Möminləri Xoşbəxt Edən Nədir?

 
Möminləri Xoşbəxt Edən Nədir?

İman etməyən insanlar, ümumiyyətlə axirət həyatının çox yaxın olduğunu və onunla qarşılaşacaqlarını düşünmədən yaşayarlar. Ölümü, ölüm sonrasında nələrlə qarşılaşacaqlarını, bütün etdikləri bütün əməllərə görə Allaha hesab verəcəklərini, bunun nəticəsində də cənnət ya da cəhənnəmdə sonsuza qədər qalacaqlarını ağıllarına gətirməz ya da gətirmək istəməzlər. Bu insanların belə məsuliyyətsiz davranmağına səbəb olan faktor isə sonsuz axirət həyatını özlərindən uzaq görmələridir. Belə insanların düşüncəsinə görə yaşayacaq vaxtları çoxdur; buna görə də heç düşünmədikləri ya da düşünsələr belə reallaşacağına çox ehtimal vermədikləri bir şey üçün həyatlarını, mənfəətlərini və qurduqları planlarını fəda etmək istəməzlər. Bunu çox böyük itki olaraq xarakterizə edərlər. Böyük səhv edərək, dünya həyatını və dünya mənfəətlərini, axirətdə qazanacaqlarına nisbətlə daha yaxın və asan görərlər. Dünyaya bağlanıb axirəti qulaqardına vurarlar. Bütün istəklərini bu qısa dünya həyatına sığdırmağa çalışarlar. Bütün həyatlarını Allahı razı edəcək davranışlardan, din əxlaqından uzaq keçirər, bütün həyatları boyu dünyaya bağlı qalarlar.

Möminləri Xoşbəxt Edən Nədir?

Dünya həyatına olan sevgi isə insanları bədbəxt edir.
Quran əxlaqından uzaq yaşayan bu insanların dünya həyatında xoşbəxt
ola bilməyəcəklərini, davamlı çətinlik içində yaşayacaqlarını Allah Quranda belə bildirir:


“Kim Mənim Zikrimdən üz döndərsə, onun güzəranı sıxıntılı olacaq
və Biz Qiyamət günü onu kor kimi hüzurumuza gətirdəcəyik.”
(Taha Surəsi, 124)

İman etməyən insanları xoşbəxt etməyən, onları narahat edən digər mövzu isə qarşılaşdıqları çətin anlardır. Bu insanların xoşbəxtliyi tamamilə dünyəvi qazanc və gəlirə bağlı olduğundan, çətin anlarda bu mənfəətlərini də itirməklə qarşı-qarşıya qalırlar. Hər şeyləri buna bağlı olduğundan heç gözləmədikləri bir hadisə səbəbindən hər şeyi itirmək təhlükəsi, onları böyük bir bədbəxtliyə düçar edir. Əldə etdikləri keçici sevinci də bu yolla tamamilə itirərlər. Çıxa bilməyəcəkləri pessimizmə və ümidsizliyə düşərlər.

Möminləri Xoşbəxt Edən Nədir?

Möminlərin xoşbəxtliyi isə çətin anlarda göstərdikləri Quran əxlaqı ilə daha da qalıcı hala gəlir. Möminlər həmişə Allahın razılığını düşündükləri, ağıllarını və vicdanlarını həmişə bu istiqamətdə istifadə etdikləri üçün iman etməyənlər kimi pis görünən vəziyyətlərdən mənfi təsirlənməzlər. Əksinə çətin anlarda göstərdikləri gözəl və təslimiyyətli rəftarla Uca Allahın razılığını qazana biləcəklərinə ümid edərlər.

Möminlərin qəlbində Allahın razılığını qazanma ümidinin, bu yolda əlindən gələn bütün səyi sərf etməyin verdiyi sevinc və rahatlıq vardır. Yaşadıqları bu sevinc onları həm dünya həyatında xoşbəxt və rahat edir, həm də Allahın razılığını daha çox qazanmalarını təmin edən şövqlərini artırar. Bu sevinc və xoşbəxtlik, insanların iman etmədikcə əsla çata bilməyəcəkləri və təqlid edə bilməyəcəkləri sevincdir. Çünki bu Allahın yalnız möminlərə hiss etdirdiyi və Allahın razılığını, rəhmətini və sonsuz cənnətini ümid etmənin verdiyi xoşbəxtlik və rahatlıqdır.

İmanın Sevinci

Möminlər Allaha və Onun yaratdığı taleyə iman etdikləri üçün sevincləri davamlıdır. Bu vəziyyət onların gündəlik həyatlarına təsir edir və möminlərin xarakterinin təməl qaynağını meydana gətirir. İman etməyənlər isə Allahdan və Onun ayələrindən xəbərsiz şəkildə yaşamanın qarşılığı olaraq xoşbəxt olmurlar.

Möminləri Xoşbəxt Edən Nədir?

