İmam Səccad (ə)

 
İmam Səccad (ə)

İmam Səccad (ə)

139. O Həzrətin imaməti.
503. İmam Baqir (ə): «Elə ki, Hüseyn ibn Əlinin (ə) şəhadəti yaxınlaşdı, böyük qızı Fatimə binti Hüseyni (ə) çağırdı ona bağlı bir yazı və açıq bir vəsiyyətnamə verdi.
Əli ibn Hüseyn elə qarın ağrısına düçar olmuşdu ki, sağ qalmasını güman etmirdilər.
Fatimə həmin yazını Əli ibn Hüseynə (ə) verdi. And olsun Allaha ki, həmin yazı sonra bizə çatdı. ….
And olsun Allaha ki, Adəm yaranandan dünyanın sonuna kimi Adəm övladlarının ehtiyacı olan hər bir şey həmin yazıda mövcuddur.» (əl-Kafi, c.1, səh.303, hədis 1)

140. İmam Zeynəlabidinin(ə) məqamı.
504. Allahın Peyğəmbəri(s): «Qiyamət günü bir carçı car çəkəcək ki:
«Hardadır Zeynəlabidin ( yəni abidlərin zinəti)? Mən onda görəcəm ki, oğlum Əli ibn Hüseyn ibn Əli ibn əbu Talib (qabağa çıxmaq üçün) sıraları yarır.» (Biharul-Ənvar, c.46, səh.3, hədis 1)

505. İmam Baqir (ə):
«O (yəni imam Zeynəlabidin (ə)) Mədinənin yüz yoxsul ailəsinə başçılıq edirdi və yetimlərin, yoxsulların və aciz şəxslərin, həmçinin zavallı fəqirlərin onun süfrəsində oturmalarını sevərdi.
O öz əli ilə onlara yemək gətirərdi və əgər onlardan ailəli olanı olsaydı, Həzrət öz yeməyindən onun ailəsi üçün aparardı.
Yediyi hər bir yeməkdən əvvəl sədəqə verər, ondan sonra yeyərdi.» (Mənqib ibn Şəhr Aşub, c.4, səh.154)

506. İmam Baqir (ə): «Əli ibn Hüseyn öz malını iki dəfə Allah ilə böldü.» (Hilyətul-övliya, c.3, səh.140)

507. İmam Sadiq (ə): «Atam buyurardı ki: «Əli ibn Hüseyn namaz qılanda ağac gövdəsinə oxşayırdı, küləyin tərpətdiyi hissələr istisna olmaqla qətiyyən tərpənməzdi.» (əl-Kafi, c.3, səh.300, hədis 4)

508. Təbərsi «Ə’lamul-vəra» kitabında: «Əli ibn Hüseynin (ə) kənizlərindən biri onun əlinə su tökürdü. Aftafa onun əlindən düşdü və o Həzrətin üzünü yaraladı.
Əli ibn Hüseyn başını ona tərəf qaldırdı.
Kəniz dedi: «Allah-taala buyurur: «qəzəbini udanlar…» Həzrət dedi: «Qəzəbimi uddum.»Kəniz dedi: «insanların günahlarından keçən...»
Həzrət buyurdu: «Səni bağışladım.» Kəniz dedi: «Allah yaxşılıq edənləri sevər» (Ali-İmran, ayə 134)
Həzrət buyurdu: «Get, səni Allah yolunda azad etdim.» (E’lamul-vəra, səh.2560)

509. Məhəmməd ibn Təlhə Şafii «Mətalibul-səuul» kitabında:
«Əli ibn Hüseyn öz otağında namaz qılmaqla məşğul idi və səcdə halında olarkən otaqda yanğın baş verdi.
Evdə olanlar fəryad qoparıb «ey Allahın Peyğəmbərinin balası, ey Allahın Peyğəmbərinin balası, od, od!» deyirdilər.
Amma Həzrət səcdə halında qalmaqda idi və nəhayət od söndü. Sonra ona dedilər: «Oda əhəmiyyət verməməyinizin səbəbi nə idi?» Buyurdu: «Axirət odu.» (Mətalibus-suul, səh.77)

510. Əbu Nəim «Hilyətul-övliya» kitabında: «Əli ibn Hüseyn bir dəstə adamla oturmuşdu. Birdən öz evindən kiminsə ölümündən xəbər verən bir arvad səsi eşitdi. Durub öz evinə getdi və sonra həmin məclisə qayıtdı.
Orada olanlar dedilər: « Nəsə bir hadisə baş vermişdi? Buyurdu: « Bəli. Həmin dəstə o Həzrətə baş sağlığı verdi və onun səbrliliyindən heyrətləndi.»
O Həzrət buyurdu: «Biz bir nəsilik ki, sevdiyimiz işlərdə Allaha itaətkar və təslimik, xoşəgəlməz işlərdə Ona şükr edən!» (Hilytul-övliya, c.3, səh.138)

İmam Səccad (ə)


Geri dön

Ay Üzlü

  • 16 sentyabr 2011 01:47
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
Allah razi olsun

_C.Ronaldo_

  • 15 sentyabr 2011 22:24
  • Məqalə: 29
  • Şərh: 188
  • Bal:
{awards}
Allah razı olsun təşəkkür edirəm.

--------------------
....All right....I love you.....LeGeNd.Az....

Vasif777

  • 15 sentyabr 2011 22:13
  • Məqalə: 58
  • Şərh: 297
  • Bal:
{awards}
coxxxxx sag olun ..... heqiqeten deyerli idi....opurem yazan ellerden....

--------------------
Eline,Diline ve Beline sahib ol !!!
Hezreti Ali

Cilent_M.Q

  • 15 sentyabr 2011 21:50
  • Məqalə: 87
  • Şərh: 2628
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

HaYaliM

  • 15 sentyabr 2011 21:36
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

..:MeleK kiz:..

  • 15 sentyabr 2011 21:14
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
cox sagolun allah razi olsun

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 17
Cəmi: 37

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}