
Ömrün baharı da,yayı da getdi,
Bal tək həftəsi də,ayı da getdi.
Sevgimizin oxu da,yayı da getdi,
Sən kimə gərəksən,mən kimə gərək?!

İlham pərimiz də göylərdən endi,
Ürək qübar etdi,qəm sazı dindi.
Yaş ötür əzizim de görək indi,
Sən kimə gərəksən,mən kimə gərək?!

Gah qalxdıq yoxuşu,gah endik düzə,
Gah mehriban olduq,gah gəldik sözə.
İndi sual veririk bir-birimizə
Sən kimə gərəksən,mən kimə gərək?!

Daha pəncərədən daş gəlmir, gülüm,
Daha xumar gözdən yaş gəlmir gülüm.
Daha şirin dillər xoş gəlmir gülüm,
Sən kimə gərəksən,mən kimə gərək?!

Daha açılmırsa sarı o güllər,
Əgər oxumursa xarı bülbüllər.
Əgər oyatmırsa yarı bülbüllər,
Sən kimə gərəksən,nən kimə gərək?!

Vaxt da daralıbdır,yollar da kəsə,
Danışırıq dodaq,dil əsə-əsə.
Gərək olmasaq da bugün heç kəsə,
Sən mənə gərəksən,mən sənə gərək..?!!
Bal tək həftəsi də,ayı da getdi.
Sevgimizin oxu da,yayı da getdi,
Sən kimə gərəksən,mən kimə gərək?!

İlham pərimiz də göylərdən endi,
Ürək qübar etdi,qəm sazı dindi.
Yaş ötür əzizim de görək indi,
Sən kimə gərəksən,mən kimə gərək?!

Gah qalxdıq yoxuşu,gah endik düzə,
Gah mehriban olduq,gah gəldik sözə.
İndi sual veririk bir-birimizə
Sən kimə gərəksən,mən kimə gərək?!

Daha pəncərədən daş gəlmir, gülüm,
Daha xumar gözdən yaş gəlmir gülüm.
Daha şirin dillər xoş gəlmir gülüm,
Sən kimə gərəksən,mən kimə gərək?!

Daha açılmırsa sarı o güllər,
Əgər oxumursa xarı bülbüllər.
Əgər oyatmırsa yarı bülbüllər,
Sən kimə gərəksən,nən kimə gərək?!

Vaxt da daralıbdır,yollar da kəsə,
Danışırıq dodaq,dil əsə-əsə.
Gərək olmasaq da bugün heç kəsə,
Sən mənə gərəksən,mən sənə gərək..?!!