Ad gününün tarixçəsi

 
Ad gününün tarixçəsi

Hər il xüsusilə gözlədiyimiz günlərdən biri də ad günümüzdür. Həmin gün sevdiyimiz insanları qonaq çağırar, əylənər, çoxlu hədiyyə alar və ən sonda arzu tutub tortun üzərindəki şamları üfürərək söndürərik.


Bəs heç düşünmüsünüzmü, doğum günləri necə olub ki qeyd olunmağa başlayıb?
İlk doğum gününü kim edib?
Niyə tort kəsirik?
Şamlar nə məna verir?


Ad gününün tarixçəsi

Ad günü fironlara məxsusmuş.
İndi hamının qeyd etdiyi bu günü əvvəllər yalnız fironlar və onların oğlan övladları keçirirmiş. İlk ad günləri Misirdə, sonra da Babilistanda qeyd olunmağa başlayıb. Tarixdə yer alan ilk doğum günü yığıncağı Miladdan 3000 il əvvəl yaşamış bir Misir fironuna aiddir. Bu cür tədbirlərə ailə, dostlar, xidmətçilər, hətta kölələr də iştirak edirmişlər. Həmin günün şərəfinə həbsdə olanlara əfv qərarı çıxır, əsirlər sərbəst buraxılırmış.Misirlilər və farslardan yunanlara keçən doğum günü adətinə burada tort kəsmə də əlavə olunub. Ayın və ov tanrısı Artemisin yenidən doğulması şərəfinə hər ayın altıncı günü üzərində şamlar olan tortlar kəsilirmiş. Tort və şam yandırma adətini gətirmiş yunanlar sadəcə kişilərin ad gününü qeyd ediblər, hətta həmin insanlar öləndən sonra da yığıncaqlar keçiriblər. Xristianlıqdan əvvəl Romada imperatorların və əhəmiyyətli dövlət adamlarının ad günləri Senatın qərarı ilə milli bayram elan edilirmiş. Sezarın ad günü isə əsl festivala dönürmüş. Xristianlığın gəlməsi ilə bütün bu adətlər də yox olub. İlk xristianlar illərlə dünyanın zülm və sıxıntı dolu bir yer olmasına inanıblar. Ona görə də insanın dünyaya gəlməyini deyil, ölüm günü qeyd edirmişlər. Miladdan sonra 245-ci ildə din adamları Hz. İsanın doğum gününü qeyd etməyə başlasalar da, kilsə buna qarşı çıxıb və bunun fironlara məxsus bir adət olduğunu deyib. Kilsənin ad gününə münasibəti dördüncü yüz illikdən sonra dəyişib və Hz. İsanın doğum günü dekabrın 25-i "Christmas" bayramı kimi qeyd olunmağa başlayıb. Doğum gününün qadınlar və uşaqlar üçün də keçirilməsi üçün 800 il də gözləmək lazım gəlib.

Ad gününün tarixçəsi

İndiki ad günlərimizin ideyası necə yaranıb?
Avropada indiki kimi yığıncaqlar on ikinci yüz illikdən sonra başlayıb. Bundan başqa, yunanların tort kəsmə adəti artıq toylara da şamil olunmağa başlayıb. Tortun yeni evli cütlüyə bərəkət, çoxuşaqlılıq və xoşbəxtlik gətirəcəyinə inanırmışlar. Ancaq tort dedikdə, indi yediyimiz "mərtəbəli", bol kremli, bəzəkli şirniyyat ağlınıza gəlməsin. O zamanların tortu indinin "keks"i formasında olub. Bizim bildiyimiz tortlar isə 13-cü əsrdə Almaniyada meydana gəlib. Almanlar uşaqlarına indikindən də çox diqqət yetirirmişlər. Uşaqların ad günləri az qala festival kimi keçirilirmiş. Səhər sübh yeri ağarmağa başlayan vaxt uşaq yuxudan oyadılırmış. Tortun üzərindəki şamlar axşam yeməyinə qədər daim dəyişdirilib və daim yanması gözlənilirmiş. Axşam yeməyində uşaq şamları üfürərək söndürür və bayram başlayarmış. Tortun üzərində uşağın yaşından bir ədəd artıq şam qoyularmış. Bu da bir gün "sönəcək" həyatın işığını göstərirmiş. Uşağa həmin gün çoxlu hədiyyələr gələr, ən sevdiyi yeməklər bişirilərmiş. Ad günündə tortun üzərindəki şamları üfürərkən arzu tutmaq və onu heç kimə söyləməmək adətləri də almanlardan qalmadir


Geri dön

Narka E-ZaDe

  • 17 sentyabr 2011 23:24
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
Musique Sage,
menim zehlem gedir ad gununu qeyd elemekden

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

only-girl

  • 17 sentyabr 2011 13:18
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
diggetle oxudum maragli idi

--------------------

PELIN_ATABAY

  • 17 sentyabr 2011 09:48
  • Məqalə: 86
  • Şərh: 1637
  • Bal:
{awards}
tewekkurler

--------------------

_WITH YOU_

  • 17 sentyabr 2011 08:58
  • Məqalə: 1
  • Şərh: 588
  • Bal:
{awards}
tşk.......

Ay Üzlü

  • 16 sentyabr 2011 23:11
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
tewekkurler xeber ucun amma neye lazimdi ad gunu kecirmek hec xowum gelmir vallah.Insan o vaxt ozune ne ise ederki bilerki bu dunyada ne ise yadda qalan hec olmasa bir yaxsiliq etmiwdir

_LiLaC_

  • 16 sentyabr 2011 21:39
  • Məqalə: 0
  • Şərh: 81
  • Bal:
{awards}
Bilirdim yenədə təkrarladım

--------------------
Həyat - həmişə gələcəyin yalnız sənin qərarlı seçimlərindən asılı olaraq dəyişdiyi anı gözləməkdir

ASMIYA

  • 16 sentyabr 2011 21:02
  • Məqalə: 107
  • Şərh: 1534
  • Bal:
{awards}
OYRENDIM TESEKKUR

--------------------


..:MeleK kiz:..

  • 16 sentyabr 2011 19:29
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
menim ad gunum 28 sentyabrdadi

Musique Sage

  • 16 sentyabr 2011 19:21
  • Məqalə: 442
  • Şərh: 2926
  • Bal:
{awards}
menim ucun ad gununnun maragi yoxdu heleki ad gununde zhlen geden insanlar varsa

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 61
Cəmi: 82

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}