Peyğəmbərin (s.ə.v.) nümunəvi şəxsiyyəti

 
Peyğəmbərin (s.ə.v.) nümunəvi şəxsiyyəti

Hər hansı bir insanın hərəkətləri, yerinə yetirdikləri və imtina etdikləri onun ağlının göstəricisi, qəlbinin qabiliyyət açarıdır: Əbu Bəkr əs-Siddiqin -radiyallahu anh- qızı, möminlərin anası Aişə -radiyallahu anhə- Peyğəmbərin -səllallahu aleyhi və səlləm- əxlaqına ən yaxından bələd olan, onun həyatını ən incəliyinə qədər nəql edən insandır. Çünki Peyğəmbər (s.ə.v.) yatarkən, oyaq olarkən, sağlam və ya xəstə olduğu zaman, sakit və ya əsəbi olduğu zaman ona çox yaxın olmuşdur... Möminlərin anası Aişə –radiyallahu anhə- deyir ki: "Rəsulullah (s.ə.v.) nə bir pis söz deyir, nə pis iş görür, nə də bu əməllərə meyl göstərirdi. Dükan-bazarda yüksək səslə danışmaz, pisliyə pisliklə ca­vab verməz, əksinə, əfv edib bağışlayardı" (Əhməd).

Peyğəmbərin (s.ə.v.) nümunəvi şəxsiyyəti

Beləliklə, ilahi tərəfindən bir rəhmət və çox böyük bir nemət olan bu ümmətin Peyğəmbərinin (s.ə.v.) əxlaqı bu idi. Nəvəsi Hüseyn -radiyallahu anh- bizə onun nümunəvi əxlaqını bu sözləri ilə qismən də olsa belə nəql edir: "Mən atamdan Peyğəmbərin (s.ə.v.) oturub-durduğu insanlarla necə rəftar etməsi haqqında soruşdum. O, bu cavabı verdi: "Peyğəmbər (s.ə.v.) daim gülərüz idi. Mülayim xasiyyətli, başqalarına qarşı sərt rəftar etməyən insan idi. Kobud, sərt, çığır-bağır salan bir insan olmadığı üçün nə kimsəni təhqir etməzdi, nə də xəsis deyildi. Xoşlamadığı bir şey gördüyü zaman özünü görməməzliyə vurar, ondan bir şey istəyən insanı ümidsiz buraxmaz, ümidini bo­şa çıxarmazdı.

Peyğəmbərin (s.ə.v.) nümunəvi şəxsiyyəti

Öz nəfsi ilə bağlı bu üç cəhətdən imtina etmişdi: riyakarlıqdan, çox şeyi tələb etməkdən və onu maraqlandırmayan şeylər­dən. İnsanlarla bağlı da bu üç cəhətdən imtina etmişdi: heç kimə nifrət etməz, heç kimi təhqir etməz, onun qüsurunu üzə çıxarmazdı. Savab əldə etməyə ümid bəsləmədiyi halda danışmazdı. O, danışdığı zaman onun ətrafında oturanlar başlarının üzərində sanki quş var­mış kimi sakit və hərəkətsiz oturar, başlarını önlərinə əyərdilər. Yalnız o, susduğu zaman başqaları danışardı. Onun yanında biri digəri­nin sözünü kəsməzdi. Yanında danışan adamı sözünü bitirənə qədər dinləyərdi. Danışanlar arasında ilk danışmağa başlayanı dinləyərdi. İnsanların güldüyünə o da gülər, təəccüb etdiyinə o da heyrətlənərdi.

Peyğəmbərin (s.ə.v.) nümunəvi şəxsiyyəti

Yad insanların danışıqlarındakı və suallarındakı kobudluğa dözərdi. Hətta səhabələri də onun gəlməsini (Peyğəmbərə (s.ə.v.) bilmədikləri haqqında sual verməyini) istəyirdilər. O, "Bir insanın bir şeyə ehti­yacı olduğunu görsəniz, siz də ona kömək edin" deyərdi. Ona bir yaxşılıq etdiyi üçün həmin insana mükafat və əvəz vermək məqsədilə onu tərifləyənlərdən başqa digər tərifləri qəbul etməzdi. Həddi aşmayan bir kimsənin sözünü kəsməzdi. Əgər həmin insan həddi aşardı­sa, sözünü saxlamasının lazımlılığını deyir və ya durub getməklə danışığını kəsirdi" (Tirmizi).

Peyğəmbərin (s.ə.v.) nümunəvi şəxsiyyəti

Bu ümmətin Peyğəmbərinin (s.ə.v.) bir-birinin ardınca sıralanan gözəl xüsusiyyətləri və xarakterləri haqqında yaxşıca düşünək... Biz də bunların ardınca (onlara sahib olmaq məqsədilə) gedək və bu xüsusiyyətləri mənimsəmək məqsədilə öz nəfsimizlə mübarizə aparaq. Çünki bütün xeyirlər məhz bundadır.

