Müsəlmana ən dəyərli tövsiyə hansıdır?

 
Müsəlmana ən dəyərli tövsiyə hansıdır?

MÜSƏLMANA ƏN DƏYƏRLİ TÖVSİYƏ HANSIDIR?

Bir kişi səfər öncəsi əziz İslam Peyğəmbərinin (s) yanına gəlir və buyurur: “Ya Rəsulallah (s)! Mən səfərə gedirəm və səfər öncəsi səndən mənə bir tövsiyə verməni istəyirəm”. Rəsulallah (s) buyurur: “Harada olsan, təqvaya riayət et!”. Dünyanın hansı bir yerinə getməkdən asılı olmayaraq, Peyğəmbərimiz (s) tövsiyə edir ki, insan təqvaya riayət etsin. Təqvalı olmaq nə deməkdir? “Qəlbim təmizdir” deyərək insan özünü gərək aldatmasın və özünü arxayınlaşdırmasın. İnsan gərək qəlbini günah çirkinliklərindən təmizləsin. Zahiri təmizlikdən söhbət getmir. Bu, öz yerində. Amma insan daima daxili təmizliyinin qeydinə qalmalıdır. Necə ki, iti nə qədər yusan da, təmizləsən də, onun nəcisliyi aradan getməz, çirkli qəlb sahibi də nə qədər zahirdə nə qədər təmizkar görünsə də, vücudunun ümumi durumu dəyişməz. Qəlbin təmizliyinin meyarını Allah özü müəyyən edib. İnsan nə qədər təqvalıdırsa, bir o qədər qəlbi təmizdir.
TƏQVA – BÜTÜN “NƏ EDİM?” SUALLARININ CAVABINI VERİR

Müsəlman bir insan dünyanın hansı bir yerinə getsə, “nə edim?”, “necə bəndəlik edim” sualları qarşısında qalmır. Onu hara aparsalar, bilir ki, təqvalı olmalıdır. Buna uyğun olaraq da həyatını yaşayacaq. İslam insanın hər vəziyyətində necə davranmasına dair sualların cavablarını özündə cəmləyib. Buna görə də, istənilən vəziyyətdə olan insan “nə etməli”si ilə bağlı çətinlik çəkmir. İslamda çox böyük bir iddia var. İnsanı “nə edim?” sualı ilə qarşı-qarşıya qoymur. Bütün suallarımızın cavabı İslamda var. Tarixdə yazırlar ki, bir parça satan gənc mömin olur. Onun işi-gücü ancaq parça satmaqdır. Bir gün şeytan (lən) ordusuna mənsub olan müştərilərdən biri gəlir və parçaları daşımağın onun üçün çətin olduğunu bildirərək parçaları onun evinə gətirməsini istəyir. Gənc mömin evə daxil olur və anlayır ki, çətin vəziyyət qarşısındadır. Şeytanın (lən) xüsusi nümayəndəsi olan bir qadın cildində insan oradan günah etməmiş çıxa bilməyəcəyini möminə bildirir. Əgər bunu etməzsə, onu şərləyəcəyini bəyan edir. Cavan ondan əl-üzünü yumaq üçün vaxt alır. Gənc o qədər təqvaya riayət etməyi dərk etmiş adamdır ki, bu vəziyyətdə də çıxış yolunu tapır. Gənc üst-başını nəcis edir və çıxır bayıra. Günahkar şəxs onu elə bir vəziyyətdə gördükdə oradan qovur. Göründüyü kimi, təqvalı insan üçün hər vəziyyətdə “nə etməli?” sualının cavabı var.
TƏQVAYA SAHİB ÇIXANIN RUZİSİNƏ ALLAH ZAMİNDİR

