Arzu

 
Arzu

Arzu

75. Arzu.
296. Allahın Peyğəmbəri(s): «Mənim ümmətim üçün arzu rəhmətdir. Əgər arzu olmasaydı heç bir ana öz övladına süd verməzdi və heç bir bağban ağac əkməzdi.» (Biharul-Ənvar, c.77, səh.173, hədis 8)

297. İmam Əli (ə): «Arzu həmdəm dostdur.» (Ğurərul-Hikəm, hədis 1042)

298. Tənbihul-xəvatir: «İsa (ə) oturmuşdu və bir qoca kişi bel ilə yeri şumlayırdı. İsa (ə) dedi: «İlahi, (ümid və) arzunu ondan al.
Elə həmin an o qoca beli kənara atdı və uzandı. Bir saat keçəndən sonra İsa dedi: « İlahi, arzunu ona qaytar. Qoca dərhal ayağa qalxdı və işləməyə başladı.» (Tənbihul-Xəvatir, c.1, səh. 272)

Arzu

76. Arzuların sonu yoxdur.
299. Allahın Peyğəmbəri(s): «Sabah sağ qalmasını arzulayan kəs, əbədi yaşamağı arzulayır.» (Biharul-Ənvar, c.73, səh.168, hədis 31)

300. İmam Əli (ə): «Arzunun sonu yoxdur.» (Ğurərul-Hikəm, hədis 1010)

301. İmam Əli (ə): «Arzular bitib-tükənməzdir.» (Ğurərul-Hikəm, hədis 639)

Arzu

77. Puç və batil arzulardan çəkindirmələr.

Qur’an:
«Qoy kafirlər hələ yeyib-içsinlər, ləzzət alsınlar, arzuları-ümidləri başlarını qatsın, tezliklə biləcəklər.» (Hicr, ayə 3)

Hədis:
302. İmam Əli (ə): «Puç və batil arzudan çəkinin. Çünki, çoxları sabahın arzusunda olub, amma sabaha çıxa bilməyib və çoxlarına gecənin əvvəlində qibtə edir, lakin axırında onun halına ağlayırlar.» (Ğurərul-Hikəm, hədis 2572)

303. İmam Əli (ə): «Arzu ilğım kimidir, onu görəni aldadır və ümid bağlayanı məyus edir.» (Ğurərul-Hikəm, hədis 1896)

304. İmam Əli (ə): «Arzular bəsirətin gözlərini kor edir.» (Ğurərul-Hikəm, hədis 1375)

305. İmam Əli (ə): «Arzu şeytanın qafillərin qəlblərinə hakim olma amilidir.» (Ğurərul-Hikəm, hədis 1828)

306. İmam Əli (ə): «Arzunun nəticəsi işin puç olmasıdır.» (Ğurərul-Hikəm, hədis 4641)

307. İmam Əli (ə):
«Arzı qəlbi unutqanlığa çəkir, yalan vəd verir, çoxlu qəflət və xəbərsizlik gətirir, əfsus və həsrətlə nəticələnir.» (Biharul-Ənvar, c.78, səh.35, hədis 117)

308. İmam Əli (ə): «Arzu ağlı aradan götürür, yalan vəd verir, qafilliyə həvəsləndirir, əfsus və həsrətlə nəticələnir. Odur ki, arzunu yalan hesab edin. Çünki o aldadandır və arzusu olan şəxs isə aldanmış və günahkar!» (Biharul-Ənvar, c.77, səh.293, hədis 2)

309. İmam Sadiq (ə): «Nə çox nemət ki, Allah onu bəndəyə arzulamadan verib.
Nə çoxdur o kəslər ki, bir şeyin arzusunda olublar, amma onlar üçün başqa şey seçilib.» (Biharul-Ənvar, c.71, səh.152, hədis 55)

Arzu

78. Arzu və əcəl.
310. Tənbihul-xəvatir: «Nəql edilib ki, Allahın Peyğəmbəri(s) üç dənə çubuq götürdü və onların birini öz qarşısında yerə batırdı, digərini öz kənarında, üçüncüsünü isə uzaqda basdırdı və sonra buyurdu:«Bilirsiniz bunlar nədir?»
Dedilər: «Allah və Onun Peyğəmbəri daha yaxşı bilir.»
Buyurdu: «Bu insandır, bu əcəl və o birisi isə arzudur.
Adəm övladı onun arxasınca gedir, amma əcəl gəlib çatır və o, arzusuna çatmır.» (Tənbihul-Xəvatir, c.1, səh.272)

311. İmam Əli (ə): «Əgər insan əcəli və onun insana tərəf tələsməsini görsə, arzuya nifrət edər.» (Biharul-Ənvar, c.73, səh.95, hədis 79)

312. İmam Əli (ə): «Arzu əcəli (insanın) yad(ın)dan çıxarar.» (Ğurərul-Hikəm, hədis 874)

313. İmam Əli (ə):
« (İnsana) ən yaxın şey əcəl və ölüm, ən uzaq şey isə arzudur.» (Ğurərul-Hikəm, hədis 2920+2921)