Peyğəmbərin (s.ə.v.) nümunəvi şəxsiyyəti

Peyğəmbərin (s.ə.v.) nümunəvi xarakterlərindən biri də məclisdə oturanlara öz dinini öyrətməsi idi... Bu haqda o, belə buyurmuşdur: "Kim Allahdan başqasına şərik qoşaraq ölərsə, cəhənnəmə daxil olar" (Buxari). Peyğəmbərin (s.ə.v.) buyurduğu söz də həmin qəbildən­dir: "Əsl müsəlman müsəlmanlara dili və əli ilə zərər verməyən insan, mühacir isə Allahın qadağan etdiklərindən uzaq olan insandır" (Bu­xari və Müslim).

Peyğəmbərin (s.ə.v.) nümunəvi şəxsiyyəti

Yenə də Peyğəmbər (s.ə.v.) bununla bağlı belə buyurmuşdur: "Qaranlıqda məscidlərə gedən insanlara qiyamət günündə əskiksiz nura qərq olacaqları müjdəsini verin" (Tirmizi və Əbu Davud).
Başqa bir hədisində isə belə buyurur: "Müşriklərə qarşı mallarınız, canlarınız və dillərinizlə cihad edin" (Əbu Davud).
Yenə də Peyğəmbərimizin (s.ə.v.) belə buyurduğu rəvayət edilmişdir: "Bəndə bəzən düşünmədən dediyi sözə görə şərq və qərb arasın­dakı məsafədən də böyük bir məsafə qədər cəhənnəmdə aşağıya enər" (Buxari və Müslim).

Peyğəmbərin (s.ə.v.) nümunəvi şəxsiyyəti

Başqa bir hədisində isə belə buyurur: "Mən lənət oxuyan bir insan kimi göndərilmədim, əksinə, rəhmət olaraq göndərildim" (Müslim).
Ömərdən -radiyallahu anh- edilən rəvayətə görə, Rəsulullah (s.ə.v.) belə buyurmuşdur: "Xristianların Məryəm oğlunu tərifdə həddi aş­dıqları kimi siz də məni tərifləməkdə həddi aşmayın" (Buxari və Müslim).

Peyğəmbərin (s.ə.v.) nümunəvi şəxsiyyəti

Cundub ibn Abdullahın belə dediyi rəvayət edilmişdir: "Mən Peyğəmbərin (s.ə.v.) vəfatından beş gün əvvəl belə buyurduğunu eşitdim: "Mənim aranızda bir xəlilimin (yaxın dostumun) olmadığını Allaha bildirirəm. Çünki şübhəsiz ki, Allah İbrahimi yaxın dost qəbul etdiyi kimi məni də Özünə dost olaraq qəbul etmişdir. Və əgər ümmətim arasından özümə yaxın dost seçməli olsaydım, Əbu Bəkri seçərdim. Diq­qətli olun, sizdən əvvəlkilər peyğəmbərlərinin qəbirlərini məscidə çevirmişdilər. Diqqətli olun, qəbirləri məscidə çevirməyin. Mən sizə bu­nu qadağan edirəm" (Müslim).
Buna görə də içərisində qəbir və ya qəbirlər olan məscidlərdə namaz qılmaq şirkə səbəb olan bir yoldur və əsla doğru deyildir".


Geri dön

_WITH YOU_

  • 17 sentyabr 2011 09:14
  • Məqalə: 1
  • Şərh: 505
  • Bal:
tşk.......

Ay Üzlü

  • 16 sentyabr 2011 19:51
  • Məqalə: 395
  • Şərh: 6067
  • Bal:
{awards}
Allah razi olsun bacim senden

sevinc13

  • 16 sentyabr 2011 18:51
  • Məqalə: 2
  • Şərh: 392
  • Bal:
{awards}
wink ALLAHhttp://legend.az/templates/legend/bbcodes/emo
.gif RAZI QALSIN wink

Cilent_M.Q

  • 16 sentyabr 2011 18:23
  • Məqalə: 87
  • Şərh: 2580
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

only-girl

  • 16 sentyabr 2011 17:07
  • Məqalə: 1002
  • Şərh: 5000
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------

sevgi meleyim

  • 16 sentyabr 2011 17:02
  • Məqalə: 25
  • Şərh: 1595
  • Bal:
{awards}
twk ilk serh menden allah razi olsun

--------------------
Gedene Uzulme.Sevseydi Getmezdi...Gelene Sevinme,O da Bawqasindan Gelib..
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 53
Cəmi: 69

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 40
Cəmi: 630
 
MiSS HaPPy)
Xəbərləri: 38
Cəmi: 69
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 34
Cəmi: 50
 
Arzu_zadeh
Xəbərləri: 31
Cəmi: 167
 
♔Hе важно∞
Xəbərləri: 26
Cəmi: 141
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
nevroz
Xəbərləri: 6
Cəmi: 181
 
 
{slinks}