Hədisin islam dinindəki rolu

 
Hədisin islam dinindəki rolu

İslam dininin inkişafında və onun qısa bir zamanda bütün Ərəb ölkəsində yayılmasında hədis və sünnətin çox böyük rolu var.
Bildiyimiz kimi, ilk İslam Dövləti, 622-ci ildə Məkkədən Mədinəyə müsəlmanların hicrətindən sonra qurulmuşdur. Lakin İslam dövləti qurulduğu ilk illərdə Mədinənin yalnız bir hissəsində iqtidar sahibi idi; digər hissələrində müşrik ərəblər və yəhudilər yaşayırdı. Quran Mədinədə yeni bir dövlətin təməllərini yüksəldərkən, Ərəb bölgələrində hələ də cahiliyyə dövlətinin adət və ənənələri hökm sürürdü. Onların heç bir hökümətləri, heç bir mərkəzləri yox idi; tayfalar halında yaşayırdılar. Bu tayfalar da bir müddət sonra qəbilələrdən ayrıldığı üçün aralarında yalnız qan bağı və bir də qohumluq bağları var idi.

Hədisin islam dinindəki rolu

Məkkədə İslamiyyətin doğuşu və Mədinədə yeni bir İslam Dövlətinin qurulması, o zamana qədər bədəvi həyatı yaşayan və sonra müsəlman olan qəbilələri yeni bir həyat sisteminə bağladı. Bir tərəfdən evlənmək (izdivac), boşanmaq (talaq), ticarət (beyi), öldürmək (qətl), oğurluq (sirkat) və bir çox başqa məsələlərdə İslam cəmiyyətinin hərəkət xətti təyin edilərkən, digər tərəfdən, Məkkədə qısaca təmas edilmiş olan etiqad və əmələ aid dini məsələlər yenidən araşdırılmış və təyin edilmişdir.
Müsəlmanlar bu yeni sistemə çox tez alışmışdılar. Bu uyğunlaşma qısa bir zaman içərisində o qədər sürətli olmuşdur ki, bu gün belə buna heyrət etməmək mümkün deyil. Bununla yanaşı olaraq bu uyğunlaşmanın səbəbini, İslamiyyətin, o günün insanına aşıladığı ruh ilə, o insanın bu Dinə olan bağlılığında və bu bağlılığın səmimiyyətində axtarmaq lazımdır.

Hədisin islam dinindəki rolu

Çünkü bir qız uşağı dünyaya gətirməyin başıaşağılıq olduğu, qanuni ailə bağının qoparılıb atıldığı, içki, qumar və faizin fərdlərin şəxsiyyətini istismar etdiyi bir cəmiyyətin, belə sürətli dönüş edərək çox qısa bir zamanda ölkələri fəth edəcək mənlik qazanmasını izah edəcək başqa səbəblər tapmaq mümkün deyil. Yeni qurulan bu dövlətin hüdudları çox az zaman ərzində, bir tərəfdən Şimali Afrika sərhədlərini keçərək Endəlüsə, digər tərəfdən Ceyhun və Mavəraun çayına, o biri tərəfdən Bombey və Deybilə, başqa tərəfdən Erməniyə və daha da irəliyə qədər uzanmışdır. Bu qədər dar zaman çərçivəsində, onlara belə bir fəth imkanı hazırlayan qüvvə imandan başqa nə ola bilərdi ki? Rumlular və fürslilər kimi hərb sənətini bilmirdilər; həm də onlar kimi fərqli növdən olan silahlara və böyük ordulara sahib də deyildilər. Bəlkə də bildikləri yeganə bir şey köçəri halında yaşayarkən bir-birlərinə hücum etmək, bir – birlərinin heyvanlarını oğurlamaq idi; qısacası qarətçilik. Əgər bunlar bir növ cahiliyyə ərəblərinin sənəti sayıla bilərsə, əlbəttə ki, belə bir sənətlə ölkələr fəth etmək mümkün deyildi.

