Başqalarının şərəf və ləyaqətini qorumaq

 
Başqalarının şərəf və ləyaqətini qorumaq

Ən dəyərli məclislər elm və zikr məclisləridir. Bəs Adəm övladlarının ən seçilmişi, bu ümmətin müəllimi hədisləri, öyrətməsi və istiqamət­ləndirməsi ilə məclisin başında olarsa, bu hadisəni necə qiymətləndirmək olar? O, iştirak etdiyi məclisin saflığının, Peyğəmbərin (s.ə.v.) qəlbinin təmizliyinin bir nəticəsi olaraq səhv edənin səhvini düzəldir, bilməyənə öyrədir, qəflətdə olana xəbərdarlıq edir, həmin məclisdə xeyirdən başqa heç bir şeyi qəbul etmirdi... Əgər danışan bir insanı dinləyirsə, bu vaxt qeybət edilməsini qəbul etməz, söz gəzdirməyə və ya hər hansı bir iftiraya razı olmazdı. Buradan da Peyğəmbərin (s.ə.v.) başqalarının şərəf və ləyaqətini qoruduğunu görürük.

Başqalarının şərəf və ləyaqətini qorumaq

İtban ibn Malikin -radiyallahu anh- belə dediyi rəvayət edilmişdir: "Peyğəmbər (s.ə.v.) namaza durmaq istədi. "Malik ibn əd-Duhşum ha­radadır" deyə soruşdu. Bir adam: "O, Allahı və Rəsulunu sevməyən bir insandır" dedi. Peyğəmbər (s.ə.v.) belə buyurdu: "Xeyr, belə et­mə! Onun Allah rizasını ümid edərək "lə iləhə illəllah" deməsini görmürsənmi? Şübhəsiz ki, Allah Onun rizasına ümid edərək "lə iləhə il­ləllah" deyən insana cəhənnəm odunu haram etmişdir" (Buxari və Müslim).

Başqalarının şərəf və ləyaqətini qorumaq

Peyğəmbər (s.ə.v.) yalan şahidlikdən və birinin haqlarını tapdalayıb onu başqalarına verməkdən də çox çəkindirirdi.

Başqalarının şərəf və ləyaqətini qorumaq

Əbu Bəkrin -radiyallahu anh- belə dediyi rəvayət edilmişdir: "Rəsulullah (s.ə.v.) buyurdu ki: "Sizə ən böyük günahın nə olduğunu deyim­mi?" Biz: "De, ey Allahın Rəsulu" dedik. Belə buyurdu: "Allaha şərik qoşmaq və ata-anaya qarşı çıxmaq". Bu vaxt söykənmiş olduğu hal­da oturdu və belə davam etdi: "Diqqət edin, bir də yalandan şahidlik etmək". Bu sözləri o qədər təkrarladı ki, "kaş susaydı" deyə daxili­mizdən bir hiss keçirdik" (Buxari və Müslim).

Başqalarının şərəf və ləyaqətini qorumaq

Rəsullulah (s.ə.v.) möminlərin anası olan Aişəyə -radiyallahu anhə- qarşı hədsiz sevgi bəsləməsinə baxmayaraq onun qeybət etməsini pis qarşılamış və ona qeybətin nə qədər böyük bir təhlükə olduğunu izah etmişdir... Aişənin -radiyallahu anhə- belə dediyi rəvayət edil­mişdir: "Peyğəmbərə (s.ə.v.) "Səfiyyənin belə-belə olması kifayətdir" dedim. "Ravilərin birisi onun qısaboylu olduğunu nəzərdə tutmuş­du" deyə izah etdi. Peyğəmbər (s.ə.v.) belə buyurdu: "Sən elə bir söz dedin ki, əgər o, dəniz suyuna qarışsaydı, onun hər yerini bulandı­rardı" (Əbu Davud).

Başqalarının şərəf və ləyaqətini qorumaq

Peyğəmbər (s.ə.v.) qardaşlarının namusunu, şərəf və ləyaqətini qoruyan insanlara müjdə verərək belə buyurmuşdur: "Kim qeybəti edi­lən qardaşının şərəf və ləyaqətini qoruyarsa, Allah da həmin insanı cəhənnəm odundan qoruyar" (Əhməd).


Geri dön

_WITH YOU_

  • 17 sentyabr 2011 09:15
  • Məqalə: 1
  • Şərh: 588
  • Bal:
tşk.........

... Deryam ...

  • 16 sentyabr 2011 20:40
  • Məqalə: 272
  • Şərh: 4682
  • Bal:
{awards}
ALLAH HER BİRİMİZİ ŞEYTANIN ŞƏRİNNƏN QORUSUN ......

--------------------

Cilent_M.Q

  • 16 sentyabr 2011 18:25
  • Məqalə: 87
  • Şərh: 2628
  • Bal:
{awards}
yene ilk werh menden Allah razi olsun

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 23
Cəmi: 37

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 8
Cəmi: 411
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 349
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 1
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}