Möminlərin Allaha qarşı hiss etdikləri sevgi, bağlılıq və taleyə olan təslimiyyətləri, onları maddi və mənəvi olaraq narahat edə biləcək hər cür səbəbi ortadan qaldırır. Çünki mömin üçün həyatı boyu ‘pis' olaraq xarakterizə edəcəyi heç bir şey yoxdur. Quran əxlaqını yaşayaraq Allahın ona ‘pis' kimi görünən bütün vəziyyətləri ‘xeyirə' və ‘yaxşılığa' çevirəcəyini çox yaxşı bilir. Bu da möminin həmişə imani sevincə sahib olmasına şərait yaradır. Hər kəsin kədərləndiyi, pessimist olduğu mühitdə, onu kədərləndirəcək hər hansı səbəb mövcud olmadığından sevincindən heç bir şey azalmaz.

İmani sevincə sahib olduqları üçün möminlərin reaksiyaları həmişə səmimi olur. Həmişə Allaha təvəkkül etdikləri üçün hərəkətləri və rəftarları digər insanlara da rahatlıq və sevinc gətirir. Bu baxımdan hər kəs bir möminlə danışmaqdan və dostluq etməkdən böyük zövq alar. Çünki həqiqi mənada səmimiliyə və sevincə yalnız möminlər malikdir. Onsuz da ətrafındakı hər kəs onun bu halından çox açıq şəkildə xəbərdardır. Mömin, Allahın ona verdiyi bu bənzərsiz nemət sayəsində yaşamaqdan zövq alan, həqiqi mənada gözəl vaxt keçirən, xoşbəxt olan və gülən insandır. Çünki möminlər hər şeyin kontrolunun Allahın iradəsində olduğunu bilirlər. Allah bu mövzunu bir ayədə belə bildirir:

Möminləri Xoşbəxt Edən Nədir?

De ki: "Allahın bizim üçün yazdıqları xaricində, bizə heç bir şey olmaz.
O bizim Mövlamızdır. Qoy möminlər yalnız Allaha təvəkkül etsinlər."....
(Tövbə Surəsi, 51)

Din əxlaqından uzaq yaşayan insanlar ümumiyyətlə gözəl vaxt keçirmənin, sevincin və coşğulu sevginin zövqünü gerçək mənasıyla yaşaya bilməzlər. Bu insanların böyük əksəriyyəti bəzən yaxşı vaxt keçirir və ya əylənirmiş kimi görünsələr də, bu vəziyyət yaşadıqları həyatın bütününə hakim olmur. Çünki çox vaxt yaşadıqları problemləri özlərinin həll edəcəklərini zənn edir, bu da onlarının həyatlarına təsir edir, çətinlik və gərginlik yaradır.

Möminlər isə Allaha səmimi şəkildə iman etdikləri, Allahın onlara hiss
etdirdiyi ‘gerçək' sevinclə dolu həyat yaşadıqları üçün onların
alıqları zövq və xoşbəxtlik çox yüksək səviyyədədir


Geri dön

ZERiDE

  • 18 sentyabr 2011 12:41
  • Məqalə: 35
  • Şərh: 148
  • Bal:
ALLAH RAZI OLSUN.... ELLERINE SAGLIQ....

only-girl

  • 18 sentyabr 2011 09:59
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------

sevgi meleyim

  • 17 sentyabr 2011 17:27
  • Məqalə: 25
  • Şərh: 1625
  • Bal:
{awards}
Allah seni cennetle mujdelesin..... oxudum qelbim rahatladi...

--------------------
Gedene Uzulme.Sevseydi Getmezdi...Gelene Sevinme,O da Bawqasindan Gelib..

Prank girl

  • 17 sentyabr 2011 15:24
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
"Allahın bizim üçün yazdıqları xaricində, bizə heç bir şey olmaz.
O bizim Mövlamızdır. Qoy möminlər yalnız Allaha təvəkkül etsinlər."...

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

_eslemnur_

  • 17 sentyabr 2011 15:06
  • Məqalə: 0
  • Şərh: 69
  • Bal:
{awards}
Allah seni cennetle mujdelesin..... oxudum qelbim rahatladi...

... Deryam ...

  • 17 sentyabr 2011 14:01
  • Məqalə: 272
  • Şərh: 4680
  • Bal:
{awards}
DEYERLI XEBERE GORE SAG OLUN ...

--------------------

Musique Sage

  • 17 sentyabr 2011 13:52
  • Məqalə: 442
  • Şərh: 2926
  • Bal:
{awards}
yaan eller var olsun tesekkur edirem

_Yaxsiliq Meleyi_

  • 17 sentyabr 2011 13:45
  • Məqalə: 14
  • Şərh: 364
  • Bal:
{awards}
Allah razı olsun sizden.Üreyinize göre versin

--------------------
Dünya özünü təzə gəlin kimi göstərərək insanı aldadan,lakin həqiqətdə sehirbaz bir qarıdır.

Delya_91

  • 17 sentyabr 2011 13:43
  • Məqalə: 319
  • Şərh: 5295
  • Bal:
{awards}
Allah razi olsun sizden

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

_WITH YOU_

  • 17 sentyabr 2011 13:32
  • Məqalə: 1
  • Şərh: 588
  • Bal:
{awards}
ilk şərh məndən.təşəkkur

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 28
Cəmi: 43

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}