İnsanların ən üstünü – Allah yanında ən təqvalı olanlardır

 
İnsanları sonsuz məhəbbətindən xəlq edən Allah Təbarəkə və Təala, Öz bəndələri üçün bir yaşam tərzi müəyyən etdi. Bu yaşam tərzi – Allahın bəyəndiyi kimi yaşamaq istəyən hər bir insanın meyarı olmalıdır. Bu – təqvadır. İslam mətnlərində təqvaya olduqca böyük yer verilmişdir.

Mübarək Allah kəlamı olan Qurani-Kərimin “Hücurat” surəsinin 13-cü ayəsində bir incə, həmişəyaşar həqiqət Rəbbimiz tərəfindən biz insanlar üçün bəyan edilir. Ayədə buyurulur: “Sizlərin ən üstünü - Allah yanında ən təqvalılarınınızdır”. Digər sözlə desək, Allah Təala mübarək Qurani-Kərimdə insanın üstünlüyünə dair fundamental meyar təyin edir. Rəbbimiz insanın nə rənginə, nə cinsinə, nə harada yaşadığına, nə də hansı tayfadan olmasına dəyər verir. Allah bizləri dəyərləndirərkən təqvamıza nəzər salır. Belə bir ayə o zaman gəlir ki, ərəb özünü başqalarından üstün sayır, hər bir qövm özünü daha üstün tutur. Mübarək İslam dini gəlir və o ətaləti dağıdır. İnsana onun təqvasına görə dəyər verilməyə başlanır. Təqvada daha yuxarı olan kəs - ən ali kəs olaraq dəyərləndirilir.

İnsanların ən üstünü – Allah yanında ən təqvalı olanlardır

HİCRƏTDƏN SONRA PEYĞƏMBƏRİN (ə) MÜSƏLMANLARA İLK ÇATDIRIŞI
Tarixçilər yazırlar ki, əziz Peyğəmbərimiz (s) hicrət etdikdən sonra ilk xütbəsini bu cümlələrlə başlayır: “Sizlərə İlahi təqvanı tövsiyə edirəm”. Bu buyuruşun mənasını və nə qədər əhəmiyyətli olmasını tam anlamaq üçün hicrətə xüsusi nəzər salmaq gərəkir. İllərlə Məkkədə əziyyət çəkmiş əziz Peyğəmbərimiz (s) və o Həzrətin ardıcılları Məkkədən Mədinəyə hicrət ediblər. Hicrət dildə rahat görünsə də, əslində asan mövzu deyil. Onlar öz xoşları ilə yurd-yuvalarını tərk etməyiblər. Başlarına kül tökəndə, daş vuranda, ailələrinə əzab veriləndə dözürdülər. “Məcnun”, “cadugər”, başqa-başqa adlar deyiləndə də dözürdülər. Amma bir an yaranır ki, artıq Məkkədə qalmaq mümkün olmur. Hicrət vaxtı yetişir. O vəziyyətlə hicrət edən müsəlmanlara əslində indiki vaxtla nəzər salanda, deyilən ilk söz - “artıq qurtulduq”, “intiqam alacağıq”, “biz onların kimliyini onlara başa salacağıq” və bu kimi sözlər olmalıdı. Allahın Elçisi (s) öz evlərini qoyub gələnlərə müəyyən vədlər vermir. Rəsulallah bir cümlə ilə xütbəsini başlayır – “Mən sizlərə ilahi təqvanı tövsiyə edirəm”. Əziz Peyğəmbər (s) insanları ilk öncə təqvalı olmağa, vücudlarını ilahi rəng ilə boyamağa dəvət edir. Bunu müəyyən məsələlərin yanında demir. Xüsusi olaraq təqvalı olmağa vurğu edir və insanları Allaha bəndə olmağa çağırır.

İnsanların ən üstünü – Allah yanında ən təqvalı olanlardır

HƏR BİR VƏZİYYƏTDƏ TƏQVAYA RİAYƏT ETMƏK TAPŞIRIĞI
İnsanın bütün yaşayışının mənası İlahi təqvadır. İnsan bəzən müəyyən məşğuliyyətinin olmasını bəhanə gərirərək, namazını yubadır. Amma axı inanın bütün həyatı, fəaliyyəti, çalışması namaza görə olmalıdır. Namazı yubadırsa, prioritet nədir onun üçün? Əziz Peyğəmbərimiz (s) də hicrətdən sonra insanlara ilk öncə bunu çatdırır. Bildirir ki, bizim başqa hədəfimiz və məqsədimiz yoxdur. Məqsəd və hədəf – yalnız İlahi təqvaya riayət etməkdir. Həzrət Əli (ə) buyurur ki, əziz İslam Peyğəmbərinin (s) belə bir ənənəsi var idi: “Qoşun ya dəstəni döyüşə göndərəndə onların başçılarını özü və onunla olan müsəlmanlarla bağlı İlahi təqvaya ((riayət etməyi) tövsiyə edərdi”. Əziz Peyğəmbərimiz (s) yalnız ailədə, dostla, tanışla münasibətdə təqvaya riayət etməyi buyurmazdı. Hətta döyüş meydanında belə dəstə başçılarına təqvalı olmağı tapşırırdı. Bu da onu göstərir ki, təqva yalnız fraqmental olaraq həyatımızın bir hissəsini əhatə etmir. Təqva – insan həyatının hən anını, hər vəziyyətini rəngləməlidir.