Bütün bunlar bir tərəfə, başqa bir tərəfdə də müsəlmanları fəthlərə sövq edən, onları müvəffəq edən bir iman var idi və bu iman iki qaynaqda fışqırırdı: Kitab və Sünnət.
Bildiyimiz kimi, Kitab, Allah tərəfindən Həzrəti Peyğəmbərə nazil olan və İslamiyyətin bütün əsaslarını ehtiva edən Qurani Kərimdir. Sünnət isə Həzrəti Peyğəmbərin kəlmələri, əməlləri və tələb və təklifləridir.

Hədisin islam dinindəki rolu

Səhabə, Həzrəti Peyğəmbər dövründə İslam dininə aid olan məsələləri, Qurani Kərimdən Həzrəti Peyğəmbər vasitəsi ilə öyrənirdi. Nazil olan ayələr, çox vaxt müxtəsər, qısa söylənmiş olurdu; müsəlmanlar onları anlamaqda çətinlik çəkir və Həzrəti Peyğəmbərin yanına gələrək ayələri onlara açıqlamasını, söylənən sözün mənasını bəyan etməsini istəyirdilər. Məsələn Quran, namazın müəyyən vaxtlarda mömünlərə fərz olduğunu bildirmiş (Nisa, 102), tez-tez də müsəlmanlara namaz qılmalarını əmr etmişdir. Səhabə, bu ayələrin zahiri mənalarını anlasa da, namazı necə qılmaq lazım olduğunu, hansı vaxtlarda və neçə rükət qılacaqlarını Həzrəti Peyğəmbərdən soruşub öyrənmişdir. Həzrəti Peyğəmbər də, fərz olaraq qılınan namaz vaxtlarını beş vaxt, zöhr, əsr, işa namazlarını dörd rükət, axşam namazını 3, sübh namazının da 2 rükət olduğunu açıqlamış, namazı necə qılmaq lazım olması barəsində də imamlıq edən müsəlmanlara “mənim qıldığım kimi qılın” (Əl-Buxari, Sahih, I, 155) demişdir. Əl-Buxarinin rəvayət etdiyi bir hədisə görə, Allah Rəsulu Cəbrayılın (a.s) arxasında namaz qılaraq namazın ədəb və üsulunu ondan öyrənmişdir (Əl-Buxari, Sahih, II, 132).

Hədisin islam dinindəki rolu

Qurani – Kərim, “Ey iman edənlər! Cümə günü namaz üçün çağırıldığınızda, alış-verişi buraxaraq Allahın zikrinə tələsin” (Cumə, 9) ayəsi ilə Cümə namazını müsəlmanlara fərz qılmış, fəqət bu namazı necə qılmaq lazım olduğunu açıqlamamışdır. Həzrəti Peyğəmbər isə Cümə namazının iki rükət qılınacağını və əvvəlində xütbə söyləniləcəyini müsəlmanlara bəyan etmişdir.
Qurani Kərim bir çox yerdə müsəlmanların zəkat vermələrini bildirmişdi (Bəqərə, 43,83,110; Tövbə, 103), fəqət müsəlmanlar, hansı mallardan nə qədər vermək lazım olduğunu Həzrəti Peyğəmbərdən öyrənmişdilər. O da malların bəzisindən zəkat alınacağını, bəzisi üçün isə zəkatın vacib olmadığını açıqlamışdır. Məsələn, dəvə, qoyun və inək kimi bəzi heyvanlardan zəkat alındığı halda, yenə eyni qurupa aid olan at, eşşək və qatır kimi heyvanlardan zəkat alınmır (Əl-Buxari, Səhih, II, 120).
Qurani Kərim, imkanı olanlar üçün həcci fərz qılmış (Ali İmran, 97), Həzrəti Peyğəmbər isə, həcc vaxtını, həcc qiyafətini, təvafı, Ərəfə və Müzdəlifədəki həcc ilə bağlı əməlləri açıqlamış və müsəlmanlara, bu açıqladığı şəkillərdə həcc farizalarını ifa əmrlərini bildirmişdir.

