Ən gözəl ifadə: Dua

 
Ən gözəl ifadə: Dua

Məgər onlar başlarının üstündəki göyə baxıb onu necə yaratdığımızı, necə bəzədiyimizi və orada heç bir yarıq olmadığını görmürlərmi? Eləcə də yeri necə döşədiyimizi, orada möhkəm duran dağlar yaratdığımızı, hər cür gözəl növdən (meyvə) yetişdirdiyimizi görmürlərmi? (Bütün bunlar Rəbbinə tərəf) dönüb qayıdan hər bir bəndə üçün ibrət dərsi və öyüd-nəsihət olsun deyə etdik.. (Qaf Surəsi, 6-8)

"Çağırmaq, səslənmək, kömək istəmək" mənalarını verən DUA, Qurana görə "qulun bütün mənliyi ilə Allaha yönəlməsi" ya da "gücü məhdud və sonlu bir varlıq olan insanın, sərhədsiz və sonsuz bir qüdrət qarşısında acizliyini qəbul edərək kömək diləməsi"dir.

Ən gözəl ifadə: Dua

Allah inancı olan hər insanın bu şəkildə dua etdiyi bir gerçəkdir, ancaq cəmiyyətin olduqca böyük bir qismi duanı, yalnız çətinlik anında, əldə olan bütün ehtimallar sınandıqdan sonra, Allahdan istəmək şəklində bilırlər. İnsanlar üzərlərindəki çətinlik keçincə, bir sonrakı çətinlik anına qədər Allahı unudar və ondan bir şey tələb etməyi ağıllarından belə keçirməzlər.

Cəmiyyətin müəyyən bir hissəsində isə, son dərəcə səhv bir dua anlayışı mövcuddur. Öyrədilən bu "dua"ların əhəmiyyətli bir hissəsi,təməli olmayan ənənəvi bir xalq inancından ibarətdir. Bu insanların böyük bir qismi üçün dua, kiçik yaşlarda ailənin yaşlı bir fərdi tərəfindən öyrədilən aydın olmayan bəzi sözlərdir. Ümumiyyətlə dualar Ərəbcə öyrədilər və mənaları bilinmədən əzbərlənər. Əvvəldən əzbərlənmiş olan dualar dayanmadan təkrarlanar. Halbuki, Allahın Quran vasitəsilə insanlara çatdırdığı dua metodu tamamilə fərqlidir.

Ən gözəl ifadə: Dua

Quranda təsvir edilən dua, Allaha çata bilmənin ən asan yoludur. İndi Allahın sifətlərini bir düşünək. O, insana şah damarından daha yaxın olan, hər şeyi bilən və eşidəndir... İnsanın içindən keçirdiyi tək bir düşüncə də Allahdan gizli qalmaz. O halda insanın Allahdan bir şey istəməsi üçün səmimi olaraq sadəcə düşünməsi belə yetər. Allaha çatmaq bu cür asandır.


Furqan Surəsinin 77. Ayəsində, insanlar “Əgər ibadətiniz olmasa, Rəbbimin yanında nə qədir-qiymətiniz olar? ifadəsiylə xəbərdar edilərlər. Duasız bir həyatın Allah qatında hər hansı bir dəyərinin də ola bilməyəcəyi bu ayədə xüsusilə vurğulanmışdır. İnsan, ancaq qulluq şüurunda olduğu müddətcə Allah qatında bir dəyər qazana bilər. Buna görə insanın Allaha yönəlməsi, səhvləri mövzusunda Allaha etiraflar etməsi yalnız Allahdan kömək diləməsi lazımdır. Bunun əksinə olan bir davranış tərzi Allaha qarşı böyüklənməkdir ki, Quranda bunun cəzasının sonsuz cəhənnəm olduğu bildirilir.
Ən gözəl ifadə: Dua
Duanın çox əhəmiyyətli bir xüsusiyyəti də, dua edən adamın bütün səmimiyyətiylə Allah ilə böyük bir əlaqə içində olmasıdır. Digər ibadətlərdən fərqli olaraq duanın nə vaxt və harada edildiyi, uzunluğu, qısalığı və məzmunu yalnız Allah ilə dua edən adam arasındadır. Bu səbəbdən üçüncü bir kimsə tərəfindən bilinməsinə imkan olmayan dua ibadətində nümayişə yer yoxdur. Buna görə dua, güclü bir xarakter və Allaha qarşı səmimiyyəti tələb edir ki onsuz da bunlar möminlərin təməl xüsusiyyətidir.

