Çox qiymətli nəsihətlər

 
  • 24.09.2010, 13:42
  • Bölmə: İslam
  • Müəllif: Ulya
Çox qiymətli nəsihətlər

Seyid Abdülhakim Arvasi həzrətləri buyurur ki:

Fürsət qənimətdir. Ömürün hamısını faydasız işlərlə tələf etməməli, Haqq təalanın razılığına uyğun şeylərə xərcləməli! Beş vaxt namazı camaat ilə etməli, teheccüd namazını əldən qaçırmamalı, səhər vaxtlarını istiğfarsız keçirməməli, qəflət yuxusuna dalmamalı, ölümü düşünməli, axirət hallarını güdməli, fani dünyanın haram olan işlərindən üz çevirib, baqi olan axirət işlərinə dönməli. Dünya işləri ilə zərurət miqdarı məşğul olmalı, digər vaxtlarda, axirəti abadlıq etməklə məşğul olmalıdır. Sözün qisası, Allahdan qeyri şeylərin sevgisindən qorunmalı və bədəni dinin hökmlərinə uyğun gəlməklə bəzəməli, onunla məşğul olmalıdır. İş budur, bundan qeyrisi heçdir.
Çox qiymətli nəsihətlər
Abdül Kuddüs həzrətləri də buyurur ki:


Vaxtın qiymətini bil! Gecə gündüz elm öyrənməyə çalış! Hər vaxt dəstəmazlı ol! Bunları quruluşun tərəfindən, dünyada və axirətdə, saysız nemətlərə qovuşarsan. Elm öyrənmək, ibadət üçündür. Qiyamətdə, işdən soruşulacaq, çox elm öyrəndinmi deyə soruşulmayacaq. İş və ibadət də, ixlas əldə etmək üçündür. İxlas da, həqiqi məbud və qeydsiz, şərtsiz var olan sevgilini [Allahu təalanı] sevmək üçündür.

İbrahimi Edhem həzrətləri buyurur ki:


1- Günah işləyəcəksənsə, Allahın verdiyi ruzisini yemə! Ruzisini yeyib də, Ona üsyan edilər mi?
2- Günah işləyəcəyin zaman, mülkündən çıx! Onun mülkündə Ona üsyan edilər mi?
3- Günah işlərkən Onun görmədiyi bir yerdə işlə! Onun mülkündə, ruzisini yeyib, gördüyü yerdə günah işlənərmi?
4- Can alan mələk, ruhunu götürməyə gəlincə, bir müddət icazə istəyə bilər və ya o mələyi qova bilərsənmi? O zaman dərhal tövbə et! Çünki o mələk ani gəlir.
5- Məzarda, mələklər, sual soruşduqda, (məni sınamayın) deyərək onları qova bilərsənmi? Elə isə, indidən onlara cavab hazırla!
6- Qiyamətdə (Günahkarlar Cəhənnəmə…) deyildiyi zaman, mən getməm deyə bilərsənmi?
Çox qiymətli nəsihətlər
Allahu təala, (Ey qullarım! Məndən istəyin! Qəbul edər, verərəm) buyurur. Amma verilməyənlər də olur. Çünki Ona dua edər, amma itaət etməzlər. Peyğəmbərini tanıyar, Ona uyğun gəlməzlər. Quranı oxuyar, göstərdiyi yolda getməzlər. Nemətlərindən faydalanar amma şükr etməzlər. Cənnətin, ibadət edənlər üçün olduğunu bilər, hazırlı olmazlar. Cəhənnəmi, üsyankarlar üçün yaratdığını bilər, ondan çəkinməzlər. Əcdadının nə olduqlarını görər, ibrət götürməzlər. Öz ayıblarına baxmayıb, başqalarının ayıblarını araşdırarlar. Belə kəslər, üzərlərinə daş yağmadığına, yerə batmadıqlarına şükr etsin! Dualarının nəticəsi, tək bu olsa, çatmazmı?

Çox qiymətli nəsihətlər
İmamı Rəbbani həzrətləri buyurur ki:


Ölmək fəlakət deyil, öldükdən sonra başa gələcəkləri düşünməmək fəlakətdir.

İmamı Rəbbani həzrətləri yenə buyurur ki:

Bu zamanınız fürsətdir. Fürsət də, böyük nemətdir. Səhhət ilə və kədərsiz keçən vaxtlar, tapılmaz qənimətdir. Hər saatı Allahu təalanı zikr etmək ilə keçirməlidir. Rəsulullahın bildirdiyinə uyğun olan hər iş, hətta alış-veriş belə zikr olar. O halda, hər hərəkətin, hər duruşun, Rəsulullahın bildirdiyinə uyğun olması lazımdır. Beləcə, hamısı zikr olar. Zikr demək, qəflətdən uzaqlaşmaq, yəni, Allahu təalanı xatırlamaqdır. İnsan hər hərəkətində, hər işində, Allahu təalanın əmrini və qadağanını güdüncə, əmr və qadağan edərin sahibini unutmaqdan xilas olar və daim zikr etmiş olar.


Geri dön

music_angel

  • 1 sentyabr 2011 13:16
  • Məqalə: 212
  • Şərh: 7638
  • Bal:
Allah razi olsun

--------------------

Ulya

  • 26 sentyabr 2010 15:25
  • Məqalə: 1911
  • Şərh: 13773
  • Bal:
{awards}
dangerous_angel,
♥Princess♥,
Милая_kisa,
love

Kisa_Kiss

  • 24 sentyabr 2010 15:34
  • Məqalə: 431
  • Şərh: 1302
  • Bal:
{awards}
Аллах разы олсун...

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 37
Cəmi: 59

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 55
Cəmi: 643
 
MiSS HaPPy)
Xəbərləri: 48
Cəmi: 79
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 44
Cəmi: 59
 
Arzu_zadeh
Xəbərləri: 40
Cəmi: 176
 
♔Hе важно∞
Xəbərləri: 35
Cəmi: 150
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 10
Cəmi: 685
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
Sol Meleyim
Xəbərləri: 9
Cəmi: 32
 
Toxunma Xeyallarima
Xəbərləri: 7
Cəmi: 27
 
 
{slinks}