): «Mənim ümmətim nə qədər ki, bir-birlərini sevir, əmanəti (sahibinə) qaytarır, haramdan çəkinir, qonağı əziz tutur, namaz qılır və zəkat verir həmişə xeyir içində olacaqdır.» (Biharul-Ənvar, c.69, səh.394, hədis 77)

334. Allahın Peyğəmbəri (s): «Nə qədər ki, bu ümmətin Quran oxuyanları hakimlərlə əlbir olmayıblar, alimləri yaramaz və günahkarlara bəraət qazandıraraq onları təmizə çıxarıb günahsız kimi təqdim etməyiblər, yaxşıları pislərinə kömək etməyiblər Allahın əli bu ümmətin üzərində olacaq və Onun himayəsi sayəsində yaşayacaq.
Amma bu işləri görəndən sonra Allah öz qüdrət əlini onların başı üzərində götürəcək və zülmkarlarını onlara hakim edəcəkdir.» (Tənbihul-Xəvatir, c.1, səh.84)

Ümmət

86. İslam ümmətinin axirətdəki məqamı.
335. Allahın Peyğəmbəri(s): «Qiyamət günü mənim bütün peyğəmbərlərdən çox davamçım olacaq.» (Biharul-Ənvar, c.7, səh.130, hədis 1)

336. Allahın Peyğəmbəri(s):
«Cənnətdə yüz iyirmi cərgə var ki, onun səksən cərgəsi mənim ümmətimdir.» (Biharul-Ənvar, c.7, səh.130, hədis 3)

87. Millətlərin İslam ümmətinə qarşı hücumu.
337. Allahın Peyğəmbəri(s): «Tezliklə millətlər ac adamlar yemək kasasına hücum edən kimi sizə hücum edər.»
Bu zaman bir nəfər soruşdu: «Bunun səbəbi həmin vaxt bizim sayımızın az olmağıdır?»
Peyğəmbər buyurdu: «Əksinə, sayınız çox olar, amma sel üzərindəki köpük və çör-çöp kimi olarsınız, Allah sizin heybət və əzəmətinizi düşmənlərinizin qəlbindən çıxarar, sizin qəlblərinizə qüvvətsizlik və süstlük salar.»
Bir nəfər soruşdu: «Ey Allahın Peyğəmbəri, qüvvətsizlik və süstlük nədir?» Buyurdu: «Dünya məhəbbəti və ölümü istəməmək.» (ət-Təşrif bil-minən, səh.307, hədis 428)

338. Allahın Peyğəmbəri(s): «Mənim ümmətim dünyanı böyük bilən zaman Allah İslamın əzəmətini ondan alar.» (Tənbihul-Xəvatir, c.1, səh.75)

Ümmət

88. Peyğəmbərin ümməti barəsindəki nigarançılığı.
339. Allahın Peyğəmbəri(s): «Mən öz ümmətim üçün üç şeydən – hərislik və xəsisliyə boyun qoymaqdan, nəfsi istəklərə tabe olmaqdan və azğın başçıdan qorxuram.» (Biharul-Ənvar, c.77, səh.161, hədis 178)

340. Allahın Peyğəmbəri(s): «Ümmətim üçün üç şeydən – (Haqqı və ya haqq yolu) tanıyandan sonra azğınlığa düşməkdən, azdırıcı fitnələrdən, qarınqululuq və şəhvətpərəstlikdən qorxuram.» (Əmali-Tusi, səh.157, hədis 263.)

341. Allahın Peyğəmbəri(s): «Ümmətim barəsində hər şeydən çox narahatçılığa səbəb olan şey üçdür: alimin büdrəməsi, münafiqin Quran vasitəsi ilə mübahisə etməsi və sizin boyunlarınızı vuran dünya. Buna görə də özünüz barəsində dünyadan qorxun.» (əl-Xisal, səh.163, səh.214)

342. Allahın Peyğəmbəri(s): «Özümdən sonra ümmətim üçün ən çox qorxduğum şeylər bunlardır: haram qazanclar, gizlin şəhvət və sələm yemək.» (Biharul-Ənvar, c.73, səh.158, hədis 3)

343. Allahın Peyğəmbəri(s): «Ümmətim üçün qorxduğum ən qorxulu şey iki xislətdir: Nəfsi istəklərə tabe olmaq və uzun arzu. Çünki nəfsi istəklərə tabe olmaq insanı haqdan saxlayar və uzun arzu axirəti yaddan çıxardar.» (Biharul-Ənvar, c.70, səh.75, hədis 3)

344. Allahın Peyğəmbəri(s): «Düçar olmağınızdan qorxduğum ən qorxulu şey kiçik şirkdir.» Dedilər:
«Ey Allahın Peyğəmbəri! Kiçik şirk nədir?» Buyurdu:«Riya.» (Biharul-Ənvar, c.72, səh.303, hədis 50)

345. Allahın Peyğəmbəri(s):
«Ümmətim üçün qorxduğum ən dəhşətli şey dilli münafiqdir.» (Kənzul-Ummal, hədis 28969(=28968 və 28970))

346. Allahın Peyğəmbəri(s): «Ümmətim üçün qorxduğum ən qorxulu şey dünya malının parlaqlığı və bolluğudur.» (Nurus-Səqəleyn, c.4, səh.579, hədis 91)

Ümmət


Geri dön

sevgi meleyim

  • 16 sentyabr 2011 14:52
  • Məqalə: 25
  • Şərh: 1625
  • Bal:
tewekkurler xeber ucun

--------------------
Gedene Uzulme.Sevseydi Getmezdi...Gelene Sevinme,O da Bawqasindan Gelib..

Ay Üzlü

  • 16 sentyabr 2011 13:22
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
Allahın Peyğəmbəri(s): «Ümmətim üçün üç şeydən – (Haqqı və ya haqq yolu) tanıyandan sonra azğınlığa düşməkdən, azdırıcı fitnələrdən, qarınqululuq və şəhvətpərəstlikdən qorxuram.» (Əmali-Tusi, səh.157, hədis 263.)
Allah razi olsun

HaYaliM

  • 15 sentyabr 2011 20:25
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
Allah razi olsun ..deyerli yaziya göre minnetdaram

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

only-girl

  • 15 sentyabr 2011 19:45
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Cilent_M.Q

  • 15 sentyabr 2011 19:37
  • Məqalə: 87
  • Şərh: 2628
  • Bal:
{awards}
Allah razi olsun muellifden bele deyerli xebere gore, eziyet ceken elleriniz var olsun

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 14
Cəmi: 34

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}