İnsanların ən üstünü – Allah yanında ən təqvalı olanlardır

ƏN TƏQVALI OLANLARIN QORXUSU

İslam tarixində çox ağrılı döyüşlərdən biri olan Mütə döyüşü baş verib. Hicrətin 8-ci ilinə təsadüf edən bu döyüş – İslam tarixində ən ağrılı, ən özünəməxsus yeri olan bir döyüşdür. Üç min müsəlman sayı 100 mindən 200 minədək olan rum qoşunu ilə üzbəüz dayanır. Bu döyüşdə üç İslam qəhrəmanı – Cəfər ibni Əbu Talib, Zeyd ibni Harisə və Abdullah ibni Rəva şəhid olur. Həzrət Peyğəmbər (s) onları döyüşə getməmişdən qabaq dəvət edir. Bayrağı Cəfərə verir. Bayrağı ona verərək, buyurur: “Əgər şəhid olsan, Zeyddir, əgər Zeyid də şəhid olsa – Abdullahdır”. Bəzi tarixi kitablar da qeyd edir ki, əgər Abdullah da şəhid olsa, müsəlmanlar öz aralarından birini seçməli idilər. Numan adında bir yəhudi bu söhbəti eşidir. Həzrət Peyğəmbərə (s) müraciət edərək deyir: “Ey Əbulqasim, əgər sən peyğəmbərsənsə (ə), adlarını çəkdiyin o kəslərin hamısı dünyasını dəyişəcək. Çünki, Bəni-israil peyğəmbərləri (ə) nə vaxt ki, bir yerə qoşun göndərərdilər və belə formada başçı təyin edərdilər, onların hamısı həmin döyüşdə şəhid olardılar”. Bu sözü dedikdən sonra Zeyd ibni Harisənin yanına gedir və deyir: “Peyğəmbərlə (s) və ailənlə vidalaş. Əgər o doğurdan da peyğəmbərdirsə, sən artıq bu döyüşdən geri dönməyəcəksən”. Zeyid ibni Harisə deyir: “Şəhadət verirəm, o həqiqətən peyğəmbərdir (ə) və Allahın elçisidir”.

İnsanların ən üstünü – Allah yanında ən təqvalı olanlardır

Camaat Abdullah ibni Rəva ilə sağollaşmağa gəlir. Vidalaşmağa gələn zaman görürlər ki, Abdullah ibni Rəvanın gözündən yaş gəlir. Ondan ağlamasının səbəbini soruşurlar. Abdullah bu sözləri deyir: “And olsun Allaha, dünyaya bağlılığım yoxdur. Ağlamağımın səbəbi budur ki, Allahın Peyğəmbərindən (s) eşitmişəm ki, cəhənnəm haqqında “Məryəm” surəsi 71-ci ayəni oxuyur: “Sizlərdən hər biriniz cəhənnəmə daxil olacaq və bu, Allahın hökmüdür”. Abdullahın göz yaşları bu qorxudandır. O, bilmir ki, cəhənnəmə daxil olandan sonra orada qalacaq, yoxsa tərk edəcək”.

Bəli, bu mətin və igid insanın yalnız bir qorxusu var və bu qorxunu qidalandıran amil – təqvadır. Hətta ən təqvalı insanlar belə bu qorxu içərisində olub. Arxayın olmamaq da elə təqvalı olmağın bir göstəricisidir. Heç kəs cəhənnəm əzabında sığortalanmayıb, fəqət həqiqətdə təqvalı olanlardan başqa.


Geri dön

MuCaHiD_313

  • 18 sentyabr 2011 00:13
  • Məqalə: 4
  • Şərh: 54
  • Bal:
Allah Quranda buyurur Bismillahir rehmanir rehim Inne me yefeqebbelallah minel mutteqin (Tercumesi men yalniz teqva lilarda n(gunahdan-cekinen demekdir) emel qebul edecem))Yeni gunahdan cekinenlerden emel qebul edecem sadaqAllahu aliyyul-azim

--------------------
Allahummə inna nərğəbu iləykə fi dovlətin kəriməh, tuizzu bihəl-islamə və əhləh və tuzillu bihəl kufrə və əhləh və təc᾽əluna fiyha minəd-duati ila taətikə vəl-qadəti ila səbiylik. Və tərzuquna biha kəramətəd-dünya vəl axirəh.

_WITH YOU_

  • 17 sentyabr 2011 09:09
  • Məqalə: 1
  • Şərh: 588
  • Bal:
{awards}
tşk.........

RADUQA

  • 16 sentyabr 2011 19:24
  • Məqalə: 17
  • Şərh: 638
  • Bal:
{awards}
Her birimiz ucun deyerli sozlerdi..tewekkurler sene ...!!!

--------------------
MENI OZUNE BENZETDIN.....AMMA OZUN SANMADIN ....!!!!!!!

sevinc13

  • 16 sentyabr 2011 18:45
  • Məqalə: 2
  • Şərh: 397
  • Bal:
{awards}
bu deyerli menalı xebere yeni melumata göre teşekkürler
minnattarammm

KRiPToS

  • 16 sentyabr 2011 18:38
  • Məqalə: 555
  • Şərh: 2055
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN DEYERLI XEBERE GORE SIZDEN SEYMUR551!!! smile

--------------------

Delya_91

  • 16 sentyabr 2011 18:34
  • Məqalə: 319
  • Şərh: 5295
  • Bal:
{awards}
Allah razi olsun xebere gore

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

Cilent_M.Q

  • 16 sentyabr 2011 18:15
  • Məqalə: 87
  • Şərh: 2628
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN SIZDEN

--------------------

only-girl

  • 16 sentyabr 2011 17:24
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
ellerine sagliq

--------------------

Zaurcik2011

  • 16 sentyabr 2011 17:16
  • Məqalə: 77
  • Şərh: 1796
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN DEYERLI XEBERE GORE

--------------------

"Mənə nifrət edənlərə nifrət edəcək qədər vaxtım yoxdur.
Çünki mən, məni sevənləri sevməklə məşğulam."
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 33
Cəmi: 60

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}