314. İmam Əli (ə): «İnsanın əcəli çatmayınca onun nəfsi arzusuz olmaz.» (Ğurərul-Hikəm, hədis 10844)

315. İmam Əli (ə): «Bilin! Siz, arxasında əcəl olan arzunun mühasirəsindəsiniz. Buna görə də kim əcəli çatmamış arzu günündə iş görsə işi ona xeyir verər və əcəli ona ziyan vurmaz.» (Biharul-Ənvar, c.77, səh.333,hədis 21)

316. İmam Kazim (ə): «Əgər əcəllər (hər bir kəsin ömür müddəti) məlum olsa arzular rüsvay və bərbad olar.» (Ə’lamud-Din, səh.305)

Arzu

79. Uzun arzunun nəticələri.
317. əl-Kafi: «Allah Musaya xitab edərək buyurdu: «Ey Musa! Dünyada uzun arzular etmə ki, qəlbin bərkiyər və qəlbi bərk olan insan Məndən uzaqdır.» (əl-Kafi, c.2, səh.329, hədis 1)

318. İmam Əli (ə): «Kimin arzusu uzun-uzadı olsa, əməli az və qısa olar.» (Biharul-Ənvar, c.77, səh.421, hədis 40)

319. İmam Əli (ə):
«Uzun arzu axirəti insanın yadından çıxarır.» (əl-Kafi, c.2, səh.336, hədis 3)

Arzu

80. Qısa arzu.
320. Allahın Peyğəmbəri(s) İbn Məs’uda buyurdu: «Arzunu qısa et və səhər açılanda de: «Mən axşama çıxmayacağam və axşam düşəndə de: «Səhərə kimi sağ qalmayacağam. Dünyadan ayrılacağına ciddi hazırlaş və Allaha qovuşmağı sev.» (Biharul-Ənvar, c.77, səh.101, hədis 1)

321. İmam Əli (ə): «Dostlardan ayrılacağına, torpağın üstündə yatacağına, qarşısında hesab olacağına, özündən sonra yerdə qoyub getdiklərinin onun işinə yaramayacağına və qarşıya göndərdiklərinə möhtac olduğuna yəqin edən kəs arzunu qısa etməyə və əməl dairəsini uzun etməyə daha layiqdir.» (Biharul-Ənvar, c.73, səh.167, hədis 31)

322. İmam Baqir (ə): «Arzunu qısaltmaqla dünyadan ( axirət üçün) azuqə götür.» (Tuhəful-Uqul, səh.286)

Arzu

81. Allahdan başqasına ümid bağlamaq olmaz.
323. «Allahın Peyğəmbəri(s): «Allah-taala: «Şübhəsiz Məndən başqasına ümid bağlamış hər bir möminin ümidini onu məyus etməklə qıraram.» (səhifətur-Rza, səh.276, hədis 20)

324. İmam Əli (ə): «Kim insana ümid bağlasa ona tə’zim edib və onu böyük bilib.» (Biharul-Ənvar, c.78, səh.79, hədis 61)

Arzu



Geri dön

sevgi meleyim

  • 16 sentyabr 2011 14:50
  • Məqalə: 25
  • Şərh: 1625
  • Bal:
tewekkurler xeber ucun

--------------------
Gedene Uzulme.Sevseydi Getmezdi...Gelene Sevinme,O da Bawqasindan Gelib..

Delya_91

  • 16 sentyabr 2011 13:25
  • Məqalə: 319
  • Şərh: 5295
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

PELIN_ATABAY

  • 16 sentyabr 2011 08:46
  • Məqalə: 86
  • Şərh: 1637
  • Bal:
{awards}
аллах рази олсун

--------------------

Ay Üzlü

  • 16 sentyabr 2011 01:43
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
mam Əli (ə): «İnsanın əcəli çatmayınca onun nəfsi arzusuz olmaz.» (Ğurərul-Hikəm, hədis 10844)
Allah razi olsun

ASMIYA

  • 15 sentyabr 2011 23:49
  • Məqalə: 107
  • Şərh: 1534
  • Bal:
{awards}
ELINIZ-QOLUNUZ VAR OLSUN. ELBETTE KI, GOZEL YAZIDIR.

--------------------


RADUQA

  • 15 sentyabr 2011 22:40
  • Məqalə: 17
  • Şərh: 638
  • Bal:
{awards}
Tewekkurler size..Arzusuz yawamaq olmaz...arzudan arzu doqur...Allah her kesi xow arzusuna catdirsin.

--------------------
MENI OZUNE BENZETDIN.....AMMA OZUN SANMADIN ....!!!!!!!

Cilent_M.Q

  • 15 sentyabr 2011 22:35
  • Məqalə: 87
  • Şərh: 2628
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN...

--------------------

... Deryam ...

  • 15 sentyabr 2011 22:34
  • Məqalə: 272
  • Şərh: 4680
  • Bal:
{awards}
imam Baqir(e)Arzunu qisaltmaqla dunyadan(axiret ucun)azuqe gotur.
Allah razi olsun .

--------------------

HaYaliM

  • 15 sentyabr 2011 22:33
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 37
Cəmi: 54

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}