Öz həyatı, yaşayışı və şəhadəti ilə təqvanı canlı yaşadan, hamının tanıdığı Həzrət İmam Hüseyn (ə) buyurur: “Sizlərə İlahi təqvanı tövsiyə edirəm. Həqiqətən Allah Təala İlahi təqvaya malik olan kəsi xoşlanılmayan durumdan bəyənilən bir duruma dəyişməsinə dair zamin durmuşdur. O yerdən ki, gümanı yoxdur, ruzisini yetirər”. İmam Hüseyn (ə) bizlərə bildirir ki, siz təqvadan yapışın, qalan məsələlər Allah Təalaya aiddir. Allah zamin durur ki, əgər insan təqvaya sahib çıxarsa, Allah Özü onun ruzisini yetirər. Ruzi yalnız və yalnız Allahın əlindədir – istənilən vaxt alar, istənilən vaxt isə verər. Bizdən tələb olunan isə təqvaya riayət etməkdir. Ötən əsrin ən böyük xeyriyyəçilərindən olan vətənpərvər və dəyərli soydaşımız Hacı Zeynəlabidin Tağıyev bir gün o dövrün İslam alimlərindən birinin ruzinin yalnız Allah tərəfindən verilməsi və alınması barədə dediyinə şübhə ilə yanaşır. Düşünür ki, bu qədər sərvət insanın əlindən necə çıxa bilər?! Sovet gəlir və kollektivləşdirmə adı ilə, cəmi bir imza atılması nəticəsində bütün sərvətləri əlindən alınır. Vəfat edən zaman Hacı Zeynəlabidin Tağıyev vəsiyyət edir ki, onu həmin alimin ayaqlarının altında basdırsınlar. Əgər insanın inamı olsa ki, ruzisi yalnız Allah yanındadır, o zaman təqvaya riayət etməsi ilə məşğul olar.
BÖYÜK İLAHİ TƏQVA NƏDİR?

İmam Baqirdən (ə) də təqva ilə bağlı olduqca dəyərli buyuruş var. Bir nəfər İmamın (ə) hüzuruna daxil oldu və İmamdan (ə) tövsiyə dilədi. İmam (ə) ona üç mühüm məsələni tövsiyə edir. İmam (ə) buyurur: “Sənə İlahi təqvanı tövsiyə edirəm. İkincisi, boş-boş zarafatlardan çəkin. Həqiqətən kişinin heybət və abrını aradan aparar. Üçüncü, din qardaşların üçün onların qiyabında dua elə. Bu, ruzini bollaşdırır”. Təqvaya riayət etmək hər şeyin önündə dayanır.

İmam Baqirə (ə) nisbət verilən digər mübarək hədisdə də təqvaya dair çox incə məqamlara toxunur. İmam (ə) bir nəfəri öz ardıcıllarının yanına göndədir. Ona tapşırır: “Əhli-beyt (ə) yolçularına salamımı çatdır və onlara böyük İlahi təqvaya riayət etməyi tövsiyə et”.

Böyük İlahi təqva nədir? Böyük İlahi təqva – bütün həyatı Allahın istədiyi formada qurmaq, Onun istədiyi tərzdə yaşamaqdır. İmam Sadiq (ə) buyurur: “Mənim salamımı hər kəsə ki, bilirsən mənim ardıcılımdır və sözlərimi qəbul edər, çatdır. Onlara dinlərində İlahi təqvaya riayət etməyə tövsiyə et. Onları Allah yolunda çalışmağa tövsiyə edin. Düz danışmağı tövsiyə edin. Əmanətdarlığı, səcdələrin uzadılmasını, xoş qonşuluğu tövsiyə elə”. Yəni, İmam (ə) bizə buyurur ki, dön Allaha tərəf, Rəbbinə üsyan etmə. İmam (ə) bizləri çalışmağa, zəhmət çəkməyə çağırır. Əgər müsəlman çalışmasa, bədbəxt olar. Eyni zamanda, müsəlman gərək düz danışsın. Düz danışmamaqla təqvalılıq bir araya sığmır.

