Peyğəmbər evində

 
Peyğəmbər evində

İnsanın gözəl əxlaqını, yüksək ədəbini, xoş güzəranını, həyat tərzini və təmiz ruhunu aydın şəkildə bildirən həqiqi meyar onun evidir. Çün­ki otağında, divarların arxasında onu heç bir insan görməz. Köləsi, qulluqçusu və ya xanımı ilə birlikdə olduğu zaman xarakterinə görə sü­niliyə yol vermədən, gözəl görünmək arzusuna qapılmamaq üçün imkanı daxilində sadə hərəkət edər... Bununla yanaşı, o, bu evin həm başçısı, həm ixtiyar sahibi, həm də qadağa qoyanıdır... Əlinin altında olan bütün insanlar gücsüzdür... İndi bu ümmətin Rəsulu (s.ə.v.), başçısı və müəlliminin vəziyyətini diqqətlə izah edək. O, belə böyük vəzifədə, belə bir yüksək mərtəbədə olmaqla yanaşı evində necə idi?

Aişə -radiyallahu anhə-ya belə bir sual verdilər: "Rəsulullah (s.ə.v.) evində nə edirdi?" Belə cavab verdi: "O da adi insanlardan biri idi. Paltarını təmizləyər, qoyununu öz əli ilə sağar, öz işini özü görərdi" (Əhməd və Tirmizi "Şəmail"də rəvayət etmişlər).
O uca Peyğəmbər (s.ə.v.) sadəliyin və təkəbbür göstərməməyin, lovğalanmamağın, başqalarına yük olmamağın nümunəsi idi. Onun (s.ə.v.) insanlarla münasibəti çox gözəl, qarşılıqlı yardımlaşması çox yüksək səviyyədə idi. İslam dininin nurunun parıldadığı o mübarək evdə qarnını doyurmaq üçün bir şey tapmayan Adəm oğullarından ən üstünü heç belə edərdimi?
Numan ibn Bəşir -radiyallahu anh- Rəsulullahdan -səllallahu aleyhi və səlləm- -qüsursuz dua və ən təmiz salamlar onun üzərinə olsun- bəhs edərkən bunları deyir: "And olsun ki, mən Peyğəmbərimizi hətta qarnını doyuracaq qədər adi xurma tapmadığını da gördüm" (Müs­lim).
Aişə -radiyallahu anhə- dedi ki: "Biz, Muhəmmədin xanımları hətta elə olurdu ki, bir ay müddətində (yemək bişirmək üçün) ocaq yandır­mazdıq. Bütün yeyib-içməyimiz yalnız xurma və sudan ibarət olurdu"
(Buxari).

Peyğəmbəri (s.ə.v.) Allaha ibadətdən və itaətdən çəkindirəcək, məşğul edəcək heç bir şey yox idi: o, (s.ə.v.) müəzzinin "Hayyə aləs-sa­ləh, hayyə aləl-fələh" çağırışını eşitdiyi zaman dərhal tələsir və bütün dünya işlərini bir tərəfə buraxıb namaza gedirdi.
Əsvəd ibn Yəzidin belə dediyi rəvayət edilmişdir: "Aişə -radiyallahu anhə-dan soruşdum: "Peyğəmbər (s.ə.v.) evində nə edirdi?" Belə de­di: "O, ailəsinin işlərini görürdü. Azanı eşitdiyi zaman çıxıb gedərdi""
(Müslim).

Peyğəmbərin (s.ə.v.) fərz namazını öz evində qılması tam doğru rəvayət deyil. O, bunu yalnız ölümünə səbəb olan xəstəliyi ağırlaşdığı və hərarəti yüksəlib evdən bayıra çıxa bilmədiyi istisna hallarda etmişdi.
O, ümmətinə olduqca mərhəmətli və şəfqətli münasibət göstərməklə yanaşı camaatla birlikdə namaz qılmayan insanlar haqqında ağır ifadələr işlədərək belə buyurmuşdu: "Öz-özümə belə fikirləşdim: "Əmr verim namaz üçün qamət gətirilsin, sonra da bir adama camaata namaz qıldırmasını əmr edim. Sonra çiynində odun şələləri olan bəzi insanlarla gedərək camaatla namaza gəlməyən adamların özləri də içində olarkən evlərini yandırım" (Buxari və Müslim).
Bunun yeganə səbəbi namazın camaatla qılınmasının əhəmiyyəti və böyüklüyüdür. Peyğəmbər -səllallahu aleyhi və səlləm- belə buyur­muşdur: "Kim azanı eşitdiyi zaman o çağırışa camaatla birlikdə gəlməzsə - müstəsna vəziyyətlər xaricində - o insanın namazı ol­maz"
(İbn Macə, İbn Hibban).

Buradakı müstəsna hal isə qorxu və ya xəstəlikdir.
Bu gün xanımlarının yanında namaz qılıb məscidlərə gəlməyənlər hara, xəstəlik və ya qorxu səbəbi hara?

Peyğəmbər evində


Geri dön

Vasif777

  • 16 sentyabr 2011 15:41
  • Məqalə: 58
  • Şərh: 297
  • Bal:
bunu bir ozun oxumusan??????????
namaz qılmayan insanlar haqqında ağır ifadələr işlədərək belə buyurmuşdu: "Öz-özümə belə fikirləşdim: "Əmr verim namaz üçün qamət gətirilsin, sonra da bir adama camaata namaz qıldırmasını əmr edim. Sonra çiynində odun şələləri olan bəzi insanlarla gedərək camaatla namaza gəlməyən adamların özləri də içində olarkən evlərini yandırım" (Buxari və Müslim).

--------------------
Eline,Diline ve Beline sahib ol !!!
Hezreti Ali

Zaurcik2011

  • 16 sentyabr 2011 15:06
  • Məqalə: 77
  • Şərh: 1796
  • Bal:
{awards}
Allah razi olsun.deyerli xeberdir

--------------------

"Mənə nifrət edənlərə nifrət edəcək qədər vaxtım yoxdur.
Çünki mən, məni sevənləri sevməklə məşğulam."

Ay Üzlü

  • 16 sentyabr 2011 12:10
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
Tewekkurler gozel bacim
ellerin ded gormesin her zaman bele gozel xeberler qoyasan cox sag ol

sirli_oglan

  • 16 sentyabr 2011 11:38
  • Məqalə: 1
  • Şərh: 22
  • Bal:
{awards}
allah komeyiniz olsun gozel sozler var

--------------------
???

... Deryam ...

  • 16 sentyabr 2011 10:49
  • Məqalə: 273
  • Şərh: 4680
  • Bal:
{awards}
Deyerli ve gozel xeberdi.
Allah razi olsun !

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 19
Cəmi: 34

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}