Hədisin islam dinindəki rolu

Qurani Kərimdən buna bənzər daha bir çox misal zikr edilə bilərik; fəqət yuxarıda söylədiyimiz bəzi ayələrlə Həzrəti Peyğəmbərin bu ayələri açıqlaması, mövzunun anlaşılması üçün kifayətdir.
Həzrəti Peyğəmbər, Qurani Kərimdə qısaca olaraq zikr edilən bu ayələri, yenə ilahi əmrlə müsəlmanlara açıqlamış və açıqlanan şəkildə onların əməl etmələrini istəmişdir: “Sənə də, insanlara, onlara endiriləni açıqlayasan deyə Quranı endirdik” (Nəhl, 44). Yenə ilahi əmr, onun, insanların ixtilaf etmiş olduqları şeyləri açıqlamaq üçün və mömünlərə də hidayət və rəhmət olaraq endirildiyini bəyan etmişdir: “Biz sənə Kitabı, haqqında ixtilafa düşdükləri şeyi insanlara açıqlaman üçün və inanan kimsələrə hidayət və rəhmət olmaq üzrə endirdik.” (Nahl, 64)
Qurani-Kərim, Həzrəti Peyğəmbəri, ona endirilən ayələri müsəlmanlara təbliğ və bəyan etməklə vəzifələndirildiyi kimi, müsəlmanlara da ona uymağı və onun göstərdiyi yolu getməsini əmr etmişdir: “...Peyğəmbər sizə nəyi verirsə onu alın; sizi nədən çəkindirirsə, ondan da uzaqlaşın...” (Həşr, 7), çünki o, “...Onlara yaxşılığı əmr edər, onları pislikdən uzaqlaşdırar; onlara gözəl və təmiz olan şeyləri halal, pis və çirkin olan şeyləri də haram qılar. Ağırlıqları və zəncirləri onların üzərilərindən qaldırar...” (Əraf, 157). Bir ayədə də müsəlmanlara, Allaha və Rəsuluna itaət etməyi daha açıq bir şəkildə əmr etmişdir: “Allaha və Rəsuluna itaət edin” (Ali – İmran, 32), "Çünki kim Rəsula itaət edərsə, Allaha itaət etmiş olar...” (Nisa, 80)

Hədisin islam dinindəki rolu

Yuxarıda zikr etdiyimiz bu ayələr səhabələrin hər cür çətin məsələlərdə Həzrəti Peyğəmbərə müraciət etmələrinin vacibliyini açıqlayır. Onun istər bu çətinliklərin həllində, istərsə də səhabənin, izahına ehtiyac duyduğu bir sıra ayələrin təfsirində irəli sürdükləri fikir və bəyanlar, əvvəldə də qeyd etdiyimiz sünnətin, böyük bir külliyata dönməsinə vəsilə olmuşdur.

İlk yazılı hədislər
Səhabələr arasında hədis və sünnətin dəyəri çox tez anlaşılmışdır. Səhabə, Həzrəti Peyğəmbərdən eşitdikləri hər hansı bir sözü və ya görmüş olduqları hər hansı bir əməli öz aralarında daima müzakirə etmiş və gündəlik həyatlarını, bu söz və əməlin ifadə etdiyi mənaya uydurmağa çalışmışdılar. Onların sünnət və hədisə qarşı göstərdikləri bu münasibət Qurani Kərimlə yanaşı, İslamın ən önəmli qaynağı ilə bağlı böyük bir külliyatın yaranmasında ən böyük amil olmuşdur.
Həzrəti Peyğəmbər hələ sağ ikən yaranmağa başlayan bu külliyatın ilk səhabələrin əlində yazılı olaraq olmadığı, fəqət yaddaşlarında saxladıqları bir həqiqətdir. Bununla yanaşı onu da qeyd etmək lazımdır ki, Həzrəti Peyğəmbərdən eşidilən hər hansı bir hədisi, başqasından eşidilən bir sözlə müqayisə etməmək və ya qarışdırmamaq vacibdir.