Günümüzdəki cəmiyyətlərdə diqqət çəkən bir gerçək, digər bir çox ibadət kimi duanın da tərk edilmiş bir ənənə olaraq düşünüldüyüdür. Əslində bu düşüncənin pərdə arxasında "Allahdan müstəqil, öz başına hərəkət edən bir dünya" ola biləcəyi təlqini yatmaqdadır. İnsanların böyük bir qisimi istər -istəməz həyatlarının başlanğıcından sonuna qədər bütün hadisələrin özlərinin və ətraflarındakı insanların idarəsində cərəyan edən hadisələr olduğunu düşünərlər.. Buna görə də ölümlə burun -buruna gəlmədən ya da çox böyük bir fəlakətlə qarşılaşmadan Allaha dua etmə ehtiyacı duymazlar. Halbuki bu böyük bir yanılmadır.

Ən gözəl ifadə: Dua

Duada təməl ünsür ehtiyacların Allaha eşitdirilməsi deyil, Allaha olan qulluq vəzifəsinin yerinə yetirilməsidir. İnsanın duada bu təməl ünsürü heç bir zaman gözardı etməməsi lazımdır. Onsuz da dua edilən mövzunun məzmunu bütün istiqamətləriylə Allahın məlumatı daxilindədir.

İnsanların hamısı duaya möhtacdır. Kasıb və çətin şərtlər altında yaşayan birinin zəngin bir insana görə duaya daha çox ehtiyacı olduğunu düşünmək, dua mövzusunu təməlini səhv anlamaq deməkdir. Maddi vəziyyəti yaxşı olan,həyatda bütün istədiklərinə qovuşduğunu düşünən bir insanın duaya ehtiyacı olmadığını düşünməsi isə son dərəcə səhvdir, çünki bu vəziyyətdə dua etmənin tək səbəbinin dünyəvi arzuların həyata keçdiyinin mənası verməkdədir. Halbuki möminlər həm dünya həyatları üçün, həm də axirətləri üçün dua edərlər.

Ən gözəl ifadə: Dua

Əvvəlcə bilinməlidir ki, DUA, ehtiyacı olan bir adamın, rahatlamaq üçün Allaha bu ehtiyaclarını ard-arda sıraladığı bir təskin dərmanı deyil.

Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən (onlara) yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər. .... (Bəqərə Surəsi, 186)

Dua bərabərində təvəkkülü də gətirər. Dua edən insan, qarşısına çıxa biləcək çətin ya da asan hər cür vəziyyəti, bütün hadisələri, kainatın Yaradıcısı və Hakimi olan Allaha həvalə etmiş deməkdir. Bir problemi həll etməyin ya da qarşısını almanın bütün yollarının kainatdakı bütün qüdrətin sahibi olan Allaha aid olduğunu bilmək, bütün işləri ona həvalə etmək və yalnız ona dua etmək, mömin üçün bir fərahlıq və güvən qaynağıdır.


Geri dön

MuCaHiD_313

  • 18 sentyabr 2011 01:16
  • Məqalə: 4
  • Şərh: 54
  • Bal:
iLaHi SeNe SoYKeNiM ELe ELeki SeNe ARxaLaNiM SeN o $exssen ki sene SoYKeNeN MuSa FiRoNa QaLib GeLDi senin qudretive arxalanan Yusif Qadinin mekrinde amanda qalar subhenallah(sehifeyi Seccadiyye) imam seccad (e) duasi>>>>>>>Ya ReBB Senin Lutfunu Xatirlayinca Qelbime Teselli Dolur Gunahlarimi Du$undukce Gozlerimden Ya$ Tokulur Sen $enine Layiq Olani Ele Meni Bagi$la Ya Erhemer Rahimin (Hz__Eli_(e))DuaSi>>>>>Allahumma Salli ala Muhammed va Ali Muammed !!! ve eccil ferecehum !!!>>>>للهم صل علی محمد و آل محمد و عجل فرجهم Yer üzü heç vaxt höccətsiz qalmayacaq. İstər o höccət gizli olsun, istər - aşkar."ELHEMDULILLAHLEZI CEA'LENI MINEL MUTEMESSIKINE BI VILAYETI ALIYBNI ABU TALIB>