TƏQVA TƏCƏSSÜMÜ – HƏZRƏT ƏLİ (ə)

Təqvanı tam şəkildə dərk etmək üçün onu öz həyatının bütün sahələrində yaşatmış bir şəxsin həyatına – Həzrət Əmirəlmöminin (ə) davranışlarına diqqət etmək kifayət edər. Təqva haqqında deyilən bütün sözlərin hamısı özünü Əlinin (ə) vücudunda göstərir. Həzrət Əli (ə) təqvanı özündə cəmləməyib, Həzrət Əli (ə) təqvanın özüdür. Allah evində dünyaya gələn, Allah evində də dünyadan gedən İmam Əli (ə) - təqva təcəssümüdür. Şəhadət anında Həzrət Əmirəlmöminini (ə) yalnız bir şey maraqlandırır. Mövla (ə) buyurur: “Mən sizlərə təqvalı olmağı və təqvaya riayət etməyi tövsiyə edirəm”. Bütün həyatını təqva ilə yaşayan Mövlanın (ə) son çatdırışı və buyuruşu da təqva olur.

Allahım, bizləri bir an belə təqvadan ayrı salma! Allahım, bizləri təqvalı yaşayıb, təqvalı ölənlərdən qərar ver! Allahım, bizlərə Sənin yolunda çalışmağı nəsib et! Amin!
Cümə söhbətləri: HACI ILQAR


Geri dön

Russiya_girl

  • 17 sentyabr 2011 00:02
  • Məqalə: 2
  • Şərh: 781
  • Bal:
[color=#3333FF][/color]Allah razi qalsin

maiw mm

  • 16 sentyabr 2011 21:51
  • Məqalə: 14
  • Şərh: 280
  • Bal:
{awards}
ALLAH razi olsun inwalax...bacim

maiw mm,
bagiwla mualiflari sef saldim..

--------------------
★* 。 • ˚ ˚ •。★★ 。* 。*
° 。 ° ˚ _Π____*。*˚★ 。* 。*。 • ˚ ˚ •。★
˚ ˛ •˛•* /______/~\。˚ ˚ ˛★ 。* 。*★ 。* 。*
˚ ˛ •˛• | 田田|門| ˚Soyuq bir qiw gunu... . —

_LiLaC_

  • 16 sentyabr 2011 21:15
  • Məqalə: 0
  • Şərh: 81
  • Bal:
{awards}
Təqva haqqında birazda olsa bilirdim amma indi tamamən bildim

--------------------
Həyat - həmişə gələcəyin yalnız sənin qərarlı seçimlərindən asılı olaraq dəyişdiyi anı gözləməkdir

ASMIYA

  • 16 sentyabr 2011 20:12
  • Məqalə: 107
  • Şərh: 1534
  • Bal:
{awards}
TESEKKUR EDIREM. COK MARAQLIDIR.

--------------------


HaYaliM

  • 16 sentyabr 2011 20:04
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

RADUQA

  • 16 sentyabr 2011 19:32
  • Məqalə: 17
  • Şərh: 638
  • Bal:
{awards}
Minnetdaram ...allah komeyinde olsun ...cox deyerli movzudu..tewekkurler..!!!!!

--------------------
MENI OZUNE BENZETDIN.....AMMA OZUN SANMADIN ....!!!!!!!

_Yaxsiliq Meleyi_

  • 16 sentyabr 2011 19:27
  • Məqalə: 14
  • Şərh: 364
  • Bal:
{awards}
Ellerin dert görmesin.Allah kömeyion olsun

--------------------
Dünya özünü təzə gəlin kimi göstərərək insanı aldadan,lakin həqiqətdə sehirbaz bir qarıdır.

Willow smith

  • 16 sentyabr 2011 19:26
  • Məqalə: 52
  • Şərh: 1036
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
Stəkanı yerə at, sonra ondan üzr istə.
Əslində onu qırmaq istəmədiyini və təkrar su içmək istədiyini söylə..
İşə yarasa, mən burdayam...

..:MeleK kiz:..

  • 16 sentyabr 2011 19:25
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
allah razi olsun

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 30
Cəmi: 48

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}