Hədisin islam dinindəki rolu

Daha əvvəl də qeyd etdiyimiz kimi hədis və sünnət, Qurani Kərimin əmr və tövsiyələri nəticəsində ilk müsəlmanlar arasında ən yüksək mərtəbəyə ucalmışdı. Səhabələr onları öz aralarında müzakirtə və mübahisə etmək üçün yadda saxlamışdılar. Həzrəti Peyğəmbərdən hədis dinləmək və öyrənmək onlarda bir növ daxili ehtiyaca çevrilmişdi. Əl-Buxaridən nəql edilən Əbu Hureyrə hədisində, hədisə qarşı hiss edilən bu daxili ehtiyacın açıq dəlillərini görə bilirik: Əbu Hureyrə qiyamət günündə Peyğəmbərin şəfaətinə nail olacaq insanlar barəsində sual verdiyində Həzrəti Peyğəmbər: “Başqalarına nisbətlə sənin hədisə dair daha çox marağın olduğunu bildiyim üçün, bu barədə mənə ilk sual verəcək insanın da sən olacağını təxmin edirdim” demişdir. (Əl-Buxari, Səhih, I, 31; Əhməd İbn Hanbəl, Musnəd, II, 373). Şəxsən Həzrəti Peyğəmbər tərəfindən müşahidə edilən bu hədis ehtirası bəlkə də bütün səhabələrdə var idi; fəqət Əbu Hureyrədə daha çox idi. Bununla yanaşı Əbu Hureyrənin Abdullah İbn Amr haqqındakı bu etirafını da zikr etmək lazımdır: belə ki, bu etiraf hədis toplamaq baxımından ondan daha çox əzm və qeyrət göstərənlərin də olduğunu söyləməsi baxımından önəmlidir. Əbu Hureyrə bu etirafında Abdullah İbn Amrın ondan daha çox hədis bildiyini, onun hədisləri yazdığını, özünün isə yazmadığını açıqlamışdır. (Əl-Buxari, Səhih, I, 36; Əhməd İbn Hanbəl, Musnəd, II, 403; əz-Zəhəbi, Təzriqatul Huffaz, I, 42, İbn Abdi Bərr, Cami bəyanil-elm, I, 70).

Ardı var.
Hazırladı: Əlif


Geri dön

only-girl

  • 17 sentyabr 2011 13:17
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
ALLAH razi olsun

--------------------

_WITH YOU_

  • 17 sentyabr 2011 08:56
  • Məqalə: 1
  • Şərh: 588
  • Bal:
{awards}
thank you Elif

ZERiDE

  • 16 sentyabr 2011 22:32
  • Məqalə: 35
  • Şərh: 148
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN..GOZEL INSAN...

_LiLaC_

  • 16 sentyabr 2011 21:33
  • Məqalə: 0
  • Şərh: 81
  • Bal:
{awards}
ALLAH razı olsun

--------------------
Həyat - həmişə gələcəyin yalnız sənin qərarlı seçimlərindən asılı olaraq dəyişdiyi anı gözləməkdir

HaYaliM

  • 16 sentyabr 2011 20:07
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
Allah razi olsun..deyerli yazi ücün tesekkürler

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

ASMIYA

  • 16 sentyabr 2011 19:47
  • Məqalə: 107
  • Şərh: 1534
  • Bal:
{awards}
TESEKKURLER_ BU ONEMLI BILGINI VERDIYINIZ UCUN.

--------------------


..:MeleK kiz:..

  • 16 sentyabr 2011 19:27
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
cox sagol Elif

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 20
Cəmi: 40

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}