Ya ReBB senden sorgu sual yoxdu nece istesen elede reftar edersen ama umid edirem ki,sen bagishliyarsan neinki ezaba doze bilmerem hetda xahis edirem hec gunaha gore danlama meni ondanda qorxuram hec onada dozumum taqetim yoxdu qiyametin sehnesinde men diyanim sende mene deyesen utanmadin gunah eledin bunada doze bilmerem birden sen mene deyersenki bir dene usaqin yaninda gunah elemeyden utanirdin men baxa-baxa utanmadin gunah eledin u$aqcan deyildim senin yaninda u$aqin meqami qeder menim meqamim yox idi senin yaninda duzdur senden utanmadim ama ba$kalarindan utandim ama bu seni yungul saymagima gore deyil cun ki ya rebb sen bele orge$dirmisen Ba$kasi goren kimi rusvay edir ama sen gorende ortursen ona gore curet tapdim yoxsa seni kicik bilmedim sen pisliklerimi ortub yax$iliqlarimi cixardirsan cammat ele menim yax$i i$lerimi dani$ir ama pisliklerimin ustune perde cekirsen senin settar (settarul-uyul>eyibleri-orten ) olmagiva eyibleri orten olmagiva umid eledim ona gore huzurunda gunah eledim nein ki seni ba$kalarindan kicik bildim bilirem nemetlerive gunahnan cavab verdim gonderdiyin emanete xeyanet eledim yaxshi men bu gunahlari eledim sende sebr eledin mene ceza vermedin axi hansi zaman senin sebrinden boyukdu o hansi zamandiki senin sebrinen ayagla$a ama men ne qederde gunah elesem ne qederde boyuk olsada senin rehmetinden kicikdir ya erhemer rahimin (le teqnetu rehmetullah innallahe yegfiru zulubi cemia )) Lebbeyk ya $erike leke Lebbeyk (qebul eledim senden bashka Allah yoxdu innel hemde neimete leke vel mulk (terifde neymetde dunyanin mulkude sene mexsusdur senin devetivi qoyub kime gedim hec kese

Allahummə inna nərğəbu iləykə fi dovlətin kəriməh, tuizzu bihəl-islamə və əhləh və tuzillu bihəl kufrə və əhləh və təc᾽əluna fiyha minəd-duati ila taətikə vəl-qadəti ila səbiylik. Və tərzuquna biha kəramətəd-dünya vəl axirəh.

Insan kimi sevir sevdiyi onun mebuduna cevrilir. Allahi sevek ki, mebudumuz Allah olsun.

--------------------
Allahummə inna nərğəbu iləykə fi dovlətin kəriməh, tuizzu bihəl-islamə və əhləh və tuzillu bihəl kufrə və əhləh və təc᾽əluna fiyha minəd-duati ila taətikə vəl-qadəti ila səbiylik. Və tərzuquna biha kəramətəd-dünya vəl axirəh.

sevgi meleyim

  • 17 sentyabr 2011 17:32
  • Məqalə: 25
  • Şərh: 1625
  • Bal:
{awards}
tewekkur edirem

--------------------
Gedene Uzulme.Sevseydi Getmezdi...Gelene Sevinme,O da Bawqasindan Gelib..

Prank girl

  • 17 sentyabr 2011 15:33
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
Sitat: Musique Sage
tesekkur edirem bunlari bilmirdim xeber ucun esekkur yazan elle var olsun


--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

Delya_91

  • 17 sentyabr 2011 13:57
  • Məqalə: 319
  • Şərh: 5295
  • Bal:
{awards}
Allah temiz qelble edilen dualari qebul etsin.AMIN

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

Jasmin45

  • 17 sentyabr 2011 13:48
  • Məqalə: 43
  • Şərh: 1124
  • Bal:
{awards}
[b]ALLAH,ən içdən dilənən dualarımızı qəbul etsin,ona təmiz ürəklə açılan bütün əlləri boşa çevirməsin İnşALLAH..AMİN[/b]

--------------------

Tək istədiyim üzüyünü taxım və deyim "Artıq səninəm"=)

_Yaxsiliq Meleyi_

  • 17 sentyabr 2011 13:44
  • Məqalə: 14
  • Şərh: 364
  • Bal:
{awards}
Əvvəlcə bilinməlidir ki, DUA, ehtiyacı olan bir adamın, rahatlamaq üçün Allaha bu ehtiyaclarını ard-arda sıraladığı bir təskin dərmanı deyil.

Ellerine salıq

--------------------
Dünya özünü təzə gəlin kimi göstərərək insanı aldadan,lakin həqiqətdə sehirbaz bir qarıdır.

Musique Sage

  • 17 sentyabr 2011 13:32
  • Məqalə: 442
  • Şərh: 2926
  • Bal:
{awards}
tesekkur edirem bunlari bilmirdim xeber ucun esekkur yazan elle var olsun

... Deryam ...

  • 17 sentyabr 2011 13:29
  • Məqalə: 272
  • Şərh: 4682
  • Bal:
{awards}
Allah ona acilan ellerin edilen dualari qebul elesin...
Allah razi olsun ...

--------------------

only-girl

  • 17 sentyabr 2011 13:21
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
ALLAH razi olsun ellerin agrimasin

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 59
Cəmi: 82

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 30
Cəmi: 509
 
♔Hе важно∞
Xəbərləri: 24
Cəmi: 67
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 394
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 3
Cəmi: 1144
 
Sol Meleyim
Xəbərləri: 2
Cəmi: 2
 
Saleh96
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
AyliN BunyaminovA
Xəbərləri: 1
Cəmi: 386
 
 
{slinks}